Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   35   36   37   38   39   40   41   42   43

 

86 


 

həşəratlar, heyvanlar və balıqlar, teleskop və s. haqqında məlumatlar riyaziyyat dərsliklərinə daxil 

edilmişdir.  Riyaziyyat  dərsliklərinin  belə  tərtibi  onun  yalnız  təbiət  fənləri  üzrə  müvafiq 

məlumatlarla əlaqəli tədrisini nəzərdə tutmur. 

İbtidai  siniflərin  riyaziyyat  dərslərini  təbiət  fənləri  ilə  daha  səmərəli  əlaqələndirilməsinə 

imkan  verən  anlayışlardan  biri  də  kompasdır.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  riyaziyyatın  daxili 

tələblərindən  yaranan  ən  mücərrəd  riyazi  nəzəriyyələr  gec-tez  özünün  tətbiqlərini  tapırlar. 

Doğrudan  da  kompas  əqrəbinin  tarazlığı  haqqında  Puassonun  riyazi  nəzəriyyəsi  tam  40  il  praktik 

tətbiqlərini  tapmamışdır.  Bununla  yanaşı,  kompasın  göstərişindəki  xətalar  nəticəsində  gəmilər 

qəzalara uğramışdır. Yalnız 1862–ci ildə İrlandiya sahillərində kompasın düzgün olmayan göstərişi 

səbəbindən  iki  okean  gəmisi  məhv  olduqda  alimlər  və  mütəxəssislər  Puasson  nəzəriyyəsinə 

müraciət  etmişlər.  Bu  nəzəriyyə  əsasında  dəniz  kompaslarının  göstərişlərindəki  xətaların  aradan 

qaldırılmasının  praktik  üsulları  işlənib  hazırlanmışdır.  Puassonun  riyazi  nəzəriyyəsi  bu  qayda  ilə 

dənizçilikdə təhlükəsizliyin yüksəldilməsinə kömək etmişdir. 

Hər  bir  ibtidai  sinif  müəllimi  onu  da  bilməlidir  ki,  I  sinifdən  başlayaraq  kiçik  yaşlı 

məktəblilərə riyaziyyatın digər təbiət fənləri ilə qarşılıqlı-əlaqəli öyrədilməsi prosesi hansı mühüm 

strateji  təlim  məqsədləri  daşıyır  və  gələcəkdə  gəncləri  müxtəlif  elmlərin  hansı  sahələrinə 

aparacaqdır? 

Sualı qismən cavablandıraq: 

Elmi  biliklərin  riyaziləşməsi  adlanan  riyazi  metodların  başqa  elmlərə  nüfuz  etməsi 

prosesinin  çoxdan  başlanmasına  baxmayaraq,  yalnız  elmi-texniki  tərəqqi  dövründə  böyük  vüsət 

almışdır. Elmin riyaziləşməsi əsasən cari prosesin dildə ifadəsi ilə həyata keçirilir. Riyazi dilin digər 

elmlərin  dilindən  fərqli  xüsusiyyəti  ondan  ibarətdir  ki,  özündə  heç  olmazsa  iki  dili  (cəbri 

strukturların  simvolik  dili  və  həndəsi  fiqurlar,  qrafiklər,  diaqramlar  və  s.  dili)  özündə  birləşdirir. 

Nəzəri təbiətşünaslığın inkişafında riyazi dilin əhəmiyyətini nəzərdən keçirən məşhur fizik Nils Bor 

yazmışdır: “riyaziyyat – dil üstəgəl təfəkkürdür; dil və məntiqin birliyidir”. 

Təbiətin  öyrənilməsində  riyaziyyatın  əhəmiyyətini  yüksək  qiymətləndirən  Q.Qaliley 

yazılmışdır  ki,  təbiət  hamı  üçün  açıq  olan  nəhəng  bir  kitabdır;  bu  kitabı  yalnız  riyaziyyatı 

mükəmməl  öyrənənlər  dərk  edə  bilərlər.  Təbiət  elmlərinin  öyrədilməsində  riyaziyyatın 

inkarolunmaz əhəmiyyəti bir daha bu fikirlərlə təsdiq olunur. 

Təbiət elmləri inkişafının təsirli vasitəsi olan elmlərin riyaziləşməsi müasir dövrün səciyyəvi 

xüsusiyyətidir.  İnsanlar  artıq  indi  dərindən  başa  düşmüşdür  ki,  elmi  biliklər,  o  cümlədən,  təbiət 

elmlərinə  aid  biliklər  o  zaman  təkmil  ola  bilər  ki,  onların  ifadəsində  riyazi  modellərdən  istifadə 

etmək mümkün olsun. 

Mücərrəd və simvolik riyaziyyatın köməyi  ilə fiziklər və bioloqlar materiyanın  dərinliyinə 

nüfuz  edə  bilirlər.  Riyaziyyat  alimlərin  eksperimental  yolla  müəyyən  edə  bilmədikləri  obyektləri 

görmək  üçün  vasitədir.  Riyaziyyat  fiziklər  üçün  təbiətdə  yeni  hadisələri  izah  etmək  və  sonradan 

eksperimental  yolla  onun  doğruluğunu  yoxlamaq  üçün  bir  növ  riyazi  qələmdir.  Buna  fizikada 

pozitron,  neytron  və  başqa  hissəciklərin  kəşfini  misal  göstərmək  olar.  XX  əsrin  30-cu  illərində 

Dirakın tərtib etdiyi riyazi tənliyə görə yalnız fiziki hissəciklər olan elektronlar deyil, həmçinin, əks 

hissəciklər olan – pozitronlar da mövcud idi. Bundan sonra tezliklə eksperimental yolla Anderson 

pozitronu kəşf etmişdir. Eksperimental yolla pozitronun kəşfindən əvvəl riyazi hesablamalarla onun 

mövcud  olması  sübut  olunmuşdur.  Əlbəttə,  belə  hesablamalar  sürətli  kompüter  hesablamalarının 

köməyi sayəsində mümkün olmuşdur. 

Müasir fiziologiyada və təbabətdə də riyazi metodlardan daha çox istifadə olunur. İndi artıq 

təkcə  biologiya  deyil,  təbabətin  özü  də  hadisələri  dinamik  təsvir  etməyə  imkan  verən  riyazi 

metodları nəzərə almaya bilmir, canlı orqanizmə mürəkkəb dinamik sistem kimi baxılır. 

XIX əsrin 70-ci illərində riyaziyyatın biologiyada tətbiqi sıfra bərabər qəbul edilirsə, hazırda 

bu baxışlar tamamilə dəyişmişdir. Canlı təbiət riyaziyyat və təbiət elmlərinin birgə tətbiq edilməsi 

sayəsində öyrənilir. 



Riyaziyyatın ibtidai kursunun təbiət fənləri ilə əlaqəli tədrisinin didaktik xüsusiyyətləri

 



 

87 


 

Təbiət  fənləri  sisteminin  mühüm  tərkib  elementi  kimi  coğrafiya  kursu  –  Yer  kürəsinin 

forması, ölçüləri, su obyektləri, onu əhatə edən hava, bitki və heyvanat aləmi öyrənilir. Bu zaman 

əsas vasitə kimi coğrafiya xəritələrindən istifadə olunur. Xəritə - coğrafi obyektlərin və hadisələrin 

yerləşməsi, birləşməsi və əlaqələrini müxtəlif kartoqrafik işarələrlə göstərilən əyani fəza modelidir. 

Bu  qiyməti  idrak  vasitələrindən  düzgün  istifadə  etmək  bacarığı  ibtidai  siniflərdən  başlayaraq 

formalaşdırılır  ki,  bu  bacarıqlar  da  hər  bir  Azərbaycan  vətəndaşının  intellektual  səviyyəsinin 

göstəricisidir.  Xəritəni  başa  düşmək,  oxumaq  –  hər  hansı  ərazinin  xüsusiyyətlərinin  aşkar 

edilməsindən ibarət olan prosesdir. 

İbtidai riyaziyyat kursunda da fiqurların müstəvi üzərində təsviri, miqyas, oxşar və fırlanma 

fiqurlarının qurulması, oxşar fiqurların sahələri nisbəti, iki məntəqə arasındakı məsafənin tapılması 

kimi məsələlər həll olunur. 

Ümumtəhsil  orta  məktəblərin  I-IV  siniflərində  tədris  olunan  mövcud  riyaziyyat  kursu 

əhəmiyyətli  dərəcədə  nəzəri  səviyyənin  yüksəldilməsi,  tətbiqi  istiqamətin  gücləndirilməsi  ilə 

xarakterizə olunur. Məzmunu digər təbiət fənləri ilə üzvi  əlaqədə qurulan riyaziyyat dərsliklərində 

tədris  materialının  elmi  –  nəzəri  səviyyəsinin  zənginləşməsi,  ona  riyaziyyatı  elmin  müasir 

problemləri  ilə  əlaqələndirən  yeni  bölmələrin  (cəbri  elementlərin,  funksiyalar  nəzəriyyəsinin 

elementlərinin,  xətti  proqramlaşdırma  məsələləri  haqqında  elementar  anlayışların,  kompyuter 

texnologiyası  haqqında  məlumatların  və  s.)  və  praktik  tətbiqlər  baxımından  zəruri  mətnli 

məsələlərin daxil edilməsi ibtidai riyaziyyat kursunun bütövlükdə tətbiqi istiqamətini gücləndirir. 

Ən  mühüm  riyazi  anlayışlar  və  vərdişlər  kifayət  qədər  uzun  müddətə  formalaşır.  Bu  da 

təlimin  müxtəlif  mərhələlərində  şagirdlərə  mühüm  anlayışları,  bacarıq  və  vərdişləri  ardıcıl 

mənimsəməyə şərait yaradır və proqramın bütövlükdə daha dərindən öyrənilməsinə imkan verir. 

İbtidai siniflərdən başlayaraq şagirdlərin təqvim üzərində müxtəlif tarixləri müəyyən etməyi, 

koordinat şəbəkəsi üzərində koordinat cütlərinə görə əşyanın  yerini müəyyən etməyi, məlumatları 

müxtəlif  qrafik  formada  (teliqraf,  barqraf,  piktoqram,  cədvəl,  Venn  diaqramı)  çəkməyi,  qrafik 

formalarda  verilən  məlumatları  oxumağı  və  təqdim  etməyi,  verilən  məlumatları  araşdırmaqla 

hadisənin  nəticələri  haqqında  əvvəlcədən  fikir  söyləməyi,  proqnoz  verməyi  və  s.  mükəmməl 

öyrənməsi,  yuxarı  siniflərdə  onları  coğrafiya  fənnini  riyazi  metodların  köməyi  ilə  öyrənməyə 

hazırlamağa kömək edir. 

Onu da qeyd etmək lazımdır ki, ibtidai siniflərdə təbiət fənləri üzrə məlumatların verilməsi 

və  həmin  məlumatların  riyazi  anlayışlarla  üzvi  əlaqədə  izah  edilməsi  həm  ibtidai  riyaziyyat 

kursunun elmi səviyyəsinin yüksəldilməsini, alınan nəzəri biliklərin həyata keçirilməsini təmin edir, 

həm də yuxarı siniflərdə riyazi fənlərin tədrisi zamanı fənlərarası əlaqələrin daha mürəkkəb, lakin 

vacib  variantlarının  reallaşdırılması  işinin  təşkilinə,  şagirdlərin  belə  mürəkkəb  təfəkkür 

əməliyyatlarından uğurla keçmələrinə zəmin yaradır. Ona görə də təhsilin bu aparıcı məsələlərinin 

müvəffəqiyyətlə  həll  edilməsində  riyaziyyat  kursunun  təbiət  fənləri  ilə  üzvi  əlaqələrinin  təmin 

edilməsi zəruridir. 



Elmi  yeniliyi:  Riyaziyyatın  ibtidai  kursunun  tədrisində  təbiət  fənlərinin  rolu  kiçikyaşlı 

məktəblilərin təlim naliyyətlərinin qiymətləndilrilməsində mühüm rol oynayacaqdır



Tətbiqi əhəmiyyətiMəqalənin tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, ibtidai sinif pilləsində 

müəllimlər  və  elmi  iş  aparan  tədqiqatçılar  burada  toxunulan  məsələlərin  xüsusiyyətlərini, 

əhəmiyyətini və rolunu nəzərə alacaqlar.  

 

ƏDƏBİYYAT 

1.

 



Adıgözəlov  A.S.,  Əliyeva T.M.  Riyaziyyatın tədrisi prosesində fənlərarası  əlaqələrin     tətbiqi: Metodik 

vəsait. Bakı: Maarif, 1993, 166 s. 

2.

 

Əliyev İ.İ. İbtidai siniflərdə dərs zamanı şagirdlərin müstəqil işlərinin səmərəlilik şərtləri.Bakı: Mütərcim, 



2007, 146 s. 

3.

 



Mərdanov M.C. Davamlı inkişaf və təhsil. Bakı: Çaşıoğlu, 2007, 210 s. 

Həsənova X.S., Əliyeva K.H., Babayeva Ü.R. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə