Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   2   3   4   5   6   7   8   9   10   ...   43

 

17 


 

əsası yoxdur. “Burla” antroponiminin Mahmud Kaşğarinin lüğətində “ətir saçan”, “gözəl görünən” 

mənasını ifadə edən “bur” sözündən yaranması fikri daha inandırıcı  görunür [6, 92]. 

Bildiyimiz  kimi, xatın  titulu  türk xalqlarında,  eləcə  də  Azərbaycan  ictimai  həyatında  qədim 

dövrlərdən  mövcud  olmuşdur.  Belə  ki,  qədim  oğuz  elində  qadınlara  “xatun/xatın”  deyə  müraciət 

olunurdu.  

“Azərbaycan  şəxs  adlarının  izahlı-etimoloji  lüğəti”ndə  xatın  –  azərb.  –  qadın,  xanım 

(müraciət); hökmdar qadın; xan arvadı, xanın kəbinli arvadı” [7, 215]; “Şəxs adları lüğəti”ndə isə 

“keçmişdə  “xanım,  xan  arvadı”  anlamında,  lakin  sonralar  “qadın,  arvad,  zövcə”  mənalarında 

işləndiyi yazılır” [8, 190].  

Hətta A.Paşayev vurğulayır ki, müxtəlif lüğət və tədqiqat əsərlərində “xatun” və “xatın” kimi 

yazılan bu titul da “hökmdar arvadı” kimi şərh olunur. Türk sözü olan “qadın” fonetik dəyişikliyə 

uğrayaraq “xatun” (“xatın”) şəklinə düşmüşdür. Turan Xatun, Burla Xatın, Selcan Xatun və s. [9, 

185-186]. 

Belə ki, T.Hacıyev yazır: “Qadın və bəy sözləri təyin mövqeyində cıxış edərkən bu gün üçün 

arxaikləşmiş qadın titulunun cəmiyyətdə kişilərə aid bəy rütbəsi səviyyəsində olması muəyyənləşir” 

[10, s.154]. Qadın ana, bəy baba ifadələri “Kitabi-Dədə Qorqud”un dilində eyni mənada işlənə bilir:  

“Qara gözdən acı yaşın dökdürdinmi? 

Qadın ana, bəg baba “deyü bozlatdınmı? – dedi” [11, 97]. 

Beləliklə, “qadın” sözü “xatun”la eyni mənanı ifadə edir. F.Xalıqov da  tədqiqatlarında qeyd 

edir  ki,  sözün  tarixən  keçdiyi  yolu  izləməklə  vaxtilə  “od  yiyəsi”,  “ocaq  sahibi”  mənalı  leksik 

vahidin sonralar göl, çay və ən nəhayət, qadınlıq məzmunu kəsb etməsinin uzun bir tarixi prosesin 

nəticəsi  olduğu,  tarixin  çox  qədim  dövrləri  ilə  səsləşməsi  qənaətinə  gəlmək  olar.  O  həmçinin  bu 

leksik  vahidin  tarixən  xatın/xatun  formasından  xanım,  qadın  və  sonralar  arvad  formasına  doğru 

inkişaf  yolu  keçdiyinin  güman edildiyini vurğulamışdır [5, 36]. Təbii ki,  türk xalqlarında qadının 

ocaq sahibi, ailənın dirəyi olması danılmaz faktdır. 

Sənətkarın  əsərlərində  Dəli  Alı,  Dəli  Cümrü,  Dəli  Unus  kimi  antroponimlərdə  dəli  ləqəbi 

özünü  göstərir.  Dilimizdə  bu  sözün  müxtəlif  məna  çalarları  işlənir.  Belə  ki,  “Azərbaycan  dilinin 

izahlı lüğəti”ndə “dəli 1. sif. ağlı və şüuru yerində olmayan, ruhi xəstə, divanə; 2. is. gic, axmaq, 

sarsaq,  ağılsız;  3.  sif.  azğın,  coşqun,  hiddətli,  şiddətli;  4.  sif.bir  şeyə  həddindən  artıq  aludə  olan;             

5. Folklorda: dəlicəsinə qoçaq, igid, qəhrəman” və s. mənalardadır [12, 576]. 

Qədim türk yazılı abidələrinə nəzər  yetirdikdə məlum olur ki, qədim  türk dillərində bu söz 

telü şəklində (“gic, gicbəsər, səfeh, dəli”) işlənmişdir [13, 192]. 

H.Araslı Azərbaycanda “dəli” sözünün igid, mübariz, qəhrəman mənasında işlənməsinin XX 

əsrə  qədər  davam  etdiyini  qeyd  edir  [14,  152].  Bu  gün  də  dilimizdə  həmin  mənanı  daşıyan 

“dəlidolu” söz komponenti işlənməkdədir.  

Yazıçı  da  əsərlərində  dəli  sözünü  bir  neçə  məna  çalarlarında  işlətmişdir.  “Cəhənnəm” 

romanında  “qoçaq,  igid”  mənasında:  “Omar  аğanın  BağSar  olduğunu,  Zeynalabdin  Tağıyev,  bu 

tayda  oğulları,  üç  qardaş  ilə  onların  oğulları,  Məmməd  ağa,  Nəriman  Nərimanov,  Aşıq  Ələsgər, 

Aşıq Alı, bir də qaçaqbaşı Dəli Alı bilirlər” [15, 331]; “Tütək səsi” povestində isə “ağlını itirmiş” 

anlamındadır: “О vaxt Cümrüyə Dəli Cümrü demirdilər. Çünki hələ dəli olmamışdı” [16, s.90].   

Tarixən “Kitabi-Dədə Qorqud” dastanındakı qəhrəmanlara dəli adı verilmişdir: Dəli Domrul, 

Dəli  Dondara,  Dəli  Budaq.  Xalqımız  dəli  adlandırdığı  qəhrəmanları  sevmiş,  onları  qəlblərdə, 

könüllərdə yaşatmışlar. 

İsa Hüseynovun əsərlərində Xoca Ömər antroponimik birləşməsində xoca titulu işlənmişdir: 

“Vəzirimiz  Xoca  Ömərlə  bahəm  Səlcuq  səltənəti  vəzirlərinin  hərəsi  bir  hökmdara  çevrilər, 

məmləkətdə  hərcmərclik  düşər”  [15,  156].  İsa  Hüseynovun  əsərlərində  olduğu  kimi,  Azərbaycan 

folklorunda da “xoca” titulu daha qədim mənasında - tacir, bəzirgan kimi çox işlədilmişdir. Bu adın 

lapöncə  tacirlərə  verilməsi  onların  müxtəlif  ölkələrin  hökmdarları  arasında  elçi  rolu  oynaması, 

Bağırova A.S. 

 



 

18 


 

diplomatik əlaqə yaratmaları, hökmdarların bu və ya digər tapşırığını icra etmələri ehtimal olunur. 

Bəzən bu titul düşmən, quldur mənasında da işlənmişdir” [14, 169-172]. 

F.Rəşidəddinə qeyd edir ki, türk dilində yaşlıları “Xoca” adlandırırlar, çünki bu söz ərəb və 

farsca  deyil,  məhz  türkcədir  [17,  15].  Türk  mənşəli  xoca  sözünün  ilkin  mənası  “müdrik,  ağıllı, 

tədbirli  anlamında  qoca”  olmuşdur.  “Kitabi-Dədə  Qorqud”  dastanında  da  “qoca”lar  məhz  bu 

mənada  işlənmişdir.  Dastanda  isə  on  bir  “Qoca”  titullu  ada  rast  gəlirik:  1.  Aruz  Qoca,  2.  Duxa 

Qoca, 3. Ənsə Qoca, 4.Qəflət Qoca, 5. Bunlu Qoca, 6.Yapaqlu Qoca, 7.Uşun Qoca, 8.Qanlu Qoca, 

9.Qonur Qoca,10.İlək Qoca, 11.Qazılıq Qoca.  

“Oğuznamə”  əsərində  də  “Xoca”,  yaxud  “Qoca”  rütbəsinin  hələ  Oğuz  xanın  zamanından 

mövcud olduğu qeyd edilir.  

Həmçinin  Nizamimülk  “Siyasətnamə”  əsərində  “Qoca”  rütbəli  şəxslərin  böyük  hörmət  və 

nüfuz  sahibi  olduqlarını  yazmışdır.  Beləliklə,  qədim  və  orta  əsrlərdə  “Xoca”  titulu  ağıllı, 

dünyagörmüş,  hökmdarın  məsləhətçisi  ola  biləcək  şəxslərə,  yəni  vəzirlərə,  alimlərə,  tacirlərə 

verilirdi.  

Elmi  yeniliyi:  Məqalədə  İ.Hüseynovun  yaratdığı  obrazları  səciyyələndirən  adlarda, 

ləqəblərdə,  titullarda  xalqımızın  mənəvi  dünyasının  və  dilinin  lüğət  fondunun  zənginləşməsində 

xüsusi rolu olan Dədə Qorqudun izləri araşdırılmışdır. 

Tətbiqi  əhəmiyyəti:  Ali  məktəbdə  onomastika  fənninin  tədrisində,    antroponimlərlə  bağlı 

tədqiqat işlərində istifadə edilə bilər. 



 

ƏDƏBİYYAT 

1. Qumilyov İ.N. Qədim türklər. Bakı: Gənclik, 1993, 536 s. 

2. Həsənоv H. Söz və аd. Bакı:Maarif, 1984, 98 s. 

3. Çоbаnоv M. Аzərbаycаn аntrоpоnimiyаsının əsаslаrı. Tbilisi: Qanatleba, 1983, 104 s. 

4. Vеrdiyеvа Z., Ağayeva F., Adilov M. Azərbaycan dilinin sеmаsiоlоgiyаsı. Bакı: Maarif, 1979, 308 s. 

5. Xalıqova R. Müasir Azərbaycan antroponimiyasının inkişaf yolları. Bakı: 1992.  

6. Аdilоv M.İ., Pаşаyеv А. Аzərbаycаn оnоmаstiкаsı, Bакı: ADU, 1987, 86 s. 

5. Xalıqov F.R. Folklor onomastikası, I hissə. Bakı: Elm, 1998, 138 s. 

6.Tanrıverdi Ə. “Kitаbi-Dədə Qоrqud”da şəxs adları. Bakı: Elm, 2000, 158 s. 

7.Həsənov H.Ə. Azərbaycan şəxs adlarının izahlı-etimoloji lüğəti. Bakı: Mütərcim, 2002, 288 s. 

8. Aydin Abi Aydın. Şəxs adları lüğəti. Bakı: Çıraq, 2002, 400 s. 

9. Paşa A. Azərbaycan antroponimiyasının leksik problemləri. Bakı: Maarif, 1997, 255 s. 

10. Hacıyev T. Dədə Qorqud: dilimiz, düşüncəmiz. Bakı: Elm, 1999, 213 s. 

11.“Kitabi- Dədə Qorqud” dastanı. Bakı: Elm, 1999, 168 s. 

12. Azərbaycan dilinin izahlı lüğəti (4 cilddə). IV c., Bakı: Şərq-Qərb, 2006, 712 s. 

13.Rəhimova D.M. Müasir fars dilində Azərbaycan-türk sözləri. Bakı: Çənlibel, 1998, 150 s. 

14.Ağayeva F.M., Əsgərova G.N., Ağayev P.Y. Azərbaycan folklor antroponimikası. Bakı: Maarif , 1997, 

216 s. 


15.Muğanna İ. Seçilmiş əsərləri. V c., Bakı: Avrasiya press, 2009, 480 s. 

16. Muğanna İ. Seçilmiş əsərləri. I c., Bakı: Avrasiya press, 2009, 424 s. 

17.Rəşidəddin F. Oğuznamə. Bakı:Azərnəşr,  1992,72 s. 

 

РЕЗЮМЕ 

СЛЕДЫ КИТАБИ-ДЕДЕ КОРКУТ В АНТРОПОНИМИЧЕСКОМ ЛЕКСИКОНЕ В 

ПРОИЗВЕДЕНИЯХ И.ГУСЕЙНОВА 

Багирова А.С. 

 

Ключевые  слова:  антропонимическая  лексика,  личные  имена,  прозвища,  названия, 

национальная и историческая культура 

В  статье  анализируются  следы  антропонимического  лексикона    И.Гусейнова  в  бессмертном 

произведении  искусств  "Китаби-Деде  Коркут".  Автором    исследуется  древний  эпос    "Китаби-Деде 

Коркут", который играет большую роль в обогащении духовного мира народа. 



İsa Hüseynovun əsərlərinin antroponimik leksikasında “Kitabi-Dədə Qorqud”un izləri 

 



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə