Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə32/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   28   29   30   31   32   33   34   35   ...   83

“Şəngülüm” 

hekayəsində 

Keçinin 

qələbəsi, 

“Cırtdan”  nağılında  cırtdanın  divi  aldadıb  məhv 

etməsi,  Tolstoyun  “Yanğın  iti”  hekayəsində  itin 

uşağı və kuklasını xilas etməsi onlarda nə qədər ruh 

yüksəkliyi  yaradır.  Uşaq  oxucuların  oxuduqlarını 

qiymətləndirmək meyarlarından biri də “gülməlidir” 

ifadəsidir.  Əvvəldə  dediyimiz  kimi  onlar  əsərdəki 

gülməli  yerlər  olduqca  ürəkdən  gülürlər.  Həm 

psixoloqlar,  həm  də  kitabxanaşünaslar  qeyd  edirlər 

ki,  gülüş  uşaqların  obyektiv  varlığı,  hadisələrə 

formalaşmış  estetik  münasibətlərinin  təzahürüdür. 

Uşaqların  gülüşündə  oxuduqlarına  emosional 

rekasiyanın  müxtəlif  təzahürünü  görmək  olur. 

Birinci  cəhəti  odur  ki,  uşaqlar  oxuduqlarından 

alınan  xoş  təəssüratın  təsirindən  gülür,  şənlənir, 

sevinc  əlaməti  olaraq  dodaqlarında  təbəssüm  gəzir, 

gülüşün  ikinci  cəhəti  isə  gülməli  hadisələrə,  komik 

vəziyyətlərə  gülüş  xüsusilə  fərqlənir  və  ürəkdən 

gülürlər. 

Uşaqlar 

qəhrəmanların 

komik 

vəziyyətlərinə  gülərkən  komik  vəziyyətin  əsasən 



xarici  əlamətlərinə  isnad  edirlər.  Eyni  zamanda 

onlar  qəhrəmanın,  obrazın  əxlaqi  nöqsanları  ilə 




əlaqədar  düşdükləri  komik  vəziyyətə  və  zahiri 

simalarına 

daha 

bərkdən 


gülürlər.Məsələn, 

Canavarla  dovşan  macəralarında  “Şir  və  dovşan”, 

“Tamahkar  it”  kimi  əsərlərə  həsr  edilmiş 

multiplikasiya  filmində  canavarın  düşdüyü  komik 

vəziyyətə  (dovşanın  şir  paltarında  təsvirindən 

canavarın  qorxması)  və  yaxud  divin  xəlbirlə  su 

gətirmək  cəhdi  uşaqlarda  yüksək  tənqidi  gülüş 

doğurur.  Tanınmış  kitabxanaşünas,  xüsusilə  uşaq 

mütaliəsinə  rəhbərlik  sahəsində  maraqlı  əsərləri  ilə 

seçilən Lidiya İvanovna Belenkaya “Дети и книга” 

kitabında  qeyd  edir  ki,  uşaqların  bu  cür  gülüşünü 

boş,  məzmunsuz,  kitabın  ideyasından  təcrid 

olunmuş  gülüş  kimi  qiymətləndirmək  olmaz.  Bu 

gülüşə 


obrazın 

hər 


hansı 

bir 


hərəkətini 

qiymətləndirmək  kimi  baxmaq  lazımdır.  Çünki 

komik vəziyyətlərə yüksək həssas münasibət uşaqda 

əxlaqi  qiymətləndirmə  kimi  ortaya  çıxır.  Çünki 

uşaqların  gülüşü  ya  bəyənmək,  ya  da  mühakimə 

etmək xarakteri daşıyır. 




Bütün  bunlarla  bərabər  uşaq  oxucuların 

gülüşündə  əsərin  qəhrəmanına  bir  mehribanlıq, 

onun 

müvəffəqiyyətlərinə 



sevinmək, 

uğursuzluqlarına qəmlənmək hissi gizlənir ki, bütün 

bunları  uşaqlar  sözlə  ifadə  edə  bilmirlər.  Bununla 

belə  bunlar  estetik  cəhətdən  qiymətli  cəhətlərdir. 

Əsərdəki  hadisələrdən  bədii  ləzzət  alması  uşağın 

kitabın ideya-bədii məzmununu dərk etməsi yolunu 

müəyyənləşdirir.  Kiçik  yaşlı  oxucular  bir  qayda 

olaraq  qeyri-ixtiyari  kitabdakı  konkret  təfsilatları 

(detalları)  mətndən  bəzi  süjetləri  qəhrəmanın 

müxtəlif    hərəkətlərini  fərdiləşdirirlər.  Məhz 

əsərdəki  təfsilatlardan  bu  detallar,  epizodlardan  və 

hərəkətlərdən başlanan mühakimə əsərin bütövlükdə 

dərindən 

mənimsənilməsinə 

aparır. 

Uşaqlar 


qəhrəmanı 

qoymətləndirərkən  ən  çox  onun 

hərəkətlərinə  və  davranışlarına  isnad  edirlər.  Bu 

zaman  uşaqlar  fəaliyyətin  məqsədinə  nisbətən 

fəaliyyətin,  hərəkətin  zahiri  təzahürünə  daha  çox 

fikir  verirlər.  Hadisələr  və  hərəkətlər  arasındakı 

əlaqəyə  diqqət  yetirə  bilmirlər.  Bu  işdə  onlar 

böyüklərin  köməyinə  ehtiyac  hiss  edirlər.  Kiçik 




yaşlı  məktəblilər  çox  vaxt  böyüklərdən  soruşurlar 

ki,  “nə  üçün  Günəş  gündüzlər,  Ay  isə  gecələr  işıq 

verir”, “Vəhşi heyvanlar qışda necə yaşayırlar?” və 

s.  Bu  yaşda    olan  oxucular  belə  sualların  cavabını 

kitablarda  tapmağın  mümkün  olması  haqqında 

təsəvvürə  malik  deyillər.  Onlar  həm  evdə,  həm  də 

məktəbdə  kitabların  oxunuşuna  qulaq  asır,  həmin 

kitabların  şəkillərinə  baxırlar.  Bunların  nəticəsində 

onlarda  emosional  təsəvvürlər  yaranır.  Şagird 

yadında  saxlayır  ki,  kitab  oxunan  zaman  o  necə 

həyəcanırdı,  pərt  olurdu,  gülürdü  və  s.  Məhz  ona 

görə  də  özü  sərbəst  oxumaq  üçün  kitabxanaçıdan 

“maraqlı”,  “gelməli”,  “möcüzəli”,  yaxud  “qorxulu” 

kitablar xahiş edir. 

Kiçik  yaşlı  məktəblilərdə  ümumi  xarakterli 

olsa da, mövzu sorğuları olur. Məsələn, “Heyvanlar 

haqqında”, 

“Uşaqlar 

haqqında”, 

“Maşınlar 

haqqında” və s.Kiçik yaşlı məktəblilər sərbəst kitab 

seçərkən kitabların xarici görünüşünə böyük maraq 

göstərirlər.  Geniş  formatlı,  rəngli  kitablar  onların 

diqqətini  daha  çox  cəlb  edir.  Onlar  kitab  seçərkən 




ailələrinin,  sinif  yoldaşlarının  məsləhətinə  qulaq 

asırlar.  Onlar  bu  işdə  kitabxanaçının  tövsiyyəsinə 

məmnuniyyətlə  razılıq  verirlər.  Birinci,  ikinci  sinif 

şagirdləri  maraqla  oxuduqları  bir  kitabı  yenidən 

oxumağa  çalışırlar.  Çünki  təkrar  oxumaq,  eyni 

zamanda  oxuduqlarını  daha  sərbəst  oxumaq  onlara 

ləzzət verir. Onlar kitabın məzmunu ilə əlaqədar bir 

daha  gülmək,  yaxud  qəhrəmanın  taleyi  üçün 

həyəcanlanmaq  istəyirlər.  Bu  da  məktəblilər  adətən 

sonu  qəhrəman  üçün  uğurlu  qurtaran  kitabları 

təkrarən  oxumaq  istəyirlər.  Sevdikləri  qəhrəmanın 

taleyinin  uğursuzluğu  onları  bərk  həyəcanlandırır, 

nazarı  salır,  belə  kitabları  heç  vaxt  təkrar  oxumaq 

istəmirlər.  Ən  kiçik  yaşlı  məktəblilər  alleqorik 

əsərləri,  eyni  zamanda  əsərlərindəki  eyhamları  və 

məcazları  hiss  edə  bilmirlər.  Birinci-ikinci  sinif 

şagirdlərinin  keçmiş  həyat  haqqında  aydın 

təsəvvürləri  olmur.  Bu  cəhətdən  izahatlar  da  az 

kömək  edir.  Bu  işdə  yalnız  kitabxa  verilmiş  yaxşı 

şəkillər mühüm rol oynayır. 




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə