Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

 

76 


 

 

UOT  911.3 : 63 

 

GƏNCƏ-QAZAX İQTISADİ-COĞRAFİ RAYONUNDA TƏBİİ ŞƏRAİTİN 

KƏND TƏSƏRRÜFATI CƏHƏTDƏN QİYMƏTLƏNDİRİLMƏSİ 

 

1

ABDULLAYEVA ZOYA HAMLET qızı 

2

QULİYEV İSMAYIL ƏHLİMAN oğlu 

3

VƏLİYEV ALLAHVERDİ CAMAL oğlu  

4

HÜSEYNOVA LALƏ İSMAYIL qızı   

Sumqayıt Dövlət Universiteti, 1,2-dosent, 3-baş müəllim, 4-müəllim  

e-mail: lale_huseynova_1986@mail.ru 

 

Açar sözlər: təbii şərait, təbii mühit, iqtisadi-coğrafi rayon, Gəncə-Qazax maili düzənliyi, şabalıdı 

torpaqlar 

      


 Müasir  cəmiyyətin  maddi  texniki  bazasının  yaradılması  işinin  səmərəli  şəkildə    qurulması 

üçün  ölkənin  və  onun  ayrı-ayrı  regionlarının  təbii  şəraiti  və  təbii  ehtiyatlarının  düzgün 

qiymətləndirilməsi  həyata  keçirilməlidir.  Bu  baxımdan  respublikanın  təbii  ehtiyat  potensialından 

səmərəli istifadə edilməsi və onun hər bir elementinin  mühafizə olunması çox vacibdir.  Əhalinin 

məskunlaşması və onun təsərrüfat fəaliyyəti üçün təbii şəraiti və ehtiyatların əlverişliliyi əsas şərt 

hesab  olunur.Gəncə-Qazax  iqtisadi-coğrafi  rayonunda    təbii  şəraitin  kənd  təsərrüfatına  təsiri 

imkanlarını nəzərdən keçirək [5, 123-124]. 

 Respublikanın  qərbində,  əsasən  Kiçik  Qafqaz  dağlarının  şimal-şərq    yamacında  yerləşən 

Gəncə-Qazax iqtisadi-coğrafi rayonu fiziki-coğrafi baxımdan Kür çökəkliyi təbii vilayətinə aid olan 

Gəncə-Qazax mailli düzənliyini və Ceyrançöl düzünü əhatə edirdi. Bu iqtisadi-coğrafi rayon xarici 

ölkələrlə-şimaldan və qərbdən Gürcüstan, cənub–qərbdən Ermənistan Respublikası ilə sərhəddir. 

Əlverişli  təbii-coğrafi  şəraitə,  iqtisadi  və  geosiyasi  mövqeyə  malik  olan    iqtisadi  rayon  çox 

qədimdən  məskunlaşmış  ərazi  hesab  edilir.  İndiki  Gəncə-Qazax  ərazisi    vaxtilə  mövcud  olmuş 

Gəncə xanlığı, Şəmsəddin – Qazax sultanlığı ərazisini  əhatə  edir. Qeyd etməliyik ki, Azərbaycan 

torpaqlarında  Rusiyanın  Ermənistan  dövləti  yaratması  istəyi,  qonşu  Göyçə,  Karvansara  (İcevan), 

Dilican, Borçalı və s. ərazilərdən yerli türklərin bu ərazilərin itirilməsi ilə yanaşı, mənimsənilmə və 

əhali  məskunlaşmasına  mənfi  təsir  etmişdir.  Gəncə-Qazax  maili  düzənliyinin  intensiv  

mənimsənilməsi  və  məskunlaşması  XIX  əsrin  axırında  xeyli  sürətləndi.  Beləki  bu  dövrdə  çar 

hökuməti  tərəfindən  suvarma  işlərinə  ilk  dəfə  mailiyyə  vəsaitinin  ayrılması  nəticəsində  suvarma 

qurğularının  çoxalması,  pambığa  olan  tələbat  Gəncə-Qazax  maili  düzənliyinin  intensiv 

mənimsənilməsini və məskunlaşmasını sürətləndirdi. Ərazinin mənimsənilməsində Bakı  və Tiflisi 

birləşdirən dəmiryolu tikintisinin(1883-cü il) də başa çatması  əhəmiyyətli rol oynamışdır [3, səh. 

411] 

  Gəncə-Qazax  mailli  düzənliyi  və  Ceyrançöl  ərazisi  iqtisadi-coğrafi  rayonun  təsərrüfat 



fəaliyyəti  üçün  əlverişli  şəraitə  malik  hissəsidir.  Orta  dağlıq  ərazilərdə  dəmyə  əkinçiliyin  inkişafı 

üçün  səmərəli  imkanlar  mövcuddur.  Beləki,  rütubətin  kifayət  qədər  olması  və  yağıntının  əsasən 

bitkilərin  vegetasiya  dövründə  düşməsi,  qara  və  qonur,  qəhvəyi  torpaqların  yayılması  dəmyə 

əkinçiliyin inkişafına imkan verir. Yüksək dağlıq hissələr əhalinin daimi təsərrüfat fəaliyyəti üçün 

əlverişli deyil [3]. 

Ceyrançöl  düzündə  yarğan-qobu  şəbəkəsinin  geniş  yayıldığı  ərazilər  kənd  təsərrüfatının 

fəaliyyəti  üçün  yararsız  hesab  edilir.  İqtisadi  rayonun  cənub  hissəsi  çay  dərələri  ilə  parçalanmış 

dağlıq  relyefə    malikdir.  Şahdağ,  Murovdağ,  Murğuz  dağlarının  şimal  yamacları  və  bu  dağ 

silsilələrindən  ayrılan  dağ  tirələri,  dağarası  çökəkliklər  relyefə  xüsusi  rəngarənglik  verir  və 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



 

77 


 

özünəməxsus  təsərrüfat  sahələrinin  inkişafına  zəmin  yaradır.  Gəncə  rayonun  iqlim  müxtəlifliyi 

suvarmada müxtəliflik yaradır. Belə ki, Şahdağ və Murovdağ silsilələrindən başlanğıcını alan çoxlu 

çaylar axıb Kür çayına tökülür. Bu çaylar şəbəkəsi suvarma əkinçiliyində mühüm rol oynayır.  Bəzi 

illərdə  yaz  aylarında  bu  çaylarda  daşqınlar  da  baş  verir.  Yayda  quruyan  çayların  hesabına 

quraqlıqların  qarşısını  almaq  üçün  bu  çaylar  üzərində  süni  göllər  yaradılması  su  ehtiyatı  yaradır.  

İqtisadi–coğrafi  rayon  şirin  su  ehtiyatları  ilə  yaxşı  təmin  olnmuşdur.  Burada  Kür,  Ağstafaçay, 

Tovuzçay,  Şəmkirçay,  Zəyəmçay,  Gəncəçay,  Qoşqarçay,  Kürəkçay,  Qaraçay  və.s.  kimi  çay 

şəbəkəsi, Şəmkir, Yenikənd, Ağstafaçay, Coğaz  su anbarları,  Göygöl, Candargöl, Maralgöl və.s. 

gölləri,  artezian  suları  əsasən  şirin  su  mənbələridir.  Qeyd  edilən  bu  şirin  su  mənbələri  kənd 

təsərrüfatının  suvarma  suyuna,  əhalinin  və  sənayenin    suya  olan  təlabatını  əsasən      təmin  edir. 

Samux  və  Goranboy  rayonunun  şirin  suya  olan  təlabatının  ödənilməsində  Qabırrı  çayının  və 

Mingəçevir  su  anbarının    rolu  böyükdür.  Ən  böyük  suvarma  kanalı  Ağstafaçay  su  anbarından  

başlanan, uzunluğu 69 km olan, Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının 30 min hektardan  çox 

sahəni suvaran Ağstafaçay çay kanalıdır [3, səh.413]. Gəncə-Qazax çoxlu sayda mineral bulaqlarla 

zəngindir. Aşağı Daşkəsən, Yuxarı Daşkəsən, Alaxançallı, Qabaqtəpə, Narzan, Gədəbəy, Slavyanka 

v.  s.  mineral  su  mənbələri  daha  əhəmiyyətli  olub  tərkibinə  və  sutkalıq  debitinə  gorə  bir-  birindən 

fərqlənirlər. Bu sular müalicəvi əhəmiyyəti ilə bərabər süfrə suyu kimi də istifadə edilir.   

  Gəncə-Qazax  iqtisadi-coğrafi  rayonunun    relyefi,  xüsusilə  yüksəklik  amplitudunun 

böyüklüyü  (3500m-dən  çox)  əhalinin  məskunlaşması  və  ərazinin  mənimsənilməsində  müxtəliflik 

yaradır. Bu iqtisadi-coğrafi rayonda ərazilərin mənimsənilməsi və məskunlaşma şəraitinə görə dörd 

zona ayrılır.  

  Kürün  sağ sahili və Kiçik Qafqazın şimal şərq ətəkləri arasında yerləşən Gəncə-Qazax maili 

düzənlikləri  əhalinin,  iqtisadi  potensialın,  sosial  infrastrukturun  əhəmiyyətli  hissəsinin  cəmləndiyi 

əsas  ərazidir.  Bu  ərazi  üçün  düzən  relyef,  əlverişli  torpaq-iqlim  şəraiti,  xüsusilə  bol  aqroiqlim 

ehtiyatları  xarakterikdir.  Məhsuldar  şabalıdı  və  açıq  şabalıdı  torpaqların  geniş  yayılması,  qışın 

yumşaq  keçməsi,  ayazların  çox  gec  düşməsi    burada  kənd  təsərrüfatının  inkişafina  böyük  imkan 

yaradır. İsti iqlim rütubət çatışmazlığı  suvarma əkinçiliyinə səbəb olmuşdur [3]. Kürün sol sahili ilə 

Gürcüstanın  dövlət  sərhədi  arasında  yerləşən  Ceyrançöl  təpəli  düzənliyinin  qışı  yumşaq  keçən 

yarmsəhra quru-çöl iqlimi, efemerli–yovşanlı bol yem bazası daimi istifadə olunmayan geniş ərazi 

potensialı  heyvandarlığın  inkişafı  üçün  böyük  təbii  imkanlar  yaradır.  Ona  görə  də  Ceyrançöl 

Azərbaycanın  mühüm  qış  otlaqından  birinə  çevrilmişdir.  Otlaq  örüş  şəraitində  heyvanların  - 

xüsusən    də  qoyun  və  keçilərin  saxlanmasına  şərait  yaratmışdır.    Gəncə  iqtisadi  rayonun  aran 

yarımzonasında  orta  illik  temperatur  12,1-13,20C,  aktiv    temperaturun  miqdarı  3860-41670C, 

yağıntılar 282-451 mm-dir. Dağətəyi və dağlıq  yarımzonada orta illik temperatur 10,3-11,80C aktiv 

temperaturun  miqdarı  3200-37000C  və  yağıntıların  miqdarı  346-525mm-dir.    Zonanın  açıq  – 

şabalıdı  və  çəmən  torpaqlarında  birillik  və  çoxillik    bitkilərin  becərilməsi,  hevandarlığın  inkişafı 

üçün  yemçiliyin  inkişafı  əsas  yer  tutur.  İqtisadi  rayonun  dağətəyi  və  alçaq  dağlıq  zonası  düzən 

ərazilərlə  müqayisədə  çay  dərələri  ilə  nisbətən  çox  parçalanmasına  və  rütubət  çatışmazlığına 

baxmayaraq    əkinçilik    və  heyvandarliq  üçün  əlverişlidir.  Dağlıq  ərazilərlə  düzən  ərazilərin 

qovşağını əhatə edən bu zona, coğrafi konveyer prinsipi üzrə hər iki hissənin müsbət amillərindən 

istifadə  etməklə,  kənd  təsərrüfatının  intensiv  inkişafına  zəmin  yaradır.  Ona  görədə  burada  həm 

heyvandarlıq, həm də əkinçilik yaxşı inkişaf etmişdır. Orta zona Gəncə və Zəyəm çayları ərazisini 

əhatə  edir.  Orta  dağlıq  ərazilərin  relyefi  kənd  təsərrüfatı  bitkilərinin  becərilməsi  üçün  daha 

əlverişlidir. Regionun dəniz səviyyəsindən 1000 -2000 m mütləq yüksəkliklər arasinda yerləşən orta 

dağlıq zonasının meyilliyi az olan yamacları dəmyə  əkinçiliyi üçün  əhəmiyyətlidir. Beləki, ilin isti 

dövründə 500-600 mm-ə qədər yağıntının düşməsi, onun 70%-nin  yazda və yayın əvvəllərində baş 

verməsi dəmyə əkinçiliyə imkan verir. Ərazidə təbii şəraitin bu xüsusiyyətləri kartofçuluq və yazlıq 

taxılçılığın  daha  geniş  inkişaf  etdirilməsinə  şərait  yaradır.  Daşkəsən,  Gədəbəy,  Tovuz,  qismən 

Şəmkir rayonlarının yüksək keyfiyətli dəmyə kartof əkini sahələri bu zonada yerləşir [2, səh.120] 



Abdullayeva Z.H., Quliyev İ.Ə., Vəliyev A.C., Hüseynova L.İ. 

 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə