Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə35/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   31   32   33   34   35   36   37   38   ...   83

bədii  əsərlərə  olan  marağından  istifadə  edərək 

onların etik və estetik cəhətdən təsirlənmələrinə nail 

olmalıdır. 

Kitabxanaçı 

tövsiyə 

prosesindəki 

söhbətlərində  etik  və  estetik  cəhətdən  daha  təsirli 

səhifələrə nəzər yetirməli, konkret abzasları ayıraraq 

onları  oxucunun  nəzərində  qabarıq  şəkildə 

canlandırmalıdır.  Kiçik  məktəbyaşlı  oxucular  bədii 

əsərlərlə  bərabər  elmi-bədii  və  elmi-kütləvi 

kitablara  da  maraq  göstərirlər.  Elmi-bədii  və  elmi-

kütləvi  kitablara  maraq  onların  “nə,  necə  və  nə 

üçün”  sualları  ilə  əlaqədardır.  Ona  görə  də  belə 

məzmunlu 

kitabların 

təvsiyəsinə 

uşaq 


kitabxanalarında  xüsusi  əhəmiyyət  verilməlidir.  Bu 

məqsədlə aparılan tövsiyə söhbətlərində kitabxanaçı 

məktəblilərdə 

idraki 


sorğulara 

marağı 


gücləndirməli,  onları  əhatə  edən  tanış  əşyaların, 

predmetlərin, 

heyvanlar 

və 


bitki 

aləminin 

yaranması,  məzmunu  və  quruluşu  haqqında 

məlumat  əldə  etməyə  həvəs  oyatmalıdır.  Məhz 

bununla  əlaqədar  qabaqcadan  müvafiq  kitablar 



seçilməlidir.  Kiçik  məktəbyaşlı  şagirdlərə  kitab 

tövsiyə  edərkən  tez-tez  illüstrasiya  göstərmək 

üsulundan  geniş  istifadə  etməlidir.  Aydın  mənalı 

illüstrasiyalar bu yaşlı uşaqlarda kitaba olan həvəsi 

gücləndirir.  Kiçik  yaşlı  oxucu  ilə  tövsiyə  söhbəti 

aparan  kitabxanaçı  uşağın  diqqətini  məzmunda 

verilən  anların  illüstrasiyalardakı  əksinə  yönəldir. 

Bu  fikirlər  M.Seydizadə  adına  Bakı  şəhər  Mərkəzi 

Uşaq  Kitabxanasının  kiçik  məktəbyaşlı  oxuculara 

məxsus  abonoment  şöbəsinin  illik  hesabatından 

götürülmüşdür.  Bütün bunlar hamısı uşaqda şəkilə 

diqqət  yaratmaq,  onu  düzgün  dərk  etmək  vərdişi 

yaradır.  İllüstrasiyalar  uşaqların  estetik  cəhətdən 

inkişafına  kömək  edir.    Kitabda  verilən  şəkillər 

ədəbi  əsərin  məzmununu  açır,  tamamlayır,  süjetin 

dərk  olunmasını  sürətləndirir.  Fərdi  iş  prosesində 

kitabxanaçı  şəkillərin  ideoloji,  bədii  və  pedaqoji 

əhəmiyyətini  qiymətləndirməyə  çalışmalıdır.  Kiçik 

məktəbyaşlı 

oxucular 

oxu 

texnologiyasına 



yiyələnməyincə  kitab  illüstrasiyaları    ilə  aparılan 

sistematik  işi  mütləq  kitablara  baxmaqdan 

başlanmalıdır.  Uşaqlara  da  illüstrasiyalara  diqqətlə 



baxmaq,  onun  mənasını  dərk  etmək  vərdişi 

yaratmaq  kitabxanaçının  mühüm  vəzifəsidir. 

Uşaqların  şəkilləri  qavraması,  onların  estetik 

zövqlərinin 

illüstrasiyaları 

təhlil 


etmək 

bacarıqlarının  inkişaf  etməsi  mütaliəyə  rəhbərlik 

edənlərin  özlərinin  illüstrasiyaya  münasibətindən, 

onların  nə  dərəcədə  bu  işlə  maraqlanmasından  çox 

asılıdır. 

 Oxucuların mütaliəsinə fərdi rəhbərlik 

işi  hər  bir  oxucuya  münasib  kitabı  tövsiyə  etməklə 

bərabər, həm də oxucunun oxuyub qaytardığı kitaba 

münasibətini, kitabdan necə səmərələndiyini, hər bir 

kitabın  sorğuya  nə  dərəcədə  uyğun  olduğunu 

müəyyənləşdirmək,  eyni  zamanda  oxucunun 

oxunmuş  kitab  haqqında  sərbəst  fikir  söyləməsinə, 

kitabxanaçı  ilə  fikir  mübadiləs  etməsinə  istiqamət 

vermək  məqsədi  daşıyır.  Bütün  bunlar  oxunmuş 

kitab  haqqında  söhbət  prosesində  həyata  keçirilir. 

Bu söhbət qarşıya qoyulmuş məqsəddən, oxucunun 

yaşından, fərdi psixoloji xüsusiyyətlərindən, kitabın 

xarakterindən  asılı  olaraq  qurulmalıdır.  Söhbət 

zamanı  kitabxanaçı  aşkar  edir,  kiçik  yaşlı  oxucu 

həmin  kitabı  axıra  qədər  oxuyubmu,  əgər  axıra 




qədər  oxuyubsa,  oxucuda  hansı  hislər  və  fikirlər 

yaranıb? Çətin və anlaşılmaz fikirləri yaranıb? Çətin 

və  anlaşılmaz  fikirlərlə  qarşılaşıbmı?  Kitabda  onu 

daha çox hansı cəhətlər maraqlandırıb?  

Bu  yaşlı  oxucularla  aparılan  söhbətdə 

pedaqoji  prinsipə  ciddi  riayət  etmək  lazımdır. 

Məlum  olduğu  kimi  kiçik  məktəbliyaşlı  uşaqlar 

uzun  söhbətlərə  dözmürlər.  Ona  görə  də  onlarla 

oxunmuş kitab haqqında aparılan sual-cavab söhbəti 

münasib 


formada 

konket 


suallar 

əsasında 

qurulmalıdır.  Həmin  suallar  elə  qurulmalıdır  ki, 

kitabın məzmunu ilə əlaqədar konkret hadisənin tam 

anlaşılmasına  kömək  etsin.  Belə  olduqda  kiçik 

oxucu  əsərin  məzmunu  necə  dərk  eetdiyini  öz-

özlüyündə yoxlaya bilir.  Kiçik oxucular bədii əsəri 

yüksək  emosionallıqla  qəbul  edir,  hadisələr  onu 

dərindən  həyəcanlandırır.  Onlar  kitabı  mütaliə 

edərkən  əsas  diqqətlərini  hadisələrin  qızğın  axınına 

yönəldirlər.  Bununla  da  onlar  ümumi  təsvirlərə 

diqqət  yetirmir  və  həmin  təsvirlərin  içərisində  olan 

bəzi vacib məsələləri nəzərdən qaçırmış olur. Bu da 



kitabın  oxucu  tərəfindən  tam  anlaşılmasına  mane 

olur.  Kitabxanaçı  söhbət  zamanı  oxucuda  belə 

halları  görərkən  və  buraxılmış  yerlərin  oxunmasını 

vacib  sayarsa,  həmin  kitab  təkrar  oxumaq  üçün 

oxucuda  müəyyən  maraq  oyatmalıdır.  Bunun  üçün 

kitabxanaçı  sualları  elə  qurmalıdır  ki,  doğrudan  da 

kitabın  yarımçıq  oxunduğu  aydınlaşsın.  Bu 

məqsədlə  kitabxanaçı  kiçik  məktəblilərin  mütaliə 

etmək  xüsusiyyətlərini  nəzərə  alaraq  suallar 

hazırlamalıdır.  Əlbəttə,  bu  suallar  məntiqi 

ardıcıllığıa  tabe  olmalıdır.  Lakin  kitabın  yarımçıq 

oxunduğunu  aşkara  çıxarmaq  üçün  bu  ardıcıllıq 

pozula bilər. Həmin kitabı oxucuya qaytarmaq üçün 

buraxılmış  səhifələr  haqqında  maraq  doğuran 

suallar  verməli  və  şagird  cavab  verə  bilmədikdə  o 

yerləri  bir  də  oxumağı  məsləhət  görmək  lazımdır. 

Bu  tədbir  oxucuda  mütaliə  ilə  əlaqədar  vahid  bir 

vərdişi  yaradır  və  gələcəkdə  belə  hallara  yol 

verməməyə  təhrik  edir.  Oxunmuş  kitab  haqqında 

söhbət prosesində ən sadə suallar  əsərin qəhrəmanı 

ilə  əlaqədar  verilən  suallardır. Bu  cür sual  əsasında 

oxucunun  qəhrəmana  olan  münasibəti  aydınlaşır. 




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə