Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə34/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   30   31   32   33   34   35   36   37   ...   83

oxuyarkən  onun  haqqında  mühakimə  yürütmək 

imkanına  malik  olması  nəzərdə  tutulmalıdır. 

Əlbəttə,  məktəbli  oxucunun  ocuduqları  kitablar 

haqqında  mühakimə  yürütmək  imkanları  və 

bacarıqları  daima  inkişaf  etmək  qabiliyyətinə 

malikdir.Bu  isə  əsasən  uşağın  valideynlərinin, 

müəllimlərin  və  kitabxanaçının  məsələyə  ciddi 

münasibətindən asılıdır. Çünki hər hansı bir məsələ 

haqqında  mühakimə  yürütmək,  fikir  söyləmək 

qabiliyyəti təkcə fitri istedadla deyil, həm də vərdiş 

və təcrübə ilə əlaqədardır. 

Kiçik  məktəbyaşlı  şagirdlərin  kitabxanaçıya 

müraciətində  mövzu  sorğuları  da  konkret  sorğuya 

nisbətən  üstünlük  təşkil  edir. Çünki  onlar hər  hansı 

bir  müəlliflə  və  ya  onun  əsərləri  tanış  olmadıqları 

üçün konkret sorğu ilə nadir halda müraciət edirlər. 

Bu  yaşlı  oxucuların,  xüsusilə  üçüncü  və  dördüncü 

sinif şagirdlərinin mövzu sorğuları əsasən heyvanlar 

aləmi,  məktəblilərin  həyatı  və  müharibə  haqqında 

olur.  Məktəbli  oxucularda  kiçik  yaşlarından 

müəyyən bir mövzuya maraq yaranması çox müsbət 



haldır. 

Klassik 


pedaqoqlar, 

cümlədən 



Azərbaycanın  görkəmli  şairi  Seyid  Əzim  Şirvani 

özünün  pedaqoji  təcrübəsinə  əsaslanaraq  qeyd 

edirdi  ki,  insanda  kiçik  yaşlarından  başlayaraq  hər 

hansı  bir  bilik  sahəsinə  sabit  maraq  onun  ümumi 

inkişafı üçün mühüm rol oynaya bilər. Bu baxımdan 

müasir  uşaq  kitabxanaçısı  kiçik  məktəbyaşlı 

oxucuların  mütaliəsinə  fərdi  rəhbərlik  edərkən 

onların  hər  birinin  müvafiq  mövzu  sorğularına 

diqqətlə  yanaşılmalı,  bu  mövzuya  olan  marağı 

sabitləşdirməyə  və  dərinləşdirməyə  çalışmalıdır. 

Müəyyən  mövzu  sorğusu  ilə  müraciət  edən  oxucu 

ilə  söhbətdə  kitabxanaçı  sorğunun  səbəbini  dəqiq 

müəyyənləşdirməyə  çalışmalıdır.  Bununla  əlaqədar 

oxucunun  bu  mövzu  üzrə  hansı  kitabları 

oxuduğunu,  onların  içərisində  hansıları  daha  çox 

xoşladığını  müəyyənləşdirmək  lazımdır.  Kiçik 

məktəbyaşlı  oxucuların  mövzu  sorğularını  ödəmək 

məqsədilə  bu  məktəblilər  üçün  nəzərdə  tutulan 

mövzu 

tövciyə 


göstəricilərin, 

yaddaşlarına 

kitabxananın  mövzu  tövsiyyə  göstəricilərinə, 

kataqlarına  müraciət  etməklə  uşağın  çarağına 




müvafiq  mövzuya  dair  mütaliə  planı  tərtib 

edilməlidir. 

Təcrübə  göstərir  ki,  mövzuya  dair  tərtib 

edilən  mütaliə  planı  üzrə  oxumaq  uşaqlarda  kiçik 

yaşlarından  sistemli  və  planlı  mütaliə  vərdişi 

aşılayır  ki,  bu  da  onların  oxucu  kimi 

formalaşmasmasında  mühüm  əhəmiyyət  kəsb  edir. 

Kiçik  məktəbyaşlı  oxuculara  planlı  mütaliə  vərdişi 

aşılayan kitabxanaçı onlar üçün mütaliə planı tərtib 

edərkən həm də ayrı-aryı oxuculara, xüsusilə III-IV 

sinif şagirdlərinə özləri üçün müstəqil mütaliə planı 

tərtib  etməyi  də  öyrətməlidir.  Bununla  əlaqədar 

olaraq  uşaqlara  onlar  üçün  nəzərdə  tutulan 

biblioqrafik vəsaitlərdən, kataloq və kartotekalardan 

açıq  rəfdən  istifadə  etmək,  seçdiyi  kitabların 

elementar biblioqrafik siyahısını tərtib etmək vərdişi 

aşılanmalıdır. 

Kiçik 


məktəbyaşlı 

oxucular 

kitabxanaçıya  konkret  sorğularla  da  müraciət 

edirlər.  Lakin  bu  yaş  qrupu  içərisində  sorğuya 

müraciətdə III-IV sinif şagirdləri fərqlənirlər. Kiçik 

məktəbyaşlı oxucuların konkret kitaba olan sorğusu 




zamanı  da  kitabxanaçı  onlarla  sorğu  ətrafında 

söhbət  aparmalıdır.  Bu  söhbətdə  soruşulan  kitabın 

həmin  uşağın  yaş  dövrünə,  ümumi  səviyyəsinə  və 

marağına  müvafiq  olub-olmaması  araşdırılmalıdır. 

Konkret  sorğu  zamanı  kitabxanaçı  həmin  sorğunu 

doğuran  səbəbi  öyrənməli,  uşağın  istədiyi  kitaba 

olan  marağının  və  daxili  tələbatının  səviyyəsini 

müəyyənləşdirməlidir.Əgər  soruşulan  kitab  uşağın 

mütaliəsi  üçün  münasib  deyildirsə,  kitabxanaçı 

özünün  hər  cür  imkanından  istifadə  istifadə  edərək 

onu  oxucunu  maraqlandıran  cəhətlərə  cavab  verən 

başqa daha müvafiq kitabla əvəz etməlidir. Bu işdə 

kitabxanaçıdan  yüksək  pedaqoji  bacarıq,  kitab 

fondunu  yaxşı  bilmək  tələb  olunur.  Uşaqların 

mütaliəsi üçün kitabların seçilməsi ilə əlaqədar irəli 

sürülən  bu  düzgün  tələblərə  riayət  etmək  uşaq 

kitabxanaları  işçilərinin  pedaqoji  vəzifələridir. 

Məktəbli 

oxucuların 

– 

xüsusilə 



kiçik 

məktəbyaşlıların  mütaliəsinə  fərdi  rəhbərlik  onlar 

üçün  münasib  kitabların  seçilməsi  ilə  bitmir.  Həm 

də  seçilən  hər  bir  kitabın  oxunması    üçün  həvəs 

oyatmaq və ondan səmərəli istifadə etmək qaydaları 



haqqında  müəyyən  məsləhətlər  vermək  lazımdır. 

Kitabxanaçının 

məsləhətləri 

isə 


konkret 

nümunələrlə 

müşayiət 

olunmalıdır. 

Uşaq 

kitabxanaçısı  uşaqların  mütaliəsinə  fərdi  rəhbərlik 



edərkən  öz işini oxucuları lazımi  ədəbiyyatla  təmin 

etməklə  kifayətlənə  bilməz.  Bu  işdə  vacib 

cəhətlərdən  biri  də  uşaqlarda,  onların  təfəkküründə 

yaranan hər bir sualın cavabını kitablarda axtarmaq 

ideyasını  yaratmaq  və  bu  ideyanı  vərdişə 

çevirməkdən  ibarətdir.  Bu  vərdişin  əhəmiyyəti 

onunla  izah  edilir  ki,  insan  ömrünün  bütün 

dövrlərinə  nisbətən  kiçik  məktəbyaşlı  dövrü  əttraf 

mühitə  və  gerçəkliyə  qarşı  daha  həssas  və 

maraqlanan  olur.  Hər  şeyə  maraq  məhz  aramsız 

olaraq  “Bu  nədir?”,  “Bu  kimdir?”,  “Niyə?”,  “Nə 

üçün?”  kimi  sualların  yaranmasına  səbəb  olur.  Bu 

cür  sualların  müəyyən  qədər  faizinin  cavabının 

müstəqil  olaraq  kitablarda  araşdırılması  uşaqlarda 

vərdişə  çevrilərsə,  onların  müstəqil  inkişafı  üçün 

mühüm  zəmin  yaratmış  olur.  Məlumdur  ki,  kiçik 

yaşlı şagirdlər əsasən bədii əsərlərin oxucusu hesab 

olunurlar.  Ona  görə  də  kitabxanaçı  məktəblilərin 




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə