Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

 

46 


 

meyilləri, həm də Sasani ağalığına qarşı çevrilməklə əsas mərkəzi tarixi Atropatena əraziləri olan 

məzdəkin başçılıq etdiyi xalq azadlıq hərəkatı bürümüşdü.  

Yalnız  III Vaçaqan Sasani hakim dairələrinin başının bu acınacaqlı vəziyyətə qarışmasından,  

alban  din  xadimləri  və  dünyəvi  feodallarının    ona  yerli  arşakilərdən  olmaqla  böyük  etimad  

göstərmələrindən yararlanıb taxta otura bilərdi. Digər tərəfdən o,  Aquen kilsə məclisini yalnız öz 

hakimiyyətini ölkə daxilində möhkəmləndirdikdən bir neçə il sonra çağıra bilərdi. Sasani asılılığına 

qarşı  qiyam  qaldırmış  II  Vaçenin  yaxın  qan  qohumunu-Vaçaqanı  heç  bir  sasani  hökmdarı-hətta 

Balaş  belə    Alban  hakimi  kimi  görmək  istəməzdi.  Beləliklə,  yuxarıda  qeyd  olunan  amilləri  əsas 

götürüb Aquen kilsə məclisinin 498-ci ildə çağırılması qənaətinə gələ bilərik.  

III  Mömin  Vaçaqan  498-ci  ildə  Aquen  kilsə  məclisini  çağırmaqla,  ölkədə  xristian  dininin 

yenidən  hakim  dövlət  dininə  çevirəcək  giriş  və  21  maddədən  ibarət  qanunlar  toplusunu  qəbul 

etdirmişdi.  Tədqiqatçılar  bu  qanunlar  toplusunu  ümumiləşdirməklə;  xristian  din  xadimləri  

arasındakı, xristian din xadimləri ilə dünyəvi əyanlar arasındakı, xristian din xadimləri ilə sadə xalq 

arasındakı  münasibətləri  tənzimləyən  və  sırf  hüquqi  xarakter  daşıyan    qanunlar  kimi 

quruplaşdırırlar.  Alban  hökmdarlarının  xristian  dinindən  siyasi  müstəqilliyi  gücləndirmək  üçün 

istifadə  etməsi  amilindən  yararlanan  III  Mömin  Vaçaqan  17  il  taxtda  oturmaqla  Albaniyanın  

suverenliyini  qoruyub saxlaya bilmişdi.  

Albaniyada  III  Mömin  Vaçaqanın  vəfatından  sonra      510-cu  ildən  629-cu  ilə  qədər  davam 

edən  Sasani  mərzibanlığı-canişinliyi  dövrü  başlanmışdır.  Mərzbanlıq  dövründə    isə  Albaniyanın 

şimal-şərqində-  Şirvanda  Şirvanşah  siyasi  idarəçilyi[6,  s.  16-21]indiki  Şəmkirlə  Qazax  arasındakı 

ərazidə isə sabir türklərinin yaratdığı Mehranilər dövləti  yüksəldi.  

Bu mühüm amillər Azərbaycanda  dövlətçilik ənənələrinin dayanıqlı olub, çox dərin köklərə 

söykəndiyini, bu səbəbdən də istilaçıların ən sərt tədbirlər görməklə belə dövlətçilik ənənlərini yox 

etmək  iqtidarında  olmadığını  bir  daha  təsdiqləməkdədir.    Azərbaycanın    dövlətçilik  ənənələrinin  

möhkəm    özül  üzərində  dayanmasını      inkişaf  etmiş  orta  əsrlər  dövründə  ölkədə    onlarla  siyasi 

idarəçiliyin  yaranması və həmin siyasi idarəçiliklərin  regionda söz sahibi kimi tanınması faktları 

da təsdiq edə bilər.  

 

ƏDƏBİYYAT 

1.

 



Bakıxanov A. Gülüstani-İrəm. Bakı: Minarə, 2001, 224 s.  

2.

 



Алиев И. Истории Мидии. Баку: Елм, 1960, 360 с. 

3.

 



Azərbaycan  tarixi.(Ali  məktəblər  üçün  dərslik.  Z.Bünyadov  və  Y.Yusifovun  redaktorluğu  ilə).  Bakı: 

1994, с. 58-60. 

4.

 

Кашкай С. Из истории Маннейского царства. Ваку: Елм, 1977, 176 с.  



5.

 

Məmmədov T. Qafqaz Albaniyası ilk orta əsrlərdə. Bakı, 2006, Qeybullayev Q. Azərbaycan türklərinin 



təşəkkülü  tarixindən.  Bakı,1994.,  Səfərov  Y.  Azərbaycanın  qədim,  erkən  orta  əsrlər  dövrünün 

tarixşünaslığı. Bakı: Sabah, 1997, 336 s. 

6.

 

Azərbaycan tarixi. VII cilddə, II cild, (N.Vəlixanlının redaktorluğu ilə). Bakı: Elm, 1998, 556 s. 



7.

 

Aşurbəyli S. Şirvanşahlar dövləti.(VI-XVI əsrlər). Bakı: Azərnəşr, 1997, 405 s.  



 

РЕЗЮМЕ 

ИСТОРИЯ ГОСУДАРСТВЕННОСТИ АЗЕРБАЙДЖАНА В ДРЕВНИЕ  

И СРЕДНИЕ ВЕКА (I пол. III в. до н.э.- начало VI в. н.э.)  

Хасаев Т.Т., Байрамова У.М. 

 

Ключевые слова: Азербайджан, государство, Албания, Манна, управление    

Начало истории Aзербайджанской государственности в III тыс. до н.э. и выход Маннейского 

централизованного  государство  на  историческую  арену  с  серьезными  амбициями  в  регионе, 

наглядное  свидетельство  наличия  еще  с    древнейших  времен  традиций  государственности  в 

Азербайджане.  Распад Манны  в  IV  тыс.  до  н.э.  и  образование  Aзербайджанских  государств  на  юге 



Azərbaycanın qədim və ilk orta əsrlər dövrü dövlətçilik tarixinə dair  

(e.ə. III minilliyin I yarısı – b.e VI əsrinin əvvəlləri

) 

 



 

47 


 

Атропатены,  на  севере  Албании  потверждает  прочность  государственных  основ  нашей  страны, 

умение нашего народа в сложнейших условиях отстоять свою самостоятельность и идентичность.  

 

SUMMARY 



ABOUT STATEHOOD HISTORY OF THE ANCIENT AND FIRST  

MIDLLE CENTURIES PERIOD IN AZERBAIJAN  

(the first half of the III century bc, the beqinninqs of VI century AD) 

Khasayev N.N., Bayramova U.M. 

 

Keywords: Azerbaijan, state,  Albania,  Manna,  management 

Beqinninq of the Azerbaijan statehood history since the third millennium bc and an appearance of the 

Manna  state  on a  historical  stage  as  a  central  state   are  an  arqument for  prossesinq  of the stable  statehood 

tradition since the ancient periods in Azerbaijan.   

After the collapse of the Manna in the 4 th century bc, creation of the Azerbaijan state in the south as 

Atropatena,  in  the  nourth  as  Albaniya  approves  possession  of  the  stable  statehood  foundadion  and 

preservation of its existence in the most difficult instants.  

 

 

 



Daxil olma tarixi: 

İlkin variant 

13.01.2017 

 

Son variant 



16.03.2017 

 

XasayevN.N., Bayramova Ü.M.  

 



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə