Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə12/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

 

28 


 

 

UOT 82-31 

 

SÜLEYMAN VƏLİYEVİN YARADICILIĞINDA XX ƏSR HƏQİQƏTLƏRİ 

 

ŞİRİNOV FAİQ İMAMƏLİ oğlu  

Sumqayıt Dövlət Universiteti tədris bölməsinin müdiri,  

e-mail: faiq.shirinov.2016@mail.ru 

 

Açar  sözlər:  Neft  Bakısı,  fəhlə  mövzusu,  sosializm  realizmi,  müqavimət  hərəkatı,  müharibə  romanı, 



cəsarətli yazıçı, repressiya həqiqətləri  

 

Süleyman  Vəliyev  (1916-1996)  XX  əsr  Azərbaycan  ədəbiyyatının 



görkəmli 

nümayəndələrindən biridir. Romanlar, povestlər, hekayələr  müəllifidir. Sovet dönəmində  yaşamış, 

dövrün  ağrı-acılarını  da,  ziddiyyətlərini  də  görmüş,  yaradıcılığında  əks  etdirmişdir.  II  Dünya 

müharibəsinin  iştirakçısı  olmuş,  əsirlik  çəkmiş,  alman  düşərgəsindən  qaçaraq  faşizmə  qarşı 

müqavimət  hərəkatında  vuruşmuş  və  ədəbiyyatımızda  bu  hərəkatı  əks  etdirən  ilk  romanın 

(“Mübahisəli  şəhər”)  müəllifi  olmuşdur.  Müharibədən  sonra  ədalətsiz  olaraq  repressiyaya  məruz 

qalmış, Sibirə sürgün olunmuş, mənəvi əzab və yaşantılarını hekayələrində, “Düyünlər” romanında 

qələmə  almışdır.  S.Vəliyev  Azərbaycan  ədəbiyyatında  repressiya  həqiqətlərindən  söz  açan  ilk 

memuar əsərinin (“Qanadı qırıq quş da uçarmış”) müəllifidir. Ümumən yazıçının yaradıcılığı sovet 

dövründə Azərbaycan xalqının həyatının bütün mərhələlərini ümumiləşmiş şəkildə əks etdirir. 

Süleyman  Vəliyev  1916-cı  il  dekabrın  21-də  Bakının  Ramana  kəndində  dünyaya  gəlmişdir. 

Neft  Bakısının  inkişaf  etdiyi  ərazilərdən  olan  Ramanada,  fəhlə  ailəsində  böyüyən  Süleyman 

Vəliyevin  atası  Məşədi  Vəli  kənddə  köklü  maşılılar  nəslindən  sayılıb,  sovet  dövrünə  qədər 

imkanlılar  sırasına  aid  olmuşdur.  Ramanada  səkkiz  illik  məktəbi  yüksək  qiymətlərlə  bitirən 

Süleyman  dövrün  qabaqcıl  məktəblərindən  sayılan  “Qulam  şqolası”nda  təhsilini  tamamlaya 

bilmişdir. Uşaqlıqdan  yazıb-oxumağa, xəyalpərəstliyə meyilli  gələcək  yazıçının ədəbi  yaradıcılığa 

həvəsi də bu zaman yaranmışdır. Oxuduğu məktəbdə bu baxımdan biliklərə yiyələnmək üçün tam 

şərait var idi. Üstəlik, neft mərkəzi olan Sabunçu rayonunda ədəbiyyat, dram və musiqi dərnəkləri 

fəaliyyət  göstərirdi.  Bütün  bunlar  barəsində  S.Vəliyev  sonralar  həmin  məktəbin  müdiri  haqqında 

qələmə aldığı «Qulam müəllim» oçerkində bəhs açmışdır. 

“Neft  Bakısı”nın  uşaqlıq  xatirələri  dolayısı  ilə  Süleyman  Vəliyevin  “Şor  cüllütü”  (1939) 

povestində də əksini tapmışdır. Povestdə XX əsrin əvvəlləri neft Bakısının səciyyəvi obrazını görə 

bilirik. Mədən sahibi Musanın surətində ağa sinfinin firavan həyatı, zəngin məişəti, psixologiyası və 

əxlaqı təsvir olunursa, mədən fəhləsi Qulunun timsalında kasıb təbəqənin ağır həyatı, yarı-ac, yarı-

tox  yaşayışı,  həyat  uğrunda  mübarizəsi  qələmə  alınmışdır.  Milli  cəmiyyətin  gerçək  mənzərələrini 

təqdim  edən  əsər  həm  də  onunla  maraqlıdır  ki,  belə  bir  şəraitdə  dünyaya  göz  açan,  yaşayan, 

böyüyən  uşaqların,  gənc  nəslin  obrazını  təcəssüm  etdirir.  Yaşayış  uğrunda  mübarizədə  Şor  gölün 

üstünü  basmış  neft  təbəqəsini  yığıb  ucuz  qiymətə  alverçilərə  verən,  neftə  bulaşıb  qalmış  şor 

cüllütlərini ovlayan, əhəng yığıb bayram günlərində divarları ağartmaq üçün kənd qadınlarına satan 

İbiş,  Cəbi  və  s.  kimi  zəhmətkeş  balalarının  fədakar  insan  surətləri  povestdə  harın,  zəhmətsiz 

böyüdüyü  kimi,  yekəxanalığa,  qorxaqlığa,  satqınlığa,  namərdliyə  malik  Fərrux  kimi  ağa  balasına 

qarşı  qoyulur.  “İbiş  yerinin  içində  qovrulurdu.  O,  buna  dözə  bilərmi?  Fərrux  kimi  azğın  bir  uşaq 

onun atasını təhqir etsin! İbişin qeyrəti buna yol verərmi? O mütləq atasının intiqamını almalı idi...” 

[1, 17]. Həyat uğrunda mübarizədə həlak olmuş İbişin taleyi yazıçının uşaqlıq dünyasından qoparıb 

yüksək dərəcədə ümumiləşdirdiyi süjetdə əbədiləşmişdir.       

Süleyman Vəliyev ədəbiyyata birbaşa həyatdan gəlirdi. Onun yaradıcılığında dil açıb-danışan 

canlı həyat epizodları, süjetləri idi. İlk hekayəsi «Əmanət kassası» 1932-ci ildə «Hücum» jurnalında 

çap  olunan  S.Vəliyev  dövrün  ədəbi  prosesinə  istedadlı  gənc  yazıçı  kimi  qədəm  qoymuş,  “fəhlə 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



 

29 


 

kadrı”  kimi  rahat  qəbul  olunmuşdur.  1937-ci  ildə  hərbi  qulluğa  çağırılana  qədər  məhz  istedadlı 

qələm sahibi kimi Lökbatanda çıxan az tirajlı «Neft uğrunda» qəzetində, bir müddət «Azərbaycan 

gəncləri», «Kommunist» qəzetlərində müxbir olmuş, «İnqilab və mədəniyyət» jurnalında ədəbi işçi 

kimi  fəaliyyətə  başlamışdır  [2,  447].  21  yaşında  ikən,  1937-ci  ildə  qələmə  aldığı,  inqilabi  fəhlə 

hərəkatından  bəhs  edən  «Bığlı  ağa»  povesti  «Azərnəşr»də  ayrıca  kitab  şəklində  çıxdıqdan  sonra 

imzası ədəbi mühitdə parlamış, Süleyman Vəliyev birdəfəlik olaraq taleyini ədəbiyyata bağlamışdır. 

Süleyman Vəliyev üçün fəhlə mövzusu və inqilabi hərəkat kənardan gəlmə bir hadisə deyildi. 

Neft mərkəzi olan Sabunçu mədənlərində baş verən yaxın tarixin hadisələri xatirələrdə hələ diri idi. 

“Bığlı  ağa”  povesti  prototipləri  yazıçıya  yaxşı  tanış  olan  canlı  obrazlar,  həyat  hadisələri  üzərində 

qurulmuşdu.  Mədən  sahibinin  rus  sahibkar  Şaparinski  olması,  fəhlələrin  tərkibinin  beynəlmiləl 

olması, Pavel və qızı Ninanın Samaradan olub Sibirdə sürgün həyatı sürməsi, Sibirdə sürgündə olan 

Mustafanın  Bakıda  onları  tanıması,  Bığlı  ağanın  –  Abbas  Əlicanın  Cənubi  Azərbaycandan  gəlib 

neft mədənlərində işləməsi və s. ümumiləşdirilmiş olsa da, real həyat motivlərinə əsaslanırdı. Hətta 

əsərdə  epizodik  olaraq  obrazı  yaradılmış  bolşevik-inqilabçı,  sonradan  sovet  hakimiyyətinin 

Azərbaycanda  rəhbər  nümayəndələrindən  olan  Həmid  Sultanovun  Ramana  neft  mədənlərində 

işlərkən,  Süleyman  Vəliyev  gilin    həyətində  kirayədə  qaldığı  da  bəllidir.  Əsərin  sonrakı  nəşrində 

yazıçı həmçinin daha sonralar, əllinci illərdə Sibirdə sürgündə olarkən yaşadığı hadisə və faktlardan 

da  bəhrələnmişdir.  Bütün  bunlar  əsərə  canlı  nəfəs  gətirmiş,  inqilabi  hadisələrin  təsvirini  verərkən 

sosializm  realizminin  sxematik  qəliblərindən  çıxmağa  imkan  vermişdir.  Povestdə  təsvir  olunan 

fəhlə hərəkatı bir tərəfdən bolşeviklərin irəli sürdüyü quru inqilab şüar və tələblərini əks etdirirsə, 

digər tərəfdən insanlar arasındakı gərgin psixoloji münasibətlərə, mərdlik və ikiüzlülük, xeyirxahlıq 

və xəbislik, məkr-hiylə və sevgi-ülfət kimi mənəvi qarşılaşmalara nüfuz edir.        

Süleyman  Vəliyevin  sovet  dönəmində  uğurla  başlayan  həyat  və  yazıçılıq  bioqrafiyası  çox 

keçmir  ki,  keşməkeşlərlə  üzləşir.  Əslində,  həyatının  hər  mərhələsində  örnək  olası  insan  xarakteri 

yaşayan və bunun bədii obrazını yaradan ədibi zaman özü sınağa çəkir, stalinizm epoxasının və qatı 

sovet  ideologiyasının  amansız  zərbələrinə  məruz  qoyur.  1937-1939-cu  illərdə  Ukraynada  hərbi 

xidmətdə  olan  Süleyman  Vəliyev  Böyük  Vətən  müharibəsi  başlayan  kimi,  1941-ci  il  iyun  ayının 

23-də hərbi komissarlığa ərizə ilə müraciət edib cəbhəyə gedir. Səməd Vurğunun arxada qalmaq və 

vətənpərvərlik təbliğatı ilə məşğul olmaq tövsiyəsini gənc ədib qəbul etmir. 1941-ci il iyunun 29-da 

«Ədəbiyyat qəzeti»ndə yazıçıların xalqa ünvanlanmış «Qəhrəman ordu sıralarına» adlı müraciətinin 

altında görkəmli yazıçılarla yanaşı, gənc Süleyman Vəliyevin də imzası var idi.  

S.Vəliyev  azərbaycanlıların  məşhur  416-cı  milli  diviziyasının  tərkibində  Şimali  Qafqazda, 

daha  sonra  Kerç  yarımadasında  vuruşur,  1942-ci  ilin  may  ayının  8-də  kontuziya  olub  Krım 

yaxınlığında  əsir  düşür.  Bu  zaman  o,  416-cı  Azərbaycan  diviziyasının  «Azərbaycan  döyüşçüsü» 

adlı  qəzetində  hərbi  müxbir  kimi  fəaliyyət  göstərmişdir.  Yüz  minlərlə  əsir  kimi  düşərgədən 

düşərgəyə düşən  yazıçı  Almaniyanın  dərinliklərinə doğru aparılır. 1944-cü ilin  yazında S.Vəliyev 

müttəfiqlərin ağır bombardmanı zamanı düşərgədən qaçıb Triyest vilayətinin dağlarında bina salmış 

partizan  dəstələrinə  qoşulmuş,  burada  Sila  adı  ilə  cəsur  döyüşçü  və  qisasçı  kimi  qəhrəmanlıqlar 

göstərmişdir.  Sovet  İttifaqı  qəhrəmanları  Mehdi  Hüseynzadənin,  Mirdaməd  Seyidovun  keçdiyi 

müqavimət hərəkatını əli qələmli Süleyman Vəliyev də keçir. Yazıçının “Kerç səhəri” povestində, 

bir  çox  hekayələrində  (“Mənə  “sən”  de”,  “Çörək”,  “Zorən  qoca”,  “Qurtuluş”,  “Həyatın  dadı”, 

“Gözlənilməyən  məktub”  və  s.)  döyüş  cəbhələrində  yaşanan  müharibə  həqiqətləri  real  boyalarda 

əksini tapmışdır.  

Bununla  belə,  yazıçının  müharibə  mövzusunda  ən  böyük  uğuru  “Mübahisəli  şəhər”  romanı 

hesab  olunur.  Bu,  qeyd  olunduğu  kimi,  Azərbaycan  ədəbiyyatında  II  Dünya  müharibəsində 

müqavimət  hərəkatını  işıqlandıran  ilk  romandır.  1946-1947-ci  illərdə  yazılıb,  yalnız  1957-ci  ildə 

çap  oluna  bilən  əsərin  taleyi  də  müəllifinin  bioqrafiyası  kimi  keşməkeşlidir.  Roman  hadisələrin 

birbaşa  izi  ilə,  prototipi  yazıçının  özü  olmaqla  Aslanın  gizli  partizan  fəaliyyətini,  əsirlikdən  necə 

qurtulmasını,  Yuqoslaviyada  Triqlava  dağlarında,  Triyest  şəhərində  şücaətlərini,  rus,  sloven, 

azərbaycanlı və s. millətlərdən olmaqla faşizmə qarşı xalqların birgə mübarizəsini olmuş əhvalatlar, 

Şirinov F.İ. 

 



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə