Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə26/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

 

54 


 

üçüncüləri  isə  demoqrafik,  ərzaq  və  ya  bəzi  ölkələrin  geridəqalma  probleminin  aradan 

qaldırılmasına  verirlər.  Görünür,  bu  problemlərin  hər  birini  prioritet  problem  adlandırmaq  olar, 

çünki qlobal problemlər bəşəriyyətin sağ qalıb-qalmaması məsələsinə toxunur. Onlar müxtəlif amil-

lərin,  və  ilk  növbədə  təsərrüfat  həyatının  beynəlmiləlləşməsi  proseslərinin  nəticəsi  olmuşdur. 

Vacibliyindən  asılı  olmayaraq,  qlobal  problemlər  müasir  xarici  kompaniyaların  fəaliyyətinə  çox 

mühüm təsir göstərir. 

Qlobal problemlərin həlli maliyyə-iqtisadi cəhətdən əsaslandırılmanı və iri məbləğdə xərcləri 

tələb edir. Bəzi fikirlərə görə, qlobal problemlərin həllinə ildə 1 trln. dollaradək vəsait tələb olunur. 

Belə  miqdarda  vəsaiti  tapmaq  çox  çətindir.  Ona  görə  də  qlobal  problemlərin  həlli  maliyyə 

vəsaitlərini bölüşdürərkən bu problemlərdən hansının daha mühüm olmasının təyin  olunmasından 

asılıdır. Beləliklə, məhz bu məsələlərə xüsusi diqqət tələb olunur. 

Ən mühüm qlobal  iqtisadi problemlərdən  biri  ərzaq problemidir.  Ərzaq təhlükəsizliyi problemi 

fərdi  səviyyədə  səmərəli  həll  oluna  bilməz.  Müasir  dövrdə  ərzaq  məhsullarının  keyfiyyətli,  ekoloji 

təhlükəsizliyinə  nail  olmaq  xüsusi  əhəmiyyət  kəsb  edir.  Müasir  iqtisadi  inkişaf  meyilləri  ekoloji 

təhlükəsizliyin təmin edilməsi, həmçinin ənənəvi ərzaq məhsulları istehsalı imkanlarını məhdudlaşdırır. 

Müasir texnologiyanın  geniş miqyaslı tətbiqi,  kütləvi informasiya  vasitələrinin inhisarlaşması,  yüksək 

gəlir  əldə  etmək  cəhdi,  ilk  növbədə,  insanların  təhlükəsizliyi,  sağlamlığı  deyil,  məhz  kapitalın 

maraqlarını əks etdirir, bu maraqlardan doğan tələblərə cavab verir [2]. 

Ərzaq  probleminin  vəziyyəti  həmişə  dünya  alimlərinin,  beynəlxalq  təşkilatların  və  dövlət 

orqanlarının  diqqət  mərkəzində  olmuşdur.  Ayrı-ayrı  dövrlərdə  bu  sahədə  müzakirələr,  təhlillər, 

geniş araşdırmalar aparılmışdır. Dünyada ərzaq və kənd təsərrüfatı məhsulları məsələsi ilə məşğul 

olan  ən  böyük  beynəlxalq  təşkilat  –  FAO  (ərzaq  və  kənd  təsərrüfatı  təşkilatı)  hesab  edilir.  Bu 

təşkilat  1945-ci  ildə  yaradılmışdır  (mərkəzi  Romadadır).  Bu  təşkilata  174  ölkə  və  Avropa  İttifaqı 

dövlətləri  daxildir.  5  ərazi  şöbəsi  vardır:  Afrika  üzrə;  Asiya  və  Sakit  okeanı  üzrə;  Avropa;  Latın 

Amerikası:  Karib  hövzəsi  və  Yaxın  Şərq  üzrə.  Bu  təşkilat  əsasən  öz  üzvlərinin  üzvlük  haqqı 

hesabına maliyyələşdirmə həyata keçirir.  

Hazırda  dünyada  qida  təhlükəsizliyinin  idarə  edilməsi  üçün  ən  çox  istifadə  olunan  sistem 

HACCP  (Hazard  Analysis  and  Critical  Control  Point  –  Təhlükəli  Faktorların  Analizi  və  Kritik 

Nəzarət Nöqtələri) sistemidir və bu, ərzaq təhlükəsizliyinin idarəedilməsi üçün mühüm əhəmiyyət 

kəsb edən, təhlükəli faktorların identifikasiyası, qiymətləndirilməsi və onlara nəzarət mexanizmidir. 

Təhlükəli  faktor  –  insan  sağlamlığı  üçün  təhlükə  mənbəyi  olub,  ərzaq  məhsullarında  yer  alan 

bioloji,  kimyəvi  və  fiziki  agent  və  ya  ərzaq  məhsulunun  vəziyyətidir.  Kritik  Nəzarət  Nöqtəsi  isə 

təhlükəli faktorun qarşısını almaq, aradan götürmək və ya onu məqbul həddə salmaq üçün nəzarətin 

zəruri olduğu istehsal zəncirinin mərhələsidir.  

HACCP müasir dövrdə ərzaq təhlükəsizliyinin idarə edilməsi üçün istifadə edilən ən səmərəli 

sistem hesab edilir. Qeyd etmək lazımdır ki, HACCP kifayət qədər mürəkkəb bir sistemdir. Ərzaq 

təhlükəsizliyinin  idarə  edilməsi  mexanizmini  sadələşdirmək  məqsədilə  Codex  Alimentarius 

Komissiyası  onu  məqbul  səviyyəyə  qədər  sadələşdirmiş  və  yeddi  prinsipi  əsas  götürmüşdür.  Bu 

prinsiplər  aşağıdakılardan  ibarətdir:  təhlükəli  faktorların  analizinin  aparılması;  kritik  nəzarət 

nöqtələrinin müəyyən edilməsi; kritik hədlərin təyin edilməsi; kritik nəzarət nöqtələrinin monitorinq 

sisteminin  yaradılması;  monitorinq  zamanı  kritik  nəzarət  nöqtəsinin  nəzarətdən  çıxdığı  qeydə 

alındıqda istifadə edilmək üçün korrektəedici fəaliyyətlərin müəyyən edilməsi; HACCP sisteminin 

səmərəli  işlədiyini  təsdiqləmək  üçün  sınaq  üsulunun  müəyyən  edilməsi;  bu  prinsiplərə  və  onların 

tətbiqinə aid olan üsulun və qeydiyyatın sənədləşdirilməsi qaydasının müəyyən edilməsi.  

FAO-nun  hesablamalarına  görə,  əhalini  ərzaq  məhsulları  ilə  təmin  etmək  üçün  (müvafiq 

normalarla) 2025-ci ilədək istehsalın həcmi 2 dəfə artırılmalıdır [5]. 

Bu isə o qədər də real  deyildir. Müəyyən iqtisadi  hesablamalara  görə, 2030-cu ilədək ərzaq 

məhsulları istehsalı zəif də olsa, artan istiqamətdə dəyişəcəkdir. 

Beləliklə, ərzaq təhlükəsizliyi probleminin həllində üç cəhətə fikir yönəldilir: 

1.

 

istehsalın 2 dəfə artırılması. 



2.

 

təbii artımın məhdudlaşdırılması. 



3.

 

əsas ərzaq növləri üzrə qida normalarının azaldılması mümkünlüyü. 



Qlobal iqtisadi problemlər və onların həlli yolları 

 



 

55 


 

Mütəxəssislərin  fikrincə,  dünya  ərzaq  çatışmazlığının  və  aclıq  probleminin  aradan 

qaldırılması üçün ərzaq məhsullarının istehsalını əvvəlki illərə nisbətən 4-5 dəfə artırmaq lazımdır. 

Bu  tədbirlərin  həyata  keçirilməsi  üçün  torpaqların  becərilməsində  aqrotexnikanın  son 

nailiyyətlərindən  istifadə,  ziyanvericilərə  qarşı  mübarizəni  genişləndirmək,  təbii  və  süni 

məhsuldarlığı  artırmaq  lazımdır.  Son  illərdə  dünya  ölkələri  iqtisadi  məhsuldarlığın  artırılmasını 

qarşıya qoyurlar. 

Bəşəriyyətin  qarşısında  duran  ən  kəskin  qlobal  problemlərdən  biri  müharibə  və  sülh 

problemidir. Dövlətlər arasında müharibələr min illər boyu davam etmişdir. Bunun nəticəsində isə 

bir çox nəsillərin böyük zəhmətlərinin nəticələri məhv olmuşdur. Dünyada baş verən müharibələrin 

tarixi,  məhv  olmuş  insanlar,  dağılmış  kənd  və  şəhərlər,  cəmiyyətə  dəymiş  iqtisadi  ziyan-bunların 

statistikası  hamıya  məlumdur.  Müharibələrin  başlanma  səbəblərini  hər  dövlət  istədiyi  kimi  izah 

etmişdir.  Lakin  bir  ümumi  səbəb  təkzib  edilməzdir:  müharibə  aparan  təcavüzkar  dövlət  özgə 

torpaqlarını,  o  cümlədən  həmin  ərazinin  yeraltı  və  yerüstü  sərvətlərini  ələ  keçirməklə  guya  öz 

xalqına xöşbəxtlik gətirmək istəmişdir. Əslində isə yeni müharibə üçün əsas yaradılmıdır. 

Hazırda Ermənistanın Azərbaycana qarşı apardığı müharibə təcavüzkar xarakter daşıyır, özgə 

torpaqlarını ələ keçirmək, yeraltı və yerüstü sərvətlərini mənimsəməyə xidmət edir. 

Müharibə  bəşəriyyətin  əsas  qlobal  problemi  kimi  qalmaqdadır  ki,  onların  da  əsasını 

dövlətlərin  arasındakı  münaqişələr  təşkil  edir.  Dövlətlər  arasındakı  hərbi  toqquşmaların  mənbəyi 

ərazi,  iqtisadi  və  siyasi  ekspansiya,  cəmiyyətdə  hakim  olan  və  öz  sərvətlərini  artırmağa  can  atan 

dövlətlərin digər xalqların milli suverenliyinə qəsd etmələri olmuşdur. 

Elmi-texniki  inqilabın  bəhrələrindən  hansı  məqsədlərlə  istifadə  ediləcəyi  məsələsi  müasir 

dövrün  ən  aktual  problemlərindəndir.  Elmi-texniki  inqilabın  istiqamətləri  yer  üzündə  nemətlər 

bolluğunu  təmin  etməyə,  cəmiyyətin  tərəqqisi  üçün,  şəxsiyyətin  inkişafı  üçün  xidmət  etməlidir. 

Hazırda  müasir  elmi-texniki  nailiyyətlərin  hərbi  məsələlərə  tətbiqi  şəraitində  müharibələr  daha 

dağıdıcı xarakter alır. Müharibələr üçün bir sıra obyektiv sosial  – iqtisadi və siyasi səbəblər qalsa 

da, müasir dünyada müharibələrin qarşısını almaq mümkündür. 

Müharibələr  yaradılmış  maddi  və  mənəvi  sərvətlərin  məhv  edilməsi  ilə  bağlı  olduğundan 

onların qarşısının alınması bəşəriyyətin bu bəladan xilas olması məsələsi həmişə çox mühüm qlobal 

problem olaraq qalır. 

Dünyada mövcud olan silahlar elə bir dağıdıcı gücə malikdir ki, dünya müharibəsi baş versə, 

sivilizasiya məhv olacaq. Hegomon dövlətlərin iştirakı olmadan heç bir problemi həll etmək olmaz. 

Müharibələrin qarşısının alınmasında BMT və hegemon dövlətlər əsas rol oynamalıdırlar. BMT və 

hegemon  dövlətlər  silahların  istehsalının  dayandırılması  və  tərk-silah  uğrunda  mübarizə 

aparmalıdırlar. Bu məqsədlə nüvə silahları və digər kütləvi qırğın silahları tamamilə məhv olunmalı 

və istehsalı dayandırılmalıdr.  

Ekoloji problem də mühüm qlobal problemlərdən biridir. Təbiətlə insan arasında gərginliyin 

artmasında  təzahür  edən  ekoloji  böhran  məhsuldar  qüvvələrin  və  istehsal  münasibətlərinin 

inkişafının  biosferanın  resurs-bioloji  imkanlarına  uyğun  gəlməməsi,  insanın  təbiətə  təsirinin 

güclənməsi  və  təbiətin  ictimai  inkişafa  təsirinin  genişlənməsi  ilə  səciyyələnir.  Ekoloji  problem 

həmçinin ətraf mühitin çirklənməsində də təzahür edir. Ətraf mühitin mühafizəsi və inkişafına dair 

Beynəlxalq  Komissiya  ətraf  mühitin  və  ümumi  ekoloji  durumun  keyfiyyətinin  yaxşılaşdırılması 

proqramlarını  işləyib  hazırlayır.  Ekoloji  problemin  həlli  üçün  bu  komissiya    və  digər  beynəlxalq 

təşkilatlar müvafiq sənədlər hazırlayır.  

Beləliklə,  qlobal  problemləri  tezliklə  və  ayrı-ayrı  ölkələr  səviyyəsində  həll  etmək  mümkün 

deyil.  Onların  həlli  üçün  vahid  beynəlxalq  mexanizm  tələb  olunur.  Qlobal  problemlərin  həllində 

BMT, BMF, ÜTT, regional təşkilatların da rolu çoxdur [3]. 

Yuxarıda göstərilən problemlərin vacibliyi və ciddiliyi üzündən xarici kompaniyaların iqtisadi 

siyasəti  də  dəyişir.  Onların  fəaliyyətinə  demoqrafik  amillər,  istehlakçılarının  sayının  dəyişməsi, 

onların sosial vəziyyəti, müharibə təhlükəsi, ekoloji problem və s. təsir göstərir. 



Elmi  yeniliyi:  Qlobal  iqtisadi  problemlər  bir  proses  kimi  insanların  mövcudluğunu, 

inkişaflarını,  onların  gündəlik  həyatlarını  düşündürən  bir  məsələdir.  Qlobal  iqtisadi  problemlərin 

həlli  cəmiyyətin  təsərrüfat  həyatını  və  insanların  həyat  fəliyyətinin  yaxşı  olmağının  yollarını 

Fərzəliyev M.M., Əzizova K.V.  



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə