Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə42/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   38   39   40   41   42   43   44   45   ...   83

quruluşu  haqqında  məlumat  verməklə  bərabər, 

kitabın  məzmununun  açılmasına  xidmət  edən  ayrı-

ayrı  ünsürlər  haqqında  uşaqlarla  ətraflı  izahat  işi 

aparmalıdır. 

Uşaqlara  kitabın  quruluşundan  danışarkən 

kitabın  üz  qabığı,  titul  vərəqiŞ  buradakı  səlövhə, 

sərlövhəaltı  məlumat,  buraxılış  məlumatı,  giriş, 

müqəddimə,  mündəricat  haqqında  dərin  məlumat 

vermək, kitabın seçilməsində və istifadə olunasında 

həmin ünsürlərin rolunu izah etmək lazımdır.  

Məktəblilərin 

bu 


ünsürlər 

haqqında 

məlumatları kitab sərgilərindən və kiçik açıq rəfdən 

kitab  seçərkən  daha  çox  əhəmiyyət  kəsb  edir. 

Adətən  oxucular  kitab  sərgisinə  və  yaxud  açıq  rəfə 

müraciət  edərkən  öz  maraq  və  zövqlərinə  uyğun 

olan  kitabları  seçməyə  sonsuz  həvəs  göstərirlər. 

Bəzən  sərbəst  kitab  seçmək  səriştəsi  olamayan 

oxucular yalnız kitabın üz qabığına, sərlövhəsinə və 

şəkillərinə baxmaqla əldə etdikləri təsəvvürə əsasən 

onu  oxumaq  qərarına  gəlirlər.  Beləliklə,  daha 

müvafiq  ünsürlərə  müraciət  etmədən  seçilən  kitab 




çox  vaxt  oxucunun  marağına  uyğun  olmur  və 

oxunmdan  kitabxanya  qaytarılır.  Belə  hallar 

oxucunun  kitab  seçmək  qabiliyyətinə  inamını 

azaldır  və  mütaliə  marağını  müəyyən  dərəcədə 

söndürür.  Nəzərə  almaq  lazımdır  ki,  sərbəst  kitab 

seçən  hər  bir  kiçik  yaşlı  oxucu,  özünün  xoşlayıb 

seçdiyi kitabdan kitabxanaçının məsləhəti ilə imtina 

etmək istəməz. Kitabxanaçı isə oxucunun öz seçdiyi 

kitab üzərində təkid etməsi halları ilə qarşılaşdıqda 

uşağın  bu  cür  fərdi  –  psixoloji  xüsusiyyətlərini 

nəzərə  almalıdır.  Bu  heç  də  o  demək  deyil  ki, 

uşaqların  sərbəst  kitab  seçmələri  tamamilə  onların 

öz  ixtiyarına  verilsin.  Kitabxanaçı  uşaqların  maraq 

və  yaş  xüsusiyyətlərinə  görə  kitab  seçmələrinə 

düzgün  istiqamətləndirmək  üçün  onlarla  vaxtaşırı 

söhbətlər təşkil etməlidir. Eyni zamanda kiçik yaşlı 

məktəblilər üçün təşkil edilmiş kitab sərgilərində və 

kitab  rəflərində  hər  hasnı  bir  mövzu  üzrə  axtarılan 

kitabı  tez  tapmaq  üçün  əyanilik  gülü  olmalıdır. 

Uşaqlara  açıq  rəf  üsulu,  sərgilər,  kartotekalar  və 

biblioqrafik  göstəricilər  üzrə  kitab  seçməyi 

öyrədərkən  kiçik  yaşlı  uşaqların  fəallığına  istinad 




edilməlidir.  Məsələn,  uşaqları  kartoteka  üzrə  kitab 

seçməyə alışdırarkən, onları kartotekalar düzəltmək 

işinə cəlb etmək lazımdır. Kitabxanaçı bilməlidir ki, 

sərgilər  və  kartotekalar  düzəldilməsində  uşaqların 

iştirakı həm də ictimai-faydalı əməkdir. Adətən I-II 

sinif  şagirdləri  kitab  seçərkən  kitab  sərgilərinə, 

abonomentdə  qoyulmuş  əlaltı  kitab  qutularına  və 

açıq rəfə müraciət edirlər. 

Məlumdur ki, kitabların mövzu üzrə düzülüşü 

uşaqlar  üçün  heç  də,  asan  deyildir.  Hətta  bəzən 

məzmununa görə müxtəlif mövzulara isnad verilmiş 

müəyyən  bir  kitabı  tapmaqda  uşaqlar  çətinlik 

çəkirlər.  Lakin  uşaqları  konkret  kitab  deyil, 

müəyyən bir mövzu maraqlandırırsa, bu zaman açıq 

rəf  üsulu  kitab  seçməkdə  böyük  rol  oynayır. 

Məktəblilər  kitabların  düzülüşünü  yaxşı  yadda 

saxlayır,  kitabı  rəfdən  götürmək  və  onu  yerinə 

düzməkdə çətinlik çəkmirlər. 

Bəzən  oxuculardan  bir  nəfəri  kitabxanaçının 

və  yaxud  yoldaşlarının  təklifi  ilə  rəflərdə  kitab 

seçməli  olur  ki,  bu  da  nisbətən  mürəkkəb  mərhələ 



hesab  edilir.  Təcrübi  məşğələlərin  sonrakı  illərində 

isə  uşaqlar  kitabxanaçının  tapşırığı  üzrə  kitabın 

ünsürlərinə  əsasən  onun  nədən  bəhs  etdiyini 

müəyyən  edirlər.  Bu  zaman  uşaqlar  mündəricat  və 

illüstrasiyaların köməyindən də istifadə edirlər. 

 

 



 

 

 



 


1.4.Orta məkətəbyaşlı oxucuların   

kitabxana-informasiya təminatı 

         Yeniyetməlik yaşı insan ömrünün çətin, 

ziddiyyətləri ilə dolu bir dövrünü əhatə edir. Bu elə 

bir  dövrdür  ki,uşağın  həyat  tərzi  ilə  onun  bu  həyat 

tərzini  qabaqlamış  imkanları  arasında  açıq  ziddiyət 

meydana  çıxmağa  başlayır.Buna  müvafiq  olaraq 

onun fəaliyyəti də yenidən qurulur. 

Yeniyetməlik 

dövründə  şəxsiyyətin  sturukturunda  nəzərə  çarpan 

əsaslı 


dəyişikliklərdən 

biri 


uşağın 

özünüdərketməsinin 

inkişafında 

keyfiyyətli 

irəliləyiş  baş  verməsindən  ibarətdir.Yeniyetmənin 

təlim fəaliyyətində də əvvəlki yeniyetmə dövründən 

fərqlənən  xüsusiyyətlərə  rast  gəlinir.Yeniyetmə 

tədris prosesində elmlərin əsaslarına sistemli şəkildə 

yiyələnməyə 

başlayır.Bu 

isə 

onun 


təlim 

fəaliyyətində  elmi  ümumiləşdirmə  və  mücərrəd 

məsələləri 

mənimsəməklə 

yanaşı 

həmdə 


təfəkkürün,ixtiyari diqqətin 

 və 


hafizənin 

yüksək 


səviyyədə 

inkişafını 

tələb 

edir.Yeniyetməliklə 



yanaşı  məktəblilər  yalnız 


dərsdə  rast  gəldikləri  yenilikləri  mənimsəməklə 

kifayətlənməyib,müxtəlif  məsələlər üzrə yenilikləri 

müstəqil surətdə mənimsəməyə çalışırlar.   

  

 



 

 

 



 

      


Yeniyetməlik  10-11  yaşından  14-15  yaşa  qədər 

dövrü əhatə edir.Bu dövrün özü də daxilən müxtəlif  

xarakterik   xüsusiyyətlərə  malikdir.Ona görə də bu 

dövrü  üç  oxucu  tipinə:uşaqlıqdan  yeniyetməliyə 

keçid dövrünə(10-11 yaş),yeniyetməlik dövrünə(11-

12  yaşdan-13yaşa  qədər)  və  yeniyetməlikdən  ilk 

gəncliyə  keçən  dövrünə  (13  yaşdan-14-15  yaşa 

qədər) 


ayırmaq 

lazım 


gəlir.Bu 

ayrılmaya 

baxmayaraq    hər  üç  tipi    vahid  oxşar  xüsusiyyətlər 

birləşdirir.Lakin,bu  oxşarlıq  heç  də  tam  eynilik 

deyildir.Çünki 

uşaqların 

fərdi 

xüsusiyyətlərindən,böyüdüyü mühitdən və şəraitdən 



asılı  olaraq  onların  müəyyən  bir  məsələyə 

münasibətində qeyd olunan üç tip arasındakı fərqlər 

bəzən  aradan  qalxır.Yəni  10  yaşlı  hər  hansı  bir 

şagirdin  dərk  etmək  qabiliyyəti,əşyalara,anlayışlara 

münasibəti  yeniyetməlik  dövrünün  münasibətinə 

uyğun 


olur,bəzən 

də 


14 

yaşlı 


şagirdin 


Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə