Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə27/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

 

56 


 

öyrənir.  Sivilizasiyanın  qlobal  iqtisadi  problemləri  ətraf  mühitin  qorunması,  təbii  ehtiyatların 

düzgün və səmərəli istifadəsi və bərpa olunması üzrə kompleks tədbirlərin işlənib hazırlanmasını, 

ərzaq təhlükəsizliyinin təmin olunmasını tələb edir.  Bütün  bəşəriyyət  üçün ümumi  olan bu qlobal 

iqtisadi problemlərin kəskinləşməsi, onların həlli yollarını tapmaq zərurətini gücləndirir.  

Tətbiqi əhəmiyyəti: Qlobal problemlərin həlli beynəlxalq əməkdaşlığı, bütün ölkə və xalqların 

səylərinin  birləşməsini  tələb  edir.  Yalnız  səy  və  resursları  birləşdirməklə  dünya  birliyi  qlobal 

problemləri  həll  edə  bilər.  Buna  görə  də  beynəlxalq  münasibətlərin  mövcud  sisteminin  yenidən 

qurulması tələb olunur. Odur ki, qlobal problemlərin həlli ilə əlaqədar bu istiqamətdə araşdırmanın 

aparılması mühüm tətbiqi əhəmiyyətə malikdir. 

 

ƏDƏBİYYAT  

 1. Əhmədov M. A. Qloballaşma və milli iqtisadiyyatın formalaşması. Bakı: Azərnəşr, 2003, 520 s. 

2. Xəlilov T.A., Zeynalova M.Ə. Qlobal ekoloji problemlər. Bakı: MBM, 2013, 212 s. 

3.  Qafarov Ş. S. Müasir iqtisadi sistem və qloballaşma. Bakı: SBŞ, 2005, 632 s. 

4.  Osmova  M.N.,  Boyçenko  A.V.    Dünya    təsərrüfatının    qloballaşması.  Rus  dilindən  tərcümə. 

Bakı: İqtisad Universiteti, 2008, 486 s. 

5. Vəliyev D.Ə. Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyası. Bakı: Adiloğlu, 2008, 428 s.  

 

 



РЕЗЮМЕ 

ГЛОБАЛЬНЫЕ ЭКОНОМИЧЕСКИЕ ПРОБЛЕМЫ И ПУТИ ИХ РЕШЕНИЯ  

Ферзелиев М.М., Азизова К.В. 

 

Ключевые  слова:  глобальные  экономические  проблемы,  продовольственная  безопасность, 

война,  мир,  экология,  демография,  финансы,  население,  научно-

технический прогресс 

В современном мире глобальные экономические проблемы растут быстрыми темпами. Растет 

население  мира,  а  также  по  мере  развития  общества  глобальные  экономические  проблемы 

приобретают резкий характер. Необходимое условие правильной оценки современного мира требует 

решения указанного вопроса, так как все вопросы, трудности, противоречия современности связаны с 

решением глобальных экономических проблемы.    



 

SUMMARY 

THE GLOBAL ECONOMIC PROBLEMS AND THE WAYS OF THEIR SOLUTIONS 

Farzaliyev M.M., Azizova K.V. 

 

Keywords:  the  global economic  problems,  food-safety,  war,  peace,  ecology,  demography,  finance, 

population, world, scientific and technical progress 

Nowadays  the  global economic  problems  are  increasing  all  over  the world.  The  number  of  world 

population is also increasing and global economic problems have perceived more sharp forms. The best way 

to  estimate  and  realize  the  atmosphere  a  society  that  we  live  is  to  solve  this  problem.  So,  the  root  of  all 

difficulties  and  contradictions  of  the  modern  time  is  connected  with  increase  of  the  global  economic 

problems. 

 

 

Daxilolma tarixi: 



İlkin variant 

08.07.2016 

 

Son variant 



 

Qlobal iqtisadi problemlər və onların həlli yolları 

 



 

57 


 

    

UOT 339.9 

 

QLOBAL MALİYYƏ BÖHRANININ ARADAN QALDIRILMASINDA 

BEYNƏLXALQ MALİYYƏ-KREDİT TƏŞKİLATLARININ ROLU 

 

1

MAHMUDOVA LALƏ FƏQAİL qızı 

2

OSMANOV İLQAR OSMAN oğlu 

3

ABDULLAYEVA YEGANƏ TELMAN qızı 

Sumqayıt Dövlət Universiteti, 1-dosent,2- tyutor,3-laborant 

e-mail: ElnareMemmedova @ box.az. 

 

Açar  sözlər:  qlobal  maliyyə  böhranı,  beynəlxalq  maliyyə-kredit  təşkilatları,  Dünya  Bankı, 

Beynəlxalq Valyuta Fondu, bank, kredit, valyuta, investisiya

 

 

Qlobal  maliyyə  böhranlarının  mütəmadi  baş  verməsi  sübut  edir  ki,  bu  hadisə 

qarşısıalınmaz fəlakətlərlə bir oxşarlıq təşkil edir. Belə ki, bu kimi böhranları qabaqcadan proqnoz 

etmək  olar,  lakin  onların  tam  qarşısını  almaq  olduqca  çətin  məsələdir.  Hər  bir  böhrandan  sonra 

intensiv zənginləşmə dövrü, bir çox insanlara keçmişin dərslərini unutmağa vadar edir və ya sadə-

lövhcəsinə keçmiş dövr ərzində dünyanın əhəmiyyətli dərəcədə dəyişilməsini və artıq indiki halda 

bunun əbədi davam edəcəyini zənn edirlər.  

Qeyd  edək  ki,  XXI  əsrin  əvvəlllərindən  başlayaraq  dünya  iqtisadiyyatında  qlobal  maliyyə 

böhranları baş vermişdir. Qlobal maliyyə böhranı  maliyyə-iqtisadi böhranında olan  yoxsul ölkələr 

istisna olmaqla təcrübi olaraq dünyanın bütün ölkələrinə toxunmuş və daha da toxunacaqdır. Qlobal 

maliyyə böhranı daşınmaz əmlak və ərzağın qiymətinin artması, həm kommersiya, həm də dövlət 

təşkilatlarında iş yerlərinin ixtisarı, sabitliyin olmaması və gələcəyə inamın itməsi ilə meydana çıxır. 

Həm də nəzərə almaq lazımdır ki, baş verən dəyişikliklərin səbəbləri müxtəlif ölkələrdə müxtəlifdir. 

XXI əsrin əvvəllərində baş verən böyük tənəzzül kimi, 2008-ci ildə başlayan dünya iqtisadi böhranı 

da dünya maliyyə-iqtisadi sistemini tam dəyişməyə qadir olan proseslərə səbəb oldu. 2009-2010-cu 

illərdə  böhranın  kəskin  vəziyyətini  ölkələrin  üzərindən  qaldırmaq  nisbətən  mümkün  olmuşdu. 

Lakin  bu  hamıya  aid  deyildi.  Aparılan  antiböhran  tədbirlərinə  baxmayaraq  böhranın  “qara 

kölgəsi”  dünya  iqtisadiyyatının  üzərindən  tam  çəkilməmişdir.  Artıq  2011-ci  ildə  inkişaf  etmiş 

ölkələrdə  ümumi  büdcədə  borc  böhranı  hiss  olunmağa  başlandı.  Dünya  iqtisadiyyatında 

dəyişiliklər  baş  verirdi.  Avropada  böhran  ümumi  xarakter  almağa,  Çin  iqtisadiyyatı  isə 

yavaşımağa  başladı.  Beləliklə,  2011-ci  ildən  böhranın  ikinci  dalğası  başlandı.  Bəzi  iqtisadçılar 

ikinci  dalğanı  2008-ci  maliyyə-iqtisadi  böhranının  davamı,  bəziləri  isə  onu  yeni  böhran  kimi 

qiymətləndirirdi [4]. 

2012-2013-cü illərdə ikinci dalğanın təsiri ölkələri iqtisadi siyasətlərini dəyişməyə məcbur 

etdi.  2013-cü  ilin  aprelində  BVF  qeyd  etdi  ki,  2  ildir,  geriləmə  nümayiş  etdirən  Avropa 

iqtisadiyyatı dünya iqtisadiyyatından geri qalır. 2013-cü ildə ümumdünya ÜDM-nin  artım  tempi 

2,3-2,4%  təşkil  etmişdir.  Həmin  ildə  işsizlərin  sayı  əvvəlki  illə  müqayisədə  5  mln.  daha  artaraq, 

demək  olar  ki,  202  mln.  nəfər  oldu.  Beləliklə,  rəsmi  surətdə  qeydə  alınmış  202  mln.  nəfərlik 

işsizlər ordusu vardı. Bu haqda 2014-cü ilin yanvar ayında Beynəlxalq Əmək Təşkilatının (BƏT) 

hesabatında  məlumat  verilir.  Bu  hesabatda  həmçinin  qlobal  maliyyə  böhranının  başlanmasından 

illər  keçməsinə  baxmayaraq,  2014-cü  ildə  də  əmək  bazarında  və  yeni  iş  yerlərinin  açılmasında 

zəiflik hökm sürüldüyü açıqlanmışdır [6]. 

2015-ci  ilin  əvvəlində  beynəlxalq  iqtisadi  təşkilatların  çoxu,  o  cümlədən  Dünya  Bankı 

(DB),  Beynəlxalq  Valyuta  Fondu  (BVF),  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təskilatı  (İƏİT)  qlobal 

iqtisadi  prosesləri  araşdırmaları  əsasında  belə  qərara  gəldilər  ki,  qlobal  iqtisadi  böhran  daha  da 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 2                   2017 

  



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə