Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   35   36   37   38   39   40   41   42   43

 

88 


 

4.

 



Orucov Z.N. Şagirdlərin peşə hazırlığında təbiət, riyaziyyat və texniki biliklərinin qarşılıqlı əlaqələrinin 

təmin edilməsi. Bakı: 1986, 166 s. 



 

PЕЗЮМЕ 

ДИДАКТИЧЕСКОЕ КАЧЕСТВО СОВМЕСТНОГО ОБУЧЕНИЯ НАЧАЛЬНОГО КУРСА  

МАТЕМАТИКИ С  ЕСТЕСТВЕННЫМИ НАУКАМИ. 

Гасанова Х.С., Алиева К.Г., Бабаева У.Р. 

       

Ключевые слова: междисциплинарные контакты, текстовый материал, метод обучения 

В  статье  говорится  о  преподавании  математики,  о  естественных  науках  в  курсе  элементарных 

математических представлений, с которыми учащиеся сталкиваются в повседневной жизни.  

 

SUMMARY 



DIDACTIC QUALITY COEDUCATIONAL ELEMENTARY MATHEMATICS COURSE WITH 

THE NATURAL SCIENCES. 

Hasanova Kh.S., Aliyeva K.G., Babayeva U.R. 

      

Key words:  interdisciplinary contacts, text material, teaching method 

The article on the teaching of mathematics, science courses in elementary mathematical concepts they 

encounter  in everyday  life of  children in  nature is too  great  to  be explained  on the  basis  of the facts,  both 

near and far from the goal of the educational significance.  

 

 

Daxil olma tarixi: 

İlkin variant 

01.04.2016 

 

Son variant 



16.03.2017 

 

Riyaziyyatın ibtidai kursunun təbiət fənləri ilə əlaqəli tədrisinin didaktik xüsusiyyətləri

 



 

89 


 

 

UOT 37.04 

 

TARİX TƏLİMİNDƏ HEYDƏR ƏLİYEV  İRSİNDƏ MƏNƏVİ  TƏRBİYƏ 

MƏSƏLƏLƏRİNİN İZAHI PROBLEMİNİN METODİK 

ƏDƏBİYYATLARDA QOYULUŞU 

 

ABDULLAYEV RAVİL FƏRRUX oğlu 

Azərbaycan Dövlət Pedaqoji Universiteti, maqistrant 

e-mail:sdu.elmixeberler@mail.ru 

 

Аçar sözlər: Ulu öndər, Heydər Əliyev, şəxsiyyət, mənəviyyat, namus, xalq 

 

 

Ulu Öndərimiz H.Əliyevin həyatının gənc nəslin mənəvi tərbiyəsinin vasitələrindən biri kimi 



tətbiq etməzdən öncə belə bir suala cavab tapmaq lazım gəlir: şəxsiyyət kimdir və o digərləri üçün 

nə zaman nümünəyə çevrilir? 

Bu məsələyə aydınlıq gətirmək üçün elmi, elmi kütləvi və dərs vasitələrini nəzərdən keçirdik. 

İzahlı psixoloji lüğətdə  “şəxsiyyət” termini  belə  açıqlanır: “şəxsiyyət  dünyanı  dərk edib  müəyyən 

istiqamətdə dəyişən, əmək fəaliyyətinə qabil olan konkret, ictimai varlıq olan insandır” [1,137] 

Pedaqoji mənada “şəxsiyyət” dedikdə, hər bir adamın həyatda qazandığı mənəvi kefiyyətlərin 

məcmusu başa düşülür. Şəxsiyyət haqqında danışarkən adamın öz quruluşu, boy-buxunu, gözünün, 

saçının rəngi kimi anadangəlmə fiziki kefiyyətləri deyil, onun həyatda qazandığı əxlaqi, estetik və s. 

mənəvi  kefiyyətləri  ön  plana  çəkilir  [2,209].  T.Orucov  göstərir  ki,  şəxsiyyətin  ən  vacib  əlaməti 

mənəvi  kefiyyətlərdən  və  mənəvi  cəhətdən  əsaslandırılan  fəaliyyətdir.  O  yazır:  “Şəxsiyyət  o 

adamlara deyilir ki, onların mahiyyəti hər şeyi əhatə edir. Adam fərdi parlaq xüsusiyyətlərə malik 

ola  bilər,  lakin  heç  də  şəxsiyyət  ola  bilməz.  Adamların  təkcə  istedadı  da  burada  köməyə  gəlmir, 

çünki  çoxlu  sayda  ən  istedadlı,  ən  qeyri-adi  adamlar  vardır,  lakin  onlar  bununla  yanaşı 

simasızdırlar”. 

Ulu  Öndərimiz  Heydər  Əliyev  mənəvi  təmizliyi,  paklığı  müstəqil  dövlətimizi  bir  rəhbər 

olaraq  inkişaf  etdirməkdə,  irəliyə  aparmaqda  ən  düzgün  yol  hesab  edirdi:  Ulu  Öndərimiz  Heydər 

Əliyevə  görə  “mənəvi  paklıq,  saflıq  həmişə  insanları  ucaldıb,  həmişə  insanlara  hörmət  gətirib. 

Baxmayaraq  ki,  belə  insanlar  əziyyət,  zillət  içərisində  yaşayıblar.  Ola  bilər  cürbəcür 

məhrumiyyətlərə  məruz  qalıblar.  Ancaq  mənəvi  ucalıq  onlar  üçün  hər  şeydən  qiymətli  olmalıdır” 

[3, 91].  

Heydər Əliyev hələ Sov. İKP MK-nin siyasi Bürosunun üzvlüyünə namizəd, Azərbaycan KP 

MK-  nin  I  katibi  vəzifəsində  çalışarkən  Bakıda  keçirilən  (25  aprel,  1979-cu    ildə)  “Fəal  həyat 

mövqeyinin  formalaşdırılması:  mənəvi  tərbiyənin  təcrübəsi  və  aktual  problemləri”  mövzusunda 

keçirilmiş  Umumittifaq  elmi-praktik  konfransda  bu  cür  mənəviyyata  zərər  vuran  qüsurlara 

toxunmuş,  onlara  dövrünün  reallıqları  baxımından  yanaşaraq  aydınlıq  gətirmişdir.  Onun  həmin 

konfransdan olan məruzəsindən bəzi məqamlara diqqət yetirək: “Bizim  üçün maddi nemətlər son 

məqsəd deyil, şəxsiyyətin hərtərəfli inkişafı üçün ilkin  şərtlərdir. Lakin təcrübənin göstərdiyi kimi 

hədsiz  meşşanlıq,  fərdiyyətçilik  mikrobları  adamların  bir  hissəsini  xüsusi  mülkiyətçilik, 

istehlakçılıq psixologiyası, yığıb artırmaq hərisliyi “əşyabazlıq azarı”na yoluxubdur” [4, 121]. 

Onun konfransdakı məruzəsindən aşağıdakı məqamlara diqqət yetirək: “Ata-anaların meşşan 

şöhrətpərəstliyi,  uşağa  bahalı  geyim  və  zinət  şeyləri  almaq,  onu  ev  işlərindən  azad  etmək  səyi 

müftəxor  yetişməsinə  səbəb  olur.  Ələbaxımlılıq,  özbaşınalıq  və  xudpəşəndlik  psixologiyasının 

əsasları belə qoyulur [4,131]. Azərbaycan xalqı abırlı, həyalı xalqdır. Bu həyalıq və abırlılığın bir 

tərəfi  dinimizdən  gəlirsə,  digər  tərəfi  minilliklərin  sınağından,  süzgəcindən  keçmiş  milli 

mentalitetimizdən  irəli  gəlir.  Son  zamanlar  peyda  olan  kazinolar,  barlar  əsl  mənəviyyatsızlıq 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə