Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

 

34 


 

 

UOT 82.0:894.362 

 

ŞAMİL SALMANOVUN ƏDƏBİ-NƏZƏRİ GÖRÜŞLƏRİNDƏ ƏNƏNƏ 

VƏ NOVATORLUQ 

 

ZEYNALOVA RƏQSANƏ HİDAYƏT qızı 

Sumqayıt Dövlət Universiteti, dissertant 

e-mayl: rqsan@mail.ru 

 

Açar sözlər: novatorluq, sərbəst şeir, bədii yaradıcılıq, ədəbi tənqid, sosialist realizmi  

 

Şamil  Salmanovun  ədəbiyyatda  ənənə  və  novatorluqla  bağlı  tədqiqatlarının  bir  hissəsi  XX 



əsrin  20-30-cu  illərini  əhatə  edir.  Bu  dövrün  ədəbi  prosesinin  diqqətdə  saxlamaq  zəruri  və  sovet 

ədəbiyyatının  metodoloji  mövqeyini  müəyyənləşdirmək  baxımından  maraqlıdır.  Cəmiyyətin  yeni 

siyasi-ideoloji  əsaslar  üzərində  qurulması  ədəbiyyat  və  incəsənətin  də  qarşısına  mühüm  vəzifələr 

çıxarmışdı. Söz sənəti ictimai gerçəkliyin reallıqlarını əks etdirmək prosesinə qoşulmuşdu. Marksist 

estetikanın formalaşması ənənə və novatorluğa yeni, fərqli münasibətin ortaya çıxması ilə müşayiət 

olunurdu:  Bir  sözlə,  20-ci  illərdə  yeni  cəmiyyətin  sürətli  təşəkkül  prosesi  gedir,  sosialist  şüarları 

xalq gerçəkliyinə ən dərin və güclü bir şəkildə nüfuz edirdi. Bütün bunlar öz növbəsində cəmiyyətin 

yeni bədii görüşlərinin, yeni estetik idealının formalaşmasına da əhəmiyyətli təsir göstərmiş olurdu. 

Həyatın yenilik hərəkatı bədii yaradıcılıqda ənənə və novatorluq məsələsinin aktual bir yaradıcılıq 

məsələsi olaraq meydana çıxması üçün əsas yaradırdı.    

 Qeyd etmək lazımdır ki, bədii  yaradıcılıqdakı  yenilik  və müasirlik düşüncəsi  ilk öncə ədəbi 

tənqiddə  dərk  olunur,  ədəbi-nəzəri  fikir  yeni  yaranan  əsərlərdə  ədəbi  ənənənin  davamını 

müəyyənləşdirməklə  yanaşı,  fəlsəfi  ümumiləşdirmələrlə  ənənə  və  novatorluğun  fəlsəfəsini  aşkara 

çıxarırdı.  

Məlumdur  ki,  20-ci  illərdə  Azərbaycanda  gedən  ənənə  və  novatorluq  mübahisələrində 

Türkiyədən  gələn  və  Azərbaycanın  müxtəlif  təhsil  ocaqlarında,  mətbuat  orqanlarında  fəaliyyət 

göstərən yazıçı və alimlər yaxından iştirak edirdi. Yeni əsrin ilk onilliklərində onların ədəbi mühitə 

təsirini  xüsusi  qeyd  etmək  lazımdır.  Səbribəyzadə  Xalid  Xürrəm,  Xəlil  Fikrət,  İsmayıl  Hikmət, 

Məhəmmədəli  Eyni,  Bəkir  Çobanzadə  və  başqalarının  ədəbiyyat  və  sənət  görüşləri  marksist 

estetikasının  prinsipləri  ilə  üst-üstə  düşmürdü.  Şamil  Salmanov  həmin  ədəbi  şəxsiyyətlərin  20-ci 

illər  ədəbi  prosesindəki  iştirakını  müsbət  hal  kimi  qiymətləndirirdi.  Lakin  İ.Hikmətin  Füzuli 

sənətinə  münasibətində  Ş.Salmanovun  mövqeyini  bir  qədər  mübahisəli  hesab  edirik.  İ.Hikmət 

yazırdı:  “Füzulinin  bütün  nəşidləri,  qəlbi  bir  fəryaddır...”  Füzuli  eşqin  hər  növünü  dadmış,  hər 

növündən zövqünü almış aşıqdır” [1, s. 45]. 

Şübhəsiz  ki,  bu  fikirdə  heç  bir  ziddiyyətli,  aydın  olmayan  cəhət  yoxdur.  Lakin  Şamil 

Salmanov  İsmayıl  Hikmətin  mövqeyi  ilə  razılaşmır,  onun  mülahizələrini  subyektiv  mənbənin 

inikası kimi qiymətləndirir, burada poeziyanın idraki-estetik təsirini zövqlə məhdudlaşdırır, Füzuli 

lirikasında  ictimai-fəlsəfi  mündəricənin,  onun  zəmanəyə  münasibətinin  kölgədə  qaldığı  iddia 

olunur.  Əslində,  İsmayıl  Hikmət  bütün  bunların  heç  birini  inkar  etmir,  sadəcə  olaraq,  şairin 

yaradıcılığında ilahi eşqin istiqamətini müəyyənləşdirirdi.  

Şamil  Salmanov  onun  fikirlərinə  marksist  sənət  mövqeyindən  yanaşdığına  görə  əslində  özü 

subyektiv mülahizələr ifadə edir ki, müasir ədəbiyyatşünaslıq mövqeyindən onun fikirlərini təsdiq 

etmək çətindir. O, fikirlərini belə yekunlaşdırır: “İsmayıl Hikmətin, Füzuli haqqındakı fikirləri elə 

bir  dövrdə  meydana  çıxmışdı  ki,  bu  zaman  yeni  Azərbaycan  şeiri,  onun  ideya-estetik  prinsipləri 

yeni  meydana  çıxırdı.  Belə  bir  mərhələdə  bədii  irsi,  xüsusilə,  Füzuli  kimi  qüdrətli  bir  sənətkarın 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



 

35 


 

yaradıcılığını  şərh  edərkən  müasirlik  mövqeyindən  çıxış  etməyən  sənətkarın  həqiqi  böyüklüyünü 

şərtləndirən səbəbləri araşdırmağın prinsipial əhəmiyyəti var” [2, s. 41]. 

Marksist  estetika  həm  klassik,  həm  də  müasir  ədəbi  irsə  sinfi  nöqteyi-nəzərdən  yanaşır, 

romantik  poeziyamızdakı  sufi  sənətə,  ilahi  eşqə  də  bu  prizmadan  qiymət  verir,  sənətdən, 

ədəbiyyatdan  ictimai  mündəricə  tələb  edirdi.  Tənqidçi  həmin  mövqeyə  uyğun  olaraq,  M.Füzuli 

sənətinə 20-ci illərdəki “Mədəni inqilab”  mövqeyindən yanaşırdı. 

Şamil  Salmanov  sosialist  realizmi  sənətinin  məhdud  cəhətlərini  də  görür,  bu  sahədə  vulqar 

sosioloji və nihilist mövqeləri  kəskin tənqid edirdi. Bunun başlıca səbəbini o, 20-ci illərdə tənqid 

və ədəbiyyatşünaslıq sahəsində vahid konsepsiyanın olmaması ilə əlaqələndirir, marksist fəlsəfənin 

bir  sıra  müddəalarının  qeyri-şərtsiz  olaraq  ədəbiyyatda,  sənətdə  təkrar  olunmasını  tələb  etməyi 

məqbul hesab  etmirdi. Klassik  ədəbi  irsə münasibətdə tənqidçi  iki mövqeyə öz münasibətini açıq 

ifadə etməyi zəruri hesab edirdi. Birincisi, tənqidin idealist estetik mövqedən çıxış etməsi, ikincisi,  

klassik  irsə  ifrat  sosioloji  tələblər  mövqeyindən  yanaşılması.  Hər  iki  mövqeyə  Şamil  Salmanov 

tənqidi  mövqedən  yanaşır,  obyektiv-tarixilik  prinsipindən  qiymət  verməyə  çalışırdı.  Ancaq  onun 

Azərbaycan  romantik  poeziyasını  marksist  estetika  mövqeyindən  deyil,  ümumtürk  ədəbiyyatı 

kontekstindən  araşdıran  İsmayıl  Hikməti  və  onun  həmfikirlərini  “idealist  estetika”  mövqeyindən 

təhlil etməsini qəbul etmək mümkün deyildir. 

İ.Hikmət klassik poeziyanı sufi, ilahi eşq mövqeyindən dəyərləndirir, M.Füzuli yaradıcılığına 

da bu mövqedən qiymət verirdi.  Şamil Salmanov bunu Şərq şeirinin canlı həyatda əlaqəsini şübhə 

altına  almaq,  onun  fəlsəfi  əsasını  təsəvvüfdən  ibarət  hesab  etmək  kimi  qiymətləndirirdi.  Şamil 

Salmanovun  İ.Hikmətin  “Füzulinin  ürəyi  də  əməllərdən  ziyadə  ələmlərlə  bəslənir.  O  dodaqlarda 

günəşlənən  xəndələrdən  ziyadə  gözlərdə  titrəyən  giryələrdən  şad  olur”  [2,  s.  43]  -  fikrinə  irad 

bildirməsi də yerinə düşmür.  

Göründüyü kimi, İ.Hikmətin dərin elmi təhlil mövqeyindən M.Füzuli sənətinə verdiyi qiymət 

tənqidçi tərəfindən düzgün şərh olunmur, sənət  və ədəbiyyat məsələləri, bədii yaradıcılıqda ənənə 

və novatorluq marksist sənət mövqeyindən qiymətləndirilirdi.  

Şamil  Salmanov  ənənə  və  novatorluğa  müasir  qiymət  verməyə  çalışan  mövqeni  “axtarış 

tənqidi” kimi səciyyələndirir, bədii ədəbiyyat haqqında marksist konsepsiyasının formalaşmasında 

onun rolunu şərh etməyə cəhd edirdi. Bu cəhətdən M.Quliyev, Ə.Nazim, H.Zeynallı, M.Ələkbərli, 

A.Musaxanlı, M.Rəfili, M.Arif, H.Mehdi kimi tənqidçi və ədəbiyyatşünasların rolunu xüsusi qeyd 

edərək,  yeni  tipli  ədəbiyyatın  ədəbi-nəzəri  fikrin  formalaşmasındakı  xidmətlərini  lazımınca 

qiymətləndirirdi. O, xüsusən, Ə.Nazimin ənənə və novatorluq problemi ilə bağlı olan “Yeni həyat 

və yeni ədəbiyyat” məqaləsi üzərində dayanır. Yeni ədəbiyyat necə olmalıdır? onun məqsədi nədən 

ibarətdir?”  –  sualına  Əli  Nazimin  sənətin  yeni  həyatın  nə  demək  olduğunu  dərk  etməsi  kimi 

qiymətləndirilməsini düzgün hesab etmək olar. Həyatdakı  yeniliyin  ədəbiyyata gətirilməsi  bu gün 

də aktual bir məsələ kimi qaldığı üçün bu mübahisələrə yenidən qayıtmağa ehtiyac  vardır.  

Bunu  da  qeyd  edək  ki,  Şamil  Salmanov  ənənə  və  novatorluq  məsələsində  sosrealist 

ədəbiyyatın  məlum  standartlarını  heç  də  məqbul  hesab  etmir,  xüsusən,  klassik  ədəbiyyata 

münasibətdə inqilabi ədəbiyyatın ifrat tələblərini nihilist mövqe kimi dəyərləndirirdi.  

Bədii  yaradıcılıqda  ənənə  və  novatorluq  probleminə  münasibətdə  Şamil  Salmanov  ancaq 

poetik  irsimizin  təhlili  ilə  işi  bitmiş  hesab  etmir,  eyni  zamanda,  nəsr  və  dramaturgiya 

yaradıcılığında da məsələnin izahını və şərhini zəruri bir vəzifə kimi qarşıya qoyurdu. O, müasirlik 

kateqoriyasını gerçəkliyin bədii inikası  kimi  dəyərləndirir,  yeni  ictimai  və mənəvi  gerçəkliyi  dərk 

etmək  kimi  qəbul  edirdi.  Bu  cəhətdən  60-cı  illər  Azərbaycan  roman  yaradıcılığını  xüsusi  qeyd 

edərək,  H.Mehdi,  M.İbrahimov,  İ.Əfəndiyev,  İ.Şıxlı  nəsrinin  müasir  həyatımızla  bağlı  olduğunu, 

eyni zamanda, ədəbi ənənələrdən qaynaqlandığını qətiyyətlə bildirirdi.  

Şamil  Salmanov  novator  poeziya  haqqındakı  ədəbi  konsepsiyasını  daha  çox  R.Rza 

yaradıcılığı  ətrafındakı  məqalələrində  daha  aydın  ifadə    etməyə  imkan  tapmışdır.  Ümumiyyətlə, 

novator  poeziyanın  məzmunu,  poetik  məqamı,  forması  həmişə  ədəbi  tənqidin  diqqət  mərkəzində 



Zeynalova R.H. 

 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə