Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə28/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
1   ...   24   25   26   27   28   29   30   31   ...   44
    Bu səhifədəki naviqasiya:
  • İkinci

 

58 


 

dərinləşəcək.  Ekspertlərin  proqnozuna  görə,  yeni  iqtisadi  böhranın  2015-ci  ilin  yazından 

başlanması gözlənilirdi. Əslində, dünyada iqtisadi sabitliyi pozan bir çox problemlər toplanmışdır. 

Bu  problemlərə  çoxsaylı  etnik  münaqişələri,  Ukrayna  münaqişəsini,  Suriya  və  İraq  hakimiyyət 

bölüşdürülməsi  kimi  geosiyasi  məsələləri  aid  etmək  olar.  Bu  amillər  bütövlükdə  dünya 

iqtisadiyyatına təsir göstərən amillərdir [3]. 

Bundan  başqa,  dünya  ölkələrinə,  onların  qeyri-bərabər  inkişafına  təsir  göstərən  birbaşa 

amillər də vardır. Bu amillərə fond bazarında kiçik köpüklərin əsassız şəkildə şişirdilməsini, enerji 

sektorunda artan böhranı,  bir çox ölkələrdə  əhalinin  kütləvi  yoxsullaşmasını aid etmək olar. Bu, 

dünya  ölkələrinin  əksəriyyətinə  aiddir.  İstehsalın  azalması  öz  ardınca  infilyasiya  gətirir.  Bu 

zəncirvari  reaksiya  2015-ci  ildə  qlobal  iqtisadi  böhranı  şərtləndirdi.  2015-ci  ildə  dünya 

iqtisadiyyatında  qeyri-sabitlik  və  Çinin  iqtisadi  artım  sürətinin  geriləməsi  və  fond  birjalarındakı 

təlatümlərlə, xammal məhsullarına, o cümlədən neft və neft məhsullarının qiymətlərinin enməsi ilə 

yadda qaldı. 2015-ci ilin ötən dövründə də BVF növbəti dəfə iqtisadi artım proqnozunu aşağı saldı. 

BVF-nun  məlumatına  görə  2015-ci  ildə  dünya  ölkələri  üzrə  iqtisadi  artım  tempi  3.3%  olmuşdur. 

2016-cı  ildə  isə  3.8%  olacağı  proqnozlaşdırılır.  BVF-nun  2016-cı  il  üçün  qlobal  ÜDM-in  artım 

tempini 3.8% proqnozlaşdırsa da, bu göstərici inkişaf etmiş ölkələrdə inkişaf etməkdə olan ölkələrə 

nisbətən  aşağı  olacağı  gözlənilir.  Avrozonada  iqtisadi  artım  1.7%,  MDB  ölkələri  üzrə  0.3%,  Çin 

üçün  isə  6.3%  proqnozlaşdırılır.  Qlobal  iqtisadiyyat  böhrandan  çıxa  bilmir.  Neft  qiymətlərinin 

kəskin  aşağı  düşməsi,  xüsusilə,  büdcəsi  ondan  asılı  olan  inkişaf  etməkdə  olan  ölkələrə  mənfi  təsir 

edib. Bu ölkələr sırasında Qazaxıstan, Rusiya, Azərbaycan və digər ölkələr də vardır. 

Qlobal  maliyyə  böhranı  dünya  iqtisadiyyatına  sıx  inteqrasiya  olunmuş  Azərbaycan 

Respublikasının  iqtisadiyyatı  üçün  də  əhəmiyyətli  risklər  yaratmışdır.  Lakin  qlobal  maliyyə 

böhranının birinci dalğasından Azərbaycan zərərsiz və ya qismən zərərlə ötüşə bildi. Avrozonada 

böhranın  Azərbaycana  təsirini  azaltmaq  üçün  manatın  məzənnəsinin  sabit  saxlanılması  üçün 

tədbirlər davam etdirildi. 2014-cü ildə neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına 

ciddi təsir etdi. Ölkəmizdə də devalvasiya artıq qaçılmaz idi. 2015-ci il fevralın 16-sında Mərkəzi 

Bank  manatın  devalvasiyasını  həyata  keçirdi  və  dollara  və  Avropa  nəzərən  dəyəri  aşağı  salındı. 

Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunması, tədiyyə balansının tarazlığının saxlanılması, 

ölkənin ölduqca azalmış valyuta ehtiyatlarının qorunması məqsədilə Azərbaycan Respublikasının 

Mərkəzi  Bankın  İdarə  Heyəti  21  dekabr  2015-ci  il  tarixində  üzən  məzənnə  rejiminə  keçilməsi 

barədə  qərar  qəbul  etdi.  Beləliklə,    2015-ci  il  dekabrın  21-ində  manatın  bu  il  üçün  ikinci 

devalvasiyası  oldu.  Milli  valyutanın  ikinci  devalvasiyası  ilk  devalvasiyada  olduğu  kimi 

qısamüddətli dövr üçün bir çox iqtisadi və sosial problemlər doğurdu. Devalvasiya xüsusilə bank 

sektoruna təsir etdi [1]. 

Ümumiyyətlə,  qlobal  maliyyə  böhranın  dərinləşməsi  milli  səviyyədə  iqtisadi 

tənzimləmələrin  səmərəsini  azaltmış  və  dövlətlərüstü  tənzimləmə  orqanlarının  yaradılması 

zərurətini doğurmuşdur. Qlobal maliyyə böhranın təsirlərini minimumlaşdırmaq üçün beynəlxalq 

maliyyə-kredit  təşkilatlarının  rolu  çoxdur.  Beynəlxalq  maliyyə-iqtisadi  təşkilatları  tərəfindən 

həyata  keçirilən  çoxtərəfli  tənzimləmələrin  inkişafı  istiqamətləri  həmin  məsələlərdə  iştirak  edən 

dövlətlərin konkret maraqlarından, milli dövlətlərin həyata keçirdiyi siyasətdən asılıdır. Bu zaman 

çoxtərəfli razılaşmalar iştirakçıların milli suverenliyinə toxunmadan hökumətlər tərəfindən ticarət, 

maliyyə,  valyuta  məsələləri  üzrə  qəbul  olunan  qərarlara  təsir  göstərir.  Bu  sahəyə,  dövlət 

siyasətində  həyata  keçirilən  tənzimləmə  tədbirləri  ilə  yanaşı,  beynəlxalq  iqtisadi  əlaqələrin 

inkişafına  təsir  mexanizmi  də  daxildir.  Çoxtərəfli  tənzimləmələrin  mərkəzi  halqasını  beynəlxalq 

ticarət, maliyyə, valyuta, invetisiya sahəsində hamı tərəfindən qəbul edilən normaların yaradılması 

təşkil edir [5]. 

Kifayət  qədər  kapitala  malik  olan  Dünya  Bankı  (DB)  qrupu  qloballaşmanın  inkişafı  və 

maliyyə  böhranının  dünya  qarşısında  qoyduğu  qlobal  məsələlərin  həllində  aparıcı  rol  oynamağa 

qadirdir. Bu təşkilat öz fəaliyyətini qlobal miqyasda, dövlət və özəl sektorla əməkdaşlıq ilə zəruri 



Qlobal maliyyə böhranının aradan qaldırılmasında beynəlxalq maliyyə-kredit təşkilatlarının rolu 

 



 

59 


 

bilik və təcrübəyə malik dövlət və sektorlarda, orta və aşağı gəlir səviyyəli ölkələrlə həyata keçirir. 

O inkişaf sahəsində aparıcı beynəlxalq  təcrübə məsələləri üzrə daima təkmilləşən informasiyaya 

malikdir; onun sərəncamında risk və bank fəaliyyətinin idarə edilməsi sahələrində dünya təcrübəli 

mütəxəssislər, eləcə də əlavə maliyyə resurslarının cəlb edilməsi üzrə imkanlar vardır. Ehtimal ki, 

DB qrupunun postböhran dövründə rolu dörd əsas amillə müəyyən olunur:  



Birinci  müəyyənedici  amil  inkişaf  prosesinin  ənənəvi  və  innovasiya  maliyyələşdiril-

məsidir.  DB-nın  müştəriləri  maraqlıdırlar  ki,  böhran  başa  çatan  zaman  bu  təsisat  kifayət  qədər 

kapitala  malik  olsun  və  qlobal  iqtisadiyyatın  inkişafına  və  yoxsulluq  səviyyəsinin  azaldılmasına 

imkan verən miqyasda maliyyələşdirməni təmin etməyə qabil olsun [2]. 



İkinci müəyyənedici amil məlumatların genişləndirilməsidir. DB qrupu inkişaf sahəsində 

qabaqcıl  beynəlxalq  təcrübə  məsələləri  üzrə  geniş  informasiya  bazasına,  layihə  və  proqramların 

həyata  keçirilməsi  təcrübəsinə,  tədqiqat  fəaliyyəti  və  təlimin  aparılmasına,  eləcə  də  həm  dövlət, 

həm də özəl sektorda resurslara təsir etmək imkanlarına malikdir.  



Üçüncü müəyyənedici amil qlobal ictimai nemətlərin müdafiəsi, yəni iqlim dəyişikliyi və 

infeksiya xəstəlikləri ilə mübarizə kimi ən mühüm qlobal problemlərin həllidir.  



Dördüncü amil – gələcək böhranlardır. Bu gün onların nə vaxt baş verəcəyini qabaqcadan 

demək çətindir, ancaq bilirik ki, onlar baş verəcəkdir.    

Qlobal  iqtisadiyyatda  baş  verən  dəyişikliklər  nəzərə  alınmaqla  dünyaya  dinamik,  çevik, 

kompotent  və  məsul  təşkilatlar  lazımdır.  DB  qrupu  bundan  sonra  da  öz  legitimliyini 

möhkəmləndirmək,  fəaliyyətinin  səmərəliliyi  və  nəticəliliyini  yüksəltmək,  hesabatlı  olmaq, 

Beynəlxalq  Maliyyə  Korporasiyası,  Beynəlxalq  Valyuta  Fondu  və  digər  çoxtərəfli  inkişaf 

bankları,  inkişaf  səhəsində  daha  çox  çəkidə  rol  oynayan  donorlar,  vətəndaş  cəmiyyətləri  və 

fondlarla əməkdaşlığı davam etdirmək və dərinləşdirmək niyyətindədir. 

Qeyd edək ki, 2008-ci ildə DB böhran şəraitində maliyyə yardımı qaydasında bütün dövr 

ərzində  ən  böyük  məbləğdə  -  59  mlrd.  ABŞ  dolları  ayırmışdır.  Beynəlxalq  Yenidənqurma  və 

İnkişaf Bankının ehtiyatda saxlanılan vəsaitinin həcmi 33 mlrd. ABŞ dollarına çataraq təxminən 

üç dəfə artmışdır. Beynəlxalq İnkişaf Assosiasiyasının kreditləşməsi də ən rekord həddə - 14 mlrd. 

ABŞ  dollarına  çatmışdır.  Beynəlxalq  Maliyyə  Korporasiyasının  (BMK)  yeni  layihələrinin  50%-

dən  çoxu  Beynəlxalq  İnkişaf  Assosiasiyası  (BİA)  tərəfindən  maliyyələşdirilən  ölkələrə  çatır. 

İnfrastruktur  –  iqtisadi  artımın  bərpa  edilməsi  və  yeni  iş  yerlərinin  yaradılması  üçün  mühüm 

əhəmiyyət  kəsb  edən  sektorlara  maliyyə  köməyinin  həcmi  21  mlrd.  ABŞ  dollarına  çatmışdır. 

Əhalinin  sosial  təminatı  sisteminə  kömək  üçün  və  əhalinin  ən  zəif  qruplarına  böhranın  təsirini 

yumşaltmaq iqtidarında olan digər sosial müdafiə proqramlarına ayrılmış vəsaitlərin məbləği 4,5 

mlrd. ABŞ dollarına qədər artmışdır [6].  

BMK-sı  öz  güclü  innovasiya  potensialını  resursların  mobilləşdirilməsi  üzrə  imkanlarını 

birləşdirməklə  istifadə  edir;  o  bankların  kapitallaşdırılması,  ticarətin  maliyyələşdirilməsi, 

infrastrukturun  və  mikromaliyyələşdirmənin  inkişafı  sahəsində  yeni  təşəbbüslərin  həyata 

keçirilməsinə başlamışdır.  2009-cu maliyyə ilində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının 

(BYİB) ehtiyat vəsaitlərinin həcmi rekord səviyyəyə  - 40 mlrd. ABŞ dollarına çatmışdır. BYİB-

nın borcuna tələbat bu gün 100 mlrd. ABŞ dollarını ötüb keçmişdir. BİA-dan maliyyə resursları 

alan  dövlətlər  üçün  böyük  maliyyələşmə  defisiti  qorxusu  var.  Qiymətləndirmələrə  görə,  yoxsul 

ölkələrdə  səhiyyə,  təhsil,  sosial  müdafiə  və  infrastruktur  üçün  riskə  meyilli  dövlət  xərclərinin 

ödənməsi üçün tələb olunan maliyyələşmə kəsiri 11,6 mlrd. ABŞ dolları təşkil edir. İnkişaf etmiş 

ölkələrin büdcə imkanları məhduddur.  

BVF  qlobal  maliyyə  böhranının  aradan  qaıldırılması  istiqamətində  fəaliyyətini  davam 

etdirir.  O  qlobal  maliyyə  böhranı  şəraitində  qlobal  sistemli  risklərin  idarə  edilməsi  metodlarına 

yenidən  baxılmasını  təkid  edir.  Fond  aparılan  təhlil  nəticəsində  üç  müxtəlif  səviyyədə 

uyğunsuzluq olduğunu göstərir:  

Mahmudova L.F., Osmanov İ.O., Abdullayeva Y.T. 

 



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə