Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə47/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   43   44   45   46   47   48   49   50   ...   83

hal  özünü  aydın  şəkildə  hiss  etdirir.Psixoloqlar  bir 

cəhəti  qeyd  edirlər  ki,12-13  yaşlı  yeniyetmələrdə 

fəallıq ağıla nisbətən daha sürətlə inkişaf edir. 

 Həm 


müstəqil  məktəblərinin,həm  də  uşaq 

kitabxanalarının  təcrübəsində  təsdiq  olunmuşdur 

ki,yeniyetmələrin  bədii  ədəbiyyata  münasibətləri 

sadəlövh-realist  xarakter  daşıyır.Bədii  ədəbiyyata 

olan  bu  cür  münasibət  onların  tərbiyəsində  xüsusi 

təsiredici  qüvvəyə  malikdir.Uşaqların  informasiya 

mədəniyyəti,uşaq 

kitabxanalrında 

informasiya 

texnologiyalarının tətbiqi uşaqların görüş dairəsinin 

genişlənməsi  məktəblərin  və  uşaq  kitabxanalrının 

qarşısında  bir  sıra  mühüm  vəzifələr  qoymuşdur.Bu 

vəzifələr 

əsasən 


məktəbliləri 

mütaliəyə 

alışdırmaqdan,kitaba 

məhəbbət 

hissinin 

aşılamasından,sərbəst  kitab  seçmək,diqqətli  və 

şüurlu 

mütaliə 


etmək 

bacarığının 

tərbiyə 

edilməsindən ibarətdir.  Mütaliə 

mədəniyyətinin 

tərbiyəsi 

işinin  məktəblilər  arasında  lazımi 

səviyyədə  qurmaq  gələcəkdə  daha  böyük  səmərə 

verə  bilir.Orta  məktəb  yaşının  V-IX  sinif  şagirdləri 

arasında  mütaliə  mədəniyyəti  sahəsində  həyata 




keçirilən tədbirlər vacib əhəmiyyət kəsb edir.Çünki 

bu  yaş  dövründə  məktəblilər  mütaliəyə  daha  çox 

maraq  göstərir,hər  şey  haqqında  məlumat  əldə 

etməyə çalışırlar.  V-IX  sinif  şagirdlərində  mütaliə 

mədəniyyətinin 

tərbiyə 


edilməsi,onların 

məktəbindəki 

təhsillərinin 

və 


kitabxanadakı 

mütaliələrinin  ibtidat  pillələrində  əldə  etdikləri 

oxucu 

keyfiyyətlərinin 



inkişafı 

deməkdir.

 Məktəbli 

yeniyetmələrin 

mütaliəsi 

onların 


şəxsiyyətinə  daha  güclü  təsir  edir.Çünki  onların 

həm  mütaliəsinin  məzmunu  genişlənir,həm  də 

kitabxanadan  istifadə  etmək  imkanları  artır.Bu  hər 

şeydən  əvvəl  şəxsi  təhsil  mütaliəsinə  marağın  və 

mütaliə  mədəniyyətinin  yüksəlməsinə  tələbatı 

oyadır.Öz biliyini artırmaq məqsədilə edilən mütaliə 

məsələsi pedaqogikada iki cür şərh edilir: 

 

  



 

 

 



 

 

 



 

      Bir 

halda 

şəxsi 


təhsil 

mütaliəsi,tədris 

proqramından  kənar  hər  cür  çap  məhsulatından 

istifadə  etməklə  biliklər  əldə  etmək  kimi  izah 

edilir.Başqa  halda  isə  şəxsi  təhsil  mütaliəsi  insanı 

mməkaraqlandıran  hər  hansı  bir  sahəyə  aid  bilik 




əldə  etmək  kimi  izah  edilir.Başqa  halda  isə  şəxsi 

təhsil  mütaliəsi  insanı  maraqlandıran  hər  hansı  bir 

sahəyə 

aid 


bilik 

əldə 


etmək 

üçün 


şüurlu,istiqamətlənmiş 

mütaliə 


kimi 

qiymətləndirirlər.   

 

 

 



 

  

Lakin  bu  izahatın  heç  biri  yeniyetmələrin 



mütaliəsinin  xüsusiyyətlərini  nəzərə  almır,onların 

inkişafının yaş dinamikasını əks etdirmir.   

  

Görkəmli  pedaqoq  Suxomlinski  qeyd  edir 



ki,”Müstəqil  mütaliə  olmadan  şüurlu  surətdə  həyat 

yolu seçmək qeyri-mümkündür. 

Maraqlanma tez keçici və təsadüfi olmasın deyə, 

qoy 


insan 

yeniyetməlik 

illərində 

çox 


oxusun,fikirləşsin,axtarsın:qoy  intellektual  həyat 

yaradıcılıq 

və 

əmək 


ehtiyacları 

ilə 


sıx 

əlaqələnsin.Şəxsi  təhsil  məhz  dərslərdə  nilik  əldə 

etmək  və  evdə  kitab  üzərində  müstəqil  surətdə 

intelektual  iş  görmənin  vəhdətindən  ibarətdir.Bu 

işdə 

meyllərin,qabiliyyətlərin,həvəslərin 



uzunmüddətli  təşəkkül  prosesi  ifadə  olunur”.

 Beləliklə,yeniyetmələrin  öz  biliklərini  artırmaq 

məqsədilə  etdikləri  mütaliədən  danışarkən,qeyd 



etməliyik  ki,onların  mütaliəsi  oxucuıluq  inkişafının 

müxtəlif 

illərində,müxtəlif 

istiqamətlərdə 

və 

müxtəlif    məzmunda  olsa  da  yeganə  məqsəd 



özlərinin  bilik  dairələrini    genişləndirməkdən 

ibarətdir. 

Yeniyetmə  yaşlı  məktəbliləri  şəxsi 

təhsil  mütaliəsinə  alışdırmaq  üçün  onların  şüurlu 

olaraq 

kitablara 



məlumat 

mənbəyi 


kimi 

baxmalarına,öz  biliklərini  genişləndirməyə  daxili 

həvəs oyanmasına,idraki sorğuların  formalaşmasına 

və  onların  mütaliə  vasitəsilə  ödənilməsinə  can 

atmalarına  nail  olmaq  lazımdır.12-13  yaşlı 

uşaqlarda  öz  biliklərini  artırmaq  mnəqsədilə  edilən 

mütaliə öz genişliyi və fəallığı ilə fərqlənir.14 yaşlı 

məktəblilərdə  isə  bir  və  ya  bir  neçə  bilik  sahəsinə 

dair 

sistemli 



mütaliə 

tələbatı 

yaranır.Beləliklə,məktəblilərin  yaş  mərhələlərindən 

və  mütaliələrinin  inkişafından  asılı  olaraq  onlarda 

şəxsi 

təhsil 


mütaliəsinin 

tələb 


yaratmaq 

vəzifələrinin  də  məzmununu  dəyişir,fərdiləşir  və 

konkretləşir. Beləliklə,yeniyetmələri 

mütaliəyə 

alışdırmaq  üçün  kitabxanalarda  ən  geniş  yayılmış 

üsul kitabların məlumat mənbəyi olması və mənəvi 




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə