Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

 

69 


 

 

UOT 334.73 



 

AZƏRBAYCANDA AQRAR SAHƏDƏ İDARƏETMƏNİN 

TƏKMİLLƏŞDİRİLMƏSİ 

 

AĞAYEVA SƏYYARƏ ELDAR qızı 

Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə, magistrant 

 e-mail: guler2000@yahoo.com 

 

Açar sözlər: aqrar sahə, idarəetmə, investisiya, ümumi daxili məhsul

 

İqtisadiyyatın əsas tərkib hissələrindən biri aqrar sahədir. Kənd təsərrüfatı  Azərbaycanın ənənəvi 



istehsal sahəsidir və dövlətin mühüm sosial funksiyasını - əhalinin ərzaq məhsulları ilə təminatını yerinə 

yetirir.  Digər  tərəfdən  bu  sektorun  strateji  əhəmiyyəti  təkzibedilməzdir.  Aqrar  sahənin  daha  bir 

əhəmiyyəti  ondan  ibarətdir  ki,  bu  sahə  şəhər  həyat  tərzindən  fərqli  olan  xüsusi  bir  həyat  tərzi 

formalaşdırır ki, burada da ənənəvi olaraq respublika əhalisinin böyük hissəsi məşğul olur. 

Təməli 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş aqrar sahəyə  dair dövlət 



siyasəti  onun  layiqli  varisi  olan  respublikamızın  Prezidenti  cənab  İlham  Əliyev  tərəfindən  uğurla 

davam  etdirilir.  Aqrar  sahədə  həyata  keçirilən  uğurlu  siyasət  və  dinamik  inkişaf,  yeni  iş  yerlərinin 

yaradılması  ilə  əlaqədar  görülən  genişmiqyaslı  və  məqsədyönlü  tədbirlər  kəndin  simasının 

dəyişdirilməsinə,  kənd  təsərrüfatında  daha  yüksək  göstəricilərə  nail  olunmasına  və  ölkənin  sosial-

iqtisadi inkişafının sürətləndirilməsinə təkan verəcəkdir. 

Kənd təsərrüfatının inkişafı ilə bağlı müəyyən olunmuş konseptual istiqamətlərin reallaşdırılması 

məqsədilə  cənab  Prezident  tərəfindən  “Kənd  təsərrüfatı  və  ərzaq  məhsulları  bazarının  fəaliyyətinin 

təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli sərəncam və Aqrar 

sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər 

haqqında”  16  aprel  2014-cü  il  tarixli  fərman  imzalanmışdır.  2015-ci  ilin  “Kənd  təsərrüfatı  ili”  elan 

edilməsi 2014-cü ildən etibarən Azərbaycanda aqrar islahatların yeni mərhələsinin başlaması ilə bağlı 

cənab  Prezident  tərəfindən  verilən  siyasi  qərarların  məntiqi  davamıdır.  Tarixi  əhəmiyyətli  bu  siyasi 

qərarlarla  aqrar  sektorun  inkişafının  prioritet  hədəflərinin  yeni  çağırışlar  fonunda  müəyyən  edilməsi, 

aqrar  sektorda  institusional  strukturun  və  idarəetmənin  təkmilləşdirilməsi  və  innovativ  dəyişikliklərə 

təkan verəcək digər tədbirlərin həyata keçirilməsinə göstəriş verilməsi bu sahədə inkişafın keyfiyyətcə 

yeni mərhələsinə  keçid üçün əsas      yaratmışdır. 



 Idarəetmə  fəaliyyətinin  daima  təkmilləşdirilməsinin  zərurəti  kənd  təsərrüfat  müəssisə  və 

təşkilatlarının  davamlı  fəaliyyətini  həyata  keçirmək  üçün  imkanların  aşkar  edilməsini  tələb  edir. 

İqtisadiyyatımızın 

aqrar 


bölməsində 

təsərrüfat 

formalarının 

müxtəlifliyi, 

məhsulların 

bölüşdürülməsinin  bazar  prinsiplərinə  keçilməsi,  kənd  təsərrüfatı  təyinatlı  torpaqların  dövriyyəsi  və 

ondan  istifadə  olunması  haqqında  qanunvericilik  bazasının  hazırlanması,  qəbul  edilməsi  və  zaman 

keçdikcə dəyişən şəraitə uyğun olaraq təkmilləşdirilməsi, şübhəsiz ki, bu sahədə bütün işlərin yenidən 

qurulmasına,  istehsalın  səmərəliliyinin  yüksəlməsinə  və  ölkəmizin  ərzaq  təhlükəsizliyinin  təmin 

olunmasına özünün müsbət təsirini göstərəcəkdir.  

1995-2015-ci illər  ərzində aqrar islahatları tənzimləyən bir çox qanun, fərman, sərəncam, qərar 

və digər normatıv-hüquqi aktlar qəbul edilməsi ilə əlaqədar olaraq aqrar sferanın bir çox sahələrində 

yüksəliş  müşahidə  olunur.  Azərbaycanın  kənd  təsərrüfatının  hazırki  vəziyyəti,  xüsusilə,  beynəlxalq 

ticarət təşkilatı və digər beynəlxalq təşkilatlara üzvlüyü ilə əlaqədar olaraq, aqrar sahənin idarə olunma 

sisteminin  bütünlükdə  dövlət  səviyyəsindən  təsərrüfatdaxili  səviyyəyədək  modernləşdirilməsini  tələb 

edir.  Kənd  təsərrüfatının  dövlət  və  bələdiyyə  idarəolunması  funksiyaları  kökündən  dəyişilməlidir. 

Ancaq  aqrar  sahədə  idarəetmə  sistemində  geniş  miqyaslı  islahatlar  həyata  keçirməklə  bu  sahədə 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



 

70 


 

inkişafa  nail  olmaq,  onun  dünya  bazarında  rəqabət  qabiliyyətli  olmasının  və  daxili  bazarın  ərzaq 

təhlükəsizliyini təmin etmək mümkündür.  

Kənd  təsərrüfatınının  idarəeilməsi  zamanı  onun  idarəetmə  ilə  əlaqədar  olan  aşağıdakı 

xüsusiyyətləri nəzərə alınmalıdır: 

1.

 



Kənd təsərrüfatında torpaq əsas istehsal vasitəsi kimi çıxış edir (torpaqların məhsuldarlığının 

artırılması üzrə xüsusi tədbirlər tələb edir). 

2.

 

Istehsalın  ərazi  cəhətdən  bir  yerdə  cəmlənməsi  idarəetmə  orqanlarının  ərazi-istehsalat 



prinsipləri  üzrə  qurulmasını  və  ona  daha  çox  operartiv-təsərrüfat  sərbəstliyinin  verilməsini  nəzərdə 

tutur. 


3.

 

Təbii-iqlim  şəraitinin  müxtəlifliyi,  istehsalın  mövsümi  xarakteri  və  canlı  orqanizmlərlə  iş 



aqrar sahədəki bölmələr və xidmətlər arasında dəqiq uzlaşma, uyğunluq tələb edir. 

4.

 



Idarəetmə orqanlarının qurulmasına mülkiyyət formalarının müxtəlifliyi çox təsir edir. 

5.

 



Şəhərdə  və  kənddə  həyat  tərzinin  obyektiv  fərqləri  bir  çox  idarəetmə  məsələlərinin,  o 

cümlədən sosial sahədəki məsələlərin özünəməxsus həllini tələb edir. 

Aqrar sahədə idarəetmənin əsas vəzifələri aşağıdakılardır: 

 • Aqrar sahənin müxtəlif  formalarının inkişafını nəzərə almaqla təşkilatı strukturlarının işlənib 

hazırlanması; 

 • məhsulun keyfiyyəti, ətraf mühitin mühafizəsi, təbiətdən istifadənin   idarəolunması; 

•  müxtəlif  səviyyələrdə  idarəetmənin  demokratik  əsaslarla  inkişafı,  aqrar  sahənin  dövlət, 

təsərrüfat  və  ictimai  idarəetmə  orqanları  arasında  hüquqların,  vəzifələrin  və  məsuliyyətin  elmi 

əsaslandırılımış bölgüsü; 

•idarəetmə əməyinin və onun maddi stimullaşdırılmasının təşkilinin təkmilləşdirilməsi

• elmin və qabaqcıl təcrübənin nailiyyətlərinin tətbiqinin təkmilləşdirilməsi və s. 

Hazırda Azərbaycan iqtisadiyyatının aqrar sektorunun inkişafı kifayət qədər davamlı deyil  və bu  

ölkənin  ərzaq  təhlükəsizliyi  üçün  təhlükəlidir,  belə  ki,  kənd  təsərrüfatı  məhsullarının  çox  hissəsi 

xaricdən  idxal  edilir.  Amma  statistik  məlumatların  təhlili  göstərir  ki,  15  ildə  bütün  göstəricilər  üzrə 

müsbət meyllər müşahidə olunur [1]. Məsələn: kənd təsərrüfatına qoyulan investisiyalarda  2000-ci ilə 

nisbətən artım müşahidə oluur (Qrafik 1,2).  

 

Qrafik 1. Kənd təsərrüfatına investisiyalar (milyon manat) 

 

 

Kənd təsərrüfatının ümumi daxili məhsul istehsalı (bütün kateqoriyalar üzrə kənd təsərrüfatının 



ümumi  məhsulunun həcmi 6,5 milyon manatdan 363,9 milyon manatadək)  yüksəlmişdir. Bunun  çox 

hissəsi fərdi təsərrüfatların payına düşür  (diaqram 1., qrafik 3). Amma sahibkarlıq fəaliyyəti, əsasən, 

tez  gəlir  gətirən  maldarlıq,  qusçuluq,  şərabçılıq    sahələrinı  əhatə  edir.  Digər  sahələr  üzrə  artım  bir 

6,5  8,3  18,5  37,4  35  40,7  58,3 

243,3 

336,5 266,6 



431  437,3 

648,8 574,3 

363,9 

758,9 788,7  846 



888  937,3 

1137,9 


1329,4 

1901 


2246 2179,5 

2344,6 


2643,5 

2813,7 


3122,2 3111 

500 



1000 

1500 


2000 

2500 


3000 

3500 


2000  2001  2002  2003  2004  2005  2006  2007  2008  2009  2010  2011  2012  2013  2014 

k/t-a investisiyalar 

k/t ümumi daxili məhsul 

Azərbaycanda aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi 

 



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə