Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə29/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   25   26   27   28   29   30   31   32   ...   83

 Kiçik  məktəbyaşlı  şagirdlərin  fiziki  və  əqli 

inkişafı  üçün  nəzərə  alınmalı  xüsusiyyətləri 

şərtləndirir.  Bu  dövr  uşaqların  oxucu  kimi 

inkişafının ən çətin dövrü hesab olunur. Birinci sinif 

şagirdinin mütaliə prosesində bütün zehni fəaliyyəti 

mətni  mənimsəməkdə  ortaya  çıxan  çətinlikləri 

aradan  qaldırmağa  yönəlir.  “Dinləyicilikdən” 

oxucuya  çevrilmək  mərhələsi  məktəblilərin  bir  sıra 

oxuculuq  keyfiyyətlərinin  sıradan  çıxmasına  səbəb 

olur.  Bu  yaşlı  məktəblilər  hələ  oxu  texnikasına  və 

vərdişinə  yiyələnmədikləri  üçün  mütaliə  prosesində 

baş  verən  çətinliklər  onların  kitaba  olan  səmimi 

münasibətlərini 

və 


emosional 

reaksiyalarını 

söndürür.    Həmçinin  uşaqlardakı  bu  cəhət  oxunan 

mətnin  düzgün  qavranılmasına  və  dərk  edilməsinə 

maneçilik törədir. Ona görə də bu yaşlı məktəblilər 

hər  hansı  mətni  bir  dəfə  oxuduqdan  sonra  onun 

haqqında  adətən  təsəvvür  əldə  edə  bilmirlər.  Lakin 

həmin  mətni  başqasının  ifadəsində  eçitdikdə  yəni 

dinləyici rolunda olarkən hər şeyi aydın dərk edirlər. 

Buradan  aydın  olur  ki,  uşaqlarda  mətni  çətin  dərk 

etmək  halı  müvəqqəti  xarakter  daşıyır.  Uşaqlar 



düzgün, şüurlu və sürətli oxu vərdişinə yiyələndikcə 

bu  hal  tədricən  aradan  qalxacaqlar.  Mütaliəyə  yeni 

başlayan  və  o  yaşlı  uşaqlarla  bir  çox  cəhətdən 

eynilik  təşkil  edən  birinci  sinif  şagirdləri  2-3-cü 

sinif şagirdlərindən kifayət qədər fərqlənirlər. Lakin 

ədəbi 


əsərə 

münasibətlərindəki 

ümumi 

xüsusiyyətlərinə  görə  7  və  8-9  yaşlı  uşaqlar  bir 



oxucu  kimi  məktəbyaşlı  oxucuların  uşaq  oxucular 

tipi  kimi  izah  olunur.  Bu  oxucu  tipinin  əsas 

xarakterik  xüsusiyyətləri  8-9  yaşlı  uşaqların 

mütaliəsinin  fonunda  daha  aydın  nəzərə  çarpır. 

Çünki  məhz  bu  dövrdə  sərbəst  mütaliə  etmək 

texnikasına  müəyyən  dərəcədə  yiyələnmiş  olurlar. 

Kiçik  yaşlı  məktəblilər  adətən  bədii  kitabların 

oxucularıdır.  Belə  ki,  onların  oxuculuq  xüsusiyyəti 

məhz  bədii  əsərlərə  münasibətdə  və  bədii  əsərləri 

özünəməxsus  şəkildə  dərk  etmək  cəhətlərində 

aydınlaşır.  Çünki  kiçik  yaşlı  məktəblilərin 

mütaliəyə,  xüsusilə  bədii  əsərə  münasibətlərində 

məktəbəqədər  yaşlı  uşaqların  xüsusiyyətlərinə  bir 

çox  cəhətdən  oxşarlıq  vardır.  Qeyd  etmək  lazımdır 




ki,  uşaqların  məktəbəqədər  dövrü  bədii  əsərlərə 

münasibət sahəsində uzun bir yol keçir.  

 Altı-yeddi 

yaşlı 


uşaqlar 

hadisələri 

təsəvvürlərində 

canlandıraraq, 

xoşladıqları 

qəhrəmanın 

halına 

acıyır, 


onların 

müvəffəqiyyətlərinə  ruhən  sevinirlər.  Uşaqlardakı 

bu  cür  hala  acımaq  qabiliyyəti  sənət  əsərlərinin 

mükəmməl  dərk  edilməsinin  əsas  əlamətlərindən 

hesab olunur. Məktəbəqədər yaşlı uşaqların və kiçik 

yaşlı  məktəblilərin  ədəbi  qəhrəmanların  taleyinə 

acıması,  kitabı  dərk  etməyin  əsas  stimulu  hesab 

olunur.  Bununla  uşaqlarda  kitabdakı  hadisələrə  və 

qəhrəmanlara  şəxsi  münasibət  yaranır  ki,  bu 

münasibət  yalnız  kitabdakı  hadisələri  deyil,  eyni 

zamanda  hadisələrin  məzmununu  və  məqsədini, 

həmçinin  fəaliyyət  prosesində  adamlarla  qarşılıqlı 

münasibətini  də  dərk  etməyə  kömək  edir.  Bununla 

da  hala  acımaq  xüsusiyyəti  insan  hərəkərlərinə 

mənəvi  qiymət  verməkdə  uşağa  kömək  edir.  6-7 

yaşlı  uşaqlar  daxilən  emosional  cəhətdən  obrazı 

yaşayırlar.  Emosional  cəhətdən  bədii  əsərlərdəki 



hadisələrin təsirindən çıxa bilmirlər. Məhz bu cəhət 

onların  gerçəkliyi  kifayət  qədər  dərk  etmələri  ilə 

əlaqədardır. 

 Yeddi 


yaşından  başlayaraq  öyrənmək 

uşaqların  əsas  fəaliyyətlərinə  çevrilir.  8-9  yaşlı 

uşaqlarda 

məktəbin 

ikinci-üçüncü 

sinif  


şagirdlərində  yeni  ictimai  əlaqələr,  insanlara  və 

hadisələrə  yeni  münasibətlər  baş  verir,  ədəbi  əsərə 

münasibətləri  də  dəyişir.  Görkəmli  psixoloq 

H.S.Leytes  bu  yaş  dövründən  bəhs  edərək  göstərir 

ki,  bu  “bilikləri  əldə  etməyin  ilkin  növüdür”.  Bu 

yaşda həqiqəti dərk etmək özünəməxsus şəkildə baş 

verir. Yəni bu hal biliklər toplamaq, öyrənmək, ətraf 

mühitdəki  hadisələri,  faktları  yadda  saxlamaq 

şəklində  özünü  göstərir.  Bu  yaşlı  məktəblilərin 

idrakı  sorğuları  geniş  olmaqla  bərabər,  eyni 

zamanda  səthidir  və  dəyişkəndir,  qeyri-sabitdir. 

Kiçik  yaşlı  məktəblilər  olduqca  zehinli,  yeniliyi 

dərk  etməyə  hazır  və  yeni  qazandıqları  bilik  və 

məlumatlardan  ləzzət  almaq  və  yüksək  dərəcədə 

sevinmək  xüsusiyyətlərinə  malikdir.  Eyni  zamanda 



onlar  qazandıqları  bili  və  məlumatları  başqaları  ilə 

bölüşməyə  meyillidirlər. Uşaq şəxsiyyətinin  əxlaqi, 

əqli  və  estetik  cəhətdən  zənginləşməsi  ona  məlum 

olan 


faktlara 

əsasən 


şəxsi 

təcrübəsinin 

zənginləşməsi  kimi  baş  verir.  Kiçik  yaşlı  uşaqları 

öyrənmək  sahəsindəki  sosioloji  tədqiqatlar  təsdiq 

edir ki, 8-9 yaşlı uşaqlar ən çox məlum olana faktlar 

və  hadisələr  haqqında  konkret  biliklər  əldə  etməyə 

çalışırlar.Belə  ki,  uşaqlar  onları  əhatə  edən  tanış 

əşyaların, predmetlərin, heyvanlar və bitki aləminin 

yaranması  və  quruluşu  haqqında  məlumat  əldə 

etməyə xüsusi maraq göstərirlər. Ona görə də onlar  

“bu  nədir,  bu  kimdir,  niyə  belədir”  kimi  suallarla 

böyüklərə  tez-tez  müraciət  edirlər.  Kiçik  yaşlı 

məktəblilər  yeni  nə  öyrənirsə,  nə  bilirsə,  onu  qəti 

qəbul edir və ona həqiqət kimi baxır. Eyni zamanda 

həqiqəti  mənimsəməyin  özünəməxsusluğu  sosial 

şəraitin  inkişaf  xüsusiyyətləri  ilə  əlaqədardır.  

Maddi  varlığı,  gerçəkliyi  dərk  etməyin  bütün 

fəallığı,  ətraf  mühitlə  uşağın  əlaqəsi  böyüklərin 

köməyi ilə həyata keçirilir. 



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə