Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə25/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

 

55 


 

yaratdı. Bu dövrdə ABŞ Dövlət Departamentinin orqanı olan  «Foreign Affairs» jurnalı  yazırdı ki, 

bu qanun Türkiyəyə xarici kapital qoyuluşu üçün mühüm strateji şərait yaradılırdı. Türk hökuməti 

bu məsələ ilə bağlı sonralar daha mükəmməl şəkildə işlənilmiş qanunlar qəbul etdi.  



Elmi  yeniliyi:  Məqalədə  II  Dünya  müharibəsindən  sonra  Türkiyənin  dövlət  siyasətinə 

müxtəlif  yanaşmalar    bir  araya  gətirilir.  Eyni  zamanda    Türkiyənin  yürütdüyü  daxili  və  xarici  

siyasətin  strateji  və  siyasi  maraqlarına  aydınlıq  gətirilir.  Məqalədə  məqsəd  ABŞ-Türkiyə 

münasibətlərinin yaxınlaşma səbəblərini öyrənmək və araşdırmaqdır. 



Tətbiqi  əhəmiyyəti:  Mövzunun  işlənməsi  və  əməli  əhəmiyyəti  bizə  bir  daha  ABŞ-ın  Yaxın 

Şərq siyasətini, SSRİ-nin işğalçı planlarını və bundan doğan Türkiyənin xarici siyasətini göstərir.  



 

ƏDƏBİYYAT 

1.

 



Rafiq  İsmayılov,  Nərgiz  Axundova,  Aida  Bagirova.  Asiya  ölkələrininin  çağdaş  tarixi  II  kitab.  Cənub-

Qərbi Asiya və Şimali Afrika 1945-ci ildən sonrakı dövr. Bakı: Çaşıoğlu, 2003, s.71.  

2.

 

Данилов В.И., Моисеев П.П., Шамсутдинов А.М. Турецкая республика. М.: Наука, 1975, с.249. 



3.

 

Лавров Ш.М. Турция в 1918-1956 годах. М.: Наука, 1977, с. 35.   



4.

 

А.М.Шамсутдинов. Турецкая республика. (Краткий очерк истории). М.: 1962, с.56. 



5.

 

 Всемирная история. Том XI. М.: 1977, с.214 (750).  



6.

 

Prof. Lr. Robert Montrian. Ter. edən. Süslü Türkiyə tarixi. Ankara: 1986, s.81. 



7.

 

 Beynəlxalq hüquq. Bakı: Qanun, 2002, s.580 (752). 



8.

 

Ахундов И.А. Неоколониализм и Турция 40-80-е гг. Баку:  1990, с.24 (399). 



9.

 

Əkrəm Bije. Türkiyənin xarici ticarət siyasəti 1920-1980. Bakı: Elm, 1987, s.93 (205).  



10.

 

Новичев А.Д. Турция. Краткая история. М.: 1965, с.203 (270). 



11.

 

История дипломатии. Том V, М.: 1974, с.250 (750). 



 

РЕЗЮМЕ 

ПОЛИТИЧЕСКОЕ И ОБЩЕСТВЕННО-ЭКОНОМИЧЕСКОЕ ПОЛОЖЕНИЕ ТУРЦИИ 

ПОСЛЕ ВТОРОЙ МИРОВОЙ ВОЙНЫ 

Асадова А.В. 

 

Ключевые слова: люди, реформы, торговля, выборы, партия, война 

В  статье  говорится  о  положении  Турции  после  Второй  мировой  войны,  а  также  о  ее 

послевоенном    состоянии,  экономических  трудностях,  общественно-политической  жизни.  Автор 

рассматривает деятельность  правящей партии Турции на том этапе, внешнюю политику и торговлю. 

Обсуждаются причины сближения Турции с  США. 

 

Summary 

POLITICAL AND SOCIOECONOMICAL SITUATION IN TURKEY  

AFTER THE WORLD WAR II 

Asadova A.V.  

 

Key words:  people, reformation, trade, election, party, war 

In  this  article  is  discussed  about  the  situation  in  Turkey  after  the  World  War  II,  about  its  post  war 

period  conditions,  economical  difficulties,  political  and  social  history.  The  investigations  are  about  the 

Turkeys ruling party, the government’s foreign policy and trade for that period. It is also discussed about the 

reasons Turkeys leaning on USA.   

 

Daxil olma tarixi: 

İlkin variant 

02.12.2016 

 

Son variant 



16.03.2017 

Əsədova A.V.  


 

56 


 

 

UOT 336.1  



 

XARİCİ ÖLKƏLƏRDƏ MÜHASİBATLIQ FƏALİYYƏTİ 

(ABŞ-ın timsalında) 

 

1

ABDULLAYEV LOĞMAN İMRAN oğlu 

2

QULUZADƏ ÇİNARƏ ƏLİBƏY qızı 

Sumqayıt Dövlət Universiteti: 1-dosent, 2-laborant 

e-mail: 

cinarequluzade1994@gmail.com

 

 

Açar sözlərmühasib, biznes, maliyyə, beynəlxalq standart, idxal, ixrac, uçot 

 

Müasir  dünyanın  iqtisadi  inkişaf  xüsusiyyətlərinin  təhlili  bilavasitə  səmərəli  uçot  sisteminin 



qurulması  ilə  əlaqədardır.  Yerli  istehsalın,  xidmətin  təşkili,  idxal-ixrac  münasibətlərinin 

formalaşması  hər  bir  halda  uçot  hesablama  sisteminin  müasir  tələblərə  uyğunlaşmasını  və 

mühasibat  işinin  təşkilini  tələb  edir.  Mühasibat  uçotunun  ilkin  tarixi  qədim  Mesopotomiyada  ilk 

yazının, sayların yaranması ilə bağlı olmuş və bundan sonra XIII-XIV əsrlərdə uçotda ikili yazılış 

yaranmışdır. Mühasibat  uçotu bir iqtasadi elm kimi Benedetto Kotçuli və Luka Paçioli tərəfindən 

şərh  edilmişdir.  Ümumən  mühasib  fəaliyyəti  insan  cəmiyyətinin  inkişafı  ilə  əlaqədar  olaraq 

insanlara məxsus olan əmlakın uçotunun aparılmasının labüdlüyü əsasında yaranmışdır. İlk olaraq 

maddi  nemətlərin  inkişafı  ilə  əlaqədar  onların  sayılması,  ölçülməsi,  çəkisinin  müəyyən  olunması, 

mənfəət  və  xərclərin  hesablanması  və  onların  uçotunun  aparılması  mühüm  məsələ  kimi  qarşıda 

dururdu. 

Beləliklə,  insan  cəmiyyətinin  yaranmasının  müəyyən  inkişaf  səviyyəsi  dövründə  aparılmış 

əməliyyatların  həcmindən  və  miqdarından  asılı  olmayaraq  iqtisadi  göstəricilərin  oxunması, 

müəyyənləşdirilməsi,  baş  vermiş  təsərrüfatsızlığın  qarşısının  alınması  mühüm  problemə  çevrildi. 

Tarixi  inkişafın  ilk  dövrlərində  insanlar    hesablamanın  nə  olduğun  bilmirdilər  və  eyni  zamanda 

ibtidai  icma  quruluşu  dövründə    insanların  saymağa,  hesablamağa  da  elə  bir  əşyaları  olmamışdır. 

Lakin cəmiyyət inkişaf etdikcə mövcud olan əşyaların uçotunun aparılması həlli vacib məsələ hesab 

edilirdi. İnsan cəmiyyətinin inkişafı ilə əlaqədar olaraq uçotun planlaşmada, təsərrüfat fəaliyyətinin 

idarə olunmasında xüsusi yeri müəyyən olunmuşdur və uçot işi ilə müəyyən şəxslər məşğul olmağa 

başlamışlar. K.Marks həmin dövrdə uçotun aparılması haqqında yazmışdır ki, «kəndli icmalarında 

kənd  təsərrüfatı  məhsullarının  uçotunun  aparılmasında  mühasiblər  fəaliyyət  göstərirdilər».  Həmin 

şəxslərin  uçot  işçisi  kimi  saxlanılması  xərclərini  kəndli  icmaları  ödəyirdi  və  bununla  da  tarixi 

inkişaf  əsasında  ayrı  ayrı  təsərrüfat  sahələrində  uçotun  təşkili  mühasib  peşəsinin  formalaşmasına 

səbəb olmuşdu. XX-ci əsrin 20-ci illərindən sonrakı dövrdə uçot peşəsi ilə məşğul olan şəxslər rus 

dilində  səslənən  «buxqalter»  sözü  ilə  ifadə  olunmuşdur.  Tarixi  yanaşma  əasında  isə  «buxqalter» 

termini  alman  dilindən    tərcümə  olunmuş  və  I  Pyotrun  fərmanı  əsasında  müəyyənləşdirilmişdir. 

Azərbaycanda  dövlətçiliyin  ilk  inkişaf  mərhələlərində  «Mühasib»  vəzifəsi  «Hesabdar», 

«hesablayıcı»  sözləri  ilə  ifadə  olunmuşdur  [2].  Mühasibat  uçotu    tarixi  ilə  məşğul  olan  alimlərin 

yazdıqlarına görə, insan cəmiyyətinin inkişafı ilə əlaqədar olaraq mühasib vəzifəsinin mövqeyi də 

dəyişmiş və mühasib vəzifəsi yüksək səviyyədə hörmətə malik olan peşə hesab olunmuşdur. Qeyd 

olunanlara  misal  olaraq  deyə  bilərik  ki,  İtaliyada  mühasiblər  hazırlayan  xüsusi  məktəblər  təşkil 

olunmuş, ölkə tacirləri öz uşaqlarının həmin məktəbdə təhsil almalarına həvəs göstərmişlər.  

XVII-ci  əsrdə  mühasibat  uçotuna  balans  anlayışı  əlavə  olunmuşdur.  Müəssisə  balansında 

təsərrüfat-maliyyə  əməliyyatları  nəticələrinə  dair  geniş  informasiyalar  əks  olunmağa  başlamış  və 

bundan  sonra  mühasibat  uçotunda  sintetik  və  analitik  hesabların  istifadə  olunması  normal  və 

əsaslandırılmış  hal  kimi  qəbul  olunmuşdur.  Məşhur  İran  mütəxəssisi  B.Solozano  1603-cü  ildə 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə