Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

 

38 


 

 

UOT 894.341 

 

ÇİNGİZ AYTMATOVUN “ƏBƏDİ GƏLİN” ROMANINDA QLOBALLAŞAN  



DÜNYADA İNSANLIĞIN FACİƏSİ 

 

ALIYEVA AFİQƏ ALI qızı 



Sumqayıt Dövlət Universiteti,müəllim  

e-mail:sdu.elmixeberler@mail.ru 

 

Açar sözlər: cəmiyyət, qloballaşma, şəxsiyyət, əfsanə, təhlükə, xarakter 

 

İnsan  haqqında  təlimlər  dünyanın  elmi-fəlsəfi  dərki,  cəmiyyətin  gerçək  durumu  və  gələcək 



taleyi,  inkişafı  barədə  bütöv  tədqiqatlar  metodologiyasından  ibarətdir.  Dünya  elminin,  fəlsəfi 

biliklərin tarixi aydın göstərir ki, insan problemi ta qədimdən diqqət mərkəzində olmuş, bir tərəfdən 

insanın  idealist,  mücərrəd  mənəvi  xüsusiyyətlərini,  digər  tərəfdən  isə  onun  təbii-bioloji tərəflərini 

öyrənən ardıcıl tədqiqatlar obyektinə çevrilmişdir. 

Bədii söz sənəti həmişə insanı, onun dəyişən, yeniləşən xarakterini ardıcıl olaraq izləyir, təsvir 

edir. Formalaşmış ənənəvi xüsusiyyətlərin, dini-ideoaloji amillərin, təhsil-tərbiyə sisteminin, siyasi 

qurum  və  texniki  gəlişmələrin  doğurduğu  ziddiyyətlər  fonunda  dəyişən  insanın  xarakterik 

cəhətlərinin bədii boyalarla üzə çıxarılması olduqca böyük əhəmiyyət daşıyır. Əski çağlardan gələn 

ümumi  xüsusiyyətlərlə  yanaşı,  qazanılan  yeni  fərdi  keyfiyyət  və  çatışmazlıqların  nədən  ibarət 

olması,  nədən  doğması  suallarını  bədii  təsvirlərlə  canlandırmaqla  ədəbiyyat  insanda  yeni  baxışı 

formalaşdırır və onun yeni xüsusiyyətlərini müəyyənləşdirir. 

İnsanın  insana,  cəmiyyətə  münasibətindəki  ziddiyyətlərin  onun  həyatı,  yaşantısı,  mənəvi-

intellektual qabiliyyətləri ilə əlaqəli cəhətlərinin görünməsi, təhlillərdən keçirilməsi müasir sənətin 

əsas və vacib problemlərindəndir. 

İnsan  taleyi  məsələsi  təhlillərdə  yalnız  fərd  olaraq  deyil,  həm  də  cəmiyyət,  dünya,  hətta 

kainatla birlikdə götürülür. Çünki insanın taleyi ilə bağlı yaxşı və pis cəhətlər, təhlükələr indi daha 

çox  dünyəvi  xarakter  daşıyır.  Ona  görə  də  insan  problemi  indi  ən  mühüm  ciddi  dünyəvi-qlobal 

problemə  çevrilmişdir.  Bu  səbəbdən  də  ona  müasir  fəlsəfədə  qlobal  problemlər  toplusu  kimi 

yanaşılır ki, bu da bəşəriyyətin və insanlığın  ən aktual məsələsi kimi onun mühüm yer tutduğunu 

göstərir. 

Zaman həyatın və şüurun, varlığın və təfəkkürün prinsip və normalarını dəyişdirmiş, insanın 

görmə  və  analama  qabiliyyətini  xeyli  dərəcədə  pisləşdirmişdir.  Bu  da  öz  növbəsində  insanla 

dünyanın  ünsiyyətini  öz  təbii  məcrasından  çıxarmışdır.  Həmin  prosesin  bütün  ağrı  və  iztirabları 

insanın  acı  taleyindı  özünü  göstərməkdədir;  həyat  günbəgün  öz  nəşəsini  itirir,  şüur  kütləşir, 

duyğular kobudlaşır, zövqlər eybəcərləşir, əxlaq pozulur, insanla insan, insanla dünya bir-biirndən 

özgələşir və yadlaşır. Bu isə ümumbəşəri fəlakətin qapını döyməsindən xəbər verir. 

Dünya  şöhrətli  qırğız  yazıçısı  Ç.Aytmatov  son  romanı  olan  “Əbədi  gəlin”də  (“Dağlar 

çökəndə”) SSRİ dağıldıqdan sonra qloballaşma və onun ortaya çıxardığı problemlərdən bəhs edir. 

Əsər  haqqında  tənqidçi  Ahmet  Sarıgül  yazır:  “Yeni  kitabı  olan  “Əbədi  gəlin”də  yeni  dünyanın 

yenilənmiş  problemlərini  ortaya  qoyur:  Ç.Aytmatov:  yaşayan  və  yaşanan  dünyanın  ən  böyük 

problemi  olan  qloballaşma,  mənəvi  zəiflik,  “hər  şeyi  satışa  çıxaran  insanlıq”  dramını  göz  önündə 

canlandırır” [3]. 

SSRİ-nin  dağılması,  respublikaların  müstəqil  olması  eyni  zamanda  bir  sıra  problemlərin 

yaranmasına  səbəb  olmuşdur.  Bazar  iqtisadiyyatına  keçidi  bəzi  insanlar  qəbul  edə  bilmir,  köhnə 

ideologiyadan  uzaqlaşmaq  hələ  çətindir.  Gənclərin  çoxu  işsizlikdən  əziyyət  çəkir  və  s.  Digər 

respublikalarda  olduğu  kimi,  Qırğızıstanda  da  belə  problemlərlə  qarşılaşırdılar.  Əsərin  qəhrəmanı 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



 

39 


 

Arsen Samançin məhz belə dövrdə yaşayır, amma toplumdan fərqli olaraq o, müstəqil jurnalistdir, 

cəmiyyətdə  fərqlənən  və  hörmət  edilən  simadır.  Bu  romanda  da  Aytmatovsayağı  üslub  oxucunu 

valeh  edir.  Ədib  iki  paralel  yaradır,  oxucunu  maraq  və  həyəcanla  qoyaraq  əsəri  sanki  birnəfəsə 

oxumağa  sövq  edir.  İki  paralel:  gözdən  iraq,  əlçatmaz  Pamir  dağlarında  qar  parslarının  (bəbir) 

məhəbbəti və qırğız çöllərində iki insanın qarşılıqsız sevgisi. 

Romanda  üç  əhvalatla  qarşılaşırıq:  birincisi,  yaşlanaraq  sürüdən  qovulmuş,  dişisi  əlindən 

alınmış qar parsı Jaarbasın  hekayəsi,  onunla paralel isə Arsen Samançin.  Əsərin sonuna qədər bu 

paralel  davam  edir.  İkinci  hekayə  mifologiyadan  gələn  “Əbədi  gəlin”  əfsanəsidir.  Əfsanənin 

qəhrəmanı  ilə  Eles  arasında  paralellər  var.  Üçüncü  hekayə  isə  romana  epiloq  əvəzi  yazılmış  və 

İkinci Dünya müharibəsində bir əsgərin başına gələn hadisələrdir. Əvvəlinci iki əhvalat bir-biri ilə 

bağlı olduğu halda, üçüncü əhvalat sanki əsərə aid deyil. Lakin ideya, qarşıya qoyulan məqsəd hər 

üç əhvalatda öz təsdiqini tapır. 

Arsen Samançin müstəqil müxbirdir. Bir sıra qəzet, jurnallarda vaxtaşırı məqalələrlə çıxış edir 

və  tanınırdı.  Amma  daxili  tənhalıq  onu  sıxır  və  rahatlıq  tapa  bilmirdi.  Daxili  tənhalıq,  özü  ilə 

söhbət, ətrafındakıları mənəvi saflığa, xeyirxahlığa çağırmaq – bu xüsusiyyətlər Avdi kimi, Filofey 

kimi, Arsendə də var. Daxili tənhalıq bu obrazları uçuruma yuvarlamır, əksinə, ətrafındakılara təsir 

etmək, onları düz yola gətirmək üçün onlar daxilən zəngin və cəsarətlidirlər. “Sevmək və öldürmək! 

Bu necə olur? Məzarda belə unutmayacağam, bağışlamayacağam!” Aydanadan ayrılandan sonra bu 

fikirlər Arsenə rahatlıq vermir, daim beynində təkrarlanırdı. 

Arsen  aşiq  olduğu  Aydananı  opera  səhnəsində  görmək  istəyir  və  arzu  edirdi  ki,  yazacağı 

“Əbədi gəlin” operasında o çıxış etsin. Lakin Aydana səsli-küylü restoran həyatına, pop musiqisinə  

və var-dövlətə üstünlük verərək Arseni yox, Ertaş Kurçalovu seçmişdir. İlk ailə həyatının azömürlü 

olması,  indi  də  Aydananın  onun  məhəbbətini  cavabsız  qoyması  Arseni  uçurum  qarşısında 

qoymuşdu.  Ya  bu  uçuruma  yuvarlanmalı,  məhv  olmalı,  ya  da  həyatını  davam  etməli  idi.  Ertaşı   

öldürməyi düşünsə də, bunu ürəkdən arzulamırdı. Ertaş və onun kimilər indi zamanın nəbzini tutub 

şad-xürrəm yaşayırdılar. Arsen üçün mənəviyyatsızlıq ölümə bərabərdir. Ertaş onsuz da mənən ölü 

olanlardan  idi.  Onu  qətlə  yetirib  qatil  olmağa  isə  dəyməzdi.  Belə  bir  vaxtda  əmisinin  onu  kəndə 

çağırması,  ərəb  qonaqlarına  tərcüməçilik  etməsi  şəhərdəki  fəlakətdən  Arseni  uzaqlaşdırsa  da,  bu 

hələ başlanğıc idi. 

Fəlsəfədə insan, onun şəxsiyyətini öyrənməklə bağlı min illərdir ki, maraqlı fikirlər söylənir. 

“Özünü  dərk  et”  kəlamı  tarixdə  Sokratın  adı  ilə  bağlıdır.  Tarixi  qənaətlərə  görə  Sokrat  insan 

fəlsəfəsini  genişlikdən  konkretliyə  yönəldərək  əxlaqi-etik  fəlsəfəyə  çevirmiş,  insan  qəlbinin 

mənəvi-ruhi  aləminə  yönəltmişdir.  Sokrat  insanın  mənəvi  aləminə  qiymət  verir,  onun  eşqini, 

sevgisini,  həyata  həvəsini  əsas  götürürdü.  Insanın  ruhunu  (mənəvi  anlamda)  materiya  ilə  ideyalar 

aləmi arasında təsəvvür edirdi. Demokrit də, Platon da mənəvi aləmə böyük önəm verirdilər. 

İnsan həm hadisələrin təbii əlaqəsinə qoşulur, həm də bioloji (biofiziki, biokimyəvi, fizioloji) 

qanunauyğunluqlara  tabedir,  insan  şüuru  psixoloji  və  şəxsiyyət  səviyyəsində  spesifik 

qanunauyğunluqları olan sosial varlığa çevrilmişdir. Insan fiziki, morfoloji orqanizm kimi kainatda 

materiyanın  ən  yüksək  mütəşəkkil  formasıdır.  Deməli,  insan  bütövlükdə  bioloji,  sosial  və  psixi-

mənəvi ölçülərin təşkil etdiyi tamlıqdır [2, 328]. 

İnsan  mahiyyətinin  açıqlanmasında,  onun  min  bir  rəngə  çalan  fərqli  xüsusiyyətlərinin  üzə 

çıxarılmasında bədii ədəbiyyat özünəməxsus fərdi cəhətləri ilə həmişə böyük, qlobal, fəlsəfi-psixloji 

tədqiqatlar üçün geniş imkanlar yaratmışdır. 

“Şəxsiyyət  məzmununa  görə  olduqca  zəngin  anlayış  olub,  özündə  insanın  təkcə  ümumi  və 

xüsusi  əlamətlərini  deyil,  həm  də  nadir,  unikal  xassələrini  də  əks  etdirir.  Insanı  şəxsiyyət  edən, 

şübhəsiz  sosial  fərdilik,  daha  dəqiq  desək,  insan  üçün  xarakterik  olan  sosial  keyfiyyətlər,  onun 

sosial spesifikasıdır. Şəxsiyyət anlayışına, adətən, fərdin təbii-fərdi xarakteristikasını daxil etmirlər. 

İnsanın  sosial  fərdiyyəti  boş  yerdə və təkcə bioloji şərtlər əsasında  yaranmır.  Insan konkret  tarixi 

zamanda və sosial məkanda, praktik fəaliyyət və tərbiyə prosesində formalaşır. Ona görə də sosial 



Alıyeva A.A.  


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə