Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə33/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   29   30   31   32   33   34   35   36   ...   83

Bu  yaşda  olan  məktəblilər  oxuduqlarına 

münasibətlərini  bildirərkən  kitab  “xoşuma  gəldi”, 

yaxud  “xoşuma  gəlmədi”  deyirlər.  Qəhrəmana, 

obrazlara  münasibətdə  isə  “pisdir”,  yaxud 

“yaxşıdır”  –  deyə  qiymətləndirirlər.  Məsələn 

Müşviqin  “Şəngül,  Şüngül,  Məngül”  mənzum 

nağılını oxuyarkən “Qurd pisdir”, “keçi yaxşıdır” – 

deyirlər.  Üçüncü  sinif  şagirdləri  bir  çox  cəhətdən 

özündən  kiçik  həm  qruplarından  fərqlənirlər  ki, 

mütaliəyə  rəhbərlik  işində  həmin  cəhətlər  nəzərə 

alınmalıdır.Artıq  bu  yaşda  şagirdlər  oxuduqları 

haqqında 

fikirləşməyə 

başlayırlar. 

Onlarda 

dinləməyə nisbətən özləri oxumağa  maraq üstünlük 

təşkil  edir.  Eyni  zamanda  nağıllarla  bərabər,  artıq 

hekayə  oxumağa  da həvəs  göstərirlər. Bu  şagirdləri 

kitabdakı 

qəhrəmanların 

taleyi 

daha 


çox 

maraqlandırır.  Onlar  həmin  qəhrəmanların  əsas 

hərəkətləri ilə maraqlanır, onların psixoloji xarakteri 

haqqında 

düşünmürlər. 

Əsərdəki 

obrazları 

qiymətləndirmək  cəhətdən  üçüncü  sinif  şagirdləri 

kiçik  yoldaşlarında    fərqlənirlər.  Onlar  “yaxşıdır” 

əvəzinə  “cəsusdur”,  “qormxazdır”,  “xeyirxahdır”, 




“düzgünlüyü  sevir”,  “pisdir”  əvəzinə  “hiyləgərdir”, 

“yalançıdır”, “tamahkardır”, “qorxaqdır” və s. kimi 

obrazın xarakterinə münasib sözlər işlədirlər. 

Onların  əsərin  qəhrəmanlarına  verdikləri 

qiymət  və  münasibət  həmin  əsərə  münasibətləri  ilə 

eynilik 


təşkil 

edir.  Kiçik  yaşlı  oxucunun 

kitabxanada  tərbiyə  olunması  onun  kitabxanaya 

qədəm  basdığı  ilk  gündən  başlanılır.  Oxumağı 

təzəcə öyrənmiş birinci sinif şagirdinin kitabxanaya 

üzv  yazıldığı  ilk  gündən  başlayaraq  kitabxanaçı 

onun mütaliəsinin istiqamətverici vəzifəsini özünün 

müqəddəs  borcu  bilməlidir.  Müstəqillik  şəraitində 

və  beynəlxalq  aləmdə  cəmiyətlər  arasında  ideoloji 

mübarizənin  kəskinləşdiyi  bir  dövrdə  uşaqların, 

yetişməkdə olan gənc nəslin məqsədyönlü tərbiyəsi 

günün  vacib  problemidir.Yetişməkdə  olan  nəslin 

düzgün  tərbiyəsi  dövlətin  və  bütün  xalqın  daim 

diqqət  mərkəzindədir.  Bu  vəzifəni  yerinə  yetirmək 

işi  başlıca  olaraq,  ailələrə,  məktəblərə,  ictimai 

təşkilatlara, məktəbdənkənar tərbiyə müəssisələrinə, 

o cümlədən kitabxanalara həvalə edilmişdir. Məlum 



həqiqətdir  ki,  tərbiyə  işində  öyrətmək  başlıca 

vasitədir. Ona görə də kitabxanaların üzərinə düşən 

vəzifə  daha  böyük  məsuliyyət  tələb  edir.  Bu 

baxımdan  mütaliə  vasitəsilə  öyrətmək,  öyrətməklə 

tərbiyə etmək vəzifəsini öz üzərinə götürən uşaq və 

məktəb  kitabxanalarının  işi  daha  rəngarəng  və 

çoxcəhətlidir.  Tərbiyə  uşaq  şəxsiyyətinin  planlı  və 

məqsədəuyğun  formalaşması  deməkdir.  Uşaqların 

mütaliəsinə  rəhbərlik  isə  onların  tərbiyə  edilnəsi 

prosesinin  tərkib  hissəsidir.  Mütaliə  dərin  şəxsi 

proses  olub,  uşağın  fərdi  inkişaf  xüsusiyyətləri  ilə 

onun  marağı,  meyli  və  qabiliyyəti  ilə  sıx 

əlaqədardır.  Məhz  uşaqlarda  bu  cəhətlərin  fəqli 

olması müəyyən bir kitaba münasibətdə və  mütaliə 

prosesində  özünü  aydın  hiss  etdirir.  Hər  hansı  bir 

kitab,  hətta  eyni  yaşda  olan  bir  neçə  məktəbliyə 

müxtəlif cür təsir edir. Bu müxtəlifflik bütün yaşdan 

oxucuların,  o  cümlədən  kiçik  məktəbyaşlı 

şagirdlərin  mütaliəsinə  fərdi  rəhbərlik  ideyasını 

qarşıya  qoyur.  Kiçik  məktəbyaşlı  uşaqların  I-IV 

sinif  şagirdlərin  mütaliəsinə  fərdi  rəhbərlik  etmək  

üçün  kitabxanaçı  yalnız  məktəb  proqramını  deyil, 




eyni  zamanda  hər  bir  oxucunun  özünəməxsus  fərdi 

xüsusiyyətlərini  pedaqoji  və  psixoloji  baxımdan 

nəzərə  almalıdır.  Mütaliəyə  fərdi  rəhbərliyin 

müvəffəqiyyətli  təşkili  sorğusu  ödənilən  hər  bir 

oxucunu  və  tövsiyə  olunna  hər  bir  kitabı  yaxşı 

tanımaqla  əlaqədardır.  Bu  işdə  hər  bir  oxucuya  öz 

kitabını, hər kitabı öz oxucusuna prinsipi həll edilir. 

Kiçik  məktəbyaşlı  oxucuların  mütaliəsinə  fərdi 

rəhbərlik  –  onların  yalnız  sorğulaını  düzgün 

ödəməkdən  ibarət  deyildir,  həm  də  məktəblidə 

mütaliəyə  güclü  maraq  yaratmağı  tələb  edir.  Bu  iş 

məktəblinin  kitabxanaya  yazıldığı  gündən  ona 

pedaqoji  cəhətdən  yanaşmanın  başlıca  məqsədi 

olmalıdır. 

Adətən birinci sinif şagirdləri dərs ilinin iknci 

yarısından  kitabxanaya  müstəqil  üzv  kimi  yazılır. 

Bu  yaşlı  oxucuların  mütaliəsinə  müvəffəqiyyətlə 

rəhbərlik  etməyin  əsası  məhz  onların  kitabxanaya 

ilk  gəlişindən  başlanmalıdır.  Kitabxanaçı  kiçik 

məktəblini  mehribanlıqla  qarşılayaraq  ona  maraqlı 

şəkilli  kitablar  göstərir,  onların  haqqında  məlumat 



verir,  maraq  yaradır.  Sonra  isə  maraq  doğuran 

həmin kitablardan birini, ikisini oxumaq üçün verir. 

Kiçik  məktəbyaşlı  oxucular  kitabxanaya  adətən 

qeyri-müəyyən sorğu ilə gəlir, nə barədə nə oxumaq 

istədiklərini  deyə  bilmirlər.  Belə  bir  şəraitdə  onlar 

yaxşı  məsləhətçiyə,  təcrübəli  pedaqoqun  köməyinə 

ehtiyac  hiss  edirlər.  Onda,  kitabxanaçı  maraq 

doğuran suallarla oxucuya müraciət edir, onun istər 

janr, istər mövzu, istərsə də konkret müəllif üzrə nə 

oxumaq 


istədiyini 

aydınlaşdıraraq, 

müvafiq 

kitabların  adlarını  çəkir,  onların  haqqında  yığcam 

məlumat 

verir, 


həmin 

kitablarda  bu  yaşlı 

məktəblilərin maraq dünyasına yaxın olan obrazları 

xatırladır.  Söhbət  prosesində  kitabxanaçı  oxucunun 

sifətində  söhbətin  məzmununa  qarşı  müsbət 

reaksiyaanı  izləyərək,  münasib  bildiyi  kitabı  ona 

tövsiyə  edir.  Tövsiyə  olunan  kitabın  oxucu  üçün 

münasibliyi  müxtəlif  cəhətdən  izah  olunur.  Bu 

baxımdan  kiçik  məktəbyaşlı  oxucuılar  üçün  hər 

hansı  bir  kitabın  münasibliyi  dedikdə,  burada 

kitabın  maraqlılığı  nəzərə  alınmaqla  bərabər,  ən 

başlıcası  məktəbli  oxucunun  həmin  kitabı 




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə