Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   35   36   37   38   39   40   41   42   43

 

92 


 

 

UOT 528.942 

 

MÜASİR FİZİKA DƏRSLƏRİNDƏ FƏNNLƏR ARASINDA ƏLAQƏLƏR VƏ 

KOMPLEKS TƏLİM ÜSULLARINDAN İSTİFADƏ 

 

1

ŞAHSIVAROVA QƏRƏNFİL ƏBDÜL qızı 

2

MƏMMƏDOVA RƏSMİYYƏ LƏTİF qızı 

3

SADIQOVA SARA RƏŞİD  qızı 

4

MƏMMƏDOV FUAD ƏZİZ oğlu 

Sumqayıt Dövlət Universiteti: 1- assent, 2,3,4-dosent 

e-mail: 

Rasmiyya2011@mail.ru

 

 

  Açar sözlər: fizika dərsləri, təlim, metod, kompyüter





  

 

Respublikamızda  müstəqillik  əldə  olunduqdan    sonra  cəmiyyətimizin  bütün  sahələrində 

olduğu  kimi  təhsil  sahəsində  də  əsaslı  dəyişikliklər  yaranmışdır.  Ulu  öndər  Heydər  Əliyevin 

rəhbərliyi altında təhsil sahəsində islahatlar proqramı hazırlanmış və bu gün ölkə təhsilinin inkişafı 

sahəsində  böyük  nailiyyətlər  əldə  edilmişdir.  Təhsil  haqqında  qanunun,  ümumi  təhsilin 

konsepsiyasının  və  digər  mühüm  dövlət  sənədlərinin    hazırlanması  və  qəbulu  şəxsiyyətin 

formalaşması  ilə  bağlı  yeni  araşdırmaların  aparılmasına  zəmin  yaratmışdır.  Orta  ümumtəhsil 

məktəblərində  fizika  kursunun  tədrisinin  təhsil  əhəmiyyəti  şagirdləri  fizika  elminin  əsaslarına  aid 

müəyyən həcmdə sistematik bilik,bacarıq və vərdişlə silahlandırmaqdan və təlim prosesində onların 

təfəkkürünun düzgün inkişafını təmin etməkdən ibarətdir[1]. Fizika tədrisi metodikasının vəzifələri: 

orta  məktəbdə  fizikanı  nə  üçün  öyrətmək,nəyi  öyrətmək  və  necə  öyrətmək  suallarına  cavab 

verməlidir.  Bu  fizika  tədrisi  metodikasının  praktik  istiqamətini  daha  aydın  şəkildə  göstərir[2]. 

Müasir texniki vasitələrin fizikanın tədrisində tətbiqi zamanı təlim innovativ təlimə çevrilir. Belə ki, 

pedaqoq və şagird arasında qarşılıqlı təsirin xarakteri dəyişir,müəllim öz funksiyasının bir hissəsini 

kopyüterə  ötürür.  Kopyüter  texnikası  müəllimə  təlimin  məqsədini  və  şagirdlə  ünsiyyəti  daha 

adekvat etməyə imkan yaradır və tədrisin motivasiya səviyyəsini qaldırır[3]. 

 Əsas  təhsil  pilləsindəki,  fəaliyyət  istiqamətlərini  dərinləşdirməklə  fəza  və  zaman 

təsəvvürlərinin  daha  da  genişləndirilməsi,  fiziki  qanunauyğunluqlarının  və  fundamental  fiziki 

qanunların  mahiyyəti  və  onların  tətbiqi,  fizikanın  digər  elmlərlə  əlaqəsi,  canlı  materiyanın 

öyrənilməsində və texnikanın inkişafında onun aparıcı rolu haqqında məlumatların mənimsənilməsi, 

şagirdlərdə elmi dünyagörüşün formalaşması və tənqidi təfəkkürün inkişafını təmin edir.  

Məlumdur  ki,  şagird  fundamental  fiziki  qanunuları  digər  fiziki  qanunlarla  müqayisə  etməli, 

onların fərqli və oxşar cəhətlərini izah etməlidir. Fiziki hadisələrin müəyyən qanunauyğunluqlarla 

əlaqəsini  və  tətbiqi  yollarını  şərh  etməli,  eksperiment  və  təcrübələr  aparmaqla  nəzəri  biliklərin 

praktikada reallaşdırılmasını nümayiş etdirməyi bacarmalıdır.  

Aydın  məsələdir  ki,  fizika  kursunun  tədrisi  keyfiyyətini  artırmaq  üçün  hər  bir  məktəbdə 

zəngin  fizika  laboratoriyası  müasir  avadanlıqla  təmin  olunmalıdır.  Məktəblərin  çoxunda  ən  sadə 

fizika təcrübələrini göstərmək üçün avadanlıq yoxdur. Ona görə də müəllimlər,əsasən,söz və riyazi 

metodlardan  istifadə  edə  bilirlər.  Təlim  metodları  dərsdə  müəllim-şagird  cütünün  iş  formasına 

uyğun  seçilməli  və  tətbiq  olunmalıdır.  Metodların  seçilməsində  və  tətbiq  edilməsində  didaktik 

məqsədləri,şagirdlərin  idrak  fəaliyyətini,bəşəri  qabiliyyətlərin  dərk  olunma  xarakteri  əsas 

götürülməlidir.  Qanunları  tədris  etmək  üçün  müəllim  metodları  seçərkən  ilk  növbədə  qanunların 

xarakterini nəzərə  alır.  Metodları  məzmuna  görə seçir.Qanunlar öz xarakterinə  görə anlayışlardan 

və  kəmiyyətlərdən  fərqlənir.  Əgər  anlayışlar  müxtəlif  kəmiyyət  arasındakı  əlaqələrin 

öyrənilməsi,ümumiləşdirilməsi  əsasında  yaranırsa,qanunlar  anlayışlar  arasındakı  əlaqələrin 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



 

93 


 

araşdırılması  qanunauyğunluqların  müəyyən  edilməsi,sintez  əsasında  aşkara  çıxarılır.  Qanunların 

öyrənilməsi  üçün  daha  dərin  ümumiləşdirmə  və  müəcərrədləşdirmə  tələb  olunur.  Göründüyü 

kimi,fizika  qanunlarının  xarakterini  bunların  aşkara  çıxarılma  metodlarını  nəzərə  almadan  onları 

şagirdlərə mükəmməl öyrətmək mümkün olmaz.  

Metodları  seçərkən  qanunların  məzmun  xarakteri,şagirdlərin  ümumiləşdirmə  və 

mücərrədləşdirmə  qabiliyyəti,onların  müstəqil  axtarışlar  apara  bilmək  bacarığı  və  hazırlıq 

səviyyəsi,eksperimental iş üçün mövcud imkanlar nəzərə alınmalıdır. Qanunların tədrisi prosesində 

əqli və zehni, əməyi  fəallaşdırmağa imkan verən, təlimdə geniş tətbiqini tapan texniki vasitlərdən 

düzgün istifadə böyük əhəmiyyət kəsb edir. Qanunlar tarixi aspektdə şərh olunarkən seçilən faktlar 

şagirdlərdə  dərin  maraq  doğurmalıdır.  Şagirdlərin  bütün  yaradıcılıq  qüvvələri  hərəkətə 

gətirilməlidir.  Onlara  həqiqəti  söyləmək  lazımdır  ki,  təbiətdə  baş  verən  hadisələrin  müəyyən 

qrupunun  hamı  görür  və  başa  düşür.  Lakin  hadisələrdə  elə  forma  və  ritmlər  var  ki,  onları 

müşahidəçilərin müəyyən qrupu görə bildiyi halda, bir qrupu heç nə görə bilmir.  

Fizika  qanunları  adlandırılan  bu  cür  forma  və  ritmləri  anlamaq  üçün  zəhmətə 

qatlaşmaq,təbiəti  dərindən  dərk  etməyə  daim  meyl  göstərmək,axtarışlar  aparmaq  lazımdır. 

Qanunların  mənşəyi,kəşf  olunma  tarixi,yolları  və  metodları,qanuna  tabe  olan  təbiət 

mövcüzələri,qanunları kəşf edənlərin zəkasının dərinliyi və bu kimi məsələlər barəsində şagirdlərə 

yeri gəldikcə məlumat vermək onların qanunları yaxşı dərk edə bilmələri üçün çox əhəmiyyətlidir. 

Müasir  dərs  adından  göründüyü  kimi  ənənəvi  dərslərdən  köklü  sürətdə  fərqlənir.Qeyd  etmək 

lazımdır  ki,  dərsdə  müxtəlif  texniki  vasitələrdən  və  texnologiyalardan  xüsusi  tələblər  qoyulur  və 

onun həyata keçirilməsi sistem şəklində formalaşdırılır. Bu baxımdan aşağıdakı məsələlər ön plana 

çəkilir.  

1.

 



Tədris ilinin əvvəlində fizika müəllimi hər bir sinif üçün müvafiq sənədlər (fizika kursu üzrə 

proqram,təqvim tematik plan, yoxlayıcı tədbirlərin qrafiki) paketini hazırlamalıdır. 

2.

 

Dərsin  növü  və  tipləri  əyaniləşdirilməlidir.  Burada  dərsin  məqsəd  və  həll  etdiyi  məsələ 



əyaniləşdirilir.  Bunlar  kombinə  edilmiş  dərs,  yeni  materialı  möhkəmləndirən  dərs,təkrar 

ümumiləşdirici dərs və s. ola bilər. 

3.

 

Müasir dərsin həll etdiyi məsələ onun məzmununu qısaca olaraq təsirverici, inkişaf etdirici 



və tərbiyə edici kimi formalaşdırır. 

4.

 



Müasir dərsin əlamətləri: bunlar yeni materialı öyrədən, bilikləri möhkəmləndirən, biliklərin 

kompleks  tətbiqini  təmin  edən,  bilikləri  ümumiləşdirərək  sistemləşdirən,  biliklərin 

korreksiyası və qiymətləndirilməsini təmin edən yoxlama formasında olur. 

Müasir dərsin ən başlıca əlamətlərindən biri burada bir sıra təlim metodlarının kompleks tətbiqinin 

təmin  edilməsidir.  Bu  zaman  əsas  diqqət  idrak  fəaliyyətinin  inkişaf  etdirilməsinə,  şagirdlərin 

müstəqil işlərinin təşkilinə və nəzarət metodlarının effektiv tətbiqinə xüsusi fikir vermək lazımdır. 

 

Fizikadan müasir dərsdə müəllimin qarşısında duran əsas məqsəd şagirdləri düşündürməyə 



istiqamətləndirmək,  obyektin  dərk  olunmasını  təmin  etməklə,  dərk  edilmiş  bilik  və  bacarıqların 

praktik  tətbiq  sahəsini  şagirdlərə  anlatmaqdan  müasir  texniki  vasitələrdən  effekti,  xüsusilə 

kompyüter  texnikası  və  internet  resurslarından  istifadəni  təmin  etməkdən  ibarətdir.  Bu  məsələlər 

əməkdaşlıq  (ünsiyyət)formasında  fəal  təlim,  layihələşdirmə,  rollu  oyunlar  formalarında  həyata 

keçirilə bilər.  

 

Müasir  dərsin  qarşıya  qoyduğu  məqsədin  həyata  keçirilməsində  video  materiallardan  və 



multimediya  texnologiyasından  istifadə  xüsusi  əhəmiyyət  kəsb  edir.  Müasir  fizika  dərslərində 

komyüterdən  istifadə  indiki  anda  mövcud  proqram  təminatı  ilə  müəyyənləşdirilir.  Bu  sahədə 

komyüterdən istifadəni bir neçə istiqamətlərə ayırmaq olar. 

1.

 



Fizika dərslərində komyüterin tətbiqi keyfiyyətcə təlimin universal texniki vasitələrini əvəz 

edir. 


2.

 

Fiziki hadisə və proseslərin müstəqil modelləşməsini təmin edir. 



Şahsivarova Q.Ə., Məmmədova  R.L., Sadiqova S.R.,  Məmmədov  F.Ə. 

Şahsıvarova Q.Ə., Məmmədova  R.L., Sadıqova S.R.,  Məmmədov  F.Ə. 


 

94 


 

3.

 



Fizika  kabinetlərində  aparılan  nümayiş  və  şagird  eksperimentlərində  kopyüter  ölçü 

laboratoriyası kimi istifadə olunur. 

4.

 

Məktəb  fizika  kursunun  müxtəlif mövzularının  öyrədilməsi  zamanı  məktəblilərin  müstəqil 



işlərini öyrədici proqramlarla təmin edir. 

5.

 



Elektron  ensiklopediyaların  interaktiv  uşaq  ensiklopediyalarının,  informasiya  resurslarının 

müəllim  və  şagirdlərin  tədris-tədqiqat  fəaliyyətlərinin  təşkilində  və  lazım  olan 

informasiyaların axtarışında internetdən istifadəni təmin edir. 

Təbiət  elmi  olan  fizika  fənninin  əsasını  təşkil  hadisə  və  qanunlarla  başqa  fənlərin  əsasları 

arasında  təbii  bağlılıq  vardır.Tədris  prosesində  şagirdlər  geniş  elmi  dünyagörüşünə  yiyələnməli, 

fiziki hadisə və qanunlar arasında ümumi əlaqə olduğunu dərk etməlidirlər. Bu işdə fizika tədrisində 

fənlər  arası  əlaqənin  təsirli  rolu,  təlim-tərbiyyəvi  əhəmiyyəti  xüsusi  rol  oynayır[1].  Təlim 

metodlarının  müasir  fizikanın  insan  cəmiyyəti  həyatındakı  rolunun,  onun  tədqiqat  üsullarının  və 

buna  əsaslanan  müasir  texnikanın  nailiyyətlərinin  aşkara  çıxarılmasının  şagirdlərin  insan  və 

cəmiyyət  kursunu  yaxşı  mənimsəmələri  üçün  böyük  əhəmiyyəti  vardır.  Fizika  kursu  ilə  içtimai 

elmlərin  möhkəm  əlaqələndirilməsi  şagirdlərin  dünya  baxışlarının  formalaşması  üçün  geniş 

imkanlar  açır.  Biliyin  sistemliliyi  bir  tərəfdən  hər  bir  fənnin  tədrisi  ilə,  digər  tərəfdən  bu  fənlər 

arasında  möhkəm  qarşılıqlı  əlaqənin  yaradılması  ilə  təmin  edilir.  Bu  zaman  müəllimin  biliyi  və 

peşəkarlığı  yüksək  rol  oynayır.Tədris  prosesində  fənlər  arasındakı  mövcud  əlaqələr  aşkara 

çıxarıldıqca  şagirdlər  dərindən  anlayırlar  ki,  təbiət  elmlərinin  hər  biri  maddi  aləmi  müxtəlif 

metodlarla  öyrənir.  Kainatda  baş  verən  hadisələri  və  hadisələrin  səbəbini  aşkara  çıxarmaqla 

elmlərdən  biri  o  birisinin  nailiyyətlərindən  istifadə  edir.  Müasir  məsələlərdə  elmin  əsaslarına  aid 

biliklərin kompleks halında tətbiqi get-gedə əməyin ayrılmaz hissəsinə çevrilir. Məktəblərdə təlim 

tərbiyənin  də  bütöv  bir  sistemi  olmalıdır  ki,  orta  məktəbi  qurtaran  hər  bir  gənc  bu  cür  əməyə 

hazırlana  bilsin.  Təlim  fənləri  arasında  əlaqələrin  həyata  keçirilməsi  məhz  belə  hazırlığın  təmin 

edilməsi üçün zəruri şərtdir.  

Elmi  yeniliyi:  Fizikadan  müasir  dərsdə  müəllimin  qarşısında  duran  əsas  məqsəd  şagirdləri 

düşündürməyə istiqamətləndirmək, obyektin dərk olunmasını təmin etməklə, dərk edilmiş bilik və 

bacarıqların  praktik  tətbiq  sahəsini  şagirdlərə  anlatmaqdan  müasir  texniki  vasitələrdən  effekti 

xüsusilə kompyüter texnikası və internet resurslarından istifadəni təmin etməkdən ibarətdir. 



Tətbiqi  əhəmiyyəti:  Tədris  prosesində  fənlər  arasında  mövcud  əlaqələr  aşkara  çıxarıldıqca 

şagirdlər dərindən anlayırlar ki, təbiət elmlərinin hər biri maddi aləmi müxtəlif metodlarla öyrənir. 

Müasir  məsələlərdə  elmin  əsaslarına  aid  biliklərin  kompleks  halında  tətbiqi  get-gedə  əməyin 

ayrılmaz hissəsinə çevrilir. 



 

Ə

DƏBİYYAT 

1.

 



Nurullayev Y.Q. Fizika kursunun tədrisi metodikası. Bakı: Elm, 2011, s.39-48. 

2.

 



İmanov S. Orta məktəbdə fizika tədrisi metodikası. Bakı: Maarif,  2004, s. 7. 

3.

 



Məmmədova  R.L.,  Xəlilov  S.X.,  Məmmədov  F.Ə.  Orta  məktəbdə  fizikanın  tədrisində  kompyüter 

texnologiyası və internet resurslarının rolu // Fizika riyaziyyat və informatika tədrisi. Bakı: 2015, s. 

24-27. 

 

 



 

 

 



 

 

 



 

 

Müasir fizika dərslərində fənnlər arasında əlaqələr və kompleks təlim üsullarından

 

istifadə 

 



 

95 


 

РЕЗЮМЕ 

ПРАВИЛА ИСПОЛЬЗОВАНИЯ МЕЖДИСЦИПЛИНАРНЫХ СВЯЗЕЙ И МЕТОДОВ 

КОМПЛЕКСНОГО ОБУЧЕНИЯ НА СОВРЕМЕННЫХ УРОКАХ ФИЗИКИ 

Шахсыварова К.А., Мамедова Р. Л., Садыгова С. Р., Мамедов Ф. А. 

  

 

Ключевые слова: уроки физики, обучение, метод, компьютер. 

В статье предоставляется отношение к современным урокам физики после приобретения нашей 

республикой суверeнитета, требования к организации уроков, критерии их эффективного проведения. 

Основная  цель,  поставленная  перед  учителем  на  современном  уроке  физики,  состоит  в  том,  чтобы 

направить  учеников  мыслить,  обеспечивая  понимание  объекта,  объяснить  ученикам  практическую 

сферу  познанных  знаний  и  умений,  обеспечить  эффективное  использование  средств  современной 

техники, в особенности компьютерной техники и интернет ресурсов. 

 

SUMMARY 

TERMS OF USE INTERDISCIPLINARY CONNECTIONS AND METHODS COMPLEX 

TRAINING ON MODERN PHYSICS LESSONS 

Shahsivarova K.A.,

 

Mammadova R.L.,

 

Sadigova S. R., Mammadov F.A. 

 

Keywords: physics lessons, training, method, computer. 

The  article  is  available  related  to  modern  physics  lessons  after  the  acquisition  of  our  republic 

suverinitet, requirements for the organization of lessons, criteria for their effective implementation. The main 

goal set by the teacher in modern physics lesson, is to guide students to think, to provide an understanding of 

the object, explain to students the practical sphere cognized knowledge and skills to ensure the effective use 

of modern technology, especially computer technology and internet resources.  

 

 

 



  Daxil olma tarixi: 

İlkin variant 

01.03.2017 

 

Son variant 



16.03.2017 

Şahsıvarova Q.Ə., Məmmədova  R.L., Sadıqova S.R.,  Məmmədov  F.Ə. 


 

96 


 

Mündəricat              Содержание        Contents 

 

 



Dilçilik                

 

 

Məhərrəmova M.H. Müasir dilçilikdə koqnitiv paradiqmaya dair 

 

Гурбанова С.М.  Выбор невесты в аспекте системности лексики свадебной 



обрядности  азербайджанского и чешского языков 

 



Bağirova A.S. İsa Hüseynovun əsərlərinin antroponimik leksikasında “Kitabi-Dədə 

Qorqud”un izləri 

16 

 

İbayev N.A. Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində birinci növ təyini 



söz birləşmələri 

20 


 

 

Ədəbiyyatşünaslıq       

 

 

Valida S. Karimova. Aesthetic theory in literary criticism (analysis of aesthetic 

criterion in literary critique) 

24 


 

Şirinov F.İ. Süleyman Vəliyevin yaradıcılığında XX əsr həqiqətləri 

28 


 

Zeynalova R.H. Şamil Salmanovun ədəbi-nəzəri görüşlərində ənənə və novatorluq 

34 


 

Aliyeva A.A. Çingiz Aytmatovun “Əbədi gəlin” romanında qloballaşan  dünyada 

insanlığın faciəsi  

38 

 

 



Tarix    

 

 

XasayevN.N., Bayramova Ü.M.  Azərbaycanın qədim və ilk orta əsrlər dövrü 

dövlətçilik tarixinə dair  (e.ə. III minilliyin I yarısı – b.e VI əsrinin əvvəlləri) 

43 


 

Əhmədov R.V. XIX əsrin II yarısında  Sibirin iqtisadi vəziyyəti 

48 


 

Əsədova A.V. II Dünya müharibəsindən sonra Türkiyənin sosial-iqtisadi və siyasi 

vəziyyəti 

52 

 

 

İqtisadiyyat   

 

 



Abdullayev L.İ., Quluzadə Ç.Ə. Xarici ölkələrdə mühasibatlıq fəaliyyəti 

(ABŞ-ın timsalında) 

56 

 

İbrahimova Ç.İ.  Azərbaycanda sahibkarlığın maliyyə təminatının gücləndirilməsi 



istiqamətləri 

60 


 

Qasimova Z.M.  Azərbaycanda internet biznesin  inkişafında marketinq 

tədqiqatlarının rolu 

65 

 

Ağayeva S.E. Azərbaycanda aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi 



69 

 

Süleymanova Ş.S., Səlimova İ.S. Dövlət büdcəsi və büdcədənkənаr fоndlаrın 

stаtistik qiymətləndirilməsi 

73 


 

Abdullayeva Z.H., Quliyev İ.Ə. ,  Vəliyev A.C., Hüseynova L.İ. Gəncə-Qazax 

iqtisadi-coğrafi rayonunda təbii şəraitin kənd təsərrüfatı cəhətdən  

qiymətləndirilməsi 

76 


 

 

Pedaqogika, psixologiya, metodika  

 

 



Dadaşzadə Ə.İ. Xaqani Şirvani yaradıcılığında ailə-övlad  tərbiyəsi 

80 


 

Həsənova X.S., Əliyeva K.H., Babayeva Ü.R. Riyaziyyatın ibtidai kursunun təbiət 

fənləri ilə əlaqəli  tədrisinin didaktik xüsusiyyətləri 

83 

 

Abdullayev R.F. Tarix təlimində Heydər Əliyev  irsində mənəvi  tərbiyə 



məsələlərinin izahı probleminin metodik ədəbiyyatlarda qoyuluşu 

89 


 

Şahsıvarova Q.Ə., Məmmədova R.L., Sadıqova S.R.,

  

Məmmədov F.Ə. Müasir 

fizika dərslərində fənnlər arasında əlaqələr və kompleks təlim üsullarından istifadə.  92 

 



 

97 


 

 

 



 

 

 



 

 

 



 

Kompüter yığımı 



 S.Şahverdiyeva 

 

Korrektorlar:                  G.Hüseynova  

 

 E.Əhmədova 

 

 R.Vəliyev 



 

Texniki redactor 



 E.Həsrətova 

 

 



 

 

 



 

 

Yığılmağa verilmişdir: 05.01.2017- ci il 



Çapa imzalanmışdır: 16.03.2017-ci il 

Mətbəə kağızı, kağızın formatı: 70

*

108 ¼ 


Yüksək çap üsulu 

Şərti çap vərəqi 6. 

Sifariş 33 . 

Tiraj 250 nüsxə. 

Qiyməti müqavilə yolu ilə. 

Sumqayıt Dövlət Universitetinin mətbəəsində çap olunmuşdur. 

 

 

 



 

Müxbir ünvan: 

 

Azərbaycan, 5008, Sumqayıt, 43-cü məhəllə 



Tel:   (0-12) 448-12-74 

          (0-18) 644-88-10 



Faks: (0-18) 642-02-70 

 

Web: www.sdu.edu.az 

E-mail: sdu.elmixeberler@mail.ru 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə