Ustad Hüseyn Ənsariyan


Qeyri-şər`i qazanclar haqqında



Yüklə 1,03 Mb.
səhifə42/48
tarix02.01.2018
ölçüsü1,03 Mb.
#19435
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

Qeyri-şər`i qazanclar haqqında


İslam dini cəmiyyətin iqtisadi strukturlarının islahı üçün müsəlmanları sağlam iqtisadi fəaliyyətlərə həvəsləndirməklə yanaşı, onları haram qazanclardan çəkindirir. Haram qazancın təhlükə aqibəti ilə bağlı ciddi xəbərdarlıq olunur. Bə`zi dəyərli buyuruqları nəzərdən keçirək:

1. İmam Sadiq (ə) buyurur: “Haram qazanc insanın nəslində özünü göstərir”1; “Haram yolla mö`minin malını qəsb edən şəxs mənə dost deyil.”2

2. İmam Hadi (ə) buyurur: “Haram malın artımı yoxdur. Bu artsa belə bərəkətsizdir. Haram maldan Allah yolunda sərf olunsa, bunun savabı olmaz. Haram maldan nə qalarsa Cəhənnəm odu üçün azuqədir.”3

3. İmam Həsən Əskəri (ə) buyurur: “Əsli haramdan əldə olunan şeyin xeyri yoxdur və onu xərcləmək halal deyil.”4

İslam müamilə ilə bağlı yuxarıdakı şərtləri sadalamaqla yanaşı bə`zi haram qazancları qeyd edir:

1. Oğurluq; Həzrət Peyğəmbər (s) buyurur: “Dörd iş evə daxil olan kimi onu xaraba qoyur, bərəkətini aradan qaldırır: xəyanət, oğurluq, şərabxorluq və zina.”1

Oğurluq üçün İslamda konkret cəzalar nəzərdə tutulur. Birinci oğurluqda müəyyən şərtlər daxilində sağ əlin dörd barmağı kəsilir, ikinci oğurluqda sol ayaq pəncəsi ortadan kəsilir, üçüncü oğurluqda şəxs əbədi həbsə məhkum olunur, dördüncü oğurluq baş verərsə, oğru e`dam edilir.

2. Quldurluq; Silahlı şəkildə insanların mülkünə hücum edən şəxs Allah və Peyğəmbərlə (s) müharibəyə qalxmış sayılır. Belə bir şəxs üçün dörd cəzadan biri tə`yin olunur: ölüm, dara çəkilmə, sağ əl və sol ayağın kəsilməsi, yaşadığı şəhərdən sürgün.2

3. Möhtəkirlik; Xalqın ciddi ehtiyac duyduğu malın qiymətini qaldırmaq məqsədi ilə onu bir yerə yığıb satışa buraxmamaq. Bu əməl mə`sumlardan nəql olunmuş rəvayətlərdə ciddi məzəmmət edilir. Möhtəkir məl`un, xətakar, xain, qatil kimi tanınır.3

4. Əskik satmaq; Allah-taala Qur`ani-kərimdə buyurur: “Vay olsun əskik satanlara! O kəslər ki, xalq üçün əskik, özləri üçün artıq götürərlər. Əskik satanlar düşünmürmü ki, ölümdən sonra böyük sorğu günü üçün ayağa qaldırılacaqlar? Elə bir gün ki, insanlar aləmlər Rəbbinin əmri ilə ayağa qalxar!”4

5. Qumar; Qur`ani-kərim baxımından qumar çirkin və şeytani bir işdir. Şeytan qumar vasitəsi ilə insanlar arasında düşmənçilik yaradır.5

6. Rüşvətxorluq; rüşvət dedikdə bir şəxsin müəyyən məbləğdə pul alıb onun xeyrinə və başqa birinin ziyanına qanunsuz iş görməsi nəzərdə tutulur. Bə`zi rəvayətlərdə bu əməl Allaha qarşı küfr sayılır. Rüşvət kimi alınmış pul çirkin pul kimi tanıtdırılır.1

Qeyd etmək lazımdır ki, rüşvət verən şəxs də haram iş görmüş olur və cəzalandırılmalıdır. Amma bir şəxsin haqqını almaqdan ötrü rüşvət verməkdən başqa yol qalmazsa, rüşvət verə bilər.

7. Sələmçilik; Əgər bir şəxs borc verib bir müddət sonra verdiyi məbləğdən artıq alarsa sələmçilik etmişdir. Müəyyən miqdarda buğdanı (bu kimi başqa bir şeyi) daha artıq miqdarda buğdaya satmaq düzgün sayılmır. Çünki bu qəbil işlər insanları halal və faydalı işlərdən uzaqlaşdırır.2 Sələm ödəyən də rüşvət edən şəxs kimi haram iş görmüş olur.

Ümid edirik ki, əziz yeniyetmələrimiz Allahın lütfü sayəsində haram qazanclardan çəkinib halal qazanc ardınca gedəcəklər.
Sual: İmtahan və ya hər hansı konkursda saxtakarlığın hökmü nədir?

Cavab: Buna icazə verilmir.
Sual: Azdırıcı kitab və jurnallar çap edib satmağın hökmü nədir?

Cavab: Azdırıcı, batil, yalan, böhtan məzmunlu, dini müqəddəslikləri təhqir edən kitab və jurnalların müamiləsi caiz deyil. Yalnız azdırıcı sualların nəhy əz munkər məqsədi ilə mütəfəkkir insanlar tərəfindən cavablandırıldığı əsərlər müamilə oluna bilər. Amma əmin olmaq lazımdır ki, bu kitabların mütaliəsi insanları azdırmayacaq.
Sual: Hər hansı bir idarə və ya təşkilatda şər`i bir vəzifəni öhdəsinə götürmüş şəxs öz işində səhlənkarlıq göstərərsə, aldığı, maaşa cavabdehdirmi?

Cavab: Bəli. Bu şəxs günaha yol vermişdir və aldığı maaşa zamindir. Çünki o əmanət qəbul etmiş və öz məs`uliyyətini düzgün yerinə yetirməmişdir.
Sual: Pul almadan müraciət edənlərə xidmət göstərməli olan işçilər qarşı tərəfdən pul alarlarsa bunun hökmü nədir?

Cavab: Qanunda nəzərdə tutulmamış pulu almaq haramdır. Əgər rüşvət müqabilində qanunsuz iş görülərsə və ya başqalarının haqları tapdanarsa yenə də harama yol verilmişdir.
Sual: Bankların və müxtəlif müəssisələrin öz müştərilərini həvəsləndirmək üçün hədiyyə verməsi, püşk keçirməsi caizdirmi?

Cavab: Bu qəbil hədiyyələri almağın eybi yoxdur.
Sual: Zalım üsul-idarədə işləməyin hökmü nədir?

Cavab: Əgər bu iş zalımların himayəsinə səbəb olarsa, caiz deyil. Amma xüsusi şəraitlərdə İslami dəyərlər və insanların hüquqlarını müdafiə etmək üçün şər`i hakimin icazəsi ilə bu işi görmək olar. Fəsad əhli və sitəmkarlarla istənilən bir həmkarlıq, günah işlərdə onların himayəsi başqalarının hüquqlarına təcavüzdür və haramdır.
Sual: Xüsusi faydası və ümumi mənfəəti haram olan əşyaların düzəldilməsi və satışı caizdirmi?

Cavab: Caiz deyil.
Sual: İnsan və heyvan mücəssəməsi düzəldib satmaq olarmı?

Cavab: Əgər həmin mücəssəmə büt halında olarsa və pərəstiş üçün düzəldilərsə caiz deyil.

İyirmi üçüncü fəsil

Əyləncə və istirahət insanın fiziki və mə`nəvi ehtiyacıdır


İnsan ömrü sür`ətlə ötüb keçir. Vaxt ötdükcə insanın fiziki və intellektual gücü azalır, maddi və mə`nəvi enerjisi tənəzzül edir. İnsan vücudunda yalnız müəyyən müddət üçün fəaliyyət istedadı və gücü olur. Həmin müddət başa çatdıqdan sonra insan fəaliyyətdən düşür. Bəli, insan böyük sərmayə sahibidir. O istəsə də, istəməsə də hər gün həmin sərmayədən xərcləyir. İnsanın ən böyük sərmayəsi olan ömür eynən buz tək əriyib əldən çıxır. Çəkilən hər nəfəs, qəlbin hər döyüntüsü insanı ömrünün son anına yaxınlaşdırır. Həzrət Əli (ə) buyurur: “İnsanın hər nəfəsi onun ölümə doğru atdığı bir addımdır.”1

Demək, hər anın qədrini bilmək, ömürdən imkan həddində səmərəli istifadə etmək lazımdır. Loğman oğluna nəsihətində deyir: “Ey oğlum! Bil ki, qiyamət günü Allahın hüzurunda dayandığın vaxt səndən dörd şey haqqında soruşular. Gəncliyini hansı yolda sərf etdin? Ömrünü hansı yolda xərclədin? Var-dövlətini hansı yolla qazandın? Qazancını hansı yolda xərclədin? Çalış, elə indidən bu suallara cavab verməyə hazır ol!”2

Hər bir fərd günün saatlarını ehtiyacları əsasında düzgün bölməlidir. Hər iş üçün ayrıca vaxt ayrılmalıdır. Məsələn, yuxu, yemək, ibadət vaxtını müəyyənləşdirmək lazımdır. Təhsil, iş istirahət üçün konkret vaxt müəyyənləşdirməlidir. İnsanın cismi və ruhu əyləncə və istirahətə ehtiyaclıdır. Əyləncə və istirahət insanın yorğunluğunu aradan qaldırır, ona təravət gətirir.

Həzrət Əli (ə) oğlu imam Həsənə (ə) tövsiyəsində buyurur: “Oğlum! Mö`min şəxsin vaxtı üç qismə bölünür: Bir saat Allahla minacat, bir saat insanın özü ilə hesabı, bir saat halal ləzzətlərdən istifadə üçün ayrılır. Mö`min şəxs öz qüvvəsini üç iş üçün səfərbər etməlidir: gündəlik işlərin idarə olunması, qiyamətə doğru bir addım, haram olmayan ləzzətlərdən istifadə.”1



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə