Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə31/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   27   28   29   30   31   32   33   34   ...   83

onların  qavrayışlarının  və  təəssüratlarının  kəskin 

olmasıdır.  Bu  yaşda  oxunan  təsirli  kitabların 

tərbiyəvi  və  emosional  izi  bəzən  insanın  bütün 

həyatı boyu yadından çıxmaz. 

Görkəmli 

pedaqoq 


Suxomlinski  

məktəbyaşlıların  məhz  bu  cəhətini,  yəni,  uşaqların 

bu yaşda oxuduqlarının uzun müddət yaddaşlarında 

həkk  olunduğunu,  tərbiyələrində  mühüm  rol 

oynadığını  nəzərə  alaraq  göstərir  ki,  kiçik  yaşlı 

məktəblilərin 

mütaliəsinə 

düzgün 


rəhbərlik 

kitabxana  işçilərinin  vəzifəsi  olmalıdır.  Kiçik  yaşlı 

məktəblilərin  qavrayışlarının  belə  aydınlığı  onların 

ayrı-ayrı  sözlərə  və  ifadələrə  olan  xüsusi 

münasibətləri  ilə  əlaqədardır.  Onlar  sözün  ən  çox 

hərfi  mənasına  diqqət  yetirir,  ona  birbaşa  məna 

verirlər,  yalnız  müstəqim  mənada  düşünürlər. 

Məsələn, 

“başqasının  qəlbini  sındırmaq  pis 

xasiyyətdir”,  “mağaza  müdiri  müfəttişi  görəndə 

gözü  kəlləyə  çıxdı”  cümlələrini  eşidəndə  bunu 

müstəqim  mənada  düşünürlər.  Görkəmli  şair 

Samvel  Yakobleviç  Marşak  uşaqların  bu  cəhətinə 



xüsusi qiymət verir. O, kiçik məktəbyaşlıların sözə, 

ifadəyə 


olan 

həssas 


münasibətlərini 

qiymətləndirərək göstərir ki, “hər bir sözün gücünü 

hiss etmədən Puşkin şeirlərinin bütün gözəlliyini və 

mahiyyətini  həqiqi  mənada  dərk  etmək  mümkün 

deyildir.  Məhz  cür  oxucular  üçün  kitab  yazan 

müəllifə sevinc bəxş edir”. 

İkinci-üçüncü  sinif 

şagirdləri    ədəbi  əsərə  münasibətdə  6-7  yaşlı 

uşaqlara  nisbətən  yeni  mövqe  tuturlar.  Onlar  artıq 

bədii əsərlərdəki hadisələrin və obrazların fövqündə 

durmaq, 

hadisələrə 

və 

qəhrəmanlara 



əsərin 

daxilində  deyil,  kənardan  müşahidə  etmək  imkanı 

əldə  edirlər.  Ona  görə  də  bu  yaşlı  uşaqlar  təsvir 

olunan  hadisələrə  daha  dərindən  qiymət  vermək 

imkanına  malik  olurlar.  Kiçik  yaşlı  məktəblilərdə 

qeyri-ixtiyari  diqqətləri  ixtiyari  diqqətlərinə  üstün 

gəlir. Onlar öz diqqətlərini uzun müddət bir fikir, bir 

mətn  üzərində  cəmləyə  bilmirlər.  Onların  bu 

xüsusiyyətləri  də  tədris  və  mütaliə  prosesində  get-

gedə 


dəyişir, 

ixtiyari 

diqqət 

formalaşır, 



möhkəmlənir. 


Kiçik  yaşlı  məktəblilər  oxuduqları  kitablarda 

hərfi yadda saxlamaya daha çox fikir verirlər. Onlar 

oxuduqları 

kitablarda 

əsas 

fikri 


tuta 

bilmədiklərindən  və  söz  ehtiyatları  məhdud  olduğu 

üçün  kitabın  məzmununu  olduğu  kimi  danışmağa 

çalışırlar.  Nəhayət  tədris  prosesində  və  ardıcıl 

mütaliə nəticəsində tədricən bu cəhətlər də qaydaya 

düşür.  Xüsusilə  4-ü  və  5-ci  siniflərdən  başlayaraq 

belə hallar əvəzinə uşaqlar hər bir hekayənin yaxud 

süjetli  şeiri  öz  sözləri  ilə  nəql  etmək  imkanı  əldə 

edirlər.  Kiçik  yaşlı  məktəblilər  oxuduqlarına  öz 

münasibətlərini  ifadə  edə  bilmirlər.  Oxuduqlarına 

münasibəti  yalnız  zahiri,  emosional  reaksiyalarında 

üzə  çıxır.  Oxuduqları  kitabçalardakı  gözəllik, 

çirkinlik,  komiklik,  faciəvilik,  gülməli  və  qorxulu 

hallar 


diqqətlərini 

cəlb 


edir 

və 


onları 

həyəcanlandırır.  Bu  cür  çoxsahəli  həyəcanlara 

münasibətlərini yalnız “xoşuma gəlir” sözü ilə ifadə 

edirlər.  Başqa  oxucu  tipindən  fərqli  olaraq  kiçik 

yaşlı 

məktəblilərin  “xoşuma  gəlir”  ifadəsi 



oxuduqları kitablara olan dərin və güclü emosional 

münasibətlərini əks etdirir. 




Kiçik  yaşlı  məktəblilər  hər  hansı  bir  əsərin 

janrından  və  yazıçı  manerasından  asılı  olmayaraq 

onda  müəyyən  estetik  keyfiyyətlər  tapırlar.  Bu 

keyfiyyətlər əsasən gözəllik, qəhrəmanlıq, komiklik 

və  şən  əhval-ruhiyyədən  ibarətdir.  Bu  cəhətlərə 

münasibət uşaqlarda daimi xarakter daşıyır və bədii 

əsərə  münasibətləri  bu  keyfiyyətlərdən  asılı  olur. 

Uşaq  oxucuları  bədii  əsərdə  ən  çox  maraqlandıran 

və  həyəcanlandıran  cəhət  burada  tez-tez  dəyişən 

hərəkətlər,  hadisələr,  bu  hadisələrdəki  məqsəd 

aydınlığı  və  hadisələrin  qeyri-adiliyidir.  Sovet 

dönəmində  oxucuları  öyrənmək  məqsədilə  aparılan 

sosioloji  tədqiqatlar,  xüsusilə  “Kiçik  şəhərlərin 

həyatında kitab və mütaliə” adlı sosioloji tədqiqatın 

nəticəsi göstərir ki, uşaq oxucuların tez- tez dəyişən 

hadisələrə  güclü  maraq  göstərməməsinin  başlıca 

səbəbi  onlara  hələ  məlum  olmayan  emosiyalardan 

təsirlənə  bilməmələridir.  Onlar  yalnız  tanış  və 

məlum 

faktlardan, 



hadisələrdən 

təsirlənirlər. 

Uşaqlar  onlara  tanış  faktlardan,  yaranan  qeyri-adi 

hadisələrdən,  gözəlliklərdən  daha  çox  poetik  ləzzət 

alırlar.  Daha  dəqiq  desək,  uşaqlar  tanış  hadisələr, 



faktlar axınında qəribəliklərlə rastlaşanda və qəribə 

hadisələr  içərisində  tanış  faktlar  görəndə  xüsusi 

ləzzət  alırlar.  Kitabxanaçılar  və  başqa  tərbiyəçilər 

məhz  uşaqların  bu  cəhətlərini  daim  inkişaf 

etdirməyə  çalışmalıdırlar.  Əlbəttə  bu  cəhətlərin 

əsası  təbiətdə  yaranır.  Uşaq  bu  cəhətlərə  təbiətdə 

əldə etdiyi tanışlığı əsasında nail olur. Ona görə də 

uşaqlar  təbiətin  qoynunda  çox  olmalı,  təbiət 

hadisələrinə  və  predmetlərinə  aid  daha  çox 

oxumalıdırlar. Konstantin Dmitriyeviç Uşinski uşaq 

mütaliəsinin  iki  tərəfi  –  məntiqi  tərəfi  və  estetik 

tərəfindən  danışarkən,  göstərir  ki,  məntiqi  mütaliə 

üçün  ən  çox  təbiətə  aid  hekayələr  oxudulmalıdır. 

Çünki  ən  bpyük  məntiq  təbiətdir.  Uşağın  təbiətdən 

əldə etdiyi məlumatlar hər hansı bir əsəri oxuyarkən 

ondan  ləzzət  almaqda  və  mahiyyətini  başa 

düşməkdə  ona  kömək  edir.  Uşaq  oxucuların 

oxuduqları  kitablara  qiymət  vermək  meyarları  da 

özünəməxsusdur.  Onlar  həqiqəti,  xeyirxahlığın  və 

düzlüyün  qələbəsini  təsvir  edən  əsərlərdən  xüsusi 

ləzzət  alırlar  və  təsirlənirlər.  Onlar  həmişə  əsərin 

uğurlu 


sonluğunu 

yüksək 


qiymətləndirirlər. 


Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə