Ustad Hüseyn Ənsariyan


Xalqın iffətinin qorunması



Yüklə 1,03 Mb.
səhifə45/48
tarix02.01.2018
ölçüsü1,03 Mb.
#19435
1   ...   40   41   42   43   44   45   46   47   48
    Bu səhifədəki naviqasiya:
  • Sual

Xalqın iffətinin qorunması


İslam fərdi və ictimai qanunlar tənzimləməklə insanları kamilləşdirmək, onları dünya və axirət səadətinə çatdırmaq məqsədi izləyir. İslam baxımından, insan öz paklığını hifz etməli olduğu kimi cəmiyyətin də paklığı üçün çalışmalıdır. Nəticədə, günah, xəyanət, cinayət, fəsad, ayrıseçkilik, zülm-sitəmdən uzaq bir cəmiyyət qurulmalıdır. İslam nəzərincə, kimsə öz azadlığını əsas götürərək cəmiyyətin azadlığını, asayişini, iffətini ayaq altına ala bilməz. Bu səbəbdən də şəriət başqalarının maddi və mə`nəvi hüquqlarına təcavüz edənlərlə sərt şəkildə davranır. Belələri həm axirət əzabı ilə qorxudulur, həm də ağır şəkildə cəzalandırılır.

İctimai həyatda hər bir fərdin rəftarı başqa fərdlərin xoşbəxtliyinə tə`sir göstərir. Aşkar şərabxorluq, qumarbazlıq, əxlaqsızlıq və bu kimi azğınlıqlar cəmiyyətin əxlaqi sütunlarını laxladır. Əxlaqsız həyat tərzi insanı insanlıq məqamından endirib heyvanlıq həddinədək alçaldır. İslam baxımından gizlində günah edən şəxslə aşkarda günah edən şəxs arasında əhəmiyyətli dərəcədə fərq mövcuddur. Əgər birinci şəxs yalnız özünü məhv edirsə, ikinci şəxs öz azğınlığı ilə cəmiyyəti hədələyir. Nəzərinizə çatdıracağımız növbəti göstərişlər. İslamın ictimai mühiti qoruması ilə bağlı hökmlərinin kiçik bir hissəsidir:

a) İslamda naməhrəm qız və oğlanın, qadın və kişinin insanların nəzərindən uzaq, xəlvət bir yerdə qalmasına icazə verilmir. Başqalarına giriş icazəsi olmayan məkanlarda naməhrəmlərin qalması caiz deyil. Həzrət Əli (ə) buyurur: “Nə vaxt bir qadınla bir kişi xəlvətə çəkilərsə orada şeytan üçüncü şəxs olur.”1

b) İslamda naməhrəmlərin bir-birlərinə göz gəzdirməsi, şəhvətlə baxması caiz deyil. İmam Sadiq (ə) deyir: “İnsanın baxışı şeytanın zəhərli oxlarındandır. Bir çox baxışların sonu uzun-uzadı həsrət və peşimançılıqdır.”1

c) Qadın İslamın nəzərdə tutduğu həddə örtünməli, öz bədənini və zinətlərini naməhrəmlərə göstərməməlidir. Həzrət Əli (ə) buyurur: “Dünyanın sonu, qiyamət vaxtı dövrlərin ən pisidir və zinətlərini başqalarına göstərən, dindən çıxıb fitnəyə daxil olan, şəhvət və ləzzətə can atan, Allahın haramlarını halal sayan çılpaq qadınlar səhnəyə gələr. Bu qəbil qadınlar əbədi olaraq cəhənnəmdə qalar.”2

ç) İslamda təhrikedici danışıqlara icazə verilmir. Naməhrəm qadınla kişi bir birləri ilə təbii, adi qaydada danışa bilər. Ehtiraslı, ədalı, fəsada çəkən zarafatlarla müşayiət olunan danışıqlar caiz deyil. Qadın öz həyəcanlı danışıqları ilə şorgöz kişidə günah fikri oyatmamalıdır. Bu göstərişlərdən aydın olur ki, İslam biganə qadın və kişilər arasında şəhvət qüvvəsini alovlandıracaq amillərin qarşısını almaq istəyir. Müqəddəs şəriətdə sağlam, istənilən bir günahdan uzaq həyat üçün fəza nəzərdə tutulur.

Ümid etmək olar ki, bu göstərişləri öyrənib ona əməl edənlər başqalarını da buna təşviq edəcək və nəticədə sağlam, “Mədinətun-fazilə” adlanan dəyərli bir cəmiyyət qurulacaq.
Sual: Əgər insan qeybət və böhtan vasitəsi ilə bir müsəlmanı hörmətdən salarsa, günahını necə yumalıdır?

Cavab: Əgər mümkün olarsa, halallıq almaq lazımdır. Halallıq almaq mümkün olmasa və belə bir addım başqa başqa bir fəsada səbəb olsa, Allahdan həmin şəxs üçün bağışlanma diləmək lazımdır. Əgər qeybət və böhtan səbəbindən həmin şəxsə maddi və mə`nəvi ziyan dəymişsə, imkan həddində həmin ziyanlar ödənməlidir.
Sual: Bir məclisdə mö`minin qeybəti olunursa, eşidənin vəzifəsi nədir?

Cavab: İmkan olan halda mö`mini müdafiə etmək lazımdır. Əgər müdafiə gücü yoxsa, ən azı həmin məclisi tərk etmək zəruridir.
Sual: Bir şəxsin özü və ailəsi ilə bağlı araşdırma aparmaq olarmı?

Cavab: Xeyr. İnsanın həyatında onun telefon danışıqlarını dinləmək, məktublarını oxumaq və bu kimi başqa yollarla araşdırma aparmaq haramdır. Həzrət Peyğəmbər (s) buyurur: “Bir şəxsdən icazə almadan onun danışığına qulaq asan insanın qiyamət günü qulağına ərimiş qurğuşun tökülər.”1
Sual: Bir şəxsin sirrini cəmiyyətə açmağın hökmü nədir?

Cavab: İnsanın şəxsi həyatı ilə bağlı araşdırma aparmaq haramdır. Əgər bir şəxsin sirri sizə mə`lumdursa, onu ifşa etməməlisiniz. Əgər bir müsəlmanın sirrini açmaqla ona maddi və ya mə`nəvi zərər vurmuş olsanız, həm günaha batmısınız, həm də bu ziyanı ödəməlisiniz.
Sual: İnsanların bir-birlərinin başına və üzünə baxmasının hökmü nədir?

Cavab: Bu iş müxtəlif formalarda baş verə bilər:

1. Ləzzət və şəhvət məqsədi ilə kişinin kişi, qadının qadın bədəninə baxması haramdır. Əgər şəhvətsiz olarsa, eybi yoxdur. Amma ayıb yerə baxmaq istənilən bir halda haramdır.

2. Qadının naməhrəm kişinin bədəninə baxması haramdır. Yalnız baş, üz və əl kimi üzvlər istisnadır. Kişilərin adətən açıq saxladığı bədən üzvlərinə ləzzət almaq məqsədi olmadan baxmaq mümkündür.

3. Kişi naməhrəm qadının başına, bədəninə və tükünə hətta ləzzət məqsədi olmadan baxa bilməz.

4. Bacı və qardaş, ata və qız, ana və oğul kimi məhrəm kişi və qadınlar ləzzət məqsədi olmadan bir-birlərinə baxa bilərlər. Amma vacib ehtiyata əsasən adətən örtünən yerlərə baxmamalıdırlar.
Sual: Həkimin naməhrəm xəstəyə baxması, ona toxunması caizdirmi?

Cavab: Əgər eyni cinsdən olan və ya məhrəm həkimə müraciət etmək mümkün deyilsə və həkim müalicə üçün naməhrəmin bədəninə baxmağa məcburdursa, bunun eybi yoxdur. Zəruri halda toxunmaq da caizdir. Amma yalnız ehtiyac olan həddə bu işi görmək olar.
Sual: Qadın naməhrəm kişidən hansı həddə örtünməlidir?

Cavab: Qadın naməhrəmlərdən bədənini, başını, saçını örtməlidir. Əgər naməhrəm kişiyə göstərmək məqsədi yoxsa, üzü və əlləri örtməyə bilər. Hər halda üz və əllər örtülsə daha yaxşıdır. Amma ayaqları örtmək vacibdir. Vacib ehtiyata əsasən bədən elə bir şəkildə örtülməlidir ki, onun hündür-alçaqlığı, qabarıq yeri bilinməsin.
Sual: Naməhrəm qadın və kişi bir-birlərinin səsini eşidə bilərmi?

Cavab: Əgər ləzzət almaq məqsədi yoxsa eşidə bilərlər. Əgər qadının səsi həyəcanlandırıcı olarsa və kişini təhrik edərsə, ehtiyata əsasən onu dinləməmək lazımdır.
Sual: Qadın ictimai həyatın müxtəlif sahələrində fəaliyyət göstərə bilərmi?

Cavab: Qadın müəyyən şərtlər daxilində ictimai fəaliyyətlə məşğul ola bilər. Bundan ötrü cəmiyyətin iffətini qorumaq, harama düşməmək lazımdır. İctimai fəaliyyətlər ər və övladların hüququnu pozmursa, eybi yoxdur. Bununla belə, Qur`an və rəvayətlərə əsasən zərurət olmayan hallarda qadının naməhrəm olan cəmiyyətdə görünməməsi daha yaxşıdır.

Sual: Qadın elə bir peşə seçə bilərmi ki, həmin peşədə hicaba riayət etmək mümkün olmasın?

Cavab: Hicab qadın üçün İslamın zəruri hökmlərindəndir. Qadın elə bir peşə seçməlidir ki, hicabını qoruya bilsin.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə