18
insanların gələcək həyatında mühüm rol oynayan strateji qərarlar
qəbul etmələridir. Başlanğıcda bəlkə də qanunauyğunluq kimi
nəzərdən keçirilən bu qərarların sonradan ümumilikdə xalqın,
dövlətin tərəqqisi, inkiaf baxımından necə əlahiddə əhəmiyyət
daşıdığı daha aydın görünür. Bu mənada ümummilli lider, dünya
şöhrətli siyasətçi Heydər Əliyevin dövlət və xalq naminə qəbul etdiyi
qərarların strateji əhəmiyyətini bugünün özündə də duyur, gündəlik
həyatımızda, taleyimizdə qabarıq hiss edirik... Hamımız üçün doğma
və əziz olan Heydər Əliyev dünya şöhrətli siyasətçi, zəmanəsinin ən
böyük şəxsiyyəti idi. O, Azərbaycanın güclü, inkişaf etmiş qüdrətli
dövlətə çevrilməsi yolunda əlindən gələni əsirgəməmişdir. Heydər
Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin
tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev
şəxsiyyəti,
Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu
inkişafının təməlində dayanan bir amildir.
I iştirakçı səhnəyə yaxınlaşaraq qiraətli bir şəkildə şeiri deməyə
başlayır.
Şöhrətim vətəndir.
Müəllif: Məstan Günər
Heydər yer üzünə
Tək gəldi-getdi.
Hələ sağlığında
Heykəldi-getdi.
Millətin əlindən
Yapışdı bərk-bərk
Əzmi dahilərə
19
Diz çökdürərək.
Dedi ki, tanıyın
Azərbaycanı!
Yurduma bənzəyən
Bir torpaq hanı?
Onun imzasına
İmza atdılar,
Qızıl kəlməsinə
Qızıl qatdılar.
Onun bir kəlməsi
İki olmadı.
Çəkdi, ağır dağlar
Yükü olmadı,
Hər yerdə, hər zaman
“Millətim” dedi.
Şöhrətim Vətəndir,
Qüdrətim, dedi.
II iştirakçı:
Azərbaycan deyəndə.
Müəllif: Tofiq Bayram
Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə.
21
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə
“Haralısan?” sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!
Dostdan sovqat, muştuluq,
Düşməndən bac alaram,
Azərbaycan deyəndə!
İşıq sütunu kimi
Sabaha ucalaram,
Azərbaycan deyəndə!
Körpüləri, səddləri
Sinəmlə parçalaram.
Sərhəd məftillərində,
Bu kobud əllərimlə
Bir muğamat çalaram,
Azərbaycan deyəndə!
Azərbaycan! – Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül bitər.
Azərbaycan deyəndə,
Təbim coşar, sel gələr,
Sanma şöhrət pərdəsi,
Ürəyimi kölgələr,
22
Azərbaycan deyəndə.
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan deyəndə!
III iştirakçı:
Mübariz İbrahimov
Müəllif: Rusif Hüseynov
Halal olsun sənə VƏTƏN çörəyi,
Halal olsun sənə xalqın əməyi,
Gör necə olarmış igid ürəyi,
Yazdın yaddaşlara silinməz bir iz!
Qəbrin nurla dolsun sənin MÜBARİZ!
Düşmənin gülləsi qırmaz əzmini,
İstər yüzü olsun istərsə mini,
Qürurla anırıq sənin ismini,
Üzün nur, qəlbin saf, ruhun tər təmiz!
Qəbrin nurla dolsun sənin MÜBARİZ!
Yas tutub Qarabağ, Ağdam, Ağdərə,
Quruyub bulaqlar, solub dağ, dərə,
Rəhmət diləyirik sənə min kərə,
Səninçün ağlayır bu çay, bu dəniz!
Qəbrin nurla dolsun sənin MÜBARİZ!
Oyatdı millətdə VƏTƏN hissini,
Susdurdu, düşmənin kəsdi səsini,
Kişi tək ödədi vəzifəsini,
Sən bizə örnəksən! Sən şərəfimiz!