Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

 

67 


 

Çatdırılma  problemlərinin  həlli  elektron  biznesin  inkişafını  xeyli  sürətlədirə  bilər.  İnternet 

firmaların apardıqları tədqiqatlar nəticəsində belə qənaətə gəlmişlər ki, kataloqlarda təqdim olunan 

malların  operativ ehtiyatı  saxlanılan şəxsi  anbarların  yaradılması vacib  məsələlərdən biridir. Əgər 

çatdırılma müxtəlif şəhərlərdə və ya Bakı kimi iri aqlomerasiyada həyata keçirilirsə, bu zaman bir 

iri anbardan əlavə bir neçə zonal anbarların yaradılması daha məqsədəuyğun hesab oluna bilər. İri 

anbarların  mövcudluğu  məhsul  çeşidini  təmin  etmiş  olar,  zonal  anbarlar  isə  logistik  məsələlərin 

dəqiq  qurulmasına imkan verər.  Bu, müştəriyə  sürətli  xidmətin təmin olunmasında birinci  addım 

hesab olunur. 

Növbəti  addım  -  bu  fəaliyyət  sahəsini  başqa  bir  kommersiya  müəssisəsinə,  autsorsinqə 

ötürmək və  ya müəssisə daxilində xüsusi bölmə yaratmaqdan ibarətdir. Bu iri ticarət müəssisələri 

üçün  xarakterikdir.  Dövriyyəsi  böyük  olan  şirkətə  şəxsi  çatdırılma  xidməti  saxlamaq    iqtisadi 

cəhətdən səmərə vermir. Çünki çatdırılma xidmətinin təşkili çətin və spesifik biznes sahəsi olmaqla,  

marşrutlaşdırma, sifarişlərin yerinə yetirilməsinə nəzarət, kadrların seçilməsi, onlara peşə biliklərin 

verilməsi, müsbət imicin yaradılması kimi xüsusi biliklər tələb edir. 

Kiçik  şirkətlər  çatdırılma  xidmətindən  istifadə  zamanı  nəzərəçarpacaq  güzəştlər  əldə  edə 

bilmirlər.  Bu  isə  onların  məhsullarının  qiymətlərinin  rəqabət  qabiliyyətini  azaldır.  Orta  ölçüsü, 

dövriyyəsi  o  qədər  də  böyük  olmayan  müəssisələr  çatdırılma  xidmətlərində  güzəştlər  əldə  etmək 

məqsədilə  yüzlərlə  dükanın  yerləşdiyi  ticarət  mərkəzləri  çərçivəsində  sifarişlərini    birləşdirə 

bilərlər. 

Bu  sahədə  ən  böyük  problemlərdən  biri  də  alıcılar,  satıcılar  və  banklar  arasında  qarşılıqlı 

etimadın olmamasıdır. Bu problemin həllini mütəxəssislər müxtəlif cür görürlər. Bəziləri hesab edir 

ki, bu məsələnin həllinə vaxt lazımdır. Onlar bu problemin getdikcə öz-özlüyündə həll olunacağına 

ümid edirlər. Digərləri isə bu vəziyyətdən çıxış yolunu dövlətin  bu sahədə qəbul edəcəyi qanunlar 

paketində görürlər. Bu sahədə respublikamızda müəyyən qanunvericilik aktları olsa da, bunlar hələ 

problemləri həll etmək gücündə deyillər. Üçüncü qrup mütəxəssislər bütün yükü bankların çiyninə 

qoyurlar.  

İkincisi, satıcıların və alıcıların bank sisteminə etibarının az olması. Digər tərəfdən bu sahədə 

oğruluq və dələduzluq hallarının çox olması barədə qeyri-peşəkarların yaydığı şayiələr də həlledici 

rol oynayır. Ödəmə kart sisteminin inkişaf səviyyəsi də onlayn ödəmələrə ciddi təsir göstərir [4]. 

Bütün çatışmazlıqlarla yanaşı müasir dövrü və cəmiyyətin inkişafını informasiyasız təsəvvür 

etmək  mümkün  olmadığını  nəzərə  alsaq,  internet  iqtisadiyyatının  tətbiqinin  və  inkişafının  labüd 

olduğu  məlum  olacaq.  Başqa  bir  tərəfdən,  istənilən  müəssisənin  inkişafının  onun  informasiya 

təminatından  birbaşa  asılı  olmasını  da  nəzərə  alsaq,  qeyd  olunan  fikrin  təsdiqini  görərik.  Bütün 

qeyd olunanlarla bərabər, nəzərə almaq lazımdır ki, həm elektron biznesin, həm də elektron ticarətin 

yaranması  və  inkişafı  məhz  internetin  və  internet  iqtisadiyyatının  məhsuludur.  Əslində  elektron 

biznesin  prinsipləri  ənənəvi  biznesin  prinsipləri  ilə  eynidir,  lakin  internet  ona  çeviklik  və  daha 

yüksək sürət əlavə etmişdir. Bu üstünlüklərə görə hazırda biznesin elektron variantının inkişafı daha 

perspektivlidir.  Bu  sahənin  inkişfında  marketinq  tədqiqatlarının  mühüm  bir  vasitə  olduğunu  daha 

aydın görmək olar. 



Elmi  yeniliyi:  məqalədə  internet  iqtisadiyyatın  üstün  və  çatışmayan  cəhətlərinə  və  inkişaf 

etdirilməsi istiqamətlərinə toxunulmuş, bu sahədə marketinq tədqiqatlarının rolu araşdırılmışdır. və 

onların həlli yollarının müəyyənləşdirilməsinin zəruriliyi qeyd olunmuşdur. 

Tətbiqi  əhəmiyyəti:    Marketinq  tədqiqatları  təkcə  iri  kompaniya  və  təşkilatlara  lazım  deyil. 

Yaradıcı  tədqiqatın  hazırlanması  sayəsində  hətta  kiçik  büdcəli  təşkilatlar  da  marketinq 

tədqiqatlarının  aparılmasından  fayda  əldə  edə  bilərlər.  İnternet  şəbəkəsinin  və  hər  yerdə  mövcud 

olan  elektron  poçtlarının  meydana  gəlməsilə  marketinq  tədqiqatının  yeni  metod  və  prinsiplərinin 

tətbiqi  üçün  çoxlu  yollar  açılmışdır.  Bütün  bunlar  internet  biznesin  inkişafında  marketinq 

tədqiqatlarının rolunun araşdırılmasının çox mühüm vəzifələrdən biri olduğunu göstərir. 



 

Qasımova Z.M. 

 


 

68 


 

ƏDƏBİYYAT 

1.  Burenina  T.A.  İnternet  texnologiyaları  əsasında  marketinq.  Rus  dilindən  tərcümə.  Bakı:  İqtisad 

Universiteti, 2009, 224 s. 

2. Kərimov S. Q. İnformasiya sistemləri. Bakı: Elm, 2008, 412 s. 

3. Əliyeva T.Ə. İdarəetmənin informasiya texnologiyaları. Bakı: İqtisad Universiteti, 2012, 370 s. 

4. Хохлачева Н. В. Электронная коммерция. М.: Эко-Трендз, 2005, 563 с. 



 

  РЕЗЮМЕ 

РОЛЬ ИНТЕРНЕТ БИЗНЕСА В РАЗВИТИИ МАРКЕТИНГОВЫХ  

ИССЛЕДОВАНИЙ В АЗЕРБАЙДЖАНЕ 

Гасымова З.М. 

 

Ключевые  слова:  интернет,  маркетинг,  экономика,  электронный  бизнес,  инновация, 

информация, рынок 

В последее время одной из основных развитых отраслей интернет экономики является интернет 

бизнес. Развитие интернет бизнеса происходит не только в микроэкономике, а также в обновлении и 

соверштсвовании  всех  экономических  отношении.  Рациональная  организация  маркетинговой 

деятельности представляет  собой как эффективное средство в развитие интернет бизнеса   

 

SUMMARY 

THE

 ROLE OF INTERNET BUSINESS DEVELOPMENT MARKETING  

RESEARCH IN AZERBAIJAN

 

Qasımova Z.M 

 

Keywords: internet, marketing, economy, electron business, innovation, information, market 

Recently internet business is supposed the most developed area of internet economy. The tendency of 

internet  business  creation  is  observed  not  only  in  micro  economy,  but  also  in  reorganization  and 

improvement of economic relations thoroughly. The productive arrangement of marketing as a main field of 

present-day economy is one of efficient means in development of internet business. 

 

 



 

Daxil olma tarixi: 

İlkin variant 

02.03.2016 

 

Son variant 



16.03.2017 

 

Azərbaycanda internet biznesin  inkişafında marketinq tədqiqatlarının rolu 

 



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə