Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

 

48 


 

 

UOT 94/99- 940.2 

 

XIX ƏSRİN II YARISINDA  SİBİRİN İQTİSADİ VƏZİYYƏTİ 



 

ƏHMƏDOV RÜSTƏM VƏLİ oğlu 

Sumqayıt Dövlət Universiteti,  dosent 

e-mail: rustam814@ hotmail kom. 

 

Açar sözlər: burjuaziya, sənaye, zavod, ticarət, kapitalizm 

 

Rusiyada  kapitalizmin  inkişafı  Sibirin  onun  mərkəzi  rayonları  ilə  bərabər,  ucqarlarında  da 



gedirdi.  Sibir    ümumrusiya  bazarına  cəlb  olunduğuna  görə    yeni  sənaye  sahələrinin  yaranmasına 

ehtiyac qalmamışdı. Məsələn, gəlirli sahələrdən biri hesab edilən şəkər qamışının əkilməsi və onun 

istehsalı üçün ilk zavod tikilməsinə 1856-cı ildə cəhd olunmuşdur. Bu zavod Tomski quberniyasının 

Barnaul  qəzasında  tacir  Şeqolov  tərfindən  açılmışdır.  Zavodun  ətrafındakı  6  desyatin  torpaq 

sahəsində şəkər çuğunduru əkilmiş və yaxşı məhsul götürülmüşdür. O, maya dəyərindən 5% artıq 

gəlir  götürmüşdür.  Bu  birinci  cəhd  Şeqolovu  həvəsləndirdi,  o  daha  böyük  zavod  tikdirmək  üçün 

Almaniyadan  mütəxəssis  kimi  mühəndis    Brokmilleri  dəvət  etdi.  Şeqolov  həmin  vaxt  ölsə  də, 

Brokmiller şəkər zavodunu tikdi. Zavod  300 desyatin torpaq sahəsinə, şəkər qaynatmaq üçün meşə 

sahəsinə malik idi. [1-50]  

1888-ci ildə 30 desyatin sahədən 3 min pud məhsul götürüldü. Bu zaman 75 pud şəkər tozu və 

20  pud  rafinad  alındı.  1839-cu  ildə  7  min  pud  məhsul  götürüldü  və  200  pud  şəkər  alındı.  Zavod 

1861-ci  ildə  Aleksandrov  adlandırıldı  və  məhsul  alınması  720  puda  çatdı.  Zavod  öz  istehsalını 

dəyişib,  spirt  istehsal  etməyə  başladı.  Zavod  tullantılarından  başqa,  icazəsiz  çörək-taxıl 

məhsullarından da spirt çəkdiklərinə görə onun rəhbərləri həbs olundular və zavod borc içərisində 

qalıb satıldı. Onsuz da cüzi əmək haqqı alan yerli türk fəhlələri işsiz qaldılar  [2-170].  

XIX əsrin 60-70-ci illərində Rusiyanın xarici ticarətində şəkər ticarəti mühüm əhəmiyyət kəsb 

etdiyinə görə onun istehsalına diqqət artırıldı. Buna görə 1 may 1884-cü ildə Türküstanda, Sibirdə 

və Qafqazda şəkər zavodlarının açılması haqqında qərar verildi.  

1884-cü  il  qərarına  əsasən  Sibirdə-Yenisey  quberniyasının  Münüsun  qəzasında  Quşevin 

İvanov adında şəkər zavodu açıldı. Həmin zavodda şəkər istehsalı  28 min puda qədər idi. Zavod 

1905-ci ilə qədər işlədi və onu almış tacir Paşennixin vaxtında bağlandı.  

Ümumiyyətlə,  şəkər  çuğundurunun  əkilməsində  ən  böyük  fəallıq  göstərənlər  Sibirə  gəlmiş 

köçkün-kəndlilər  idi.  Birinci  dünya  müharibəsi  dövründə  Ukraynada  şəkər  istehsalının  azalması, 

Sibirdə şəkər istehsalına diqqəti daha da genişləndirdi.  

Sibirdə  ümumiyyətlə  burjuaziyanın  formalaşması  1861-ci  il  islahatına  qədər  baş  vermişdi. 

1861-ci il islahatında sonra və xüsusilə də, dəmir yolunun çəkilməsi bu prosesi daha da gücləndirdi.    

Sibir  burjuaziyasının  əsasını  tacirlər  və  imtiyazlı  vətəndaşların  bir  hissəsi  təşkil  edirdi.  XIX 

əsrin  ikinci  yarısından  etibarən  isə  İrkutski,  Verxneudinski,  Kyaxtin  tacirləri  qızıl  mədənlərinin, 

çaxır zavodlarının (Bazanov, Sibiryakov, Basnin, Trapeznikov, Qromov, Butin və s) sahibkarlarına 

çevrildilər.  Keçmiş  tacirlərin  çoxu  isə  yeni  kapitalist  metodlarına  keçə  bilmədiklərinə  görə  iflasa 

uğrayıb yoxsullaşdılar.[3-302] Bəziləri isə öz ticarətini dayandırıb, pulları faizlə banklara qoydular. 

A.İ.Qronov,  M.A.Kokovin  kimi  tacirlər  isə  öz  əvvəlki  vəziyyətlərini  saxlamaqla  bərabər,  yeni 

təsərrüfat  sahələrini  də  genişləndirdilər.  Sənaye-ticarət  kapitalının  ən  nəhəng  nümayəndəsi 

L.Q.Qromov  idi.  XIX  əsrin  ikinci  yarısnda  Şərqi  Sibirə  gələn  L.Q.Qromov  burada  çay,  taxıl,  un 

ticarət  manufakturaları  yaratdı. Qromovun  çay firması  çayı  İrkutskiyə  gətirir, habelə Ayan limanı 

vasitəsilə Oxotsk və Yakutsk vilayətlərinə çatdırır və böyük gəlir götürürdü [7-234]. 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



 

49 


 

XIX əsrin 70-ci illərində İ.Q.Qromov Yakutski vilayətinin Olekmin dairəsinin və Zabaykalye 

vilayətinin  Akşin  dairəsinin  qızıl  mədənlərini  əlinə  keçirdi.  Qızıl  mədənlərinə  sahibliyi  həm 

təkbaşına, həm  də digər  tacirlərlə birlikdə  yerinə  yetirirdi. 1897-ci  ildə A.Qromovun  firmalarında 

ilk çay nəqliyyat gəmiçiliyi “Lena” paraxodu  işləməyə başladı. 1911-ci ildə artıq onun 4 paraxodu, 

5 yük barjı var idi. Nəqliyyat vasitəsilə ticarət dövriyyəsi 1910-cu ildə 359831 manat təşkil etmiş 

təmiz gəlir isə 71027manat olmuşdu. Sibirdə yaranmış kapitalistlərdən Şərqi Sibirdə ticarət sahələri

Rusiyanın  Avropa  hissəsində  isə  sənaye  mütəxəssisləri  olan  A.V.Vtorovs,  Zabaykalyedə  böyük 

ticarət  və  sənaye  sahələrinə  malik  olan  A.K.Kobılkini,  çoxlu  qızıl  mədənlərinin  və  un-taxıl 

mağazalarının  sahibi  İ.V.Kulayevi,  Zabaykalyedə  qızıl  ticarətinin  rəhbərləri  olan  Şumovlar 

qardaşlarının və s. göstərə bilərik [5-377]. 

Tacir  təbəqələri  içərisində  yəhudi  (yevrey)  tacirləri  üstünlük  təşkil  edirdi.  Şərqi  Sibirdə  bu 

tacirlərin çoxu vaxtilə bura sürgün olunmuşların nəsilləri idi. Məsələ: İrkutskidə yəhudilər daşınmaz 

əmlakın 15%-nə, sənaye-ticarət dövriyyəsinin 20%-nə  nəzarət edirdilər. [6-140] 

1  mart  1859-cu  il  qanunun  əsaslarına  görə,  yəhudi  tacirləri  birinci  gildiyaya  daxil  idilər.  Bu 

gildiyanın  nümayəndələri  isə  Leyboviç,  Yermanoviç,  Dambrovski  və  başqaları  idilər.  Çoxlu 

meşşan-yəhudilər  öz  kapitallarını  qızıl  istehsal  müəssisələrinə  qoymaqla  milyonçulara  çevrildilər. 

Bir  çox  yəhudilər  Sibir  kömür  mədənlərinin  də  sahiblərinə  çevrilimşdilər.  Kənd  təsərrüfatında  da 

kapitalist  müasibətlərinin  yaranması  kəndlilər  arasında  təbəqələşməyə  səbəb  olur  və  təsərrüfatını 

burjua  üslubunda  quran  qolçomaqlar  yaranırdı.  Onlar  əkinçilik  və  heyvandarlıq  məhsulları  ilə 

ticarət  edir,  sənaye-ticarət  sahələrinə  daxil  olurdular.  Məsələn:  iş  adamı  M.E.Qlotov  təhkimli 

kəndlilər  içərisindən  çıxmışdı.  O,  Lena  çayı  üzrə  nəqliyyat  daşımalarının  və  İlim  duz  emalı 

müəssisələrinin  sahibkarı  idi.  Digər  təhkimli  kəndli  İ.D.Perevalov  Xaytın  və  Elov  çini  qablar 

fabrikinin sahibkarl idi. D.R Şelkunov, F.F.Kuznetsov da kəndlilər içərisindən çıxmış kapitalistlər 

idilər. 1873-cü ildə O.İ.Metelov ilə birlikdə “Şelkunov və Metelevin ticarət evi” firmasını, 1899-cu 

ildə isə “R.K.Selkinov və K”-nı yaratdı” [7-375]. 

T.K.Şelkunov  1900-cü  ildə  Nazarov,  Vadimov  və  Nikolski  kömürçıxartma  mədənlərini  ələ 

keçirdi. 1916-cı ildə 8 mln pud kömür hasil edilmişdir. İllik kapital dövriyyəsi isə 1 351309 manat 

olmuşdur. 1905-ci ildə həmin mədənlərdə elektrik stansiyası qurularaq, texniki dəyişikliklər edildi. 

Çilingər-tokar,  dəmirçi,  yayma,  qazanxana  və  dülgər-model  sexləri  yaradılmışdır.  Zavodda  22 

müxtəlif dəzgah, presləmə dəzgahı, 2 mişar və diyircəkli dəyirman var idi. P.K.Şelkunov taxıl və un 

məhsulları  ilə  böyük  ticarət  edir  və  bu  məqsədlə  1910-cu  ildə  Çeremxovada  7  dayaqlı  dəyirman 

qurdurdu. Dəyirmanda 7 ay ərzində 120 min pud un alınırdı.  

Sibirdə  burjuaziyanın  sonrakı  hissəsi  az  miqdarda  olan  zadəganların  hesabına  yaranırdı. 

Onların  əksəriyyəti  burada  çoxdan  məskunlaşan  şəxsi  və  nəsli  zadəganların  nümayəndələri  idilər. 

Onlar öz kapitallarını inanılmış tacir-milyonçuların səhmlərinə  qoyur və yaxud müəyyən istehsal 

sahələrinin  alış-satışı  ilə  məşgul  olaraq  ticarət-sənaye  işləri  ilə  məşgul  olurdular.  D.Yasinski 

(ticarətlə, sement sənayesi ilə), V.Komarovski, V.Sentneroviç, Tomaşevski polyak idilər [8-279]. 

Kapitalizmin  geniş  surətdə  inkişafı  Sibirin  əzəli  əhalisi  olan  xakasların,  buryatların, 

evenklərin,  tuvalıların,  yakutların  sosial  iqtisadi  həyatına  güclü  təsir  göstərərək  onun  feodal-

patriarxal  xüsusiyyətini  aradan  qaldırdı,  noyonların  və  toyonların  timsalında  uluslararası  yerli 

burjuaziyasını  yaratdı.  Xüsusilə  bu  proses  buryat  noyonlarına  təsir  göstərdi  və  onların  bir  çox 

nümayəndələri ticarət və ticarət-sənaye işləri ilə məşgul olmağa başladılar. Bundan əlavə noyonlar 

əkinçi-maldar  təsərrüfatlarından  yığılan  kapitalı  da  sənaye  sahələrinə  qoyurdular.  Məsələn:  2-ci 

Aşexabat  nəslinin  ağsaqqalının  oğlu  A.Mixaylov  öz  kapitalını  su  dəyirmanlarının  tikintisinə 

qoymuşdu. O, 1883-cü ildə çaxır zavodunun qurulmasında payçı  kimi  iştirak etdi. 10 paydan 3-ü 

ona məxsus idi [9-370]. 

Zavodun  inşasına  1884-cü  ildə  50  min  manat  gümüş  pul  xərclənmişdi.  XIX  əsrin  90-cı 

illərində  zavod  tamamilə  A.Mixaylovun  ixtiyarına  keçdi.  1895-ci  ildən  zavod  tam  qüvvəsi  ilə 

məhsul istehsal etməyə başladı. Tezliklə onun İvano-Andreyev çaxırçəkmə zavodunu öz əlinə alan 



Əhmədov R.V.  


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə