Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə46/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   42   43   44   45   46   47   48   49   ...   83

“lazımlı”,        bəziləri  isə  “lazımsız”dır  deyə 

qiymətləndirirlər.Yeniyetməlik  yaşında    şagirdlərin 

təlim  fəaliyyətinin  güclənməsi,buna  müvafiq  olaraq 

mütaliə  meylinin  artması  ilə  əlaqədar  idrak 

fəaliyyətinin  inkişafı  üçün  də  əlverişli  şərait 

yaranır.Onların idrak proseslərində qavrayışları çox 

surətlə  inkişaf    edir.Bu  dövrdə  yeniyetmənin 

qavrayışı  hərtərəfli,ardıcıl  və  seçici  xarakter 

daşıyır.Qavrayışın həcmi genişlənir.   

 Yeniyetmələrin  qavrayışı  ən  çox  maraqlandıqları 

məsələlrlə 

bağlı  olur.Hansı  sahə  ilə  çox 

maraqlanırlarsa,onu 

daha 


yaxşı 

qavrayır,maraqlanmadıqları  sahədə  qavrayışları 

səthi  olur.Bu  cəhət  mütaliə  münasibətində  daha 

aydın  hiss  olunur.Ona  görə  kitabxanaçılar  onların 

bu  xüsusiyyətlərini  kitab  tövsiyyəsində  nəzərə 

almalıdırlar. Yeniyetmələrin 

get-gedə 

təlim 


materialını 

daha 


ümumiləşdirməyə, 

sistemləşdirməyə  başlayır.    Şagird    istər  istəməz 

təkcə  öyrənmək,  yadda  saxlamaqla  kifayətlənmir, 

öyrəndiyini  əvvəlkilərlə  əlaqələndirməyə,  onun 

köməyi 

ilə 


yeni 

fikri 


məsələləri 

həll 



etməyə,ümumiləşdirmələr 

aparmağa 

çalışır.

 Tədricən  şagirdlərlə  mənalı  yaddasaxlama  və 

yadasalmanın üstünlüyü barədə əqidə yaranır.Lakin 

yadda  saxlama  üsullarından  yeniyetmə  heç  də 

həmişə  düzgün  istifadə  edə  bilmir.Belə  ki,oxucu 

materialın  nəticəsini  bəzən  yadasalma  yolu  ilə 

yox,tanıma  yolu  ilə  yoxlamağa  çalışır:kitaba 

baxanda  hər  şeyi  bildiyini  zənn  edir,müəllimin  isə 

ondan  kitaba  baxmadan  danışmağı  tələb  etdikdə 

məlum 


olur 

ki,yeniyetmə 

materialı 

yaxşı 


öyrənməmişdir.Əlbəttə,nu  hallarda  keçici  xarakter 

daşıyır.Tədris  prosesində  müəlloimin  konkret 

mövzular  üzrə  suallarına  cavab  verməklə,eləcə 

kitabxana  şəraitində  kitabxanaçının  oxunmuş  kitab 

haqqında 

sual-cavab 

xarakterli 

söhbətləri 

nəticəsində  yeniyetmələr    şüurlu    mütaliə  vərdişinə 

yiyələnir,həm də oxuyub öyrəndiyi hər hansı məsələ 

barədə  sərbəst  fikir  söyləməyə  çalışırlar.Nəticə  də 

yeniyetmələrdə  mücərrəd  təfəkkür  də  təşəkül 

tapır.Kitabxanaçılar  bu  cəhətləri  nəzərə  almağa 

yeniyetmə  yaşlı  oxucularla  lazımi  iş  apara  bilərlər.

 Beləliklə,yeniyetmələrdə 

hərhansı 

məsələni 



qiymətləndirərkən tədricən obyektivliyə meyl etmək 

hissi  tərbiyə  oluna  bilər.Yeniyetməlik  dövrünün 

əvvəllərində  əgər  yeniyetməyə  kiçik  məktəbyaşlı 

uşaqlara 

bəslənən 

münasibət 

bəslənilərsə,bu 

münasibət bir tərəfdən tərbiyə məsələləri ziddiyyətə 

girir  və    yeniyetmənin  ictimai  yaşa  dolmasına 

maneə  olur.  Digər  tərəfdən  isə  yeniyetmənin  həyat 

haqqında  yeni təsəvvürləri idealları ilə toqquşur. 

      Yeniyetməlik  dövründə  müstəqilliyə  artan  meyl 

düzgün istiqamətləndirildikdə şagirdə mütəşəkkillik, 

intizamlılıq  kimi  müsbət  keyfiyyətlər  əmələ  gəlir, 

əks 

halda 


isə 

tənbəllik, 

məsuliyyətsizlik,intizamsızlıq 

kimi 


mənfi 

xüsusiyyətlər  yarana  bilər.Beləliklə,  tərbiyəçi 

müvafik 

qaydada 


yeniyetməyə 

münasibətini 

dəyişməzsə,ziddiyyətlər xroniki forma alar və bütün 

yeniyetməlik dövrünü əhatə edər. 

Uşaqlarla 

kitabxana  şəraitində  tərbiyəvi  iş  aparan  hər  bir 

kitabxanaçı  bu  ziddiyyətləri  görməli,mütaliəyə 

rəhbərlik  işində  yeniyetmələrə  kiçik  məktəbyaşlı 

oxuculara 

yanaşılan 

kimi 

yanaşılmalıdır.Yeniyetmənin  mütaliəsini  düzgün 




istiqamətləndirməklə 

bərabərona 

bu 

sahədə 


müstəqillik də verilməlidir. 

 

 Yeniyetmənin  inkişafında  mühüm  cəhətlərdən 



biridə  onun  gələcək  haqqındakı  fikirləri  və 

arzularıdır.Bu 

arzular 

onları 


çox 

şey 


öyrənməyə,bacarmağa  sövq  edir.Eyni  zamanda 

müəyyən məsələləri öyrənməyə can atmaq məsələsi 

yeniyetmələri  müstəqil  mütaliə  ilə  məşğul  olmağa 

cəlb  edir.  Onlar  bu  yaşda  artıq  hiss  edirlər 

ki,həyatda bir çox sualların cavabını kitabxanalarda 

araşdırıb 

tapmaq 

lazımdır.Yeniyetmələr 



müvəffəqiyyətsizliklə  qarşılaşanda  onun  səbəbini 

birinci 


növbədə 

müstəqil 

tapmağa 

çalışır, 

böyüklərin 

məsləhətinə 

qulaq 

asmaq 


istəmirlər.Məhz  bu  qeyd  müvafiq  olaraq  demək  

lazımdır  ki,müasir  yeniyetmələri  incəsənət,elm-

texnika və bir sıra başqa bilik sahələri maraqlandırır.

  

 



 

Yeniyetmələri 

kiçik  

məktəbyaşlı 



oxucular  qrupundan  fərqləndirən 

cəhətlərdən  biri  də  onların  faktlara  və  hadisələrə 

münasibətlərinin 

məzmunca 

dəyişməsidir.Məlumdur  ki,kiçik  məktəbyaşlıları 



əsasən  hadisələr  və  faktlar  maraqlandırdığı 

halda,yeniyetmə 

yaşlı 

məktəbliləri 



görüb 

duyduqları,oxuduqları  hər  şeyin  mahiyyətini 

bilməyə səy göstərirlər.   

 

 



 

  

Göstərilən 



səylərin 

müvəffəqiyyətlə 

nəticələnməsində  mütaliə  onlara  çox  kömək 

edir.Müəyyən  məsələlərin  cavabını  kitablardan 

tapdıqda,onlarda  kitaba,ümumiyyətlə  mütaliəyə 

qarşılıqlı münasibət yaranır və nəticədə kitabla daha  

çox təmasda olmağa çalışırlar.   

 

 



  

Əgər 


mühitin,əşya 

və 


hadisələrin 

mahiyyətinə  meyl  etmək  yeniyetmələrin  idraki 

sorğularında  da  özünü  göstərir.Onlar  bədii 

ədəbiyyatla 

bərabər 

getdikcə 

elmi-kütləvi 

kitabxanalara  daha  çox  meyl  göstərirlər.Həmin 

kitablarda 

yeniyetmələri 

ictmai 

həyat,insan 



taleyi,xoşbəxtlik  məsələri,dostluq  və  məhəbbət 

duyğuları  maraqlandırır.Yeniyetməlik  yaşının  üç 

oxucu  tipindən  bəhs  edərkən  qeyd  etmək  lazımdır 

ki,10-11 

yaşlarında  maraq  və  meyllər  tez 

dəyişəndirsə,12-13  yaşlarında  kifayət  qədər  sabit 

xarakter daşıyır və onların oxucu sorğusunda da bu 



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə