Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə27/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   23   24   25   26   27   28   29   30   ...   83

toplanmış  "Oxuyan  piyalə"  kitabı,  ümumiyyətlə, 

Şərq  aləmi,  Şərq  psixologiyası,  Şərq  mədəniyyəti 

haqqında  geniş  və  zəngin  bilik  əldə  etməyə  imkan 

verir.  


Həmçinin  Qərb  ədəbiyyatının  ən  nadir  nümunələri- 

Qrimm  qardaşlarının  nağılları,  andersenin  nağıl  və 

hekayələri, 

C.Sviftin 

"Qulliverin 

səyahəti", 

M.Tvenin, 

J.Vernin, 

M.Ridin, 

C.Dikkensin, 

C.Rodari  və  digər  görkəmli  sənətkar  və  yazıçıların 

əsərlərinin  oxu  imkanlarını  xeyli  artırmışdır. 

Respublikamızda 

dünya 


uşaq 

ədəbiyyatının 

incilərinə  böyük  maraq  olduğundan  həmin  nəşrlər 

ana  dilimizə  tərcümə  edilərək  uşaqların  ixtiyarına 

verilir. 

Bununla 


belə, 

kiçikyaşlı 

oxucular 

kitabxanalardan 

yararlanmalıdırlar. 

Onlara 


valideynləri 

müəyyən 


istiqamət 

verməlidir. 

Azərbaycan  cəmiyyəti  həmişə  uşaqlara  məhəbbətlə 

yanaşıb,  onların  sağlam  və  gümrah,  eyni  zamanda 

savadlı  və  vətənpərvər  böyümələri  üçün  hər  cür 

şərait  yaratmağa  çalışıb.    Kitabxana  sərbəst  kitab 

seçmək  öyrədir,  kitabdan  istifadə  üçün  vacib  olan 

bilik  və  vərdişlərin  inkişafına,  eləcə  də  oxunanları 




düşünməyə  və  dərk  etməyə  fəal  təsir  göstərir. 

Sistemli  mütaliəyə  yönəldir,  oxunanlara  tənqidi 

yanaşmağa  kömək  edir.  Kitabxanada  uşaq 

mütaliəsinə  rəhbərlik  problemi  ilə  əlaqədar  olan 

elmlərin-fəlsəfənin,  sosiologiyanın,  pedaqogikanın, 

psixologiyanın,ədəbiyyatşünaslığın,kitabşünaslığın 

və sənətşünaslığın üzərinə düşür.  

  Kitabxanalarda 

uşaqların 

mütaliəyə 

rəhbərlik  işi  pedaqogikanın  və  kitabxanaşünaslığın 

əsas  prinsipləri  üzərində  qurulur.  Bu  prinsiplər  3 

yerə  ayrılır.  Birinci  qrup  prinsiplər  metodoloji 

əsasını  təşkil  edir.  Buraya  məktəblilər  üçün 

ədəbiyyat  tövsiyyəsinin  məzmununda  müasir 

biliklərin  püxtələşdirilməsində  elmilik  məsələsi 

daxildir. İkinci qrup prinsiplər uşağın yaş dövrünün 

psixoloji-fizioloji xüsusiyyətlərinə əsaslanır.  

  Üçüncü  qrup  prinsiplər  ənənəvi  pedaqoji 

prinsiplərdir.  Burada  mütaliəyə  rəhbərlik  üçün 

nəzərdə  tutulan  bütün  tərbiyəvi  təsir  üsullarında  və 

formalarında  anlaşıqlılıq,  əyanilik  və  əyləncəlilik 

əsas götürülür. 



  Psixoloji- 

pedaqoji 

prinsiplər 

uşaq 


mütaliəinə  rəhbərliyin  tərbiyə-təhsil  vəzifələrinin 

həllində  baş  verən  müvəffəqiyyətləri  :  Yəni 

uşaqların  intellektual,  əxlaq,  estetik,  bədii  inkişaf, 

dünyagörüşü,  vətənpərvərlik,  biliyə  can  atmaq, 

əməksevərlik  kimi  cəhətlərin  formalaşmasının 

əsasını  müəyyən  edir.  Bu  vəzifələr  uşaqlarla 

aparılan  kitabxana  işinin  müxtəlif  istiqamətlərində 

həyata keçirilir. 

  Uşaq  kitabxanalarında  mütaliəyə  rəhbərlik 

aşağıdakı vəzifələri həyata keçirir: 

 a)Uşaqların  ümumi  tərbiyəsində  və  uşaq 

şəxsiyyyətinin  hərtərəfli  inkişafında  kitabın  və 

kitabxanaların rolunu yüksəltmək 

b) 


Biliklərin 

inkişafına,xarakterin 

formalaşmasına,  onların  gələcəyə  inamına  və 

hissiyatına kömək etmək 

c)uşaq oxuculara mütaliə sənətini öyrətmək 



d)  oxuduqlarını  düzgün  və  prinsipial  şəkildə 

dərk etmək 

e)şəxsi  həyatda,əməkdə,təhsildə  kitabdan 

səmərəli istifadə etmək 

ə)kitabxanadan istifadə etməyi bacarmaq 

  Kitabxanaların  uşaqlarla  apardığı  tərbiyəvi 

işin  xüsusi  əhəmiyyəti  bir  də  ondan  ibarətdir  ki, 

uşaqlıqda  hər  bir  kitab  daha  ciddi  qəbul  olunur  və 

dərin  iz  buraxır.  Görkəmli  elm  və  mədəniyyət 

xadimləri  uşaqlıqda  oxuduqları  kitabların  onlara 

təsirini xüsusi qeyd etmişlər.  

  Uşaqların  mütaliəsinin  pedaqoji  qaydalar 

əsasında  düzgün  təşkili  məsələsi  dövlətin,  eləcə  də 

cəmiyyətin  diqqət  mərkəzinə  olan  problem  kimi 

qəbul edilir 

  Təsadüfi  deyildir  ki,  məktəbli  oxucuların 

mütaliə  sorğularını  ödəmək  üçün  dövlətin  xüsusi 

qayğısı  sayəsində  ən  ucqar  rayonlardan  başlayaraq 

mərkəzi  şəhərlərə  qədər  geniş  şəbəkəyə  malik  olan 



uşaq  kitabxanaları  şəbəkəsi  meydana  gəlmişdir. 

Hazırda  ölkəmizdə  kifayət  qədər  müstəqil  uşaq  və 

məktəb kitabxanası fəaliyyət göstərir. 

  Qeyd  etmək  lazımdır  ki,  uşaqlara  kitabxana 

xidməti  göstərmək  və  onların  mütaliəsinə  rəhbərlik 

işini  dövlət  əhəmiyyətli  bir  işə  çevirmək  cəhətdən 

çox iş aparılmalıdır.  

  Hal-hazırda  uşaq  kitabxanaları  yetişməkdə 

olan  nəslin  düzgün  tərbiyəsi  və  təhsili  sistemində 

qabaqcıl  yerlərdən  birini  tutur.  Uşaq  kitabxanaları 

məktəblilərin  sistemli  mütaliəsini  təşkil  edərək 

onların  maraqlarının  oyanmasına  və  bu  marağın 

istiqamətlənməsinə təsir göstərir. 

  Mütaliə  üçün  ideya  bədii  cəhətdən  ən  yaxşı 

kitabları  tövsiyə  edir.  Bununla  uşaq  kitabxanaları 

müasir  cəmiyyət  üçün  bacarıqlı  və  fəal  qurucular 

tərbiyə  etməkdə  ailələrə,  məktəbə  və  dövlətə 

yaxından köməklik göstərirlər. 

  Bu köməklik başlıca olaraq gənc oxucuların 

ideya-siyasi  tərbiyəsində,  əmək  tərbiyəsində,  əqli 




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə