Uşaqlarda qaraciyər sirrozu



Yüklə 1,3 Mb.
səhifə5/5
tarix11.05.2022
ölçüsü1,3 Mb.
#86690
1   2   3   4   5
Uşaqlarda qaraciyər sirrozu

Klinika

  • Postnekrotik sirroz zamanı sarılıq, dispepsiya əlamətləri, intoksikasiya, portal hipertenziya zamanı isə septal sirroz da özünü büruzə verir. Latent gedişdə isə ilk əlamət kimi mədə-bağırsaq qanaxmaları ilə müşayiət olunur.
  • Biliar sirroz zamanı davamlı sarılıq, əzabverici dəri qaşınmaları, axolik nəcis, getdikcə artan intoksikasiya əlamətləri, splenomeqaliya qeyd olunur.
  • Qaraciyərin sirrozunun ağırlıq dərəcəsini müəyyən etmək üçün Çayld – Pyu şkalasından istifadə edilir

Diaqnoz

  • anamnez və klinik əlamətlər
  • virus mənşəli olduqda qanda HBsAg, HBcAg, HbeAg anticisimləri təyin edilir.
  • biokimyəvi testlər – aldolazanın, transaminazanın, sorbitdehidrogenaza və s., qanda zülal fraksiyalarının təyini, xolesterinin, bilirubinin, AlAT, AsAT-ın, qələvi fosfatazanın, lipoproteidlərin təyin edilməsi
  • koaquloqramma
  • immunqramma – α fetoproteinin təyini, düz və qeyri-düz Kumbs reaksiyası, DİK–in təyini üzrə və s. müayinələr aparılır
  • qaraciyər sirrozunun morfologiyasını müəyyən etmək üçün - punksion biopsiya, laporoskopiya, exotomoqrafiya edilir.

Müalicə

  • Qaraciyər sirrozunun müalicəsi etioloji amili aradan qaldırmaqla patogenetik istiqamətdə aparılır.
  • Xəstəliyin kəskinləşməsi dövründə yataq rejimi təyin olunur
  • Pəhriz - vitaminlərlə zəngin, zülallar yaşa uyğun, karbohidratlarla bol (qaraciyərin qlikogen əmələgətirmə funksiyasını yaxşılaşdırmaq üçün). Yağlar və duzlar isə məhdudlaşdırılmalıdır
  • Həyatı göstəriş olduqda qarın boşluğunun punksiyası aparılır.

İstifadə olunan dərmanlar

  • lipotrop dərmanlar – xolin-xlorid, metionin, lipamid, lipoy turşusumütəmadi olaraq təyin edilir.
  • hepatoprotektorlar – ursosan, ursofalk, esensial, heptral, karsil, xofitol və s.
  • dezintoksikasion müalicə - hemodez, qlükoza və s. vena daxilinə təyin edilir.
  • sidik qovucular – portal hipertenziya və assit zamanı təyin olunur. Veraşpiron, furosemid və s. verilir
  • zülali preparatlar – 20%-li albumin, nativ zülal venadaxilinə vurulur.
  • qan laxtalandırıcı dərmanlar - qanaxmalar zamanı vikasol, 5%-li epsilon- aminkapron turşusu təyin olunur.
  • steroid hormonlar – prednizalon əvvəlcə 1 mq/kq dozada 2- 3 ay, daha sonra isə sutkada 10 mq 1-2 il müddətində təyin olunur. Bu hormonla yanaşı kalium preparatı da verilir. Portal hipertenziya nəticəsində baş verən qanaxmalarda prednizalonun verilməsi əks göstərişdir.
  • sitostatiklər – autoimmun proseslər zamanı verilir.

Diqqətinizə görə Təşəkkürlər!

Son


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə