Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə41/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   37   38   39   40   41   42   43   44   ...   83

fəallaşdırır 

və 


onların 

hafizəsini 

xeyli 

möhkəmləndirir. 



Uşaqlar 

oxu 


qaydalarına 

alışdırarkən  kitabxanaçı  kitabın  oxucuya  göstərə 

biləcəyi  emosional  təsirə  də  diqqət  verməlidir. 

Kitabxanaçı  bəzən  müəyyən  bir  kitabı  ucadan 

oxuduqdan  sonra  tanış  olmayan  sözlərin  mənasını 

tapmağı uşaqların özlərinə həvalə edir. Lakin bəzən 

lüğətdə  sözün  bir  neçə  mənası  olur.  Azyaşlı 

oxucular  yazıçının  bu  mənalardan  hansını  nəzərdə 

tutduğunu  başa  düşməkdə  çətinlik  çəkirlər. 

Uşaqların  oxuduqları  mətn  üzərində  düşünməsinə 

gəldikdə  isə  qeyd  etmək  lazımdır  ki,  II  sinif 

şagirdlərinə  deyəndə  ki,  kitabın  məzmununu  yadda 

saxlamaq  azdır  -  əsas  olan  odur  ki,  yazıçının  nə 

demək 


istədiyi 

başa  düşülsün,  onlar  xeyli 

təəccüblənirlər. 

III-IV  sinif  şagirdlərinə  gəldikdə  göstərmək 

lazımdır  ki,  oxuduqları  əsərin  əsas  fikrini  başa 

düşmək  onlar  üçün  çətin  deyildir,  lakin  bu  sahədə 

hələ onların lazımi vərdişləri yoxdur. Buna görə də 

kitabxanada  keçirilən  tədbirlərdə  bu  sahəyə  xüsusi 




diqqət  yetirmək  laızmdır.  Əsərin  əsas  ideyasının 

qavranılması  ilə  yanaşı,  həmin  ideyanı  müxtəsər 

formada  ifadə  eetməyi  bacarmağı  da  uşaqlara 

öyrətmək  lazımdır.  Bunun  üçün  kitabxanaçı  əsəri 

ucadan  oxuduqdan  sonra  uşaqlara  belə  bir  sual 

verir:  “Burada  nədən  danışlır?”  İlk  söz  II  sinif 

şagirdlərinə verilir. Onlar əsas məzmunu danışır və 

əsərin  təsirli  yerləri  üzərində  dayanmağı  bacarırlar. 

Kitabxanaçı  razı  qaldığını  bildirir  və  yenidən  belə 

bir  sual  verir:  “Bəs  kim  daha  yığcam  ifadə  edir?” 

Nəticədə  III  –  IV  sinif  şagirdləri  bir-birini  əvəz 

edərək  əsərin  əsas  ideyasını  müxtəsər  izah  etməyə 

çalışırlar.  Qeyd  etmək  lazımdır  ki,  əsərin  əsas 

ideyasını  tuta  bilmək  üçün  əsərin  məzmunu  yadda 

saxlamaq  lazımdır.  Oxuduğu  haqqında  qeydlər 

götürməknecə 

oxumaq 

haqqında 



söhbətin 

davamıdır.  Uşaqların  haqqında  qeydlər  kitabın 

məzmununun  daha  yaxşı  yadda  saxlanılmasına  və 

onun üzərində düşünməyə kömək edir. 

Həmçinin  uşaqların  oxuduqları  haqqında 

apardıqları  qeydlər  onların  yazılı  nitqini  inkişaf 




etdirir  və  onlarda  tənqidi  təfəkkürün  inkişafına 

kömək  edir.  Müasir  metodik  ədəbiyyatda  oxucu 

gündəliyinin necə tərtib olunması barədə göstərişləri 

mövcuddur. 

Uşaq 

kitabxanalarında 



oxucu 

gündəliklərinin tərtibi sahəsində işlərə xüsusi diqqət 

yetirilir.  Oxucunun  qeydlərindən  danışdıqda  ilk 

növbədə  uşaqların  oxuduqları  kitab  üzrə  çəkdikləri 

çəkilləri  göstərmək  lazımdır.  Bəzən  kitabxanalarda 

mövcud  olan  belə  şəkil  albomlarına  əsasən  uşaqlar 

özləri  üçün  şəkil  seçirlər.  Şəkil  –  oxunmuş  kitab 

haqqında  oxucu  qeydinin  ən  sadə  formasıdır.  İllər 

keçdikcə  oxucu  qeydləru  mürəkkəbləşir  və  uşaqlar 

tədricən nəinki kitab haqqında danışmağı, həmçinin 

öz  fikirlərini  kağız  üzərinə  köcürməyi  bacarırlar. 

Oxucu  qeydləri  nəinki  kitabı  başa  düşməyi  və 

qiymətləndirməyi,  həmçinin  onu  uzun  müddət 

yadda  saxlamağı  təmin  edir.  Bəzən  kitab  tamamilə 

unudularaq yalnız onun adı qalır. Bu halda oxucu öz 

qeydlərinə ötəri nəzər salmaqla kitabın məzmununu 

yada  salır.  Oxucu  qeydinin  bir  əhəmiyyəti  də 

bundan  ibarətdir  ki,  ötən  illərin  qeydlərinə  nəzər 

saldıqca  mütaliə  cəhətdən  özünün  nə  qədər  inkişaf 



etdiyinin  şahidi  olur.  Oxucu  qeydləri  oxunmuş 

kitabların  siyahısının  tutlmasından  başlana  bilər. 

Oxunmuş  kitablardan  başqa  oxunması  vacib  hesab 

edilən  kitabların  siyahısını  tutmaq  da  vacib  hesab 

edilir.  Oxucu  qeydlərinə  dair  söhbətlər  kitabı  necə 

oxumaq  haqqında  söhbətin  davamı  olan  təcrübi 

söhbətlər  şəklində  də  davam  etdirilir.    Kitabxanaçı 

uşaqlara  oxucu  gündəliyindəki  ilk  qyedi  kollektiv 

şəkildə etdirir və bu zaman uşaqlara tanış olan əsər 

seçilir.  Uşaqlar  əsərin  məzmununu  danışır  və  onun 

əsas  ideyasını  müəyyənləşdirirlər.  Kitabxanaçı  isə 

deyilənləri  müəyyənləşdirir  və  uşaqlara  kitab 

haqqında qeydlər etməyi məsləhət görür. 

Müasir  metodik  ədəbiyyat  oxucu  qeydlərinin 

tərtibini  uşaqların  yaş  dərəcəsi  ilə  əlaqələndirməyi 

tələb edir. 

I  –  II  sinif  şagirdlərinə  kitablara  dair  şəkil 

albomu  hazırlamaq  məsləhət  göürülür;  III  sinif 

şagirdləri isə kitabın əsas qəhrəmanı, kitabın  nədən 

bəhs  etdiyini  qeyd  etməlidir.  Onlar  kitab  haqqında 

şəxsi  mülahizələrini  də  söyləyə  bilirlər.  Oxucu 



qeydlərini  müəyyən  formasını  seçərkən  bir  şərtə 

ciddi  əməl  edilməlidir;  oxucu  qeydlərində  kitab 

haqqında  biliklər  və  kitabxanadakı  məşğələlərdə 

əldə  edilmiş  bacarıq  və  vərdişlər  hökmən  nəzərə 

alınmalıdır.  Qeyd  etmək  lazımdır  ki,  kiçik 

məktəbyaşlı  şagirdlərin  oxucu  gündəliyi  üzrə  işin 

təşkili  sahəsində  ümumtəhsil  məktəblərinin  sinif 

müəllimlərinin zəngin təcrübəsi vardır. Ona görə də 

kiçik məktəbyaşlı oxucu qeydləri üzrə  iş apararkən 

kitabxanaçılar 

sinif 

müəllimləri 



ilə 

əlbir 


işləməlidirlər. 

Kiçik  yaşlı  məktəblilərin  zəngin  bilik 

xəzinəsindənn özü üçün sərbəst kitab seçməsinə nail 

olmaq  uşaq  kitabxanalarının  qarşısında  duran  ən 

vacib  məsələlərdən  biridir.  İbtidai  sinif  şagirdləri 

kitab  seçərkən  adətən  kitab  sərgilərinə,  açıq  rəfə, 

kartotekalara,  biblioqrafik  göstəricilərə  müraciət 

edirlər. Uşaqlar sərbəst kitab seçmək üçün müxtəlif 

vasitələrdən  istifadə  etməzdən  əvvəl  kitabın 

quruluşu və onun ünsürləri haqqında dərin təsəvvürə 

malik olmalıdırlar. Bu məqsədlə kitabxanaçı kitabın 



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə