Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   35   36   37   38   39   40   41   42   43

 

82 


 

Əsdi nə zaman bu qəm xəzanı, 

Soldu bu gözəl könül baharım. [3,191] 

Xaqani öz yaradıcılığında sərvət, dövlət dalınca qaçanları, abır və həyasını zəhmətsiz qazanc 

üçün atmağa hazır olanları ciddi tənqid edərək gəncliyi bu yoldan çəkinməyə çağırırdı. 

Xaqaniyəm, çörək üçün mən abrımı 

 

 

 

 

 

atım niyə? 

Hərislikdən göz yaşıma, ürək qanı 

 

 

 

 

 

qatım niyə? 

Haram buğda ucbatından nələr  

       çəkdi Adəm, nələr? 

Haram çörək axtarma ki,  

   başına min bəla gələr. [3,195] 

Xaqani  gəncliyi  ağıla,  kamala,  düzgün  yola  səsləyir.  Zəhmətsiz  qazanc  hesabına  var-dövlət 

toplayanların axırının min bir bəla ilə qurtaracağını göstərirdi. Xaqani gəncliyə müraciətlə deyirdi 

ki, ağlın pənahında olsan, ağıl tamahın boynunu vurar. Xaqani üç şeyi: cavanlığı, rahatlığı və xoş 



güzaranı gözəl sayır, gəncləri gəncliyin qədrini bilməyə, rahatlıq əldə etmək üçün zəhmətlə məşğul 

olmağa, xoş güzəran keçirmək üçün qənaətcil olmağa çağırırdı. [4;63] 



Elmi  yeniliyi:  Bu  məqalədə  ailə-övlad  tərbiyəsi  münasibətlərinə  geniş  yer  verilmiş,  həmin 

münasıbətlər dövrün ictimai-siyasi tələbləri baxımından şərh edilmişdir. 



Tətbiqi  əhəmiyyəti:  Məqalədən  cəmiyyətimizdə  xoşbəxt  yaşayıb  yaradan,  ailə  quran  hər  bir 

gənc örnək kimi istifadə edə bilər. Ali məktəblərdə “Pedaqogika” və “Ailə pedaqogikası” fənnindən 

mühazirə mətni kimi istifadə oluna bilər.  

 

ƏDƏBİYYAT 

1.

 



Xaqani Şirvani Seçilmiş əsərləri. Bakı: Maarif, 1987, 156 s. 

2.

 



Xaqani Şirvani Seçilmiş əsərləri. Bakı: Lider, 2004, 672 s. 

3.

 



Xaqani Şirvani Seçilmiş əsərləri. Bakı: Аzərbaycan Mədəniyyətinin Dostları fondu, 2005, 327 s. 

4.

 



Talıbov Y. və b. Gənclərin mənəvi tərbiyə problemləri. Bakı: Ünsiyyət, 1998, s.13. 

 

РЕЗЮМЕ 

СЕМЬЯ И ВОСПИТАНИЕ ДЕТЕЙ В ТВОРЧЕСТВЕ ХАГАНИ ШИРВАНИ 

Дадашзаде A.И. 

Ключевые словаXагани, Азербайджан, воспитание, дворец, забота, творчество, уважение,  

 В  статье  дана  краткая  информация  о  жизни  и  творчестве  Хагани  Ширвани.  Приведены 

примеры  о  воспитании  в  семье,  нравстевенные  задачи,    поставленные  в  произведениях  великого 

поэта  Востока  имеют  огромное  значение  и  в  наши  дни.  Такие  идеи  как  честность  и  правдивость, 

нравственная  чистота,  хранение  верности,  доброта  и  человеколюбие,  являющиеся  основной 

составной  частью  нравственного  воспитания,  отмечены  золотой  линией  в  произведениях  великого 

поэта нашего народа Х. Ширвани. Это призыв молодёжи к уму, зрелости, правильному пути. 

 

SUMMARY 



FAMILY AND EDUCATION OF CHILDREN IN THE CREATIVITY 

 

OF 

KHAGANI SHIRVANI 

 

Dadashzade A.I 

 

Keyworsd: Khagani, Azerbaijan, education, palace, care, creativity, respect 

The article gives a brief information about the life and work of Khagani Shirvani. Examples are given 

of  education  in  the  family,  the  moral  tasks  posed  in  the  works  of  the  great  poet  of  the  East  are  of  great 

importance in our days. Ideas such as honesty and truthfulness, moral purity, keeping loyalty, kindness and 

philanthropy, which are the main component of moral education, are marked by a golden line in the works of 

the great poet of our people H. Shirvani. This is the call of the youth to the mind, maturity, the right way. 

 

Daxil olma tarixi: 



İlkin variant 

01.1102016 

 

Son variant 



16.03.2017 

Xaqani Şirvani yaradıcılığında ailə-övlad tərbiyəsi 

 



 

83 


 

 

UOT  37.046.14

 

 

RİYAZİYYATIN İBTİDAİ KURSUNUN TƏBİƏT FƏNLƏRI İLƏ ƏLAQƏLİ  



TƏDRİSİNİN DİDAKTİK XÜSUSİYYƏTLƏRİ 

 

1

HƏSƏNOVA XALİDƏ SİDQƏLİ qızı 

2

ƏLİYEVA KÖNÜL HƏMİD qızı 

3

BABAYEVA ÜLKƏR RAFİQ qızı 

Sumqayıt Dövlət Universiteti, 1,2-dosent, 3-assistent 

e-mail: novreste1982@box.az  

 

 

Açar sözlər: fənlərarası  əlaqə, mətnli məsələ, təlim metodu 

 

Məlumdur  ki,  həqiqi  aləmi  tam  halda  mənimsəmək,  təbiət  hadisələrini  qarşılıqlı  dialektik 



vəhdətdə  görmək,  təhsil-tərbiyənin  nəzəriyyəsi  və  təcrübəsinə  kompleks  yanaşmaq  üçün  tədris 

fənləri  arasındakı  obyektiv  əlaqələrdən  istifadə  etmək  çox  faydalıdır.  Orta  ümumtəhsil 

məktəblərində  ayrı-ayrı  fənlərin  tədrisi  zamanı  fənlərarası  əlaqələrin  əhəmiyyətindən  danışarkən 

A.V.Usova  yazır:  “Fənlərarası  əlaqənin  əhəmiyyətini  biz,  hər  şeydən  əvvəl,  tədrisin  elmi 

səviyyəsini  yüksəltməkdə,  şagirdlərin  dialektik  təfəkkürünü  inkişaf  etdirməkdə,  onlarda  elmi 

dünyagörüşünü formalaşdırmaqda, bilik, bacarıq və vərdişlərin geniş bir surətdə köçürülməsi üçün 

şərait  yaratmaqda  görürük”

.

  Müəlliflərdən  V.N.Fyodorova  isə  yazır:  “Fənlərarası  əlaqə  təlimin 



elmiliyi  və  müvafiqliyinə,  şagirdlərin  idrak  fəaliyyətinin  gücləndirilməsinə,  məktəblilərin  bilik, 

bacarıq  və  vərdişlərinin  keyfiyyətinin  yaxşılaşdırılmasına  xidmət  edir”.

 

Belə    iqtibasların  sayını 



artırmaq  da  olar.  Bütün  bu  rəylər  onu  göstərir  ki,  bütün  dövrlərdə  olduğu  kimi,  tədris  fənninin 

metodologiyası  və  məzmunu  yeniləndikcə,  fənlərarası  əlaqələrin  rolu  və  tətbiqi  imkanları  da 

genişlənir. 

Hazırda orta məktəb şagirdlərinin təbiət elimlərinə aid təhsili həyat bilgisi, biologiya, fiziki 

coğrafiya,  fizika,  kimya,  astronomiya  fənlərinin  təlimi  ilə  təmin  olunur.  Riyaziyyat  təhsili  də  bu 

tədris fənləri ilə bilavasitə əlaqədardır. 

Təbiət elmləri təhsilinin səmərəliliyi aşağıdakı şərtlərlə təmin olunur: 

kiçikyaşlı məktəblilərin tədris fəaliyyətinin ümumi mövzusu ilə - onların anladığı elmi 



səviyyədə təbiətin dərk edilməsi

ibtidai siniflərdə ümumi tədris və tərbiyə məsələlərinin, təbiət - riyaziyyat fənlərinin 



məzmununun onların proqramları ilə kompleks həyata keçirilməsi; 

bilik, bacarıq və vərdişlərin mənimsənilməsini, elmi dünyagörüşün formalaşmasını və 



məktəblilərin  əmək  fəaliyyətinə  hazırlanmasını  təmin  edən  şagirdlərin  idrak  fəaliyyətlərinin 

fəallaşdırılması sistemi ilə. 

Təlim, tərbiyə, təhsil, inkişaf və tətbiq məqsədləri bütün ibtidai sinif fənlərinin məzmununa 

aid  olub,  təbiət  riyaziyyat  elmləri  kurslarının  həm  idrakın  vahid  mövzusu  kimi  şərtlənən,  həm  də 

səciyyəvi xüsusiyyətləri ilə fərqlənən təlim məsələləri vasitəsilə pedaqoji prosesdə reallaşdırılır. 

Riyaziyyatın  tədrisi  zamanı  qarşıda  duran  əsas  məsələlərdən  biri  canlı  və  cansız  təbiət 

haqqında  müasir  elmlərin  topladığı  biliklərin  əsaslarına  şagirdlərin  müvəffəqiyyətlə  yiyələnməsi 

imkanlarına  ilkin  şəraitin,  bünövrənin  yaradılmasından  ibarətdir.  İbtidai  siniflərdə  o  da  nəzərə 

alınmalıdır  ki,  təbiət  bilikləri  zəngin  olduğundan  orta  məktəbdəki  təlim  müddətində  onu  tam 

həcmdə  dərk  etmək  mümkün  deyildir.  Ona  görə,  təbiət  fənləri  üzrə  hər  bir  məktəb  fənninin 

proqramı  və  dərsliyinin  (o  cümlədən,  ibtidai  riyaziyyat  kursunun  və  həyat  bilgisi  fənninin) 

məzmunu uyğun elmin yalnız başlıca faktları, anlayışları, nəzəriyyəsi və metodlarını əhatə edir. 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə