Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   35   36   37   38   39   40   41   42   43

 

90 


 

yuvasına çevrilmişdir. Belə yerlər ictimayyətin gözü qarşında gənc oğlan və qızları abırsızlaşdırır, 

onları  “Qərbin  çılpaq  mədəniyyətinə”  qovuşdururdu.  Bu,  namussuzluğa,  əqidəsizliyə,  milli 

dəyərlərə hörmətsizliyə sürükləyirdi. Həmişə olduğu kimi, bu dəfə də ulu Öndərimiz Heydər Əliyev 

öz sözünü dedi. Onun 13 avqust 2001-ci il tarixli bəyanatı bütün cəmiyyəti silkələdi, xalqın bir növ 

gözünü  açdı,  onu  ayıltdı.  Xalqın  mənəvi  dəyərlərinin  qorunmasının  tərəfdarı  olan  ulu  öndərimiz 

Heydər Əliyev haram yolla qazanc məqsədi daşıyanlara qarşı mübarizəni hər bir insanın özünün öz 

mənəviyyatının 

qorunması 

aspektindən 

yanaşırdı. 

“Bizim 


millətimizdə, 

xalqımızda, 

azərbaycanlılarda namus, qeyrət həmişə  ən yüksək kefiyyət hesab olunmalıdır. Amma namusunu,  

qeyrətini, şərəfini alçaldan insanlar özlərini uçuruma salırlarsa, artıq başqalarınında mənəviyyatını 

pozurlar. Biz bunlara dözə bilmərik və xalqımız da dözməməlidir”, daha sonra: “Hər bir insan özü 

öz  mənəviyyatını  qorusun.  Əgər  görəndə  ki,  haradasa  mənəviyyat  pozulur”,  onun  qarşısını  alsın. 

Onun axarında getməsin” [5,193]. 

H.Əliyev  belə  hesab  edirdi  ki,  “gecə  barlarında  vaxt  keçirənlər  təbiidir  ki,  hansısa  imkanlı 

ailələrin  adamlarıdır.  Kasıb  adam,  kasıb  ailənin  uşağı  oraya  gedə bilməz”. Ulu öndərimiz Heydər 

Əliyev nə qədər imkanlı olursa olsun, nə qədər zəngin olursa olsun valideyinlərdən öz övladlarına 

düzgün yol göstərərək tərbiyə etməyi tövsiyə edirdi: “Nə  qədər imkanlı olursan ol, nə qədər zəngin 

olursan  ol  gərək  sən  övladlarına  düzgün  yol  göstərərsən,  düzgün  tərbiyə  verəsən.  Ona  gecə 

barlarında müxtəlif əyləncələr üçün şərait yaratmayasan” [6,333]. 

22 sentyabr 1993-cu ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri  lə görüşündəki 

nitqində H.Əliyev cəmiyyətdə mövcud olan bu cür mənəvi problemlərə toxunmuş, onların gənclərin 

mənəviyyatına təsirini aşağıdakı şəkildə  açıqlanmışdır: “Yaxşı bilirsiniz ki, sərxoşluğa qurşanmış 

gənclərdən gələcəkdə sağlam övlad törəyə bilməz, onlar bizim nəslimizin davamçısı da ola bilməz. 

Narkomaniyaya  qurşanmış  gənclər  əgər  ondan  müvəqqəti  zövq  alırlarsa  belə  düşünməlidirlər  ki, 

onlar öz nəsillərini zəhərləyir, itirirlər”  [4,24]. 

Ulu öndərimiz H.Əliyev adamların fikrini və mənəvi hisslərini oyatmaqda, ən kəskin, aktual 

məslələrə,  gələcək  nəsillərin  müqəddəratı  ilə  əlaqədar  problemlərə  düzgün,  inandırıcı  cavablar 

axtarmaqda  jurnalistlərin  köməklik  göstərmələrini  mühüm  məqamlardan  sayırdı.  O,  xüsusilə 

ədəbiyyat  və  incəsənəti  insanın  mənəvi  cəhətdən  yüksəldilməsində  əxlaqca  kamilləşməsində 

qüdrətli  vasitə  hesab  edirdi.  Ulu  Öndərimiz  özünun  qeyd  etdiyi  kimi,  “ədəbiyyat  və  incəsənət 

insanpərəstliyi,  qabaqcıl  ideyaların  coşğun  təbliğində  ifadəsini  tapan  sənətkar  rəşadəti 

münasibətlərimizi  ülviləşdirir  və  nəcibləşdirir.  Bütün  bunlar  tələb  edir  ki,  ədəbiyyat  və  incəsənət  

xadimləri  yaradıcılığa,  öz  əsərlərinin  ideya  və  bədii  səviyyəsinə  daha  ciddi  yanaşmalıdırlar” 

[4,140]. 

Heydər  Əliyev  həyatda  laqeydliyi,biganəliyi  sevmirdi.  Bu  cür  mənəvi  kefiyyətləri  o,  insan 

mənəviyyatına  təsir  göstərə  biləcək  mənfi  meyillərin  başlanğıcı  olaraq  görürdü.  Digər  tərəfdən  o, 

insanı digər bir insanı düz yola çəkməkdən ötrü mənəvi haqqın olmasını vacib amillərdən sayırdı. 

 

ƏDƏBİYYAT 

1. Məhərrəmov M.C. İzahlı psixoloji lügət. Bakı: Azərnəşr, 1999, 149 s. 

2. Azərbaycan milli izahlı enosiklopedik pedaqoji lüğət // N.M.Kazımovun  redaktəsi ilə.  Bakı: Azərbaycan  

Dillər İnistutu, 2005, 245 s. 

3. Aforizmlər. Bakı: Azərbaycan Universteti, 1997, 368 s. 

4. Əliyev H.Ə. Təhsil millətin gələciyidir. Bakı: Təhsil, 2002, 580 s.        

5. Xəlilov S.S. Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi. Bakı: Azərbaycan  universteti, 2002, 232 s.  

6. Gələcək gənclərindir / Ə.Qarayevin redaktəsi ilə. Bakı: Azərnəşr, 2004, 496 s. 



 

 

 

 

 

Tarix təlimində Heydər Əliyev  irsində mənəvi  tərbiyə məsələlərinin izahi probleminin  

metodik ədəbiyyatlarda qoyuluşu 

 



 

91 


 

РЕЗЮМЕ 

ПОСТАНОВКА ПРОБЛЕМЫ ВОПРОСОВ НРАВСТВЕННОГО ВОСПИТАНИЯ В 

ПРЕПОДАВАНИИ ИСТОРИИ НАСЛЕДИЯ ГЕЙДАРА АЛИЕВА И ИХ ОПИСАНИЕ В 

МЕТОДИЧЕСКОЙ ЛИТЕРАТУРЕ 

 Абдуллаев Р.Ф. 

 

Ключевые слова:  Общенациональный  лидер, Гейдар Алиев, личность, мораль, честь, народ. 

В  статье  рассматривается  жизненный  путь  Общенационального  лидера  Гейдара  Алиева  как 

пример для нравственного воспитания молодого поколения.Для внесения ясности были исследованы 

методические,  научно-методические  пособия  и  литература,  из  которых  можно  сделать  выводы,  что 

идеи,  выдвинутые  Г.Алиевым  в  направлении  восстановления  государственной  независимости 

Азербайджана, советы и рекомендации способствуют развитию у молодого поколения патриотизма, 

политической идеи, высокой убежденности, порядочности и достоинства.  

                                               

SUMMARY 

PUTTING EXPLANATION PROBLEMS OF THE ISSUES OF MORAL UPBRINGING  

IN THE HERITAGE OF H.ALIYEV IN TEACHING OF HISTORY IN METHODIC 

LITERATURES 

Abdullayev R.F. 

 

Keywords: Great Leader, Haydar Aliyev,personality, inwardness, honour, people 

In this article our great leader Haydar Aliyev’s life has been explored as one of the means of bringing 

up of young generation. For clarifying this problem i looked up scientific, scientific-popular  and  teaching 

funds.  From  methodic  literatures  which  i  had  researched,  it  became  clear  that  the  ideas,  recommendations 

and  advice  put  forward  by  H.A.Aliyev  to  restore  the  state  independence  of  Azerbaijan  shall  inculcate  the 

pupils with some moral qualities like patriotism, high faithfulness, political thinking, high-mindedness and 

dignity. 

                                                                                       

                                                                               

                                                                                   



  Daxil olma tarixi: 

İlkin variant 

14.12.2016 

 

Son variant 



16.03.2017 

 

 



 

AbdullayevR.F. 

 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə