Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə49/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   45   46   47   48   49   50   51   52   ...   83

bir şagirdin mütaliəsini daim hərəkətdə və inkişafda 

görməlidir. 



  

 

 

 

 



 

 


1.V Yuxarı Məktəbyaşlı Oxucuların  

Kitabxana-informasiya Təminatı 

 

  Azərbaycan 



Respublikasının 

müstəqil-

liyinin yenidən bərpa olunması xalqımızın tarixində 

mühüm  hadisə  olmuşdur.  Bir  sıra  çətinliklərə 

baxmayaraq  müstəqillik  Azərbaycanın  sosial-

iqtisadi  tərəqqisi,  əhalinin  mədəni-mənəvi,  ədəbi-

bədii  və  intellektual  inkişafı  üçün  geniş  imkanlar 

açmışdır. Artıq dövlətimizdə demokratik proseslərin 

dərinləşməsi, 

hüquqi 


dövlət 

quruculuğu 

istiqamətində  həyata  keçiririlən  tədbirlər  müasir 

dövrün reallıqlarıdır.  Belə tədbirlər sistemində gənc 

nəslin  hərtərəfli  inkişafı  uşaq  və  gənclər  üçün 

ədəbiyyatın  nəşri,  uşaqların  mütaliəsinə  rəhbərlik, 

onların  asudə  vaxtlarının  təşkili,  yeniyetmələrin 

hərbi  vətənpərvərlik  ruhunda  tərbiyəsi  müasir 

dövrün  ən  aktual  problemlərindəndir.  Böyük 

məktəbli  yaşı  özünün  bir  sıra  xüsusiyyətləri  ilə 

xüsusilə  dünyagörüşün  formalaşması,  maraqlarının 

xarakterinin 

dəyişməsi 

ilə 


yeniyetmələrdən 

fərqlənir.  Böyük  məktəb  yaşının  ən  səciyyəvi 

xüsusiyyətlərindən 

biri 


də 

məhz 


onun 

dünyagörüşünün  formalaşması  ilə  bağlıdır.  Məlum 




olduğu  kimi  məktəblilərin  hər  bir  yaş  dövrünün 

dünyagörüşünün  əsasları  özündən  əvvəlki  yaş 

dövrlərində 

yaranır.Uşaq 

müəyyən 

əxlaqi 


adətləri,münasibətləri  və  s.  əvvəlcə  praktik  surətdə 

mənimsəyir,  sonra  isə  onları  müəyyən  davranış 

norması  və  prinsipi  kimi  dərk  edir.  Bu  şagirdlərə 

nəinki  dünyanı  müəyyən  etmək  imkanı  verir,  həm 

də qaydasına çevirilir. 

  Böyük 


məktəblilərdə 

dünyagörüşünün 

yaranmasının  ilk  başlıca  əlaməti  dünyanın  ən 

ümumi  prinsiplərinə,  təbiət  və  insan  varlığının 

universal 

qanunlarına 

marağın 

artmasından 

ibarətdir.  Uzun  illərin  təcrübəsi  və  görkəmli 

psixoloqların  tədqiqatları  göstərir  ki,  bu  marağın 

əsasını  böyük  məktəblilərin  təbiət  və  cəmiyyət 

haqqında  əldə    etdikləri  ayrı-ayrı  məlumat  və 

faktları  ümumiləşdirmək  tələbatı  təşkil  edir. 

Beynəlxalq  aləmdə  baş  verən  hadisələr,  ölkəmizin 

daxili  ictimasi-siyasi  hadisələri  haqqında  dövri 

mətbuatda oxuduqları, radio və televiziya  vasitəsilə 

öyrəndikləri,  keçdikləri  müvafiq  fənlərə  üzv 

olduqları  dərnək  məşğələləri  həmin  təlabatın  təmin 

olunmasından  başqa  sözlə,  gəncin  əldə  etdiyi 



məlumat  və  faktların  sistemə  salınmasında  çox 

böyük rol oynayır. 

  Görkəmli  psixoloq  A.S.Konun  fikrincə  ilk 

gənclik dövrünün günyagörüşünün yaranması yalnız 

fəallığından  ibarət  deyildir.  Daha  çox  həyatın 

mənası  haqqında  məsələ  ətrafında  qruplaşan  köklü 

ictimai-mənəvi  problemlərin  həlli  bu  prosesdə 

mərkəzi  yer  tutur.  Gənc  məktəbli  əslində  “öz 

həyatını  ictimai  cəhətdən  əhəmiyyətli  məzmunla 

necə zənginləşdirməli?” sualına cavab axtarır. Məhz 

buna  görə  də  həyatın  mənası  haqqında  sual  onun 

üçün  emosional    əhəmiyyət  kəsb  edir.  Böyük 

məktəblinin 

dünyagörüşü 

formalaşdıqca 

maraqlarının  səviyyəsi  də  dəyişilir.  O,  ölkəmizin 

həyatı  və  beynəlxalq  münasibətləri,  elm,  idman, 

incəsənət  ilə  yaxından  maraqlanır.  Pisxoloji 

tədqiqatlar  göstərir  ki,  böyük  məktəbli  şagirdlər 

içərisində dəsrlərin müvəffəqiyyətlə mənimsəyənlər 

elm,  texnika,  mədəniyyət  və  idman  yenilikləri 

haqqında  müəllimlərdən  az  məlumata  malik 

olmurlar.  Hətta  bir  sıra  hallarda  daha  geniş 



məlumata  malik  olurlar.  Onu  da  qeyd  etmək 

lazımdır ki, böyük məktəblilərin idrak maraqlarının 

zənginliyi  onların  asudə  vaxtlarının  da  səmərəli 

olmasına    təsir  göstərir.  Mütaliə,  kino-film  və 

televiziya  verilişlərinə  baxmaq,  idman  məşğələləri, 

turizm  böyük məktəblilərin sevimli məşğələləridir. 

Onlar 

fizika, 


riyaziyyat, 

kimya 


və 

digər  


olimpiadalarda  kütləvi  surətdə  iştirak  edir,  nəinki 

elmi 


problemlərlə,həm 

də 


dünyagörüşünün 

yaranması  üçün  xüsusilə  böyük  əhəmiyyətə  malik 

olan  sosial  problemlərlə  fəal  surətdə  maraqlanırlar. 

Psixoloji  tədqiqatların  nəticələri  göstərir  ki,  böyük 

məktəblilərin maraqları zəngin, geniş və əhatəli olsa 

da  onlarda  məhdud  cəhətlər  də  müşahidə  olunur. 

Onların  bir  çoxu  texnikaya  böyük  üstünlük  verdiyi 

halda humanitar elmləri, mədəniyyəti, ədəbiyyatı və 

incəsənəti kifayət qədər qiymətləndirmirlər. 

  Böyük  məktəblilərin  müəyyən  məsələlərə 

münasibətləri,  daha  çox  teatr  tamaşalarını 

qiymətləndirərkən  meyarları  da  çox  vaxt  birtərəfli 

olur.  Məsələn,  böyük  məktəbyaşlı  şagirdlərin 



musiqiyə  olan  maraqlarını  nəzərdən  keçirərkən 

məlum olur ki, bu cəhətdən də onların münasibətləri 

müxtəlifdir.  Lakin  müasir  gənclik  mənasız,  hay-

küylü dolu olan xarici estrada musiqisinə də böyük 

maraq  göstərir.  İ.S.Konun  fikrincə  mənasız,  hay-

küylü  dolu  olan,  yüngül,  heç  bir  emosional  təsirə  

malik olmuyan belə musiqiyə pərəstiş etmək yalnız 

zövqsüzlükdür.  Ona  görə  də  belə  halların  qadağan 

edilməsi 

və 


ya 

məhdudlaşdırılması 

əvəzinə 

gənclərdə  yüksək  estetiq  zövq təriyə  etmək  işini  öz 

plana çəkmək lazımdır. Psixoloqlar təsdiq edirlər ki, 

böyük  məktəbyaşlı  şagirdlərin  maraqları  sahəsində 

müşahidə  olunan  bu  xüsusiyyətləri  təkcə  yaş 

xüsusiyyəti kimi  qiymətləndirmək düzgün deyildir. 

Məhz  bu  yaşda  belə  xüsusiyyərlərin  meydana 

çıxmasında məktəblilərin yaş fərqlərindən daha çox, 

onların  təhsil  səciyyəsi  və  ailə  şəraitindəki  fərqlər 

daha qabarıq şəkildə təsir gücünə malikdir. 

  Müasir  gənclək  həyat  hadisələrinə  sonsuz 

dərəcədə  həssasdırlar.  Onlar  daxili  və  beynəlxalq 

həyat hadisələri  ilə nəinki sadəcə olaraq maraqlanır, 



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə