Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə38/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   34   35   36   37   38   39   40   41   ...   83

sinif  şagirdləri  kitabdakı  şəkilləri  bəzən  IV  sinif 

şagirdlərindən  tez  xatırlayır.  IV  sinif  şagirdləri  isə 

əsasən  mündəricatı,  yazıçı  və  kitabın  adını 

xatırlayırlar.  Beləliklə,  aydın  olur  ki,  uşaqlar  öz 

şəxsi  təcrübələrinə  əsasən kitablar  haqqında  az-çox 

bilirlər.    Kiçik  məktəbyaşlılar,  xüsusən  III  sinif 

şagirdləri  kitabın  cildi,  titul  vərəqi,  illüstrasiyaları 

və  sorğu  hissəsi  ilə,  həmçinin  titul  vərəqindəki 

ünsürlərlə  (müəllif,  sərlövhə,  yarımsərlövhə)  və 

sorğu hissəsinin ünsürləri ilə tanış olmalıdırlar. Belə 

olduqda  “kitabın  quruluşunu  nəyə  görə  bilmək 

lazımdır?”  sualına  uşaqlar  çətinlik  çəkmədən  belə 

cavab verirlər: “Orada nə yazıldığını bilmək üçün”.  

Kitabxanaçı isə öz növbəsində əlavə edir ki, kitabın 

hissələrini  və  ünsürlərini  bilmək  təkcə  onun 

seçilməsinə  deyil,  həmçinin  kitabın  yaxşı  və 

diqqətlə  oxunmasına  da  kömək  edir.  Kitabdakı  ön 

sözdən  yazıçı  haqqında  çox  şeyi  götürmək 

mümkündür.  Müxtəlif  fəsillərin  adları  ilə  uşaqları 

belə  bir  cəhət  üzərində  düşünməyə  vadar  edir  ki, 

yazıçı nə üçün məhz bu adı seçmişdir. Şəkillər də öz 

növbəsində kitabın məzmununun açılmasına kömək 




edir.  Söhbət  zamanı  kitabın  2  hissəsinin,  yəni  titul 

və  məlumat  hissələrinin  izahına  xüsusi  diqqət 

yetirmək lazımdır.  

Kitabın  məzmununun  açılmasında,  mətnin 

uşaqlar  tərəfindən  daha  yaxşı  dərk  edilməsində 

kitabda  verilən  şəkillərin  mühüm  rolu  vardır.  Ona 

görə də kitabxanaçılar mütaliə mədəniyyəti tərbiyəsi 

prosesində  kitabdakı  şəkillərin  izahına,  onların  hər 

birinin  məzmununun  açılmasına  xüsusi  əhəmiyyət 

verməlidirlər.  Burada  oxuculara  rəsmlər,  fotolar, 

xəritələr,  sxemlər  haqqında  və  s.  xatırlatmaq 

lazımdır.  Titul  vərəqi  haqqında  izahata  əvvəlcə 

sualla  başlamaq  lazımdır.  Belə  ki,  “Nə  üçün  titul 

vərəqi  kitabın  müəllifi  ilə  başlanır?  Kitabı  kimin 

yazdığını  nəyə  görə  bilmək  lazımdır?”  Əgər 

məşğələ  kitabxanada  gedirsə,  kitabxanaçının  bu 

sualına  uşaqlar  adətən  belə  cavab  verirlər:  “Bizdən 

həmişə  kitabı  kimin  yazdığını  soruşurlar  və  biz 

cavab  verməliyik.  Kitabxanada  kitablar  müəllifinə  

görə  düzülür,  müəllifin  adını  bilməsək  onu  tapmaq 

çətin olar?” Kitabxanaçı təsdiq edir ki, doğurdan da 



kitabxanada  kitablar  rəflərdə  müəlliflərinə  görə 

əlifba  qaydası  ilə  düzülür  və  müəllifin  familiyasını 

bilmədən kitabı tapmaq çətindir. Bu məhz ona görə 

vacibdir  ki,  uşaqlar  onlar  üçün  yazan  müəllifləri 

tanısınlar  və  hər  tanış  olduqları  yazıçının  sonrakı 

kitabları  haqqında  da  lazımi  məlumat  əldə  etsinlər. 

Titul vərəqindən sonrakı vacib ünsür kitabda nədən 

danışıldığını  xəbər  verən  sərlövhədir.  Uşaqlara 

sərlövhənin müxtəlif tiplərini başa salmaq lazımdır. 

Bəzi  sərlövhələr  kitabın  məzmununun  birbaşa 

açılmasına kömək edir, bəzi kitabların sərlövhəsi isə 

mücərrəd xarakter daşıyır və kitabın annotasiyası və 

mündəricatı  ilə  tanış  olmadan  nədən  bəhs  etdiyi 

məlum  olmur.  Uşaqlara  bir  neçə  kəlmə  də 

sərlövhənin  açılmasına  kömək  edən  sərlövhəaltı  

məlumat  və  yarımsərlövhələr  haqqında  məlumat 

vermək 

lazımdır.  Kitabın  rəssamı  haqqında 



məlumat,  kitab  tərcümədirsə  hökmən  tərcüməçi 

haqqında  uşaqlara  məlumat  vermək  vacibdir.  

Kitabxanaçı  kitabın  nəşr  yeri  və  ili  haqqında  da 

məlumat  verməli,  nəşriyyatlar  haqqında  anlayış 

yaratmalı, 

ölkəmizdə 

uşaqlar 

üçün 


kitab 


nəşriyyatlarının 

mövcudluğu  haqqında  söhbət 

etməlidir.  Kitabın  məlumat  hissəsi  haqqında  söhbət 

zamanı  ön  söz,  mündəricat  və  lüğət  haqqında  da 

danışmaq  lazımdır.  Bunları  titul  vərəqinə  dair 

söhbət  zamanı  uşaqlara  çatdırmaq  olar.  Kitabın 

məzmunu  geniş  izahat  tələb  etmir:  burada  əsas 

məsələ  kitabın  seçilməsi  zamanı  ondan  istifadə 

etmək  qaydalarına  xüsusi  diqqət  yetirməkdən 

ibarətdir. 

Sözönü  və  sözardı  haqqında  söhbət  zamanı 

uşaqların  nəzərinə  çatdırmaq  lazımdır  ki,  bu 

ünsürlərin  əsas  məqsədi  yazıçı  barədə  və  kitabın 

yaranması  haqqında  məlumat  verməkdən  ibarətdir. 

Uşaqların  müstəqil  surətdə  kitabları  araşdırması 

şəklində  təşkil  edilən  təcrübi  məşğələlər  kitabın 

ünsürlərini uşaqların daha yaxşı qavramasına kömək 

edir.  Kitabxanaçı  və  müəllimlər  uşaqların  bu 

sahədəki  vərdişlərinin    artmasına  hər  vasitə  ilə 

kömək  etməlidirlər.    Kiçik  yaşlı  məktəblilərdə 

mütaliə  mədəniyyəti  tərbiyəsinin  mühüm  tərkib 

hissələrindən  biri  də  kitabla  rəftar  və  mütaliə 




qaydalarıdır.  Kitabla  düzgün  rəftar  haqqında 

məlumatı  uşaqlar  ailədə,  məktəbdə  və  kitabxanada 

əldə edirlər. Məhz bu söhbətdən başlayaraq uşaqları 

mütaliə  mədəniyyətinin  əsaslarına  alışdırmaq 

lazımdır.  Uşaqları  hansı  yaş  mərhələsində  kitabla 

davranış  qaydaları  ilə  tanış  etməyin  əhəmiyyəti 

böyükdür. 

Bu 


barədə 

bəzi 


məlumatları 

məktəbəqədər  yaşlılarla  evdə  də  aydınlaşdırmaq 

mümkündür  (kitabı  cırmaq,  qatlamaq  olmaz). 

Kitabxanaçılar  üçün  metodik  materiallara  diqqət 

yetirsək,  oradan  biz  III  sinif  şagirdləri  ilə  həmin 

söhbətlərin necə aparılmasına dair lazımi tövsiyələri 

əldə edə bilərik. Bu cür söhbətin nisbətən mürəkkəb 

forması  III-IV  sinif  şagirdləri  üçün  məsləhət 

görülür.      Kiçikməktəbyaşlı  uşaqların  mütaliə 

mədəniyyəti tərbiyəsi ilə əlaqədar bu dörd sinfin hər 

birinin  şagirdlərinə  mütaliə  mədəniyyətinin  hansı 

cəhətlərini 

aşılamaq 

pedaqoji 

cəhətdən 

əsaslandırılmışdır.  Lakin  bu  izahatlarda  ciddi  fərq 

qoymaq həmişə yerinə düşmür.  



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə