Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

 

32 


 

dirçəlişi,  quruculuq  missiyası,  ümumxalq  sevincləri  yaradıcılığına  ilham  verdiyi  kimi,  Vətənin 

üzərindən əsən qara  yellərə, tarixin  qara səhifələrinə də heç zaman biganə olmamışdır. Süleyman 

Vəliyev  cəsarətli  yazıçı  idi,  xalq  mövqeyindən  günün  həqiqətlərini  yazmaqdan,  təsvir  etməkdən 

çəkinmirdi.  Sürgündə  üzləşdiyi  gerçəkləri  o  hələ  sovet  ideologiyasının  kəskin  dövründə  ayrı-ayrı 

əsərlərinə  hopdurmağı  bacarmışdır.  “Şəlalə”  hekayəsində  Bodaybonun  qılınc  kimi  kəsən  şaxtalı 

günlərini,  insanlar  arasındakı  mənəvi  çarpışmaların  təsvirini  yazıçı  inqilabdan  əvvəlki  dövrə 

keçirməklə təqdim edir. 1957-ci ildə işləyib “Səadət yollarında” adı ilə yenidən çap etdirdiyi “Bığlı 

ağa”  povestində  yazıçı  Sibir  həqiqətlərindən  də  danışır  və  bu  zaman  şəxsən  yaşadığı  həyat 

materiallarına əsaslanır. 

1966-cı  ildə  Süleyman  Vəliyevin  “Düyünlər”  romanı  çap  olunur.  Roman  Azərbaycan 

ədəbiyyatında repressiya olunmuşların taleyindən söz açan iri həcmli ilk əsərlərdən biri idi. Əsərin 

qəhrəmanı  Vasifin  sürgündən  qayıtması  ilə  başlayan  roman  ölkədə  baş  verən  gerçəklərin  üzünə 

cəsarətlə  baxır.  Repressiya  faktoru  ilə  birgə,  yazıçını  da,  onun  baş  qəhrəmanını  da  ilk  növbədə 

cəmiyyətin,  insanların  bu  hadisəyə  münasibəti,  insanlar  arasında  yaşanan  gərgin  psixoloji 

münasibətlər  düşündürür.  “Balaxan,  sən  tayqada  ağac  qırmamısan,  ağcaqanadlarla  əlbəyaxa 

olmamısan,  altmış  dərəcə  şaxtanı  görməmisən.  Allaha  şükür  et.  Mən  bunu  demək  istəyirəm... 

İnsanın böyüklüyü onun rütbəsində yox, qəlbinin böyüklüyündədir. Bəzən heç bir vəzifəsi olmayan 

bir adam sənə elə yaxşılıq edir ki, ömrün boyu kifayətdir, onu heç zaman unuda bilmirsən. Deyirsən 

uşaqlarıma  da,  nəvəmə  də  bu  barədə  bildirməliyəm.  Bütün  nəslim  bundan  xəbərdar  olmalıdır... 

Onlar  kim  olduğumu  soruşmadılar,  vəzifəmi  də...  ”  (6,  s.  284)  Əqidəli  insan  olan  Vasif  yalan  və 

saxtakarlıq üzərində həyatını qurmuş nakəslərlə axıracan barışmır, həyatını sıfırdan başlamaqla və 

yenidən  ucalmaqla  insanlıq  şərəfinin  hər  şeydən  üstün  olmasını  sübuta  yetirir.  Roman  bütün 

çətinliklərə baxmayaraq, oxucuları sağlam həyata, mənəvi ucalığa səsləyən əsərlərdən idi. 

“Əvvəllər  “Mübahisəli  şəhər”  romanına  yüksək  qiymət  verən  akademik  Məmməd  Arif 

sonralar  yazmışdı:  “Düyünlər”  romanı  maraqlı  əsərdir.  Onun  baş  qəhrəmanı  gənc  neftçi  Vasifdir. 

Vasif  ən  dərin  qazma  quyuları  sahəsində  təcrübə  aparır.  Bu  çətin  iş  həm  böyük  ixtisasa  malik 

olmaq, həm də istedad tələb edir. Vasifin əleyhdarı isə o şəxslərdəndir ki, o, yeni fikirdən ya şəxsi 

mənafe üçün istifadə edər, ya da işi pozar. Beləliklə, əsərdə istehsalat konflikti mənəvi və ictimai 

əhəmiyyət kəsb edir” (4, s. 9)     

Bununla belə, Süleyman Vəliyev onu ağrıdan əsl repressiya həqiqətlərini daha sonralar, artıq 

xatırlatdığımız  kimi,  1980-ci  illərdə  qələmə  aldığı  «Qanadı  qırıq  quş  da  uçarmış»  roman-

memuarında  etiraf  və  təsvir  etdi.  Yazıçının  Sibir  sürgünündə  yaşadığı  amansız  gerçəklər,  acı 

faciələr romanda böyük ustalıqla, sənədli dəqiqliklə əksini tapmışdır. Bu əsər həyat faktları və fakta 

yanaşma etibarilə ədəbiyyatımızda tamamən təzə olub, tarixi həqiqətlərin bədii formada bərpasına 

xidmət edirdi. Yazıçının şəxsən yaşayıb qələmə aldıqları uydurma və bəzəkli müharibə ədəbiyyatı 

şablonlarını təkzib edirdi. Repressiya mövzusunda həqiqəti söyləyən bu xətt ədəbiyyatımızda yalnız 

1990-cı  illərdə,  müstəqillik  dövründə  davam  tapa  bildi.  O  da  təsadüfi  deyil  ki,  Süleyman  Vəliyev 

1994-cü  ildən  Azərbaycanın  Günahsız  Siyasi  Qurbanlar  Assosiasiyasının  rəyasət  heyətinin  üzvü 

seçilir,  rəsmən  reabilitə  olunur.  Böyük  bir  dövr  –  sovet  dönəmində  Azərbaycan    həqiqətlərinin 

nəsrdə ifadəçisi kimi əsərləri ədəbiyyatımızda layiqli yerini tutur.     

Süleyman Vəliyev 1996-cı il martın 7-də Bakıda vəfat etmiş, xalqımızın iftixar mənbəyi olan 

insanların əbədiyyət tapdığı Fəxri Xiyabanda dəfn olunmuşdur.   

Süleyman  Vəliyevin  zəngin  yaradıcılığı  sağlığında  geniş  oxucu  marağına  səbəb  olmuşdur. 

“Şor  cüllütü”,  “Bığlı  ağa”,  “Mübahisəli  şəhər”,  “Düyünlər”  povest  və  romanları  dəfələrlə 

Azərbaycan və rus dillərində çap olunmuş, əsərləri dünya dillərinə tərcümə edilmişdir. “Şor cüllütü” 

povesti  əsasında  “Qara  gölün  cəngavərləri”  adlı  film  (1984)  çəkilmişdir.  Filmin  ssenarisini 

S.Vəliyev özü  yazmışdır. 1983-cü ildə “Yazıçı”  nəşriyyatı S.Vəliyevin  2 cilddən ibarət  “Seçilmiş 

əsərləri”ni çap etmişdir. Nəşrə yazıçının iki romanı (“Mübahisəli şəhər”, “Düyünlər”), beş povesti 

(“Şor cüllütü”, “Bığlı ağa”, “Kerç səhəri”, “İşıqlıq”, “Türk qızı”) və 23 hekayəsi daxil edilmişdir. 

“Daşlı bulaq” (1983), «Qanadı qırıq quş da uçarmış» və bir çox sənədli hekayələri (1987) yazıçının 

Süleyman Vəliyevin yaradıcılığında XX əsr həqiqətləri 

 



 

33 


 

yaradıcılığının  son  dövrünü  əhatə  etməklə  tarixi  həqiqətlərin  yenidən  və  yeni  rakursdan 

işıqlandırılmasında mühüm önəm daşıyır.  

Süleyman Vəliyevin yazıçı əməyi daim dəyərləndirilmiş, Azərbaycan Rəyasət heyətinin fəxri 

fərmanı  (1967-1986),  "Xalqlar  dostluğu"  ordeni  (1984)  və  medallarla  təltif  olunmuş,  ədib 

Azərbaycan  SSR  əməkdar  mədəniyyət  işçisi  (1977),  Azərbaycan  SSR  əməkdar  incəsənət  xadimi 

(1987),  Əmək  veteranı  (1976),  müharibə  veteranı  (1981)  fəxri  adlarını  qürurla  daşımışdır.  Ömrü 

uzunu dövrün, zamanın qarşısına çıxardığı çətinliklərlə üzləşən yazıçı bu təltifləri fədakar xalqının 

yaradıcılığına verdiyi qiymət kimi qəbul etmiş, eyni zamanda xalqının həqiqətlərini fədakarcasına 

qələmə almışdır. Süleyman Vəliyevi oxucularına bu gün də sevdirən onun həqiqət dolu əsərləridir. 

 

ƏDƏBİYYAT 

1.

 



Süleyman Vəliyev, Seçilmiş əsərləri. İki cilddə. İkinci cild. Bakı: Yazıçı, 1983, 436 s.   

2.

 



Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. Azərbaycan Ensiklopediyası. Bakı:  Öndər, 

1995, 639 s. 

3.

 

Süleyman Vəliyev. Mübahisəli şəhər. Bakı: Azərnəşr, 1962, 259 s.  



4.

 

Famil Mehdi, Sənətkarın qüdrəti // Süleyman Vəliyev. Seçilmiş əsərləri. İki cilddə. Birinci cild, 



Bakı: Yazıçı, 1983, s.5-10. 

5.

 



Əli Səbri, Süleyman Vəliyev haqqında // Süleyman Vəliyev. Mübahisəli şəhər. Bakı: Azərnəşr, 

1962, s.252-258. 

6.

 

Süleyman Vəliyev, Seçilmiş əsərləri. İki cilddə. Birinci cild. Bakı: Yazıçı, 1983, 518 s.  



 

РЕЗЮМЕ 

РЕАЛИИ ХХ ВЕКА В ПРОИЗВЕДЕНИЯХ СУЛЕЙМАНА ВЕЛИЕВА 

Ширинов Ф.И.  

 

Ключевые слова: нефтяной Баку, тема рабочих, социалистический реализм, движение 

сопротивления,  военный  роман,  смелый  писатель,  правда  о 

репрессиях. 

В  статье  говорится  о  нелегкой  жизни  и  разностороннем  творчестве  выдающегося 

представителя  азербайджанской  литературы  ХХ  века  Сулеймана  Велиева  (1916-1996). 

Романы,  повести,  рассказы  и  мемуары,  автором  которых  является  Сулейман  Велиев,  в 

полной  мере  отражают  азербайджанское  общество  ХХ  века  и  советского  периода,  этапы 

исторического пути, пройденного его представителями, важные события и явления.  

 

SUMMARY 

THE REALITIES OF THE XX CENTURY IN THE WORKS  

OF SULEYMAN VELIYEV 

Shirinov F.I.  

 

Keywords: Baku oil, working theme, socialist realism, the resistance movement, war novel, a 



bold writer, the truth about the persecution. 

The article deals with the rich creative and complex life of Suleyman Veliyev who is the great 

representative of Azerbaijan literature in the XX century. Suleyman Veliyev was an author of the 

novels, narratives, tales and memoirs literature. His poems widely reflicts colorful conditions of life 

and the historical stages passed by national human and Azerbaijan society during XX century and 

Soviet Union.  

 

 

Daxil olma tarixi: 



İlkin variant 

28.12.2016 

 

Son variant 



16.03.2017 

Şirinov F.İ. 

 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə