Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə36/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   32   33   34   35   36   37   38   39   ...   83

Kiçik  məktəbyaşlı  oxucuların  kitabın  qəhrəmanına 

bəslədiyi  münasibət  müəyyən  dərəcədə  onun  bədii 

əsəri necə başa düşdüyünü təyin edir.  

Qeyd  etmək  lazımdır  ki,  oxunmuş  kitab 

haqqında  söhbətin  müvəffəqiyyətli  gedişi  hər 

şeydən əvvəl kitabxanaçının pedaqoji səriştəsindən, 

uşaqları maraqlandıran məsələləri nə dərəcədə təhlil 

etməsindən,  qoyulan  suallara  qarşı  uşaqda  canlı 

reaksiya  yaratmaq  bacarığından  çox  asılıdır.  Bütün 

yuxarıda  göstərilən  söhbəti  aparmaq  üsulları 

aşağıdakı nəticəyə gəlməyə imkan verir: 

1.

 



Sualların  düzgün  seçilməsi,  xüsusilə 

mühümdür.  Bu  sualları  elə  qurmaq  lazımdır  ki, 

oxucuda 

əsərin  mahiyyətini  şüurlu  surətdə 

qavramağa  kəskin  ehtiyac  yaratsın,  sualların 

qoyuluşu  uşaqların  yaş  səviyyəsinə  uyğun  gəlsin, 

onlardafikir fəallığı yaratsın. 

2.

 



Söhbətdə  bədii  əsərin  xarakterindən, 

oxucunun  psixoloji  xüsusiyyətlərindən,  əsərin 

qavranılmasından, 

söhbətin 

yerindən 

və 


məsqədindən  asılı  olaraq  müxtəlif  üsullardan 


istifadə  etmək  laızmdır.  Buna  görə  də  oxunmuş 

kitab  haqqında  söhbətin  aparılmasına  vahid  resept 

vermək  olmaz.  Söhbətdə  tətbiq  olunan  üsullarda 

xüsusən  verilən  suallarda  şablonçuluğa  yol 

verilməməlidir. 

3.

 



Bəzi  hallarda,  uşağın  fikrini  və  hissini 

qiymətləndirmək  üçün  bir  sual,  bəzən  isə  bir  neçə 

sual  vermək  lazım  gəlir.  Belə  hallarda  suallar 

düşünülmüş  şəkildə  qurulmalıdır  ki,  əsərin 

məzmunu 

uşaq 


tərəfindən 

bütünlükdə 

mənimsənilsin. 

4.

 



Hər bir oxucunun əsəri qavraması yolu 

ilə  ondan  müəyyən  nəticə  çıxarmasına  çalışmaq 

məsləhət  deyildir.  Kiçik  yaşlı  uşaqlarla  aparılan 

söhbəti  təbiət  mənzərəsinə,  hadisə  və  bədii 

ifadələrlə  həsr  etməklə  məhdudlaşdırmaq  olar. 

Çünki  burada  məqsəd  uşağın  əsəri  lazımınca 

qavradığı  yerləri  dərindən  hiss  edib  duymasına 

kömək etmək üçün onu bir daha yada salmaqdır. 

5.

 

Hər  hansı  bir  söhbətdə  əsərin  “ən 



başlıca  cəhətini”,  “nəticəsini”  deməyi  birdən-birə 

tələb  edən  üsullardan  istifadə  etmək  və  suallar 




vermək  məsləhət  görülmür.  Çünki  bədii  əsərin  bir 

incəsənət  əsəri  kimi  spesifik  xüsusiyyətlərini  inkar 

etmək və kiçik yaşlı uşaqların əsəri müxtəlif şəkildə 

qavramasını yaddan çıxarmaq olmaz. 

  

Kiçik məktəbyaşlı uşaqların mütaliəsinə fərdi 



rəhbərlik 

işinin  qarşısında  qoyulan  mühüm 

tələblədən  biri  də  onlarda  mütaliə  mədəniyyəti 

tərbiyə etməkdir. Uşaqlara kitab tövsiyəsi zamanı və 

oxunmuş  kitabı  qəbul  edərkən  kitabla  davranış 

qaydalarını,  oxu  texnikasını,  mütaliə  gigiyenası  və 

s. 

haqqında 



vaxtaşırı 

məsləhətlər 

vermək 

məqsədəuyğundur. 



Bütün  bunlar  məktəblilərin  oxucu  kimi 

formalaşması  üçün  mühüm  amillərdir.    Uşaqların 

mütaliə  məədniyyəti  tərbiyəsi  ilə  sırf  pedaqoji 

qaydada  ilk  növbədə  məktəbdə  məşğul  olunur. 

Hərflərin  öyrədilməsi,  sözlərin  oxunuşu,  tələffüz 

qaydaları,  kitabla  düzgün  davranış  və  s.  qaydalar 

müəllim tərəfindən aşılanır.  



Bəs 

bu 


sahədə 

uşaq  kitabxanalarının 

fəaliyyəti nə vaxtdan başlanır? 

Oxumağı  təzəcə  öyrənmiş  birinci  sinif 

şagirdlərinin  kitabxanaya  gəldiyi  ilk  gündən 

kitabxanaçı  onların  mütaliə  məədniyyəti  tərbiyəsi 

ilə  məşğul  olmağa  başlayır.  Birinci  sinif  şagirdləri 

bir  qayda  olaraq  dərs  ilinin  ikinci  yarısından 

başlayaraq  sinif  müəlliminin  rəhbərliyi  altında 

kitabxanaya  üzv  yazılırlar.  Kiçik  oxucunun 

kitabxanaya 

ilk 


gəlişi 

zamanı  əldə  etdiyi 

təsəvvürdən 

çox 


şey 

asılıdır. 

Kitabxanaçı 

çalışmalıdır  ki,  məktəbli  oxucunun  kitabxana  ilə 

tanışlığı  onda  sevinc  hissi  oyadan  hadisəyə 

çevrilsin.  Bu  məqsədlə  kitabxanaçı  söhbəti  elə 

qurmalıdır  ki,  uşaqda  kitabxananın  daimi  oxucusu 

olmaq  həvəsi  oyansın.  Ilk  söhbət  zamanı  həmçinin 

kiçik  məktəbli  kitabxana  kitabın  ictimai  mülkiyyət 

olduğunu,  hamının  istifadəsi  üçün  nəzərdə 

tutulduğunu  dərk  etməklə  bərabər,  kitabxanadan 

istifadə  qaydaları  ilə  də  tanış  olur.  Bu  tanışlıqdan 

sonra kitabxanaçı kiçik məktəbli üçün müvafiq olan 



2-3  maraqlı  kitab  seçib  onların  haqqında  məlumat 

verir  və  oxunmasını  məsləhət  görür.  Bununla  da 

kiçik  məktəblinin  kitabxana  ilə,    bu  zəngin  bilik 

xəzinəsi  ilə  əlaqəsi  başlanır.  O,  oxuyub  qurtardığı 

kitabları  tezliklə  kitabxanaya  qaytarıb  yenisini 

götürmək  istəyir.  Onu  bir  şey  maraqlandırır. 

Kitabxanadan  daha  çox  yeni-yeni  maraqlı  kitablar 

alıb  oxusun.  Lakin  kitabxanaşünaslıq  elmi  haqLı 

olaraq bu cür kortəbii mütaliəni məqbul hesab etmir. 

Bir  sıra  kitabxanaşünasların  fikirləri  və  qocaman 

kitabxanaçıların  təcrübələri  təsdir  edir  ki,  mütaliə 

sənətinə  yenicə  qədəm  qoyan  hər  bir  oxucunu 

şüurlu  mütaliəyə  istiqamətləndirmək  lazımdır. 

Kitabxanaçı öz işini kitab paylamaqla bitmiş hesab 

etməməli,  məktəbyaşlı  uşaqlarda  kitaba  daimi 

maraq  tərbiyə  etməli,  onların  səviyyəsinə  uyğun 

gələn  kitabları  təlim  proqramları  ilə,  ictimai 

hadisələrlə, 

uşağın 

şəxsi 


maraqları 

ilə 


əlaqələndirməlidir.  O,  uşağa  kitabı  şüurlu  mütaliə 

etməyi, kitabın  məzmununu  dərindən  başa düşməyi 

və  yadda  saxlamağı,  təhsildə  və  şəxsi  təhsildə  əldə 

etdikləri 

bilikləri 

təcrübədə 

tətbiq 

etməyi 



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə