Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

 

36 


 

dayanmışdır.  Problemin  aktuallığından  və  müasir  həyatımızla  bağlı  olmasındandır  ki,  müxtəlif 

onilliklərdə  məsələnin  elmi  izahına  ehtiyac  yaranmışdır.  Şübhəsiz  ki,  novatorluq  məsələsi  ilə 

əlaqədar aparılan müzakirələr, fikir müxtəlifliyi nəticəsiz qalmır, problemin həllinə yardımçı olur.   

Şamil  Salmanov  bədii  yaradıcılığın  müxtəlif  sahələrindən  -  ədəbi  tənqiddən,  ədəbiyyat 

tarixçiliyindən, nəsr, poeziya və dramaturgiyadan da yazmağı bacarırdı. Həm də bütün təhlillərində 

professional  kimi  çıxış  edir, ədəbi  hadisələrə fəal  tənqidçi  təfəkkürü ilə  yanaşır, sırf elmi  üslubda 

yazmağa üstünlük verirdi. O, yeniliyi, müasirliyi görür və bunun ədəbiyyatdakı dərkini sənət dili ilə 

ifadə  etməyə  çalışırdı.  Yazılarının  böyük  bir  qisminin  sərbəst  şeir  anlayışı  ilə  bağlı  olması  da 

bununla əlaqədar idi. Hətta yeni yaranan sərbəst şeirdən yazanda da bir qayda olaraq ədəbi ənənəni 

unutmur,  sərbəst  şeirin  milli  ənənələrlə  bağlarını  aşkara    çıxarmağa  çalışırdı.  Azərbaycan 

ədəbiyyatında  sərbəst  şeirin  Mikayıl  Rəfili  yaradıcılığı  ilə  bağlı  olmasını  da  ilk  dəfə 

ədəbiyyatşünaslığımızda elmi şəkildə Şamil Salmanov əsaslandırmışdır.   

20-ci  illərdə  yeni  ədəbiyyat,  müasir  poeziya  haqqında  qızğın  mübahisələr  gedirdi.  Bəziləri 

ənənəvi  şeirin  vaxtının  keçdiyini,  yeni,  novator  poeziyaya  keçməyin  zəruri  olduğunu 

əsaslandırmağa  cəhd  edirdi.  Hətta  ənənəvi  şeir  formasında  yazanların  da  bir  qismi  sərbəst  şeirdə 

qələmini sınayır, novator sənətkar kimi görünməyə çalışırdı. Əhməd Cavad, Almaz İldırım, Səməd 

Vurğun, Mikayıl Müşfiq və başqaları həm ənənəvi, həm də sərbəst formada yazmağa üstünlük ve-

rirdilər.  Nazim  Hikmət,  R.Rza  isə  sırf  sərbəst  şeir  nümayəndələri  kimi  tanınırdılar.  Xüsusən, 

Ə.Nazim  Nazim  Hikmətin  yaradıcılığı  ilə  bağlı  “Günəşi  içirik,  günəşlənirik”  məqaləsindən  sonra 

sərbəst  şeir  yaradıcılığına  maraq  daha  da  artmışdı.  Ş.Salmanov  20-30-cu  illər  ədəbi  prosesində 

gedən hadisələri diqqətlə izləmiş, “Ədəbi döyüşlər” (M.Hüseyn) dövrünün poeziya yaradıcılığı ilə 

bağlı müəyyən təsəvvür formalaşdırmağa nail olmuşdur. Ə.Nazim həmin məqaləsində müasir şeir 

üslubu üçün keçmiş ədəbi-mədəni irsi və həyatın  yeni xüsusiyyətlərini həlledici amil hesab edirdi. 

Tənqidçi  daha  çox  həyatın  özündə  baş  verən  yeniliklərin  bədii  təfəkkürə  təsiri  məsələsinə  xüsusi 

qiymət verməyi lazım bilirdi. M.Rəfiliyə görə heca vəzni ancaq bir musiqi aləti oldu. O mürəkkəb 

fikirləri  ifadə  etməyə  yaramır.  Elə  bir  musiqi  aləti  ki,  yalnız  kədərləri,  hıçqırıqları  və  könül 

sızıltılarını  ifadə  etməyə  yaradı.  Coşğun  hisslər,  həyəcanlar,  dalğalı  hücumları  ifadə  üçün  sərbəst 

şeirin  imkanları  daha  genişdir.  Şamil  Salmanov  bu  mübahisələrinə  münasibətini  belə  bildirir:  “... 

yenilik  heç  vaxt  birdən-birə,  asanlıq  və  razılıqla  qarşılanmadığı  kimi,  köhnələrin  ədəbi  üsullar  və 

şəkillərin, metod və ifadə vasitələrinin də öz yerlərini mübarizəsiz tərk etməsi qeyri-mümkündür. O 

biri tərəfdən bu da aydındır ki, incəsənətdə yenilik müəyyən keçici, zahiri, hətta ifrat meyillərdən də 

azad olmur, ümumiyyətlə, bütün və hər cür axtarışlar novatorluğa aparıb çıxarmır” [2, s.123]. 

Burada  Şamil  Salmanov  novator  poeziyaya,  onun  ənənələrlə  bağlı  olmasına  aydın,  konkret 

münasibət bildirmişdir. Hər cür yenilik axtarışlarının novatorluğa gətirib çıxarmadığını, sərbəst şeir 

anlayışının  cəmiyyətdə asan qəbul edilmədiyini vurğulayır. Lakin yeni novator poeziyanın ənənəvi 

şeir formasını mübarizə  yolu  ilə sıradan çıxarması  haqqında fikirlər  yerinə düşmür. Çünki  zaman 

göstərdi ki, milli poeziya həm klassik, ənənəvi formada, həm də sərbəst şeir anlayışı istiqamətində 

inkişaf  etdi.  M.Şəhriyar,  M.Müşfiq  yaradıcılığı  göstərdi  ki,  hətta  əruzda  da  novator  poeziya 

yaratmaq mümkündür. Xüsusən, M.Şəhriyarın köhnə şeir qəlibləri ilə dünya şöhrəti qazanan şeirlər 

yaratması  bu  fikirləri  tamamilə  alt-üst  etdi.  Aydın  oldu  ki,  şeir  qəlibləri  nə  qədər  möhkəm, 

qanunları nə qədər dar çərçivədə olsa,  bu şairi səfərbər edir, poeziyanın keyfiyyətinə müsbət təsir 

göstərir [3].   

Sənətdə ənənə və novatorluq problemi bütün dövrlərdə müxtəlif mübahisələrə, müzakirələrə 

səbəb  olmuş  və  bu  gün  də  həmin  mübahisələr  davam  etməkdədir.  Bu  isə  bədii  düşüncənin 

genişliyini, fəlsəfi mahiyyətini, cəmiyyətə təsirini göstərir. Cəmiyyət daim inkişaf etdiyi, real həyat 

hadisələri  surətlə  dəyişdiyi  kimi,  bədii  təfəkkür  də  daim  təzələnir,  yeniləşir  və  ictimai-ədəbi 

mühitdə öz yerini tutur.   



Elmi  yeniliyi:  Məqalədə  ilk  dəfədir  ki,  Şamil  Salmanovun  yaradıcılığında  ənənə  və 

novatorluq məsələsi sistemli şəkildə araşdırılmışdır. 



Şamil Salmanovun ədəbi-nəzəri görüşlərində ənənə və novatorluq 

 



 

37 


 

Tətbiqi  əhəmiyyəti:  Məqalədən  Azərbaycan  ədəbiyyatı  tarixi,  müasir  ədəbi  proses  və  ədəbi 

tənqid fənlərinin tədrisində köməkçi vəsait kimi istifadə oluna bilər. 



 

ƏDƏBİYYAT 

1.

 



Salmanov Ş. Poeziya və tənqid. Bakı: Yazıçı, 1987, 208 s.   

2.

 



Salmanov Ş. Azərbaycan sovet şeirinin ənənə və novatorluq  problemi. Bakı: Elm, 1980, 189 s. 

3.

 



Salmanov Ş. Müasirlik mövqeyindən. Bakı: Yazıçı, 1982, 205 s. 

4.

 



Salmanov Ş. Ədəbiyyatşünaslıq və yeni təfəkkür // “Azərbaycan” jurnalı, Bakı: 1990, № 3, s. 173-179 

5.

 



Зелинский К. Литературы народов СССР. М.: Гослитиздат, 1957, 267 с. 

 

РЕЗЮМЕ 



ЛИТЕРАТУРНО-ТЕОРЕТИЧЕСКИЕ ВЗГЛЯДЫ ШАМИЛЯ САЛМАНОВА  

НА ТРАДИЦИИ И НОВАТОРСТВО 

Зейналова Р.Г. 

 

Ключевые слова: новаторство, свободный стих, художественное творчество, литературная 

критика, социалистический реализм 

В  статье  говорится  о  взглядах  Шамиля  Салманова  на  традиции  и  новаторство,  об  анализе 

литературной  среды  30-50-ых  годов  и  его  отношении  к  ней.  Также  в  статье  приводятся  некоторые 

интересные мысли ряда видных литературоведов.  



 

SUMMARY 

TRADITIONS AND INNOVATIONS IN SHAMİL SALMANOV`S  

LITERARY-THEORITICAL VIEW 

Zeynalova R.H. 

 

Key words: innovator, free poem, artistic creature, literary criticism, social realism 

The  vision  prism  to  tradition  and  innovation  of  Shamil  Salmanov,  attitude  to  literary  atmosphere  of 

30-50 years and its classification are reflected in this article. Beside this, some interesting thoughts of great 

literary scientists have been commented. 



 

 

Daxil olma tarixi: 

İlkin variant 

02.11.2016 

 

Son variant 



16.03.2017 

Zeynalova R.H. 

 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə