Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə40/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   36   37   38   39   40   41   42   43   ...   83

5.

 

Kitabın səhifələrini cırma, kitabın içinə 



şəkil çəkmə və heç bir yazı yazma, nə mürəkkəb, nə 

karandaş,  nə  də  dırnaqla  kitabda  heç  bir  işarə 

qoyma. 

Əqli  əməyin  elmi  təşkili baxımından  mütaliə 



texnikası  və  gigiyenası  qaydalarını  uşaqlara  da  aid 

etmək olar. 

1.

 

Çirkli  əllə  kitabı  götürmək  olmaz,  iş 



yerinin təmizliyini də gözləmək lazımdır. 

2.

 



Kitablara 

baxdıqdan, 

yerini 

dəyişdirdikdən  və  yerləşdirdikdən  sonra  əlləri 



yumaq  lazımdır,  çünki,  kitablarda  olan  kiçik  toz 

hissəcikləri əldə qalır. 

3.

 

Mütaliədən  əvvəl  kitabı  diqqətlə 



nəzərdən  keçirməli,  nəşr  zamanı  bitişmiş  səhifələri 

kəsməsi (bunu karandaş və ya kibrit dənəsi ilə deyil, 

xüsusi  bıçaqla  etməli),  nəşriyyat  tərəfindən 

buraxılmış səhvləri mətnə köçürməli. 

4.

 

Əgər  kitab  uzun  müddət  mütaliə  tələb 



edirsə  və  ya  oxucunu  yolda  müşayiət  edirsə,  onu 

kağıza bükmək lazımdır. Bu qaydanı xüsusilə kitab 




oxucunun  özünə  məxsus  olmadıqda  gözləmək 

lazımdır. 

5.

 

Kitabı  oxuyarkən  onu  xarab  etmək, 



əzmək, səhifələrini və üz qabığını qatlamaq olmaz. 

6.

 



Yazı  ləvazimatını  kitabın  üstünə 

qoymaq olmaz. 

7.

 

Mütaliəsi  tənəffüslərdə  kitabı  açıq 



qoymaq  olmaz,  hər  dəfə  kitabın  arasına  nazik 

əlfəcin qoymalı, habelə kitabı açıq şəkildə üzü üstə 

qoymaq olmaz. 

8.

 



Kitabı  açıq  havada  oxuyarkən  fasilə 

vaxtı  açıq  şəkildə  günəş  altında  və  nəm  yerdə 

qoymamalı. 

9.

 



Kitablara 

pozulmayan 

qeydlər 

etməməli.  Yalnız  oxucunun  özünəməxsus  olan 

kitabında  karandaşla  qeydlər  etmək  olar.  Sonra  bu 

qeydlər silinməlidir. 

10.

 

Kitabların  yaxşı  saxlanması  üçün 



mütaliədən  sonra  onları  pərdəli  və  şüşəli  şkaflara 

qoymalı.  Bu  həm  də  kitablarda olan kağız  tozunun 

otağa yayılmasının qarşısını alır. 



Məktəbli  oxucularda  mütaliə  mədəniyyəti 

tərbiyəsinin əsas cəhətlərindən biri də kitab üzərində 

işləmək  bacarığının  tərbiyə  edilməsidir.  Kitabla  iş 

üsulları haqqında uşaqlarla aparılan söhbət olduqca 

əlverişlidir.  Bu  söhbət  vasitəsilə  “şüurlu  oxunun 

mahiyyəti” uşaqlara çatdırılır və onun əsas tələbləri 

aydınlaşdırılır.  Bu  bölgüyə    əsasən  I-II  sinif 

şagirdlərinin  kitabla  iş  xüsusiyyətlərinə  verilən 

tələblər 

aşağıdakılardır: 

oxu 

texnikasına 



yiyələnmək,  aramla  oxumaq,  mətndə  əsas  fikri  tuta 

bilmək, oxuyarkən ayrı-ayrı söz, cümlə və parçaları 

buraxmamaq,  intonasiya  və  tələffüz  qaydalarına 

riayət  etmək,  oxuduqlarını  düzgün  başa  düşüb  öz 

sözləri  ilə  nəql  etmək.  IV  sinif  şagirdləri  artıq 

təcrübəli  oxucular  hesab  edildiyindən  onların 

mütaliəsinə  verilən  tələblərin  xarakteri  də 

mürəkkəbləşir.  I-III  sinif  şagirdlərdən  fərqli  olaraq 

onlar  oxuduqları  haqqında  fikirləşməyi,  mühakimə 

yürütməyi, 

əsərdəki 

surətləri 

bir-birindən 

fərqləndirməyi 

bacarırlar. 

Kitabın 


oxunması 

haqqında  kiçik  yaşlı  məktəblilərlə  kitabxanada 

aparılan söhbətin bir neçə variantı mövcuddur. Uşaq 



kitabxanalarında  aparılmış  təcrübələrə  əsasən  belə 

söhbətlərin  metodikasını  müəyyənləşdirmək  olar. 

“Sən  oxumağı  bacarırsanmı?”  sualına  uşaqlar 

təəccüb  içində  “Biz  oxumağı  hələ  birinci  sinifdə 

öyrənmişik!”  –  deyə  cavab  verirlər  və  bunu  sübut 

etmək  üçün  özlərinin  necə  sürətlə  oxuduqlarını 

nümayiş  etdirməyə  çalışırlar.  Kitabxanaçı  uşaqları 

başa  salmalıdır  ki,  sürətlə  oxumaq  mütaliənin  əsas 

şərtlərindən biri olsa da bu hələ oxumağı bacarmaq 

demək  deyildir.  Oxumaq  bacarığına,  daha  doğrusu, 

oxumaq  sənətinə  insanlar  bütün  ömrü  boyu 

yiyələnməlidirlər.  Bəzi  uşaqların  kitabı  axıra  qədər 

oxumaması,  bəzilərinin  isə  sürətlə  oxuduğu 

kitablardan 

heç 

nəyi 


yadda 

saxlamaması  

kitabxanaçını  ciddi  narahat  etməlidir.  Yuxarıda 

qeyd  edilən  nöqsanları  aradan  qaldırmaq  üçün 

nümunəvi 

oxunun 


bəzi 

ünsürlərini 

müəyyənləşdirmək  olar.  Hər  şeydən  əvvəl 

kitabxanaçı  çalışmalıdır  ki,  uşaqlar  kitabı  öz 

yaşlarına  və  maraqlarına  uyğun  surətdə  seçsinlər. 

Bunun üçün isə kitabın müəllifini uşağa tanıtmaq və 

onun əsasən nədən yazdığını onlara aydınlaşdırmaq 



lazımdır.  Kitabdakı  şəkillərə  diqqət  verilməsi  də 

xeyli  faydalıdır.  Uşaqlarla  istər  fərdi,  istərsə  də 

kollektiv  şəkildə  iş  aparılan  zaman  onlara  başa 

salmaq 


lazımdır 

ki,  kitab  seçərkən  onun 

mündəricatına baxmaq, orada hansı nağıl, hekayə və 

yaxud  şeirin  yerləşdiyini  öyrənmək  də  son  dərəcə 

vacibdir. Bütün bu şərtləri yerinə yetirdikdən sonra 

kitabın  oxunmasına  başlamaq  olar.  Kitabı 

tələsmədən,  diqqətlə,  eyni  zamanda  axıradək 

oxumaq  laızmdır.  Tanış  olmayan  sözlərin  lüğətini 

düzəltmək  və  bu  zaman  yaşlıların  köməyindən  və 

lüğətlərdən  istifadə  etmək  zəruridir.  Kitabxanaçı 

çalışmalıdır  ki,  uşaq  kitabın  yazıçı  tərəfindən  nəyə 

görə  yazıldığını  və  onun  insanlara  hansı 

keyfiyyətləri  aşılamaq  istədiyini  başa  düşsün. 

Yuxarıdakılardan  göründüyü  kimi,  kitabxanaçı 

söhbət  zamanı  kitabın  ünsürlərini  uşaqların  necə 

yadda saxladığını və bunun oxu zamanı onlara necə 

kömək  etdiyini  müüəyyənləşdirir.  Söhbətin  daha 

effektli olması üçün kitabxanaçı söhbətin əvvəlində 

oxu  zamanı  yol  verilmək  ehtimalı  olan  nöqsanları 

uşaqlara  xatırladır.  Bu  hal  uşaqları  olduqca 




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə