Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə48/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   44   45   46   47   48   49   50   51   ...   83

dəyəri barədə söhbət aparmaqdır. 

M.Seyidzadə 

adına  Bakı  Mərkəzi  şəhər  Uşaq  Kitabxanasında  bu 

barədə  tez-tez  maraqlı  söhbətlər  təşkil  edilir.Bu 

söhbətlərdə  istər  şəxsi  həyatda,istərsə  də  istehsalat 

fəaliyyətində  kitabın  rolu  və  əhəmiyyəti  haqqında 

maraqlı  amillərdən  bəhs  edilir.F.Köçərli  adına 

Azərbaycan  Respublika  Uşaq  Kitabxanasının  V-IX 

sinif şagirdləri üçün olan oxu salonunda isə kitabın 

və  mütaliənin  həyati  əhəmiyyəti  barədə  daha 

maraqlı tədbirlər keçirilir. 

Burada    görkəmli 

şəxsiyyətlərin  kitab  və  mütaliə  haqqında  qiymətli 

fikirlər  toplanmış,məktəblilərin  iştirakı  ilə  albomlar 

təşkil 

edilmişdir.”Müdrik 



fikirlər 

guşəsi”yaradılmış,eyni  zamanda  bu  mövzuda 

kartoteka  təşkil  olunmuşdur.Lakin,kitabların  təbliği 

nə  qədər  maraqla  aparılsa  da  şagirdlərin  mütaliəyə 

cəlb  edilməsi  və  alışdırılması  problemi  tam  həll 

edilə  bilməz.Ona  görə  də  bu  sahədə  başlıca  vəzifə 

şagirdlərdə  biliyə  güclü  həvəs  oyatmaqdan 

ibarətdir.Pedaqoqların  və  psixoloqların  dediyi 

kimi,idraki  maraq  şagirdlərin  mütaliəyə  cəlb 

edilməsi  işinin  əsasını  təşkil  edir.Bu  maraq 




məzmunca,dərinliyinə,istiqamətinə və intensivliyinə 

görə  müxtəlif  olsa  da,bir  məqsəd-yeni  biliklər 

qazanmaq,mənəvi 

sorğuları  ödəmək  məqsədi 

ətrafında birləşir.  Müasir  məktəb  pedaqogikasında 

da  təsdiq  edilmişdir  ki,şagirdlərdə  idraki  marağın 

formalaşması  inkişaf  etmiş  təlimin  əsası,şəxsi 

təhsilin hərəkətverici qüvvəsidir. 

 

 

  



 

 

 



 

 

 



 

 Mütaliə  mədəniyyəti  tərbiyəsi  ilə  əlaqədar  işdə 

yeniyetməliyə  keçid  dövrünün  məktəbliləri  xüsusi 

diqqət  tələb  edir.Məhz  bu  yaşda  uşaqlarda 

mütaliəyə 

həvəs 


oyatmaq 

lazımdır.Onları 

kitabxanaya 

yazan 


zaman 

maraqları 

tam 

öyrənilməlidir.Oxunmuş 



kitabları 

dəyişən 


zaman,kütləvi  iş  formalarında  kitabxanaçı  həmin 

yaşda  olan  məktəbli  oxucuların  maraqlarını  və 

meyllərini aydınlaşdırır,qarşıya çıxan suallara cavab 

tapmaqda  kitablarıpn  əsas  mənbə  olduğunu  onlara 

izah edir. 

 

Bu  dövrdə  uşaqların  biliyə  olan 



maraqlarının  artmasını  nəzərə  alaraq  kitabxanaçı 

onlara  idraki  ədəbiyyatın  zənginliyini  açır,onun 

müxtəlif növü və janrları ilə tanış edir.Bu işdə uşaq 



kitabxanalarında  təşkil  edilən  açıq  rəf  üsulu,kitab 

sərgiləri,kitab  rəfləri  yanında  məsləhətlər,kitab 

xülasələri,kitabxanalara  ekskursiyalar,fərdi  və  qrup 

halında tövsiyə xarakterli söhbətlər böyük təsiredici 

əhəmiyyətə malikdir.Yeniyetməliyə keçid dövrünün 

uşaqlarını  elmi  biliklərin  sadə  formada  təsnifatı  ilə 

tanış  etmək  lazımdır.Onların  diqqəti  rəflərdə 

kitabların,sistemli 

kataloqla 

kartoçkaların 

qruplaşdırılmasına  cəlb  edilməlidir.Bütün  bunlar 

yeniyetmələrin idraki qabiliyyətlərinin inkişafı üçün 

böyük  imkanlar  və  perespektivlər  açır.Bu  yaşlı 

yeniyetmələrin  şəxsi  mütaliələri  ilə  əlaqədar 

məsələrin 

həllində 

tədris 

fənlərinə 



mraq 

oyatmaq,eyni 

zamanda 

mütaliələrini 

dərslik 

çərçivəsindən  kənara  çıxarmaq  vəzifəsi  əsas  yer 

tutur.  Məktəblilər  V-VII  siniflərdə  hər  hansı  bir 

fənnə xüsusi maraq göstərməyə başlayır.Ona görədə 

həmin  fənnə  müvafiq  olaraq  əlavə  ədəbiyyat 

oxumaq 


həvəsini 

elə 


o  dövrdə  oyatmaq 

lazımdır.Bununla  əlaqədar  olaraq  Köçərli  adına 

Respublika  Uşaq  Kitabxanasında  məktəblilərin 

diqqətini  müxtəlif  sərgilərə  yönəldilir.Kitabxana 




“Fizika  həvəskarları  üçün  maraqlı  kitablar”,”Gənc 

kimyaçılar  üçün”  və  s.mövzularda  sərgilər    təşkil 

olunmuş 

maraqlı 


kitab 

xülasələri 

keçirilmişdir.Kitabların  bu  şəkildə  tövsiyə  edilməsi 

çox  vaxt  biblioqrafiya  vəsaitlərdən,kataloq  və 

kartotekalardan düzgün istifadə etmək işi ilə əlaqəli 

şəkildə həyata keçirilir.  Kitab  tövsiyəsinin  bu 

forması kitabxanaçılardan daha diqqətli olmaq tələb 

edir.Çünki  dərslikdən  kənar  hər  hansı  maraqsız  və 

ya  çətin  bir  kitabın  tövsiyəsi  uşağın  hansı  həmin 

fənnə  aid  kitabların  mütaliəsinə  olan  marağını 

söndürə  bilər.On  görə  də  yeniyetmələrə  bu 

məqsədlə  əlavə  kitablar  tövsiyə  edərkən  tövsiyə 

olunan 

kitabların 



maraqlı,əyləncəli,oxucunun 

mütaliə  imkanına  müvafiq  olmasına  xüsusi  fikir  

verilməlidir. 

Eyni 


zamanda 

kitabxanaçı 

yeniyetmələrin 

sevdikləri 

fənnə 

uyğun  olan 



ədəbiyyat 

tövsiyə 


edərkən 

uşaqlarda 

fikirləşmək,düşünmək  qabiliyyətini  artıran  kitablar 

fikir kitablara fikir verilməlidir. Məktəblilərin 

dərslikdən  kənar  mütaliələrinə  istiqamət  verərkən 

onların  ictimai-siyasi  biliklərinin  artırılmasına  da 




unudulmamalıdır.  Uşaqların  mütaliəyə  həvəslərini 

artırmaq  üçün  kitab  təbliğinə  xidmət  edən  ədəbi 

oyunlara  da  tez-tez  müraciət  olunmalıdır.Onların 

oyunlara 

münasibət 

məsələsinə 

yaş 

xüsusiyyətlərindən    istifadə  etmək  lazımdır.Ədəbi 



oyunlar uşaqlarda emosional  maraq oyadır,yaradıcı 

fəallıq  doğurur,fantaziya  və  sərbəstlik  üçün  şərait 

yaradır.Oyuna  xas  olan  yarış  ruhu  oxucunun 

fikrini,diqqətini 

fəallaşdırır,marağını 

artırır.Bu 

məqsədlə Seyidzadə adına Bakı şəhər Mərkəzi Uşaq 

kitabxanasında  müxtəlif  məzmunlu  viktorinalar 

keçirilir.Kitabxanada 

“Hər 


şeyi 

bilmək 


istəyirəm”dərnəyinin  üzvləri  ayda  bir  dəfə  sual 

məclisləri,ədəbi  viktorinalar  təşkil  edirlər.Düzgün 

təşkil edilən oyun xarakterli bu cür tədbirlər müsbət 

nəticə verir.  Tam  yeniyetməlik  dövründə  olan 

uşaqların  şəxsi  təhsil  mütaliəsinə  cəlb  edilməsi 

işində  kiçik  həmyaşıdlarına  nisbətən  bəzi  fəqrli 

cəhətlər  nəzərə  alınmalıdır.Bu  yaşlı  uşaqlarda 

mütaliəyə  ehtiyac  artıq  formalaşmış,maraq  və 

mütaliə dairələri nisbətən geniş olur.Kitabxanaçı hər 



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə