72
doyurmaqla da behiştə getmək olar. Hansı ki, insan dözdüyü
çətinliklər müqabilində mükafatlandırılır. Behişt əhli arasında
da məqamlar var. Axirət aləmində peşimanlıq çəkmək
istəməyən şəxs Allahın layiqli bəndəsi olmaq üçün vəzifədən
doğan çətinliklərə qatlaşmalı, bu problemləri can-dildən qəbul
etməlidir.
DINI TƏHSILDƏ DÖZÜM
İnsan süstlüklə mübarizə aparmalıdır. Çünki bu ruhiyyə
insanı müxtəlif bəhanələrə əl atmağa vadar edir. Məsələn, dini
təhsilin çətinliklərinə dözməyən insan “təhlükə var”,
“xəstəyəm” kimi bəhanələr gətirir. Ona elə gəlir ki, dini
təhsildən kənarlaşmaq şər’ən vacib olmuşdur. Belə
vəsvəsələrdən qorunmaq istəyən şəxs çətinliklər qarşısında
müqavimət göstərməyi öyrənməlidir. Səbirli insanlar “səbur”
və ya “səbbar” adlandırılır. Amma “təsəbbür” dedikdə səbirli
olmağın öyrənilməsi nəzərdə tutulur. “Təsəbbür” çətinliklə ilk
dəfə qarşılaşmış adamın özünə səbirli olmağı təlqin etməsidir.
Səbirin
öyrənilməsi
mərhələsi
“təsəbbür”dür.
“Təkəlləfəs-səbrə” dedikdə insanın özünü səbirə vadar etməsi
nəzərdə tutulur.
Demək, “dində fəqihlik” çoxlarının güman etdiyi kimi dinin
çörəyini yemək deyil. Fəqihlik din ağacına xidmət, onu sirab
etməkdir. Bu vəzifə olduqca çətindir və insandan böyük dözüm
tələb edir. Həzrət (ə) dində fəqihliyi tövsiyyə etdikdən sonra
buyurur: “Özünə xoşagəlməz işlər qarşısında dözümlü olmağı
vərdiş ver ki, səbir çox gözəl xasiyyətdir.”
Bəli, müvəffəqiyyət qazanmaq istəyirsinizsə, səbirli olmağı
öyrənməlisiniz. Bu iş uzun müddət davam etdirilməlidir ki,
səbir xasiyyətə çevrilsin. Uyğun təlqinə fasilə verilməzsə,
çətinliklərə dözmək də asanlaşar. Çətinliklərlə mübarizədən
sonra rahatlığa çıxmaq ilahi bir qaydadır. Qur’ani-kərimdə
buyurulur: “Həqiqətən, hər çətinlikdən sonra bir yüngüllük
gəlir”; “Allah hər bir çətinlikdən sonra yüngüllük əta edər.”
73
SƏBRIN NÖVLƏRI
Həzrət Peyğəmbər (s) buyurur: “Səbr üç qismdir: Müsibətə
səbr, ibadətə səbr, günaha batmamaqda səbr.” İnsan bə’zən
kasıblıq, xəstəlik, ayrılıq kimi müxtəlif çətinliklərlə qarşılaşır.
Belə məqamlarda səbr etmək zəruridir. Belə bir səbr “müsibətə
səbr” adlanır. Bə’zən isə şəhvət, qəzəb, tamah insanı düz
yoldan azdırır. Belə məqamlarda səbr etməyi bacaran insan
günahdan qoruna bilir. Bu növ səbr “günaha batmamaqda səbr”
adlanır.
Digər bir səbr isə “ibadətə səbrdir”. Allaha itaət bə’zən çətin
olur. Məsələn, vəzifə olaraq elm öyrənmək asan iş deyil. Alim
olmaq isə daha da çətindir. Amma sadəcə elm ilə yüklənmək
bir o qədər də çətin deyil. Çətin olan işin ilahi niyyətlə
görülməsidir. Məsəl var ki, alim olmaq asandır, insan olmaq
çətin. Mərhum hacı Şeyx Əbdülkərim (r) bu məsələ belə bir
düzəliş vermişdir: “Alim olmaq çətindir, insan olmaq
qeyri-mümkün”. Bəli, ilahi niyyətlə elm öyrənmək asan deyil.
Bu yolda saysız çətinliklər, dolambaclar var. Allahın razılığını
qazanmaq istəyən adam çətinliklərə təslim olmur, məqsədinə
çatmaq üçün bütün maneələri dəf edir.
Həzrət Peyğəmbər (s) buyurur: “Səbr imanın yarısıdır.” İmam
Sadiq (ə) buyurur: “Səbr imanın başıdır.” Bu sözlərdə heç bir
mübaliğə yoxdur. Allahın razılığını qazanmaq, Əlinin (ə) şiəsi
olmaq istəyən kəs çətinliklərə adət etməlidir. Unutmamalıyıq
ki, səbr xasiyyət olaraq bir anda yaranmır. Çətinliklərə adət
etmək üçün insan kənara çəkilməməli, qovğalar meydanında
olmalıdır. Nəfsə hakim olmaq üçün ləzzətli təamlardan
çəkinmək o vaxt faydalıdır ki, insan həmin təamlarla
bəzədilmiş süfrə arxasında oturmuşdur. Belə bir süfrə
arxasında oturan insan özünü tərbiyə edə bilər.
İnsan günahdan qorunmaq üçün günah sərhəddinə
yaxınlaşmamağa çalışmalıdır. Sərhəd kənarında dayanmış insan
kiçik bir hərəkətlə günah uçurumuna yuvarlana bilər. Demək,
74
doğru yoldan sapmamaq üçün haram sərhəddinə yaxın bə’zi
halallardan da çəkinmək lazım gəlir. “Quyuya düşməmək üçün
quyudan bir qədər aralı dayanın.”
Beləcə, haram eşitməmək üçün şübhəli sözlərə də qulaq
asmayın. Unutmayın ki, quyuya yaxın dayandıqca ona
yumbalanmaq ehtimalı çoxalır. Harama yol verməmək üçün
daha e’tibarlı hədlər qoyun, haramla məsafə saxlayın. Kimi
ramazan ayında şam azanını eşidən kimi orucunu açır, kimi isə
bir qədər səbr edir “Səbr imanın yarısıdır.”
75
DOQQUZUNCU DƏRS
ALLAHıN E’TIBARLı PƏNAHı
(Ey oğlum!) Bütün işlərdə özünü Allaha tapşır. Belə etsən
özünü çox möhkəm bir sığınacağa tapşırmış olarsan.
Arzularını yalnız öz Allahından istə. Bağışlamaq və
məhrum etmək Onun əlindədir. Daim Allahdan xeyir istə.
Vəsiyyətimi yaxşı dərk et. Diqqətsizlik və e’tinasızlıqla
onun kənarından ötüşmə. Çünki ən yaxşı söz, həqiqətən, ən
faydalı sözdür. Bil ki, fayda verməyən elm heç vaxt xeyirli
deyil. Layiq olmayan elmi oxumaqla bir fayda əldə
olunmur.”
76
Dünya həyatı bəlasız ötüşmür. Şübhəsiz, hər bir insan
çətinliklərlə üzləşir. Hadisələrlə üzləşən zaman hazırlıqlı olmaq
çox mühümdür. Hər bir insan bəlalarla üzləşməzdən əvvəl öz
düşüncə və əməl fəzasında həmin bəlalar üçün yer
hazırlamalıdır. Belə olduqda insan bəlaya təslim olaraq
var-yoxunu əlindən vermir. Bəlaları zərərsizləşdirəcək amilləri
əvvəlcədən tanımaq lazımdır. Əks tədbir görən insan bəlaların
hücumundan xilas ola bilir. Buna görə də bəla növlərini
müəyyənləşdirmək, tə’sirli amilləri tanımaq zəruridir.
TƏHLÜKƏNIN NÖVLƏRI
İnsan öz həyatında bir çox düşmənlərlə üz-üzə gəlir. Bə’zi
təhlükələr onun həyatını, var-dövlətini hədələyir. Bə’zən
şəxsiyyət, bə’zən isə ruh və qəlb düşmənə hədəf olur. Həm
nəfs, həm də insan və cindən olan şeytanlar hücuma keçir.
Məqsəd əqidəni puça çıxaracaq şübhələr yaratmaq, əxlaqı
korlamaqdır. İnsan əbədi axirət səadətini məhv edəsi rəftara
sövq olunur. Təhlükə dərəcəsi insanın mə’rifətindən asılıdır.
Mö’min şəxs üçün mə’nəvi təhlükələr daha qorxuludur.
Mö’min insan günaha batmaqdan daha çox qorxur. O, dərk edir
ki, günahın vurduğu ziyanı aradan qaldırmaq çətin olur.
İstənilən maddi zərər ödənə bilər. Eyni zamanda dünyəvi zərər
əbədi axirət səadətinə çatmaq üçün də ola bilər. Maddi
çətinliklər çox vaxt düşüncəyə, mə’nəvi tərəqqiyə yardımçı
olur. Ona görə də dünyəvi çətinlik mö’mini bir o qədər də
narahat etmir. Maddi zərər mə’nəvi zərərlə müqayisədə olduqca
Dostları ilə paylaş: |