Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

 

65 


 

 

UOT 334.74  

 

AZƏRBAYCANDA İNTERNET BİZNESİN  İNKİŞAFINDA MARKETİNQ 

TƏDQİQATLARININ ROLU 

 

QASIMOVA ZÜLFİYYƏ MİRZƏ qızı 

Sumqayıt Dövlət Universiteti,  baş müəllim 

e-mail: Elnare Memmedova@box.az 

 

Açar sözlər: internet, marketinq, iqtisadiyyat, elektron biznes, innovasiya, informasiya, bazar 

 

Son dövrdə iqtisadiyyatın daha çox inkişaf etmiş sahəsi internet biznesi hesab edilir. İnternet 



biznesinin  yaranması  meyli  yalnız  mikroiqtisadiyyatda  deyil,  bütünlükdə  iqtisadi  münasibətlərin 

yenidənqurulması  və  təkmilləşdirilməsində  müşahidə  olunur.  Müasir  iqtisadiyyatın  əsas  fəaliyyət 

sahəsi olan marketinqin səmərəli təşkili internet biznesinin inkişafında səmərəli vasitələrdən biridir.  

Müasir dövrdə informasiya texnologiyaları sahəsi ən sürətlə inkişaf edərək dəyişən sahə hesab 

edilir. XX əsrin 90-cı illərindən başlayaraq informasiya-kommunikasiya texnologiyalarının intensiv 

inkişafı  internetin  populyarlaşmasına  səbəb  olmuşdur.  İnformasiya  texnologiyaları  sahəsində 

innovasiyalar həyatın müxtəlif sahələrində istifadə edilir. Məhz bu innovasiyalar mədəniyyət, təhsil, 

iqtisadiyyat  sahələrində,  dövlət  orqanlarının  fəaliyyətinin  səmərəliliyinin  təmin  olunmasında 

mühüm  rol  oynayır.  İnternetdən  istifadənin  genişlənməsi  yeni  informasiya  cəmiyyətinin  və  yeni 

“şəbəkə  iqtisadiyyatı”nın  yaranmasına  səbəb  olmuşdur.  Bu  iqtisadi  sahənin  inkişafı  müasir  elmi 

nailiyyətlərə,  informatikanın  və  kompüterlərin  imkanlarına  əsaslanır.  İnternetin  iqtisadiyyatda 

tətbiqi biznesin yeni sahələrinin yaranmasına, məhsul və xidmətlər, ənənəvi və virtual iqtisadiyyat 

arasındakı fərqlərin silinməsinə səbəb olmuşdur. 

İnternet  iqtisadiyyatı  yaxın  zamanlarda  yaranmasına  baxmayaraq,  dünya  təsərrüfatının 

sistemləşdirici hissəsidir. Müasir internet sistemi qloballaşdırma kimi dünya iqtisadiyyatının bütün 

operatorlarını  əhatə  edərək  yüksək  inkişaf  etmiş  ölkələrin  iqtisadiyyatını  stimullaşdırır  və  iqtisadi 

cəhətdən zəif olan ölkələrin inkişaf edərək dünya sisteminə inteqrasiyasına şərait yaradır.  

Bu  gün  internet  iqtisadiyyatın  inkişafı,  ənənəvi  iqtisadi  sahələrin,  elmi  idarə  və  institutların 

inkişafında  da  mühüm  rol  oynayır.  Məhz  internet  iqtisadiyyatının  inkişafı  şəbəkə  texnologiyaları 

üçün  yeni  istifadə  və  iştirak  mühitlərini  yaranmasına,  tətbiq  sahələrinin  genişlənməsinə  zəmin 

yaradır.  İnternetdə  bu  gün  həll  edilməmiş  problemlər  mövcuddur.  Belə  problemlərə  ötürülən 

informasiyanın mühafizəsinin zəif olmasını, onun təhlükəsizliyinin və gizliliyinin tam təmin edilə 

bilməməsini  aid  etmək  olar.  Digər  problem  isə  internetdə  intellektual  məhsulların  müəlliflik 

hüququnun qorunması problemidir. 

Qeyd  edək  ki,  göstərilən  problemlərin  həlli  ümumdünya  əhəmiyyətlidir.  Çünki,  bu 

problemlərin  həlli  elektron  biznesin  daha  yüksək  sürətlə  inkişafına  və  daha  geniş  ərazini  əhatə 

etməsinə  şərait  yaradır.  Məhz  bu  problemlərin  həlli  üçün  hamı  tərəfindən  qəbul  oluna  bilən 

qanunvericiliyin işlənib hazırlanması və tətbiqi böyük əhəmiyyət kəsb edir. 

İnternet iqtisadiyyatının yaranması köhnəlmiş qaydaların aradan qalxmasına səbəb olur. Eyni 

zamanda, yeni qaydalara uyğun münasibətlər və problemlər meydana gəlir. Buna görə də internet 

iqtisadiyyatının tətbiqi hər bir müəssisədə biznes-planlara yenidən baxılmasını tələb edir. İnternetin 

özündə mövcud olan xaos isə diqqətsizlik və nəzarətin olmadığı halda iqtisadi xaosa çevrilə bilər. 

Məhz  buna  görə  də  internet  iqtisadiyyatı  yeniliyi,  müasirliyi  ilə  bərabər  həm  də  ehtiyatlılıq  və 

nəzarətin də daimi olmasını tələb edir [1]. 

İnternetdə marketinq tədqiqatlarının aparılması nəticəsində aşağıdakılar mümkün olur: 

1. Azərbaycan və digər ölkələrdəki bazar tədqiqatlarının nəticələrini əldə etmək. 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



 

66 


 

2. İstənilən məhsul çeşidi üzrə milli və beynəlxalq qiymətləri nəzərdən keçirmək. 

3. İstənilən məhsul və ya xidmətin və onların istehsalçılarının axtarışını həyata keçirmək. 

4. Müxtəlif regionlarda keçirilən sərgi və yarmarkalardan məlumat əldə etmək. 

5.  Bir  çox  məhsul  üzrə  qiymətin  dəyişməsi  meyillərinin  cari  monitorinqini  aparmaq,  əsas 

beynəlxalq birjaların qiymət dinamikası haqqında qrafik informasiya əldə etmək. 

6.  Azərbaycan  və  beynəlxalq  bazarlardakı  rəqibləri  axtarmaq,  analoji  profilli  şirkətlər 

haqqında  məlumat  əldə  etmək,  onların  qiymətəmələgəlmə  siyasətini,  məhsul  çeşdini  və  əlavə 

xidmətlərini müqayisə etmək. 

7.  İstənilən  maliyyə  informasiyasını  (valyuta  kursu,  səhm  və  dövlətin  qiymətli  kağızlarının 

kotirovkası və s.) real vaxt rejimində əldə etmək  [2]. 

Müasir  dövrdə  internet  iqtisadiyyatının  daha  çox  inkişaf  etmiş  sahəsi  elektron  biznes  sahəsi 

hesab  edilir.  Elektron  biznes  sahəsi  iqtisadi  fəaliyyətin  yüksək  templə  dəyişdiyi  mühit  kimi 

xarakterizə  olunur.  İnternet  biznesinin  idarə  olunmasının  düzgün  təşkili  rəqiblər  üzərində  strateji 

üstünlüyün  əldə  olunmasına,  tərəfdaşlarla  əlaqələrin  möhkəmləndirilməsinə,  insan  və  digər 

ehtiyatlardan optimal istifadəyə şərait  yaradır.  İnternet   biznes Azərbaycanda 2003-cü ildən sonra 

əsaslı  inkişafa  başlamışdır.  Elektron  biznesi  standart  şəbəkələrdən  istifadə  edərək  informasiya 

texnologiyalarının  tətbiqi  ilə  informasiyanın,  məhsul  və  xidmətlərin  alqı-satqısının  sistemi  kimi 

müəyyən etmək olar. Əslində, elektron biznes elektron ticarətin genişləndirilmiş formasıdır. İnternet 

ticarət internet texnologiyaları əsasında məhsul və xidmətlərin alqı-satqısı, marketinqidir. Elektron 

biznes  informasiyadan  istifadə  edərək  məhsuldarlığı  artırır  və  münasibətlərin  daha  da 

təkmilləşdirilməsini  təmin edir. Bunun nəticəsində əlavə dəyər yaranır.  

Qeyd etmək lazımdır ki, bir çox alim və mütəxəssislər tərəfindən elektron ticarət təksə mal və 

xidmətlərin elektron satışı  deyil, elektron şəkildə informasiyanın  ötürülməsi,  müəssisələr arasında 

əlaqələrin  yaradılması,  bank  və  maliyyə  institutlarının  əlaqələndirilməsini  də  özündə  birləşdirir. 

Belə  halda  elektron  bizneslə  elektron  ticarət  eyniləşir.  Buna  görə  də  artıq  bir  çox  ədəbiyyatlarda 

elektron biznes və elektron ticarət eyni mənada istifadə edilir.  

Azərbaycanda elektron biznesin inkişafına mane olan amillər aşağıdakılardan ibarətdir: 

1. Web saytların əksəriyyətinin xaotik və həddən artıq yüklənməsi potensial müştərilərin cəlb 

olunması və saxlanmasına mane olur. 

2.  Maliyyə  razılaşmalarının  və  şəxsi  informasiyaların  ötürülməsinin  təhlükəsizliyinin  təmin 

olunması da əsas məsələlərdəndir. 

3.  Reklam  və  internet  marketinqi  üzrə  mütəxəssislərin  kifayət  qədər  olmaması  bu  sahədə 

işlərin keyfiyyətinə mənfi təsir göstərir.  

Azərbaycan  Respublikasında  elektron  biznesi  inkişaf  etdirmək  üçün  intenet  istifadəçilərinin 

sayını  artırmaq,  real  vaxt  rejimində  pul  ödəmələri  problemlərinin  tezliklə  həll  olunması  və 

istifadəçilərə internetdən alış vərdişlərini aşılamaq tələb olunur. Əgər respublikamızda onlayn alış 

həyata  keçirmiş  istifadəçilərin  sayı  hesablanarsa,  bu  kiçik  rəqəmə  bərabər  olar.  Azərbaycanda 

yalnız  son  vaxtlarda  Qərb  ölkələrinin  təcrübəsinə  uyğun  –  menecment  sisteminə,  dəqiq  quruluşa, 

biznes  plana  və  marketinq  siyasətinə  malik  elektron-şirkətlər  inkişaf  etməyə  başlamışdır.  

Azərbaycanda  fəaliyyət  göstərən  şirkətlər  strategiya  seçimi  zamanı  Qərb  ölkələrinin  sxemlərinə 

üstünlük  verirlər.  Amma  bazarların    təminat  səviyyələri  arasında  fərq    nəzərə  alınmalıdır. 

Azərbaycanda  elektron  biznes  üzrə  mütəxəssislərin  azlığı  problemi  mövcuddur.  Bu  problemin 

həllini peşəkarlar ən əlverişlisi və ucuz başa gələn “internet-inkubatorların” yayılmasında görürlər. 

Bu,  perspektivli  ideyaların  işlənib  hazırlanması  məqsədilə  marketinq  və  menecment  üzrə 

mütəxəssislərin bir müəssisə daxilində birləşməsidir (autsorsinq).  

Belə fikirlər var ki, internet biznesində uğur qazanmağın ən etibarlı yolu çoxkanallı satışdır. 

Bu  yalnız  internetə  girdikdə  avtomatik  olaraq  çoxkanallı  olan  “ənənəvi-onlayn”  şirkətlərə  deyil, 

həm də “onlayn” şirkətlərə də şamil olunur. Getdikcə güclənən elektron-rəqabət mühitində bir neçə 

satış kanalına malik olmaq firmaya müəyyən üstünlüklər verir [3]. 



Azərbaycanda internet biznesin  inkişafında marketinq tədqiqatlarının rolu 

 



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə