83
yollar qoyulmuşdur ki, insan çalışsın, səy göstərsin, dağların və
dənizlərin təkindən ne’mətlər çıxarsın. Bu məsələnin bir çox
faydaları vardır. O cümlədən, insanın təlaşı ictimai bağlılıqlar
yaradır, onun üçün vəzifələr ortaya çıxır. Eləcə də, insan öz
səyləri ilə imtahan verir və kamala doğru hərəkət edir. Bu
baxımdan istixarə də bir təlaş, hərəkətdir. Əql və təcrübəsi
yetərsiz olan insan tərəddüd burulğanından çıxmaq üçün
istixarəyə əl atır. Əlbəttə ki, əvvəlcə mövcud qüvvələr işə
salınmalıdır. Əql və təcrübədən, məsləhətdən faydalanmaq
lazımdır. Bütün bunlardan nəticə çıxmadıqda istixarə yolu
açıqdır. Bir sözlə, yol ayrıcında donub qalmaq olmaz.
Mö’minin ən üstün cəhətlərindən biri onun çətinliklərə təslim
olmamasıdır. Yə’ni mö’min şəxs dənizin ortasında tənha qalsa
belə mə’yus olmamalıdır. “Pərvərdigara, göndərdiyin hər bir
yaxşılığa möhtacam” – deyilməlidir. Bəli, mö’min üçün bağlı
qapı yoxdur. O, ən çətin vaxtda Allahı çağırır: “Pərvərdigara,
özün mənə bir yol göstər. Ya Qur’an, ya təsbeh vasitəsi ilə öz
məsləhətini bildir.” Demək, mö’min şəxs digər vasitələrdən
yararlana bilmədikdən sonra istixarəyə müraciət edir. Hər işə
görə istixarəyə əl atmaq ilahi hikmətə, Peyğəmbər (s) və
Əhli-beyt (ə) yoluna ziddir. Peyğəmbər (s) və mə’sum imamlar
(ə) öz ardıcıllarını ağıl və məsləhət yolunu tərk edib, istixarə
yolunu tutmağa çağırmamışlar. Əslində belə bir münasibət,
istixarəni adətə çevirmək Allahın ne’mətlərinə qarşı küfrdür.
Əql və məsləhət kimi ne’mətlərin inkarı heç zaman tövsiyyə
olunmamışdır. İnsanlar üçün əql və məsləhət kimi qapılar açıq
olduğu halda başqa vasitələrə əl atılmamalıdır. Məsələn, şər’i
hökmü istixarə yolu ilə yox, ictihad və təqlid yolu ilə öyrənmək
lazımdır. İstixarə son anda mə’yusluqdan xilas qapısıdır. Son
anda Allaha üz tutub dua etmək, yol istəmək təbiidir. Bəli, ağıl
işlədiyi məsələdə istixarə yoxdur. İstixarə mə’yusluqdan
qurtuluş yoludur, elmi bir məsələnin həlli yolu yox!
84
ELM VƏ ƏMƏLIN QOŞALAŞMASı
Bu mühüm məsələnin bəyanından sonra müraciət olunan
şəxsi hazırlamaq üçün ümumi bir xatırlatmaya ehtiyac var.
Qarşı tərəfi deyilənlərə rəğbətləndirmək lazım gəlir. Həzrət (ə)
buyurur: “Vəsiyyətimi yaxşı dərk et. Diqqətsizlik və
e’tinasızlıqla onun kənarından ötüşmə. Çünki ən yaxşı söz,
həqiqətən, faydalı sözdür. Bil ki, fayda verməyən elm heç vaxt
xeyirli deyil. Layiq olmayan bir elmi oxumaqla fayda əldə
olunmur.” Həzrət (ə) etdiyi vəsiyyətə diqqətlə yanaşılmasını
istəyir. Məbada bu vəsiyyət tə’sirsiz qala. Deyilən söz yalnız o
vaxt xeyirlidir ki, sənə bir faydası olsun. Elm ona görə öyrənilir
ki, ondan istifadə olunsun. Oxuduğuna əməl etməyən şəxs
həkimə nüsxə yazdırıb, həmin dərmanları qəbul etməyən şəxsə
oxşayır. Həzrət (ə) buyurur ki, faydasız bir elmin ardınca
düşmək gərəksiz bir işdir.
ONUNCU DƏRS
TƏRBIYƏ
Ey oğlum! Elə ki gördüm sən (yetkin) yaşa çatmısan və
dərk etdim ki, süstlük və zəifliyim get-gedə uzanır,
müəyyən məqsədlərlə sənə vəsiyyətə başladım: o cümlədən,
məbada qəlbimdə olanları deməmiş əcəlim çata, düşüncəm
də bədənim kimi zəifliyə düçar ola və məni qabaqlayıb nəfs
meylləri sənə hakim ola, dünya fitnələri qabağa düşə, səni
85
qovulan dəvə vəziyyətinə gətirələr. Həqiqətən, növcavanın
qəlbi qarşılaşdığı şeyləri qəbul edənədək toxunulmamış
torpaq tək qalır. Ona görə də qəlbin bərk, ağılın məşğul
olanadək ədəb öyrən! Tam ciddiyyət və qəti iradə ilə
əvvəlkilərin çiyinə aldıqları təhsil əziyyəti və sınaq ağrısını
qəbul et. Bu yolla həmin əziyyət və ağrıdan azad olarsan.
Bizim ardınca gəzdiyimiz şeylər indi özləri sənin sorağına
gəlib. Olsun ki, bizim üçün qaranlıq qalan şey indi sənin
üçün aydınlaşa.”
Vəsiyyətnamənin başlanğıcı həzrətin (ə) qısa və yığcam
şəkildə bəyan olunmuş əsas moizələrindən ibarətdir. Amma bu
cümlələrlə vəsiyyətin ətraflı bəhsləri başlanır. Belə ki
başlanğıcda pir atanın öz sevimli oğluna tövsiyyələri, həyat
təcrübələri bəyan olundu. Vəsiyyətin əsas məqsədi, ünvanı
bütün müsəlmanlar olduğu üçün işlədilən ifadələrdə vəsiyyət
edənin və onun vəsiyyət etdiyi şəxsin mə’sumluğu, günahsızlığı
nəzərdə tutulmamışdır. Bu vəsiyyət mə’sum imam (ə)
tərəfindən onun mə’sum canişininə yazılsa da, bütün ata və
oğullar ondan faydalanmaq imkanına malikdirlər. Ona görə də
vəsiyyətnamədə işlədilmiş sözlərin mə’sum imam məqamına
uyğun gəlməməsi mülahizəsi əsassızdır. Həzrət (ə) sadəcə bir
pir ata ünvanı ilə öz oğluna buyurur: “Ey oğlum! Elə ki gördüm
sən (yetkin) yaşa çatmısan...” yə’ni bu moizənin səbəblərindən
biri qarşı tərəfin yetkin yaşa çatması ilə əlaqədar nəsihətə
yaranan ehtiyacdır. Digər bir tərəfdən, vəsiyyət edən şəxs
ömrün qürub çağını yaşadığı üçün vaxtı qənimət bilərək öz
vəsiyyətini edir.
86
İNCƏ NÖQTƏLƏR (YAZıDAN OXUNMAYAN ÖYÜDLƏR)
Bu asimani öyüdləri şərh etməzdən əvvəl ondakı bə’zi lətif
nöqtələrə nəzər salmaq lazım gəlir. Söz və ifadələrin
mə’nasından əlavə, bu vəsiyyətnamədə çox incə və mə’nalı
ifadə tərzi, bəyan üsulu vardır. İlahi yardım və asimani
elmlərdən faydalanmadan ən iti gözlə də bu incə nöqtələri
görmək çətin olur. İmkan daxilində bu incə nöqtələri nəzərdən
keçirəcəyik.
DINLƏYICININ GÜCÜNƏ DIQQƏT
Vəsiyyətnamənin bu hissəsinədək əsas mətləblərdən
danışmayan, sifarişlərini bildirməyən həzrət Əli (ə) xüsusi bir
üslubla, müraciət etdiyi şəxsin diqqətini incə nöqtələrə
yönəldir. Hansı ki bu açıqlamalar olmadan həmin incəlikləri
duymaq mümkünsüzdür. Dinləyici o zaman qəflətdə qalıb,
deyilənləri anlamır ki, danışan dinləyicinin hazırlığını nəzərə
almadan sözə başlayır. Məsələn, beş yaşlı körpə bir sıra
məsələləri dərk etmək gücündə deyil. Həmin körpənin ciddi
qəbul etmədiyi bir söhbət yetkin gənci cəzb edib, düşündürə
bilər. Ona görə də müəllim və tərbiyəçilər müraciət etdikləri
auditoriyanın tutumunu, hazırlığını və marağını nəzərə
almalıdırlar. Danışan öz dediyi sözlərin zəruri olub-olmadığını
əvvəlcədən nəzərə almalıdır. Məsələn, gənclər üçün faydalı
olan bir moizə uşaqlar və qocalar üçün bir o qədər də xeyirli
olmaya bilər. Ona görə də dinləyicinin bütün keyfiyyətlərini
nəzərə almaq lazımdır. Həzrət Əli (ə) bu incə nöqtəni nəzərdə
tutaraq, buyurur: “Elə ki gördüm sən yaşa çatmısan...” Yə’ni
uşaqlıq dövrü artıq başa çatmışdır və sən deyilənləri anlamaq
gücündəsən. Bəli, Həzrət (ə) müraciət etdiyi tərəfin səviyyəsini
nəzərə alır. Əgər bu mühüm nöqtə nəzərə alınmazsa, moizələr,
nəsihətlər, söhbətlər faydasız olar.
Dostları ilə paylaş: |