Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə39/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   35   36   37   38   39   40   41   42   ...   83

Kitabla 

davranış 

qaydaları 

haqqında 

məlumatları  nəinki  kiçik  məktəbyaşlıların,  hətta 

yuxarı  siniflərin  şagirdlərinə  də  xatırlatmaq 

lazımdır.  Kitabla  davranış  qaydaları  haqqında 

xüsusi  söhbət  əsasən  III-IV  sinif  şagirdləri  ilə 

aparılmalıdır.  Oxucuların  yaş  dərəcəsindən  asılı 

olaraq söhbətlərin mürəkkəbləşməsi heç də o demək 

deyildir  ki,  II  sinif  uşaqlarına  kitabı  çirkli  əllə 

götürməməyi, IV sinif şagirdlərinə isə nisbətən daha 

“mürəkkəb  olan”  bir  qaydanı,  yəni  kitabı  kəmərin 

altına  keçirməməyi  məsləhət  görməkdən  ibarətdir. 

Bu  cür  “mürəkkəbləşmə”  əsassızdır.  Uşaqlar  üçün 

xüsusilə  çətinlik  törədən  cəhətlərdən  biri  kitabı  nə 

üçün  qorumağın  mahiyyətini  başa  düşməkdən 

ibarətdir.  Bu  anlayış  uşaqlarda  tədricən  yaranır. 

Artıq IV sinif şagirdlərinə başa salmaq mümkündür 

ki, kitab həm  maddi, həm də  mənəvi sərvətdir.  Bu 

cəhətdən  70-ci  illəri  xatırladaraq  qeyd  etmək 

istərdim ki, Leninqrad şəhərinin məktəbləri ilə uşaq 

kitabxanalarının  əlbir  fəaliyyəti  təqdirə  layiqdir. 

Belə  ki,  sinif  müəllimləri  və  uşaq  kitabxanaçıları 

özlərinin  illik  iş  planlarında  kiçik  məktəbyaşlı 



şagirdləri  nəşriyyatlara  və  mətbəələrə  aparmağı 

planlaşdırırlar.  İl  ərzində  kiçik  məktəbyaşlı 

şagirdləri  mətbəələrə  aparır,  onlar  orada  kitabın 

əlyazması halından cildlənmiş şəklə düşənə qədərki 

keçdiyi  prosesi  müşahidə  edir,  bu  işin  çətin  və 

mürəkkəb proses olduğunu görürlər. İnsan əməyinin 

məhsulu  və  biliklərin  mənbəyi  olmaq  etibarilə 

kitabın dürüst əhəmiyyətini göstərən söhbət uşaqları 

onunla  ehtiyatlı  davranmaq  haqqında  lazımi 

nəticəyə  gətirib  çıxarır.  Belə  söhbətləri  eşitməmiş 

uşaqlar “kitabı nə üçün qorumaq lazımdır?” sualına 

adətən  belə  cavab  verirlər:  1.  “Kitabı  ona  görə 

qorumaq lazımdır ki, ona pul verilmişdir”. 2. “Kitab 

bizim dostumuzdur”. 3. “Kitabı cırsan, onu yoldaşa 

hədiyyə  etmək  olmaz”.  4.  “Kitabxananın  olduğu 

üçün kitabı qorumaq lazımdır”. 

Onlarla aparılan söhbətlərdən sonra uşaqların 

kitaba münasibəti və onu qiymətləndirmək meyli də 

xeyli  güclənir.  Mütaliə  gigiyenası  qaydaları  barədə 

aparılan söhbətlə kitabla ehtiyatlı davranış haqqında 

söhbətin  bir  hissəsi  kimi  uşaqlara  çatdırılmalıdır. 



Söhbətlərdə  uşaqlara  çatdırılmalı  olan  bir  neçə 

mütaliə gigiyenasının adını çəkək: 

1.

 

Uzanmış vəziyyətdə oxumaq olmaz. 



2.

 

Qaranlıqda oxumaq olmaz. 



3.

 

Kitab  üzərinə  işıq  soldan,  yaxud 



yuxarıdan düşməlidir. 

4.

 



Kitabla  göz  arasındakı  məsafə  30  sm-

dən çox olmamalıdır. 

5.

 

Hər saatdan bir göz 10 dəqiqə istirahət 



etməlidir. 

6.

 



Süfrə  başında  kitab  vərəqləmək  və 

mütaliə etmək olmaz. 

7.

 

Həm  mütaliədən  əvvəl,  həm  də  sonra 



əlləri sabunla yumaq lazımdır və s. 

Söhbətlərin  daha  təsirli  çıxması  üçün  sərgi 

düzəltmək,  həmin  sərgidə  oxucuların  korladıqları 

kitabları  təmiz,  səliqəli  kitablarla  yanaşı  qoymaq 

məqsədə  müvafiq  hesab  edilir.  Bu  cür  sərgi  – 

korlanmış  kitablar  və  təhqir  olunmuş  insan  əməyi 

uşaqlarda  hiddət  və  nifrət  doğurur.  Lakin  bu  hələ 

kifayət  deyildir.  Çalışmaq  lazımdır  ki,kitabların 




səhifələrinin  cırılması  yaxud  qaralanması  ucundan 

müvafiq  bilikləri  əldə  edə  bilməyən  şagirdlərdə 

dərin təəssüf hissi əmələ gəlsin. Bu məqsədlə həmin 

yaş dərəcəsi üçün maraqlı olan kitabların xülasəsini 

təşkil  etmək  yerinə  düşər.  Həmin  xülasənin 

gedişində  “birdən”  aydın  olur  ki,  indicə  haqqında 

danışılan  şeirin  yerləşdiyi  səhifəni  kimsə  cırmışdır 

və  ya  cildi  olmadığından  bu  maraqlı  kitabın  adını 

müəyyənləşdirmək  çətindir.  S.Marşakın  “Kitablar 

haqqında  kitabça”  artıq  üçüncü  sinif  şagirdlərinə 

bəllidir  və  kitabla  ehtiyatlı  davranışa  dair  faydalı 

əyani  vəsaitdir.  Bu  şeirin  oxunmasından  sonra 

uşaqlara  belə  bir  sual  verilir.  “Bəs  sən  özün  öz 

kitablarınla  necə  rəftar  edirsən?  Kitablarını  və 

dərsliklərini göstər!” III sinifdə keçirilən “Tap görək 

burada nə yazılmışdır?” oyunu böyük marağa səbəb 

olur.  Aparıcı  kitabla  necə  rəftar  etmək  lazım 

gəldiyini  göstərərkən  qəsdən  bəzi  səhv  hərəkətlərə 

yol 

verir. 


Məsələn, 

kitabı 


vərəqləyərkən 

barmaqlarını yaşlayır, bu zaman uşaqlar xorla etiraz 

edirlər və aparıcı barmaqlarını yaşlamağı dayandırır, 

lakin  indi  də  kitabı  aşağı  küncdən  vərəqləməyə 




başlayır. “Belə yaramaz!” – deyə uşaqlar qışqırırlar. 

“Onda  siz  göstərin  kitabı  necə  vərəqləmək 

lazımdır!”  – deyə aparıcı uşaqlara müraciət edir və 

özü  isə  qəsdən  kitabın  küncünü  qatlamaq  istəyir. 

Yalnız  uşaqların  ciddi  etirazlarından  sonra  kitabın 

arasına  əlfəcin  –  qalın  karandaş  qoyur.  Fikrimizcə, 

bu 

oyun 


kitabla 

rəftar 


haqqında  bilikləri 

möhkəmlətməyin  yaxşı  vasitəsidir.  Qeyd  etmək 

lazımdır  ki,  bu  oyunu  yalnız  o  zaman  keçirmək 

lazımdır  ki,  uşaqlarda  kitabla  davranış  qaydalarına 

aid müəyyən anlayışlar artıq yaranmış olsun. 

1.

 



Kitabı  kağıza  bük.  Onda  kitabın  cildi 

çirklənməz. 

2.

 

Yemək  yeyərkən  kitab  oxuma  –  onu 



çirkləndirə bilərsən. 

3.

 



Kitabın içinə karandaş, qələm və başqa 

qalın şeylər qoyma – bundan kitabın cildi cırılar. 

4.

 

Kitabın 



səhifələrinin 

künclərini 

qatlama  –  künclər  cırılar,  kitab  xarab  olar,  kitab 

üçün əlfəcin düzəlt. 




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə