Uşaq cərrahiyyəsi ixtisası üzrə test suallarına əlavələr və dəyişikliklər edilmişdir


) Travma zamanı aşağı ətrafların kiçik seqmentinin ayrılması distal səviyyədə haradan hesab olunur?



Yüklə 1,6 Mb.
səhifə13/18
tarix14.06.2018
ölçüsü1,6 Mb.
#48386
1   ...   10   11   12   13   14   15   16   17   18

798) Travma zamanı aşağı ətrafların kiçik seqmentinin ayrılması distal səviyyədə haradan hesab olunur?

A) Diz oynağı səviyyəsində

B) Səviyyə əhəmiyyət kəsb etmir, əgər ətrafın 15 %-nə qədərini qopmuş seqment təşkil edirsə

C) Daraq-falanqa oynağı səviyyəsində

D) Aşıq baldır oynağı səviyyəsində

E) Baldırın orta və aşağa 1/3-i səviyyəsində


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
799) Yuxarı ətrafın böyük seqmentini travmatik ayrılması zamanı proksimal səviyyə hansı hesab olunur?

A) Səviyyə əhəmiyyət kəsb etmir, əgər ayrılan seqment ətrafın 15 %-ni təşkil edirsə

B) Dirsək oynağı səviyyəsində

C) Bilək oynağı səviyyəsində

D) Saidin orta və aşağı 3/1-i səviyyəsində

E) Ovuc-falanqa oynağı səviyyəsində


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
800) Uşaqlarda aşağı ətrafın böyük seqmentinin replantasiyası üçün göstəriş olduqda proksiomal səviyyəyə hansı aiddir?

A) Budun yuxarı və orta 1/3-i səviyyəsi

B) Diz oynağı

C) Əhəmiyyət kəsb etmir

D) Budun orta və aşağı 1/3-i səviyyəsi

E) Bud-çanaq oynağı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
801) Yuxarı ətrafın kiçik seqmentinin, onun travmatik ayrılması zamanı distal səviyyəsi hansı hesab edilir?

A) Səviyyə əhəmiyyət kəsb etmir, əgər ayrılmış seqment ətrafın 15% - i qədərini təşkil edərsə

B) Daraq-falanq oynağı səviyyəsi

C) Saidinq orta və aşağı 1/3 - i səviyyəsi

D) Mil-bilək oynağı səviyyəsi

E) Dirsək oynağı səviyyəsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
802) Saidin sümüklərini aşağı 1/3 - nin sınığı zamanı yuxarı ətrafın immobilizasiyası necə aparılır?

A) Mil-bilək oynağından dirsək oynağına qədər gips sarğısı

B) Mil-bilək oynağından dirsək oynağına qədər sirkulyar gips sarğısı

C) Mil-bilək oynağından bazunun orta 1/3 - nə qədər gips sarğısı

D) Daraq-falanqa oynağından bazunun orta 1/3 - nə qədər gips langeti

E) Daraq falanqa oynağından dirsək oynağına qədər sirkulyar gips sarğısı


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
803) Qamış sümüyünün orta 1/3 - nin sınığı zamanı ətrafın immobilizosiyası necə aparılır?

A) Daraq - falanqa oynağından budun orta 1/3 - nə qədər gips langeti

B) Aşıq - baldır oynağından budun orta 1/3 - nə qədər gips langeti

C) Aşıq - baldır oynağından diz oynağına qədər gips sarğısı

D) Aşıq - baldır oynağından diz oynağına qədər sirkulyar gips sarğısı

E) Daraq - falanqa oynağından diz oynağına qədər sirkulyar gips sarğısı


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
804) Şok zamanı həyati vacib funksiyaların pozulmasına səbəb olan birincili etioloji faktor hansıdır?

A) Kəskin tənəffüs çatışmazlığı

B) Mərkəzi hemodinamikanın pozulması

C) Toxuma və orqanların parçalanma məhsullarının törətdiyi intoksiya

D) Ağrı hissiyatı ilə əlaqədər baş beyin qabığının tormozlanması

E) «Vegetativ burulğanı» böyrəküstü vəzin qabıq maddəsinin və hipofizin gərginləşməsi ilə əlaqədar


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
805) Uşaqlarda ağciyərin travmatik cırılması və qapalı gərgin prevmotoroksun xüsusi müayinə üsullarının təyininə qədər hansı lazımi müalicə tədbirləri görülməlidir?

A) Oksigenlə müalicənin başlanması və rentgen müayinəsinin təyini

B) Plevra boşluğunun punksiyası, havanın xaric edilməsi, Bilau drenajının qoyulması, Vişnevski üsulu ilə boyun vaqosimpatik blokadası, diaqnozu dəqiqləşdirmək üçün müayinələrin təyini

C) Şok əleyhinə narkotiklərin vurulması

D) Plevra boşluğunun funksiyası və yığılmış havanın xaric edilməsi

E) Diaqnoz tam dəqiqləşənə qədər müalicəyə ehtiyac yoxdur


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
806) Uşaqlarda politravma zamanı hospitalizasiyaya qədərki etapda ilkin müalicə tədbirlərinə nə daxildir?

A) Transport immobilizasiyası, qanaxmanın müvəqqəti dayandırılması, narkotiklərin vurulması, oksigenasiyanın təmini, analgetiklərin vurulması

B) Plazmaəvəzedicilərin köçürülməsi, transport immobilizasiyası, süni tənəffüs, qanaxmanın müvəqqəti dayandırılması

C) Transport immobilizasiyası, qanaxmanın müvəqqəti dayandırılması, narkotiklərin vurulması

D) Oksigenasiya, qanaxmanın müvəqqəti dayandırılması, zədə nahiyyəsinin yerli ağrısızlaşdırılması transport immobilizasiyası, plazma əvəzedicilərinin köçürülməsi

E) Transport immobilizasiyası, qanaxmanın müvəqqəti dayandırılması,narkotiklərin vurulması, oksigenasiyanın təmini


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
807) Düşen - Erb doğuş iflici zamanı aşağıdakılardan hansı müşahidə edilir?

A) Əl barmaqlarında hərəkətin itməsi

B) Birtərəfli spesifik hemiparez

C) Bazu oynağında hərəkətin saxlanılması zamanı əl barmaqlarında hərəkətin itməsi

D) Zədələnmiş ətrafda hərəkətin tam itməsi

E) Əl barmaqlarında hərəkətin olması ilə,bazunun daxili rotasiyası və yaxınlaşması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
808) Doğuş epifiziolizi ən çox hansı nahiyyədə baş verir?

A) Bud sümüyünün proksimal epifizi

B) Bazu sümüyünün distal epifizi

C) Qamış sümüyünün proksimal epifizi

D) Bud sümüyünün distal epifizi

E) Bazu sümüyünün proksimal epifizi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
809) Bazu sümüyünün distal hissəsinin doğuş epifiziolizi üçün xarakter erkən rentgenoloji simptomlara hansı aiddir?

A) Görünən sümük qabarı

B) Mil periostiti

C) Bazu sümüyünün metafizinin destruksiyası

D) Sümük ayrılmasının görünməsi

E) Said sümüyünün və bazu sümüyünün proporsiyasının pozulması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
810) Bud sümüyü başının doğuş epifiziolizi zamanı doğuşdan sonra birinci saatda rasional müalicə faktoruna nələr daxildir?

A) Qapalı düzəldirək zədələnmiş ayağın daxildə rotasiyası və horizontal vəziyyətdə dartılaraq leykoplastirla dartılma

B) Blaunt üsulu ilə dartma

C) Şed üsulu ilə dartma

D) Qapalı üsulla

E) Açıq üsulla


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
811) Bud sümüyünün doğuş zamanı yerdəyişməyən sınığında optimal müalicə üsuluna hansi daxildir?

A) Müalicə tələb olunmur

B) Blaunt üsulu ilə dartma

C) Birmomentli qapalı repozisiya, sonra isə gips immobilizasiya

D) Şed üsulu ilə dartma

E) Açıq repozisiya, sonra isə gips immobilizasiyası


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
812) Körpücük sümüyünün doğuşdan sonra yerdəyişməyən sınığına şübhə yaradan əlamət hansıdır?

A) Qan təchizatının pozulması

B) Bazu oynağında hematoma

C) Palpasiya zamanı ağrıya reaksiya

D) Hemipares

E) Qəlpələrin kripitasiyası


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
813) Bazu sümüyünün orta 1/3 - nin doğuş zədələnməsi zamanı rasional müalicə üsuluna hansı aiddir?

A) Leykoplastrla dartmaq

B) Qolu uşağın bədəninə fiksasiya etmək

C) Gips sarğısı

D) Dezo sarğısı

E) Bazunun 90° aparmaqla torakobroxiyal gips sarğısı və saidin dirsəkdən 90° bükmək


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
814) Doğuşdan sonra kəllə - beyin travmasının ağırlıq kriteriyasına hansı daxildir?

A) Başda doğuş şişinin ölçüsü

B) Beyin qan dövranının pozulmasının dərəcəsi

C) Kəllə sümüklərinin sınığı

D) Kəllə sümüklərinin yerdəyişməsinin dərəcəsi

E) Kefolohematomanın olması


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
815) Doğuş zamanı kəllənin sıxılaraq sınmasının müalicə taktikasına hansı daxildir?

A) Kəllənin rezeksion trepanasiyası və allaplastikası

B) Müalicə tələb edilmir

C) Repozisiya üsulu ilə cərrahi korreksiya

D) Kəllənin rezeksion trepanasiyası

E) İntensiv infuzion müalicə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
816) Düşen - Erb iflicinin müalicəsi zamanı qolun fiksasiya vəziyyəti hansıdır?

A) Dezo sarğısı qoymaq

B) Qolun bədənə bükülməsi

C) 90° xarici lokasiya altında bazunun fiksasiya olunması

D) Fiksasiya vacib deyil

E) Qolun onurğaya tərəf fiksasiyası


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
817) Doğuş travması zamanı qarın boşluğu orqanlarından hansıları ən çox zədələnir?

A) Yoğun bağırsaq

B) Sidik kisəsi

C) Böyrəklər

D) Nazik bağırsaq

E) Qaraciyər, dalaq


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
818) Tetanusa qarşı 3 peyvənd almış,/axırıncısı travmadan 5 il əvvəl vurulmuş / 10 yaşdan böyük uşağa tetanusun təcili profilaktikası üçün nə vurulmalıdır?

A) Tetanus anatoksini

B) Tetanus anataksini + tetanus əleyhinə zərdab

C) AGDT vaksini

D) Tetanus əleyhinə zərdab

E) Tetanus əleyhinə insan immonoqlobini


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
819) Aşağıda açıq kəllə - beyin travmasına hansı aiddir?

A) Gicgah sümüyünün sınığı, alın nahiyyəsinin zədələnməsi ilə

B) Başın yumşaq toxumalarının əziyi

C) Alın sümüyünün sınığı, gicgah nahiyyəsinin zədələnməsi ilə

D) Kəllə əsasının sınığı, yumşaq toxumaların zədələnməsi ilə

E) Kəllənin aponevroza qədər sınığı, yumşaq toxumaların yaralanması və aponevrozon zədələnməsi ilə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
820) Baş beyin sirkələnməsinin klinik simptomlarına nə daxildir?

A) Qısamüddətli huşun itirilməsi, travmanın ilk saatında qusma, retroqrad amneziya

B) Aydın huş zamanı hemiparez

C) Ümumi beyin əlamətləri, bədən hərarətinin yüksəlməsi, qusma

D) Travmadan 2 - 3 saat sonra huşun itirilməsi, anizokariya, ocaqlı simptomlar

E) Travma ilə şübhəli dərin koma


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
821) Birtərəfli epi və ya subdural hemotoma zamanı hansı aşağıdakı simptomokompleks müşahidə edilir?

A) Tetraplegiya aydın huş

B) Qısamüddətli huşun itirilməsi, qusma, retroqrad amneziya

C) Huşun itirilməsi, ocaqlı nevroloji simptomlar, meningial əlamətlər

D) Ümumi beyin simptomları, hərarətin yüksəlməsi

E) «İşıqlı mərhələ», göz bəbəyinin homolateral genişlənməsi,kontralateral piramid çatışmamazlıq əlamətləri


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
822) Uşaqlarda kəllə əsasının sümüyünün sınığının əsas əlamətlərinə hansılar aiddir?

A) Çoxsaylı qusma

B) Ocaqlı, nevroloji simptomlar

C) Oto - rino - likvoreya

D) Huşun itirilməsi

E) Burun və qulaqdan qanaxma


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
823) Körpücük sümüyün sınığı ən çox harada lokalazisiya olunur?

A) Orta və lateral 1/3-i sərhəddində

B) Orta 1/3-də

C) Orta və medial 1/3-i sərhəddində

D) Dimdiyə bənzər çıxıntı sahəsində

E) Körpücüyün sfernal hissəsində


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
824) Bir yaşa qədər uşaqlarda körpücüyün orta 1/3-i sınığı zamanı optimal fiksasiya edici sarğıya hansı aiddir?

A) Dezo sarğısı

B) Fiksasiya tələb olunmur

C) Kuzminski - Karpenko sarğısı

D) Torakobraxial sarğı

E) 8 - şəkilli şina gips sarğısı


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
825) Bazu oynağının çıxığı zamanı travmanın mexanizmini nə təşkil edir?

A) Qolun gətirilmiş vəziyyətində yanı üstə yıxılma

B) Saidin orta 1/3 - nə birbaşa zərbə

C) Qolun qəfləti hərəkəti

D) Qolun yuxarı qaldırılması və ya fiksasiya zamanı bədənin zubasiyası

E) Qolun gətirilmiş və aparılmış vəziyyətində dirsəyin (və ya əlin) üstünə yıxılma


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
826) Bazunun çıxığı zamanı düzgün diaqnoz qoymaq üçün optimal müayinə üsullarına hansıları aiddir?

A) MRT + radiozotop müayinə

B) Rentgen + USM

C) Kliniki + rentgenoloji

D) Artronevroqrafiya

E) USM + artrokosiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
827) Bazu sümüyünün diafizinin orta 1/3-nin köndələn qapalı sınığı zamanı optimal taktikaya hansı daxildir?

A) Skelet dartması

B) Repozisiya və 2 mil ilə fiksasiya

C) Repozisiya və gips langeti ilə fiksasiya

D) Repozisiya və aparıcı tipdə fiksasiya

E) Repozisiya və Sterin aparatla fiksasiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
828) Uşaqlarda bazu sümüyünün kondilusüstü hissəsinin qapalı sınığında qapalı repozisiya hansından başlamalıdır?

A) Uzununa və eninə yerdəyişmədən

B) Eninə yerdəyişmədən

C) Rotosion yerdəyişmədən

D) Bucaq altında yerdəyişmədən

E) Uzununa yerdəyişmədən


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
829) Bazu sümüyünün yuxarı 1/3-nin sınığının müalicəsi zamanı skelet dartması qoyularkən millərin keçirilməsinin optimal səviyyəsinə hansı aiddir?

A) Bazu sümüyünün metafizi

B) Dirsək oynağının dirsək çıxıntısı

C) Skelet dartması istifadə olunur

D) Mil sümüyünün distal metafizi

E) Bazu sümüyünün distal hissəsi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
830) Cərrahi əməliyyata göstərişlər əsasən nə zaman meydana çıxır?

A) Bazu sümüyünün metafizar zədələnmələrində

B) Bazu sümüyünün oynaqdaxili zədələnmələrində

C) Bazu sümüyünün diafizar zədələnmələrində

D) Bazu sümüyünün metadiafizar zədələnmələrində

E) Bütün həllarda müalicə əks göstərişdir


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
831) 12-14 yaşında uşaqda bazu sümüyünün daxili çıxıntısının qəlpəli sınığı zamanı qəlpənin fiksasiyası necə aparılmalıdır?

A) Ter-Egizarov silo-şurupu

B) Mil yan kompessiyası

C) Bir millə

D) Sümük tikişi

E) İki millə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
832) Saidin hər iki sümüyünün arxa çıxığı nəyin nəticəsində əmələ gəlir?

A) Qolun açılmış vəziyyətində dirsək üzərinə yıxılma

B) Dirsək oynağının qeyri-tam açılmış vəziyyəti zamanı ovuc üzərində bərk yıxılma

C) Açılmış və aparılmış vəziyyətində ovuc üzərinə yıxılma

D) Qolun bükülmüş vəziyyətində dirsək üzərinə yıxılma

E) Qolun aparılmış vəziyyətində yıxılma


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
833) Manteco sınıq çıxığı nə deməkdir?

A) Bir tərəfdə sait sümüklərinin çıxığı, digər tərəfdə onların sınığı

B) Dirsək sümüyünün çıxığı və mil sümüyünün sınığı

C) Sait sümüklərinin dirsəkdən çıxığı və onların birinin aşağı 1/3-nin sınığı

D) Biləyin çıxığı və sait sümüklərinin orta 1/3-nin sınığı

E) Mil sümüyü başının çıxığı və dirsək sümüyünün yuxarı və aşağı sərhəddində sınığı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
834) Qaliasi sınıq - çıxığı nədir?

A) Dirsək oynağında sait sümüklərinin çıxığı və dirsək çıxıntısının sınığı

B) Eyni tərəfdə mil sümüyünün aşağı 1/3 - nin sınığı dirsək sümüyünün çıxığı

C) Dirsək sümüyünün çıxığı və digər ətrafda mil sümüyünün yuxarı 1/3 - nin sınığı

D) Mil başının dirsək oynağında çıxığı və dirsək sümüyünün aşağı 1/3 - nin sınığı

E) Mil sümüyünün çıxığı və orta1/3 - nin sınığı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
835) Manteqo çıxığı zamanı rentgen şəkildə mil sümüyü başının çıxığının diaqnostikasına hansı aşağıdakı simptomlar imkan verir?

A) Ortolani əlamətləri

B) Ombredan

C) Marks


D) Smit

E) Keller


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
836) Dirsək çıxıntısının yerdəyişməsiz sınığında gips langeti ilə fiksasiya olunmuş saidin optimal vəziyyəti hansıdır?

A) Saidin maksimal bükülməsi

B) Saidin bükülməsi və daxili rofasiyası

C) Saidin dirsək oynağında açılmış vəziyyəti

D) 135° bucaq altında bükmək

E) 45° bucaq altında bükmək


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
837) Monteco sınıq-çıxığını əllə qapalı repozisiyası zamanı gips langeti ilə immobilizasiyaya qədər nə olunmalıdır?

A) Baş hissəsinin düzəldilməsi və dirsək sümyü sınığının repozizasiyası

B) Dirsək sümüyünün repozisiyasiyası + mil başının düzəldilməsi

C) Mil sümyün başının tam düzəldilməsi

D) Dirsək sümyünün repozisiyası

E) Öz oxu boyunca tam traksiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
838) Said sümükləri sınığının cərrahi əməliyyatına mütləq göstərişlərə nələr aiddir?

A) Mil sümüyünün orta 1/3 - nin tam yerdəyişmə ilə sınığı

B) Dirsək sümüyünü 1/3 - nin tam yerdəyişmə ilə sınığı

C) Said sümüklərinin həmin ətrafda qan təchizatının pozulmasına səbəb olan sınıqları

D) Saidin hər iki sümüyünün müxtəlif yerlərdə sınığı

E) Saidin hər iki sümüyünün orta 1/3 -nin tam yerdəyişmə ilə sınığı


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
839) Mil sümüyünün sınığı zamanı yuxarı ətrafın böyümə və inkişafında deformasiyası nəyin nəticəsində baş verir?

A) Proksimal epifizi sınığında

B) Epifizar yerdəyişmə ilə

C) Mil sümüyünün distal epifizini epifiziolizində eninə yerdəyişmə ilə

D) Epifizioloji yerdəyişmə ilə

E) Epifizin yerdəyişmə olmadan inkişaf zonasının sıxılmasında


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
840) Açıcı vətərin dərialtı cırılması zamanı barmaqların fiksasiyası necə olunmalıdır?

A) Falanqaarası oynaqların tam açılması vəziyyətində

B) Bütün barmaq oynaqlarını maksimal açılması ilə

C) Distal falanqaarası oynaqların bükülməsi vəziyyətində və proksimal falanqaların açılması

D) Proksimal oynaqların bükülməsi vəziyyətində və distal falanqaların yenidən açılması

E) Barmaq oynaqlarının yenidən açılması ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
841) Barmaqların bükücü vətərlərinin zədələnməsi zamanı cərrahi taktikaya nə aiddir?

A) V.İ. Rozov metallik şinası ilə fiksasiya

B) Vətərə birincili tikişlərin qoyulması

C) Gips immobilizasiyası

D) Məlhəm sarğısı ilə müalicə

E) Leykoplastrla sarğı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
842) Əlin əsas və orta falanqalarının sınığının normal repozisiyasından sonra gipslə fiksasiya üçün barmaqların optimal vəziyyətinə hansı aiddir?

A) Dırnaq falanqasının 90° bucaq altında bükülmüş vəziyyəti

B) Minimal açma

C) Orta - fizioloji vəziyyət

D) Maksimal bükmə vəziyyəti

E) Maksimal açma vəziyyət


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
843) Bud sümüyü başının arxa çıxığı zamanı nə baş verir?

A) Bud - çanaq və diz oynağında bükülür və aparılır

B) Bud - çanaq və diz oynağında yüngül bükülür, içəriyə rotasiya olunur

C) Düzəldilir, bayırı rotasiya və aparılır

D) Bükülür və bayıra rotasiya olunur

E) Bud - çanaq oynağında maksimal bükmə və diz oynağında açma


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
844) Diz qapağının birincili çıxığı zamanı müalicə hansı qaydada olunur?

A) Budun qabar üstü osteotomiyası

B) Diz qapağının xaric edilməsi

C) Stabilləşdirici plastik əməliyyat

D) Sirkulyar gips sarğısı ilə immobilizasiya

E) Modelləşmiş gips langeti


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
845) Diz qapağının travmatik çıxığı zamanı hansı yerdəyişmə baş verir?

A) Yuxarıya

B) Bayıra

C) Aşağıya

D) İçəriyə

E) Arxaya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
846) Uşaqlarda diz qapağının kəskin çıxığı və hemortrozu zamanı müalicə üsuluna hansı aiddir?

A) Açıq düzəldilmə, əməliyyat-texniki stabilləşdirmə üsulu

B) İmmobilizasiyasız qapalı düzəldilmə

C) Düzəldilmə, oynağın fiksasiyası, modelləşmiş, gips langeti, artroskopiya

D) Açıq düzəldilmə, sıxıcı sarğı

E) Düzəldilmə, gips langeti


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
847) Körpücüyün sınığının cərrahi müalicəsinə göstəriş hansıdır?

A) Bütün növ sınıqları zamanı

B) Böyük yerdəyişmə ilə qəlpəli sınığı zamanı

C) Tam yerdəyişmə ilə köndələn sınığı zamanı

D) Əməliyyat göstəriş deyil

E) Böyük bucaq altında yerdəyişmə ilə sınığı zamanı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
848) Bazu sümüyünü iç kondilusunun qopmuş sınığı zamanı əsasən nə zədələnir?

A) Orta sinir

B) Sinir zədələnmir

C) Mil siniri

D) Dirsək siniri

E) Əzələ-dəri siniri


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
849) Diz oynağına nüfuz edən yaralanma zamanı zərərçəkənə nə olunmalıdır?

A) Yaranın təftişi, birincili cərrahi işləmə, immobilizasiya

B) Yaranın tikilməsi, gips sarğısı

C) Artrotomiya və diz oynağının reviziyası

D) Yaranın təftişi, yad cismin çıxarılması, drenə olunması

E) Oynağın rentgen şəkli, yaranın reviziyası, yad cismin çıxarılması, boşluğun antiseptiklərlə yuyulması, yaranın tikilməsi, gips


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
850) Diz qapağının xüsusi bağına birincili tikişin qoyulmasından sonra immobilizasiyanın müddəti neçə həftə təşkil edir?

A) 5 həftə

B) 2 həftə

C) 3 həftə

D) 6 həftə

E) 4 həftə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
851) Uşaqlarda diz oynağı meniskinin zədələnməsinin tipik mexanizmi hansıdır?

A) Baldırın diz oynağından daha tez yaxınlaşdırılması

B) Baldırın daha tez uzaqlaşdırılması və xaricə rotasiyası

C) Baldırın diz oynağından qəflətən uzaqlaşdırılması

D) Oynaqda daha tez bükmə

E) Oynaqda daha tez açma


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
852) Diz oynağında ön xaçabənzər bağın cırılması zamanı xarakterik simptomlara hansılar aiddir?

A) Diz oynağının bükücü kontrakturu

B) «Hərəkətli qutu» simptomu

C) «Yapışmış pəncə» simptomu

D) Diz oynağının açıcı kontrakturu

E) Diz oynağının blokadası


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
853) Uşaqlarda qamış sümüyünün oynaqdaxili yerdəyişmə ilə zədələnməsi zamanı optimal müalicə taktikasına nə daxildir?

A) Skelet dartması

B) Aparatla müalicə

C) Açıq repozisiyası

D) Reviziya + gips immobilizasiyası

E) Açıq repozisiya + osteosintez


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
854) Qamış sümüyünün sınığı zamanı cərrahi müalicəyə mütləq göstərişlər hansıdir?

A) Qapalı oynaqdaxili yerdəyişmiş sınıqlarda

B) Hər iki baldır sümüklərinin qapalı diafizar sınıqlarında

C) Bütün növ yerdəyişmiş sınıqlarda

D) Yalnız qamış sümüyünün bucaq altında metafizar sınığında

E) Hər iki baldır sümüklərinin bucaq altında yerdəyişmiş metafizar sınıqlarında


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə