Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

 

30 


 

maraqlı  bədii  intriqalar,  təsvirlər  vasitəsilə  oxucuya  çatdırır.  Milli  vətənpərvər  Aslanın  obrazı  ilə 

yanaşı, romanda Sila, Zora, Anita, Pavlo, Rade, Avqust, Çuq və b. rəngarəng obrazlar yaradılmışdır.  

Triyestin  əhalisinin  doğma  şəhərləri  uğrunda  savaşda  barışmazlığı  başqa  millətlərdən 

olanların,  o  cümlədən  azərbaycanlıların  da  bu  qərib  şəhərin  azadlığı  yolunda  mübarizəsini 

gücləndirir, insanlar eyni məqsəd yolunda birləşirlər. “Ancaq yadellilərin mürtəce qəsbkarları əsrlər 

boyu nə qədər səy etmişlərsə, azadlıqsevən xalqların qəlbini özlərinə əsir edə bilməmişlər. Heç bir 

qüvvə, heç bir təzyiq triyestlilərin iradəsini qıra bilməmişdi. 1943-cü ildə faşist Almaniyası Triyesti 

işğal etdi. Xalqın qəzəb və nifrətinin həddi yox idi. Çox çəkmədi ki, gizli partizan diviziyası  təşkil 

olundu...  Şəhər  son  dərəcə  sirli  və  müəmmalı  idi.  Triyestdə  potensial  bir  qüvvə  hökm  sürürdü. 

Burada  indi  hər  bir  partizan,  daha  doğrusu,  diviziyanın  hər  bir  döyüşçüsü  öz  işini  bilirdi.  Onlara 

Pavlo Madzini rəhbərlik edirdi... “ [3, 47-48]  

Əfsanəvi  Mixaylodan  bəhs  açan  Həsən  Seyidbəyli  və  İmran  Qasımovun  “Uzaq  sahillərdə” 

əsərindən  daha  əvvəl  yazılmış,  “hərbi-vətənpərvərlik  ədəbiyyatının  incisi”  sayılan  “Mübahisəli 

şəhər”in ilk dəfə 1957-58-ci illərdə “Azərbaycan” jurnalında çap olunması  yazıçının müharibədən 

sonra repressiyaya uğraması ilə bağlı idi. Əsər 1948-ci ildə tamamlanmış, hətta “Bakinski raboçi” 

qəzetinin  1948-ci  il  8  fevral  tarixli  sayında  Xalq  şairi  Süleyman  Rüstəm  bir  məqaləsində  digər 

əsərlər  sırasında  “Mübahisəli  şəhər”  romanının  da  adını  çəkmişdir.  S.Vəliyev  bir  müsahibəsində 

xəbər verir ki: “Bu əsər haqqında Ə.Əbülhəsən, Ə.Hidayət kimi yazıçı və tənqidçilər də müsbət rəy 

söyləmişdilər. Romandan bir parça qəzetdə çap olunmuşdur, - deyə o kitab rəfindən həmin rəyləri  

və qəzeti çıxarıb mənə göstərir” [4, 7]. Lakin çap olunduqdan sonra da roman uğursuzluq zolağına 

tuş  gəlir.  Yuqoslaviya-Sovet  əlaqələrində  soyuqluq  yarandığına  görə  kitab  şəklində  çapına  icazə 

verilmir.  Yalnız  1961-ci  ildə  roman  Moskvada  rus  dilində  çıxdıqdan  sonra  1962-ci  ildə  Azərnəşr 

tərəfindən  kitab  şəklində  işıq  üzü  görür.  Elə  həmin  ildə  “Moskvada  çap  olunan    “Məlumat 

bürosunda deyilməyənlər haqqında” adlı kitabda (Dövlət Siyasi Ədəbiyyat Nəşriyyatı) S.Vəliyevin 

də adı faşizmə müqavimət hərəkatı iştirakçıları sırasında çəkilmişdir” [5, 523]. 

1944-cü  ilin  iyul  ayında  Triyest  şəhəri  Amerika-ingilis  müttəfiq  qoşunları  tərəfindən  azad 

edildikdən  sonra  yazıçının  yolu  alman  əsirliyində  olmuş  digərləri  ilə  birgə  Avstriya,  Fransa, 

Yuqoslaviya,  Misir,  İraq  və  İran  ərazisindən  vətənə  doğru  keçir.  Müqavimət  Hərəkatında  iştirak 

etmiş  əsirlərin  özlərinin  təşkil  etdiyi  bölmədə  S.Vəliyev  Alay  qərargahının  rəisi  seçilmişdi.  ABŞ 

kəşfiyyat  orqanlarının  vətənə  dönən  əsirlərin  Sibirə  göndəriləcəkləri  barədə  təbliğatlarına 

baxmayaraq,  S.Vəliyev  heç  nədən  çəkinmədən  vətənə  qayıdır.  Amma,  həqiqətən  də,  növbəti 

sınaqlarla üzləşir. 1944-cü il dekabrın 30-da gələn keçmiş əsirləri Bakıda dustaq kimi qarşılayırlar. 

Saysız-hesabsız  yoxlamalardan  sonra,  1945-ci  il  yanvarın  1-də  Moskva  yaxınlığındakı  Podolsk 

şəhərindəki düşərgəyə salınan yazıçı ona qarşı  yürüdülən bütün böhtanlardan təmiz çıxır, yenidən 

cəbhəyə, 29 saylı hücum batalyonuna təyin olunduqdan bir neçə gün sonra alman faşizmi üzərində 

qələbə xəbəri gəlir.  

Bununla  belə,  Stalin  rejimi  keçmiş  əsirlərə  normal  hüquqlu  vətəndaş  kimi  baxmır,  onların 

«cərimə»  batalyonunu  Çelyabinsk  şəhərindəki  Kirov  adına  sink  zavodunda  işləməyə  yollayır. 

Burada «onbaşı» təyin olunan Süleyman Vəliyev əqidəli vətəndaş olduğunu sübut edir, hətta şəklini 

şərəf  lövhəsinə  vururlarsa  da,  azad  olunmur.  Qəlbi  Vətənə  qayıtmaq  həsrəti  ilə  çırpınan  yazıçı 

RSFSR  Yazıçılar  İttifaqı  Çelyabinsk  vilayət  şöbəsinin  rəhbəri  Lyudmila  Tatyaniçevaya  müraciət 

edir. Bakıdan şair Əhməd Cəmilin imzası ilə S.Vəliyevin, həqiqətən də, Yazıçılar İttifaqının üzvü 

olmasını  təsdiqləyən,  hətta  yaradıcılığı  barədə  də  məlumat  verən  müsbət  arayış  gəlib  çıxdıqdan 

sonra  L.Tatyaniçeva  Süleyman  Vəliyevin  zavoddan  işdən  azad  edilməsinə  və  vətənə  qayıtmasına 

nail ola bilir. 

Həyatının həmin çətin dövrləri haqqında yazıçı ilk dəfə bütün açıqlığı ilə yalnız “Qanadı qırıq 

quş  da  uçarmış”  (1989)  bədii  memuar-əsərində  bəhs  aça  bilmişdir.  Bununla  belə,  mülayimləşmə 

dövründə S.Vəliyev “Ərəb hekayələri” səpkisində Şərq ölkələrində  gördüyü hadisə və süjetlərdən 

bəhs  edən  bir  sıra  hekayələr  (“Əncir  ağacı”,  “Neysan  yağışı”,  “Nil  suyu”,  “Bir  salxım  üzüm”, 

“Dağılmış yurd” və s.) qələmə almışdır. “Əncir ağacı” kitabında (1959) dərc olunan həmin əsərlərlə 

Süleyman Vəliyevin yaradıcılığında XX əsr həqiqətləri 

 



 

31 


 

yanaşı, kitabda  yazıçının “İtaliya- Misir” xatirə oçerki də dərc olunmuşdur. “Yazıçı Böyük Vətən 

müharibəsində  şahidi  olduğu  hadisələrin  xarakterik  cəhətlərini  seçməyi  bacarmış  və  onu  lakonik 

surətdə qələmə almışdır. Biz burda müharibə tufanı nəticəsində uzaq ölkələrə - İtaliyaya, Afrikaya 

gedib düşmüş sovet adamlarının taleyi və onların vətənpərvərliyi və qəhrəmanlığı ilə tanış oluruq. 

Xatirə  oxucuların  böyük  rəğbətini  qazanmış  və  “Literaturnaya  qazeta”  xatirə  haqqında  “Oxuyun 

maraqlıdır” başlığı altında “Mübarizə yolu” adlı məqalə çap etmişdir” (5, s. 255)  

Lakin daha böyük “tufanlar” Süleyman Vəliyevi vətəndə gözləyirmiş. Bu barədə də oxucular 

sonralar  “Qanadı  qırıq  quş  da  uçarmış”  əsərində  xəbər  tutacaqdılar.  “Süleyman  1946-cı  ilin  10 

oktyabrında Çelyabinskdən Bakıya qatara bilet alır. Lakin yemək pulu olmadığından o, Moskvada 

biletini satıb çörək almalı olur. Bakıya isə qatarların tamburunda gecələr biletsiz qayıdır. Beş günə 

Bakıya  çatan Süleyman, Ramanaya  – evlərinə  gedir. Həmin  gün öyrənir ki, 1943-cü ildə atası və 

anası aclıqdan vəfat ediblər. Kənddəki evlərində başqa adamlar yaşayır”. 

Böyük  şair  Səməd  Vurğunun  bilavasitə  müdaxiləsi  ilə  S.Vəliyevə  Bakıda  mərkəzdə  Tolstoy 

küçəsində  ev  verilir.  «İnqilab  və  mədəniyyət»  jurnalında  ədəbi  işçi  düzəlir.    Lakin  1948-ci  ildə 

başlanan növbəti repressiya dalğası keçmiş hərbi əsirlərlərdən də yan ötmür. S.Vəliyevi də istintaqa 

cəlb edir və jurnaldakı işindən çıxarırlar. Məxfi siyasi orqanlar ona əməkdaşlıq və Səməd Vurğunun 

«millətçiliyi»nə  qarşı  gizli  işləmək  təklif  edirlər.  Xarakter  etibarilə  mərd  və  əqidəli  insan  olan 

Süleyman  Vəliyev  belə  bir  alçaldıcı  əməkdaşlıqdan  imtina  edir.  Səməd  Vurğun  daim  onun 

xeyirxahı olmuş, əsgərlikdə və müharibədə olanda ədəbiyyat fondu ata-anasına yardım etmiş, ata-

anası  vəfat  edəndən  sonra  Süleymanın  kiçik  qardaşı  Murtuzu  Suvorovçular  məktəbinə  də  Səməd 

Vurğun  düzəltmişdi.  Məhz  taleyin  istehzasıdır  ki,  1949-cu  ilin  yayında  Sibirin  Lena  çayı 

sahillərindəki  qızıl  mədənlərinin  paytaxtı  olan  Bodaybo  şəhərinə  sürgün  edilən  yazıçı  Sibir 

soyuğunda özünü mənəvi cəhətdən Bakıdan da yaxşı hiss etmişdir. Gizli sorğu-suallardan, mənəvi 

alçaldılmalardan  qurtulan  S.Vəliyev  taleyin  onun  üçün  hazırladığı  imtahanlardan  mərd-mərdanə 

çıxırdı.  Bu  sırada  ailəsi  də  ona  dayaq  idi.  Həbs  olunan  il  yenicə  ailə  həyatı  qurmuş  ədibin  həyat 

yoldaşı Asya bir neçə ay sonra yanına gəlir. 1950-ci ildə oğlu Seyran, 1953-cü ildə isə qızı Leyla 

dünyaya göz açır. 

Zamanın  ziddiyyətlərindən,  eniş  və  yoxuşlarından  keçən  həyat  yolunda  ədəbiyyat  həmişə 

Süleyman Vəliyev üçün bir talisman rolunu oynamışdır. Hələ 1939-cu ildə Qərbi Ukraynada hərbi 

xidmətdə  ikən  cavan  yazıçı  bura  görüşə  gəlmiş  görkəmli  rus  yazıçısı  Aleksey  Tolstoyla  Lvov 

Yazıçılar  İttifaqında  elə  əsgər  geyimində  tanış  olmuşdu.  N.Ostrovskinin  ev  muzeyinə  baş  çəkən 

S.Vəliyev  həmçinin  Ukrayna  yazıçıları  Oleksa  Desnyak,  Paiç  Petro,  Vanda  Vasilevskaya  ilə  də 

tanış  ola  bilmişdi.  Yazıçının  hərbi  xidmətdən  qayıtdığı  1940-cı  ilin  oktyabrında  isə  o,  xalq  şairi 

S.Vurğunun  köməyi  ilə  Azərbaycan  Yazıçılar  İttifaqının  Hərbi  vətənpərvərlik  şöbəsinin  müdiri 

təyin olunmuşdu. Müharibədən sonra Çelyabinskdə sink zavodundan qurtulub, vətənə dönməsində 

də  yazıçı  L.Tatyaniçeva  köməyinə  çatmışdı.  Sibirdə  də  xeyirxah  adamlar  az  deyildi,  onlara 

minnətdar olaraq yazıçı qələmini dincə qoymurdu. 1953-cü ildə İ.Stalinin ölümündən sonra ölkənin 

həbs və sürgün düşərgələrində nahaq yerə cəza çəkən milyonlarla insanlar sırasında azad nəfəs alıb 

Vətənə tələsənlərdən biri də Süleyman Vəliyev idi.  

Bu  zaman  Sovet  yazıçıları  İttifaqının  İrkutsk  bölməsinə,  sonradan  SSRİ  Yazıçılar  İttifaqının 

uzun  müddət  (1977-1989)  sədri  olmuş  Georgi  Markov  rəhbərlik  edirdi.  S.Vəliyevlə  G.Markov 

arasında  ömürlərinin  sonunacan  davam  edən  dostluq  münasibətləri  yaranır.  Az  müddət  İrkutskda 

çalışıb,  oçerklər  yazan  S.Vəliyev  Yazıçılar  İttifaqının  İrkutsk  bölməsinin  yardımı  ilə  1955-ci  ildə 

ailəsi  ilə  birgə  Bakıya  qayıdır.  Yazıçıya  dərhal  mərkəzdə,  Nizami  küçəsində  mənzil  verilsə  də, 

fəaliyyəti müəyyən müəmma altında qalırdı. Çünki Süleyman Vəliyev rəsmən repressə olunmuşlar 

siyahısında  yox  idi,  “reabilitə  olunma”sına  da  ehtiyac  yox  idi.  Qismən  Mircəfər  Bağırovun 

məhkəməsində  adının  S.Vurğuna  qarşı  ittihamlardan  imtina  etməsində  çəkilməsinə  görə  1956-cı 

ildən yazıçıya yaradıcılıq sərbəstliyi və tam fəaliyyətə icazə verilir.    

Süleyman  Vəliyev  sovet  dövrünün  yazıçısı  olsa  da,  zəmanəsinin  ideologiyasını  bölüşsə  də, 

Vətəninə  sadiq,  doğma  Azərbaycan  torpağına  dərindən  bağlı  sənətkardır.  Azərbaycan  həyatının 

Şirinov F.İ. 

 



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə