Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   35   36   37   38   39   40   41   42   43

 

84 


 

İbtidai siniflərdə riyaziyyatın təbiət bilikləri ilə əlaqəli tədrisinin məzmunu təlim prosesinin 

dinamik  və  sistemli  olmasına,  hər  bir  dərsdə  şagirdlərin  bütün  idrak  qabiliyyətləri  və  emosional 

hisslərin fəal olmasına imkan verməlidir. 

Şagirdlərin həm  riyaziyyat,  həm  də təbiət  fənləri üzrə biliklər sisteminə  - qarşılıqlı əlaqəli 

şəkildə  yiyələnməsi  bir  çox  cəhətdən  müəllim  tərəfindən  həyata  keçirilən  təlim  metodlarından 

(öyrətmə  metodları),  həmçinin  şagirdlərin  özləri  tərəfindən  həyata  keçirilən  və  biliklərin 

mahiyyətinin  açılmasına,  onların  mənimsənilməsinə,  tətbiqinə,  yeni  tədris  situasiyasına 

köçürülməsinə imkan verən öyrənmə metodlarından asılıdır. Riyaziyyatın təbiət  fənləri  ilə əlaqəli 

tədrisinin digər  məsələsi bunlardan ibarətdir. 

Hər iki məsələnin həlli üçün əlverişli şərait vardır. Belə ki, riyaziyyat və həyat bilgisi fənləri 

məzmununun səciyyəvi xüsusiyyəti müəllim və şagirdlərin əlaqəli fəaliyyətini təmin edən müxtəlif 

təlim  metodlarını  tətbiq  etməyə  imkan  verir.  Bu  fənlər  üzrə  öyrənmə  metodlarının  (öyrənilən 

əşyalar,  proseslər  və  hadisələrin  müxtəlif  müşahidələri,  tədris  tapşırıqlarının  yerinə  yetirilməsi, 

müxtəlif  hesablama  və  mətnli  məsələlərinin  həlli,  ölçmə  və  qurma  məsələləri,  qrafiklərin  və 

cədvəllərin  tərtibi  və  i.a)  geniş  həyata  keçirilmə  imkanları  vardır.  Müşahidələr  və  müşahidə 

materiallarının  riyazi  bacarıqların  köməyi  ilə  ümumiləşdirilməsi  hissi  idrakı  yüksək  dərəcədə 

stimullaşdırır;  qrafiklər,  riyazi  xarakterli  məsələ  və  tapşırıqlar  kiçikyaşlı  məktəblilərin  idrak 

fəaliyyətinin  bütün  proseslərini  həyəcanlandırır,  xüsusən,  mücərrəd  təfəkkürün  gücləndirilməsinə 

təkan verir. 

Riyaziyyatın  təbiət  fənləri  ilə  qarşılıqlı  əlaqəli  təlimi  prosesinin  səmərələliyi  yalnız  təlim 

metodları  və  məktəblilərin  müxtəlif  öyrənmə  metodları  ilə  əlaqə  vasitəsilə  əldə  edilmir.  Bundan 

başqa,  dərsdə  texniki  və  əyani  vasitələrdən  istifadə  edilməsi  zəruridir:  pedaqoji  prosesə 

kinofraqmentlər,  diafilmlər  və  diapozitivlər,  kompyuter  texnologiyası,  canlı  və  cansız  təbiətin 

öyrənilən  obyektlərin,  proseslərin  və  hadisələrin  təsvirini  təmin  edən  televiziya  verilişləri.  Dərsin 

keyfiyyətini yüksəltmək üçün öyrətmə və öyrənmə metodlarını proqramlaşdırılmış təlim elementləri 

ilə əlaqələndirmək məqsədəuyğundur. 

Metodik  zənginliyin  bütün  bu  rəngarəngliyini  hərəkətə  gətirən  ibtidai  sinif  müəllimi 

kiçikyaşlı məktəblilərin riyaziyyat və təbiət elmlərinə aid biliklərini yalnız genişləndirmir, həm də 

onların  fikri  fəallığını  müşahidəçiliyini,  yaddaşı  və  təxəyyülünü  inkişaf  etdirir.  Çalışma  həlli 

vasitəsilə şagirdlərin tətbiqi və əməyə hazırlığı da növbəti addımlardandır. Bu işdə təbiət hadisələri 

ilə  əlaqədar  olan,  respublikamızın  təbiəti,  coğrafiyası,  iqtisadiyyatı,  kənd  təsərrüfatı,  tarixi,  elmi 

nailiyyətləri və s. bağlı olan riyazi məsələlərin imkanları həddindən çoxdur. 

Qeyd  edək  ki,  təbiətlə  bağlı  olan  elmlər  sənaye  və  kənd  təsərrüfatı  istehsalatının  müxtəlif 

sahələri ilə bilavasitə əlaqəli olduğundan, onların elmi prinsiplərini və əmək fəaliyyəti üsullarını təyin 

etdiyindən riyaziyyatdan mətnli məsələlərin məzmununa təbiət elmləri üzrə anlayışların daxil edilməsi 

və  şagirdlərə  öyrədilməsi  yuxarı  siniflərdə  yeniyetmə  gənclərin  politexnik  və  əmək  hazırlığına  təsir 

göstərməyə  istiqamətləndirilmişdir.  Belə  hazırlığın  elementləri  sonradan  digər  fənlərin,  o  cümlədən 

biologiya,  fiziki  coğrafiya, fizika, kimya  fənlərinin  məzmununa daxil olub, şagirdlərdə  eksperimental 

ölçmə, hesablama, qrafik bacarıq və vərdişlərin formalaşmasına imkan verir. 

Təbiət elmləri üzrə məlumatların riyazi məsələlərin məzmunu vasitəsilə ibtidai təhsilə daxil 

edilməsi  nəzərdən  keçirilən  bu  üç  məsələ  ilə  məhdudlaşmır.  Həmin  məsələlərin,  müvəffəqiyyətlə 

həyata  keçirilməsi  üçün  şagirdlərin  əqli  müşahidədən  başlayaraq  onun  inkişafının  ardıcıllığı, 

xüsusən,  inkişaf  etmiş  təfəkkürün  olması  zəruridir.  Ona  görə  şagirdlərdə  riyaziyyatdan 

müxtəlifməzmunlu  mətnli  məsələlər  və  təlim  metodları  vasitəsilə  bütövlükdə  əqli  inkişafın 

intellektual  bacarıq  və  vərdişlərinin  formalaşması  təbiət  fənləri  üzrə  ilkin  biliklərin  ibtidai  riyazi 

təhsil zamanı verilməsinin digər addımını təşkil edir. 

Psixoloqlar tərəfindən sübut olunmuşdur ki, şagirdlərin əqli inkişafı yalnız onların fəal tədris 

fəaliyyəti  prosesində  mümkündür.  Başqa  sözlə,  sistemləşmiş  biliklərin  onlar  tərəfindən 

qavranılmasında,  biliklərin  əqldə  yenidən  işlənib  hazırlanmasında  və  təlim  prosesində  müəllim 



Riyaziyyatın ibtidai kursunun təbiət fənləri ilə əlaqəli tədrisinin didaktik xüsusiyyətləri

 



 

85 


 

tərəfindən  yaradılan  müxtəlif  tədris  situasiyalarında  onların  praktik  tətbiqlərində  mümkündür. 

Nəticədə  şagirdlərdə  düzgün  elmi  təsəvvürlərin  və  anlayışların  əmələ  gəlməsini,  bütövlükdə 

təfəkkürün inkişafını təmin edən analiz-sintez, induksiya-deduksiya, müqayisə, analogiya kimi fikri 

fəlaliyyət priyomları yaranır və inkişaf edir. 

Riyaziyyatın  ibtidai  kursunun  tədrisi  zamanı  təbiət  fənləri  üzrə  ilkin  təhsilin  növbəti 

problemi  daha  çox  əhəmiyyətlidir.  O,  məsələ  həlli  vasitəsilə  təbiət  haqqında  biliklərin 

mənimsənilməsi  və  bu  biliklərin  sonradan  elmi-materialist,  mənəvi,  vətənpərvər  baxışlara  və 

inamlara  çevrilməsi  prosesində  məktəblilərin  ardıcıl  və  fəal  tərbiyəsinin  həyata  keçirilməsinə 

istiqamətlənmişdir. 

Təbiət  fənləri  üzrə  ilkin  təhsilin  müxtəlif  məzmun,  forma,  öyrətmə  və  öyrənmə  metodları 

vardır. Ona görə kiçikyaşlı məktəblilərdə elmi  dünyagörüşünün dayanıqlı  əsaslarının formalaşma-

sını,  vətənpərvərlik  hislərinin  inkişafını,  doğma  təbiəti  qorumağı  və  zənginləşdirməyi  səmərəli 

stimullaşdıra  bilər.  Yəni,  sonradan  yuxarı  siniflərdə  biologiya,  fiziki  coğrafiya,  fizika,  kimya 

dərslərində şagirdlər inanırlar ki, bütün mövcud olan təbiət maddidir, belə ki, o müntəzəm hərəkət 

edən materiyanın müxtəlif formaları kimi özünü göstərir, onun bütün növlərində insanların şüuru və 

arzularından  asılı  olmayaraq  mövcuddur;  fiziki,  kimyəvi,  bioloji,  biokimyəvi,  fiziki-kimyəvi  və 

biofiziki  proseslərdə  o  yalnız  sonsuz  dəyişir.  Bütün  bu  dəyişmələr  fəza  və  zamanla  şərtlənən, 

müxtəlif formalarda özünü biruzə verən təbii obyektiv əlaqələrdir. Onların hamısı üçün xarakterik 

olan  səbəb-nəticə  əlaqəlidir.  Fizika,  kimya,  biologiya,  coğrafiya  alimləri  təbiətdə  mövcud  olan 

əlaqələr və qanunları dərk edir və onlardan istehsalatda, məişətdə, estetik məqsədlər üçün istifadə 

edərək təbiəti ram edirlər. 

Bütün bu deyilənlər onu da qeyd etməyə imkan verir ki, riyaziyyatın ibtidai kursunun təbiət 

fənləri  ilə  əlaqəli  tədrisinin,  riyazi  anlayışların  təbiətdə  uşaqların  gündəlik  həyatda  qarşılaşdıqları 

faktlar  əsasında  izah  edilməsi  çox  böyük  həm  yaxın,  həm  də  uzaq  məqsəd  daşıyan  tərbiyəvi 

əhəmiyyət də kəsb edir. Riyaziyyatın müşahidələr əsasında qazanılan təbiət bilikləri üzərində izah 

edilməsinin  yaxın  məqsədi  müvafiq  fənlər  üzrə  şagirdlərə  yalnız  bilik,  bacarıq  və  vərdişləri 

mənimsətməkdən ibarət  olmamalıdır. Didaktik alimlərin  müəyyən etdiyi  kimi,  belə təlim, həm  də 

öyrənilən riyazi və təbiət bilikləri vasitəsilə və digər vasitələrlə onları məqsədyönlü şəkildə tərbiyə 

etməkdən, psixoloji inkişafını təmin etməkdən ibarət olmalıdır. Çünki  “psixoloji qüvvələri: diqqəti, 

hafizəsi, iradəsi, təxəyyülü, təfəkkürü və s. intensiv inkişaf edən şagirdlər təlim və tərbiyə zamanı 

daha çox uğur qazanırlar”. 

Psixoloji  qüvvələrin  intensiv  inkişafı  həm  də  strateji  (uzaq)  məqsədin  reallaşmasını  təmin 

edir.  Bütün  təlim  prosesində  olduğu  kimi,  ibtidai  siniflərdə  riyazi  anlayışların  təbiət  bilikləri  ilə 

əlaqəli tədrisi də təlimin strateji (uzaq) məqsədinə – yəni, milli və ümumbəşəri dəyərləri gənc nəslə 

məqsədyönlü, planlı və mütəşəkkil aşılamaq yolu ilə respublikamızın ərazi bütövlüyünü, sərhədlərin 

toxunulmazlığını,  dövlət  müstəqilliyini  qorumağa  qadir  olan,  ölkə  ərazisinin  fauna  və  florasını 

mükəmməl bilən və onu canından artıq sevən vətəndaş  yetişdirməyə xidmət  etməlidir. Buna  I-IV 

siniflər üçün yazılmış mövcud riyaziyyat dərsliklərinin məzmunu da imkan verir. Dərsliklərdə 10-

luq, 20-lik, 100-lük və 1000-lik dairəsində hesab əməllərinin öyrədilməsi müxtəlif cəbri və həndəsi 

anlayışlarla, həm də təbiət və gündəlik məişət hadisələri ilə əlaqəli verilir. Məsələn: cəbri anlayışlar 

kimi ədəd oxu, ədəd oxu üzərində ədədlərin müqayisəsi, toplanması və çıxılması, qrafik məlumatlar 

(barqraf,  teliqraf,  piktoqram,  cədvəl,  Venn  diaqramı),  sıra  sayları,  100-lük  kvadratlar  koordinat 

şəbəkəsi, dəyişəni olan ifadələr, tənliklər, kəsrlər, müsbət və mənfi ədədlər və s.; həndəsi anlayışlar 

kimi kvadrat, düzbucaqlı, üçbucaq və onun növləri, dairə, düz xətt, parça, şüa, sınıq xətt, əyri xətt, 

bucaq, onun təpəsi və tərəfləri; iti, kor və düz bucaqlar, kub, düzbucaqlı prizma, piramida, silindr, 

konus,  kürə,  simmetriya,  paralel  və  kəsişən  düz  xətlər,  çoxbucaqlılar,  fəza  fiqurlarının  modelinin 

düzəldilməsi,  perimetr,  sahə,  uzunluğun,  kütlənin,  tutumun  ölçülməsi  və s.;  həyat  bilgisi  və  digər 

təbiət fənləri üzrə temperatur və onun ölçülməsi, vaxt, kütlə, tutum anlayışları və onların ölçülməsi, 

ehtimal  nəzəriyyəsinin  ilkin  rüşeymləri,  obyektin  koordinat  şəbəkəsində  qeydə  alınması,  bitkilər, 



Həsənova X.S., Əliyeva K.H., Babayeva Ü.R. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə