69
lazımdır. Vəzifənin düzgün icra yolunu öyrəndikdən sonra
meydana girmək olar. Bu növ fəaliyyətlərin cəminə “dini yaxşı
tanımaq, öyrənmək” deyilir. İnsan öz dinini dərindən,
nöqtə-nöqtə öyrənməlidir. Bu dərin anlayışa “dində fəqihlik”
deyilir. Adətən, “fiqh” adlandırdığımız bu məfhum təsəvvür
etdiyimizdən daha da dərindir.
2. ƏMƏLI ŞƏRT
Vəzifənin icrasında ikinci şərt əməldir. Vəzifəni tanıdıqdan
sonra növbə fəaliyyətə çatır. İnsan bu mərhələdə həqiqətə
doğru hərəkət etməlidir. Əgər tanıma mərhələsində elm, təhsil,
fəqihlik yolu ilə həqiqət tanınırsa, əməl mərhələsində Allahın
razılığına uyğun vəzifəyə əməl olunmalıdır. Olsun ki, Həzrət
(ə) bu səbəbdən “haqqa doğru hərəkətin çətin vaxtı harada olsa,
meydana gir” buyurur. Yə’ni ikinci mərhələdə, həqiqətin
xaricdə gerçəkləşməsi üçün təlaş lazımdır. Həqiqəti tanımaqla
iş başa çatmır. Həqiqəti tanıdıqdan sonra rahatca evdə oturmaq
yanlış hərəkətdir. Növbəti mərhələdə əməl etmək, özünü
dəryaya vurmaq, oda-közə yaxmaq lazım gəlir. Bəla dalğaları
ilə çarpışaraq, daxildə təsdiq olmuş həqiqəti xaricdə
gerçəkləşdirmək zəruridir. Vəzifəsinə əməl etmək, axirətini
abadlaşdırmaq istəyən mö’min ağır zəhmətlər bahasına olsa da,
bütün şərtləri yerinə yetirir. Mə’lum məsələdir ki, insan çətin
işlərdən qaçır. O, təbiət e’tibarı ilə rahatlığa can atır. Əksər
insanlar rahat bir guşəyə çəkilib, güman etdikləri vəzifəni
yerinə yetirməyə çalışırlar. Məsələn, təsbeh götürüb salavat
çəkir, bir Qur’an surəsi oxuyur, hansısa kitabı mütaliə edir və
düşünürlər ki, dini vəzifə yerinə yetirildi. Bu işlər savaba malik
olsa da, vacib dini vəzifəni əvəz etmir. Əli (ə) şiəsi mücahid,
fədakar olmalıdır. Şiəlik hara, tənbəllik hara? Rahat guşədə
oturmağı dindarlıq, zahidlik kimi qələmə vermək olmaz. Bu,
özünü aldatmaqdan başqa bir şey deyil. Gecə yarı oyanıb,
nafilə namazı qılmağı özünə vəzifə bilən şəxs bu işi görməlidir.
Amma sübhün də öz vəzifələri var. İşin qızğın çağı işdən
70
ayrılıb bir saat Qur’an oxumaq münasib deyil. Günün düzgün
rejimi,
işlərin
əlverişli
şəkildə
proqramlaşdırılması
müvəffəqiyyətin əsas amillərindəndir. Qur’an oxumaq, dua
etmək üçün gecə və sübh vaxtları daha münasibdir. Bu iki
vaxtda Allahla razü-niyaz üçün daha yaxşı ruhiyyə olur.
Allah-təala Qur’ani-kərimdə bizim diqqətimizi belə bir nöqtəyə
cəlb edir: “Fəcr tülusu zamanı qiraət (mələklər tərəfindən)
müşahidə olunur.” Əgər Qur’an oxumaq istəsəniz, onun vaxtı
iki tülu arası və sübh namazından qabaqdır. Başqa bir surədə
oxuyuruq: “Həqiqətən, gecə qalxmaq və söz demək daha
münasibdir. Çünki gündüz sənin kifayət qədər işin var”.
Əgər, doğrudan da, ibadət etmək istəyirsinizsə, xəlvət və sakit
gecə vaxtı daha əlverişlidir. Gecə insanlar şirin yuxuda
olduğundan ibadət edənləri yalnız Allah-təala müşahidə edir.
Belə bir vaxtda isti yataqdan qalxıb, ruhunu Allah dərgahına
yönəltmək çox yaxşıdır. Gündüzlər məişət qayğıları insanın
başını qatdığından gecələr ibadət üçün daha münasib şərait
yaranır. Gecələr diqqətin yayınması üçün heç bir bəhanə
yoxdur. Gündüzlər isə bir sıra vacib vəzifələrə əməl etmək
lazım gəlir. Təhsil də vacib işlərdəndir. Müstəhəb iş vacib işi
əvəz edə bilməz. Belə ki, məs’ul işçi ziyarətnamə oxumaq
bəhanəsi ilə öz işini tə’xirə sala bilməz. Ziyarətnamə nə qədər
ixlasla oxunsa da, vəzifə borcunu tərk etməyə əsas vermir.
Özünüzü Əhli-beyt dostu hesab edirsinizsə, iş vaxtı işdə olmalı,
vicdanla çalışmalısınız. Müstəhəb ibadətə görə vəzifə yerini
boş qoymaq olmaz.
ƏMƏLDƏ IFRAT
Fərdi və ictimai vəzifələrə diqqətli olmaq tapşırığı
bə’zilərinin əməldə ifrata varması üçün bəhanə olur. Daim işə
can atıb, təfəkkürə vaxt ayırmamaq imanlı və ağıllı insana
yaraşmaz. İşə başlamazdan qabaq vəzifəni tanımaq, şəraitlə
tanış olmaq lazımdır. Süstlük məzəmmət olunduğu kimi,
düşüncəsiz hərəkət də bəyənilmir. Həzrət (ə) buyurur: “Haqqa
71
doğru hərəkətin çətin vaxtı harada olsa meydana gir...” Yə’ni
həqiqətləri tanımaq üçün çətinliklər dəryasına baş vurub,
düşüncə və əməl meydanında həqiqətə nail olmaq lazımdır.
İmam Sadiq (ə) təhsil haqqında buyurmuşdur: “Elmə çatmaq
üçün dərin dəryalara baş vurmaq lazımdır. Bu yolda candan
keçməyə də dəyər.”
Bəli, insan həm həqiqəti tanımaq, həm də ona çatmaq üçün
çalışmalıdır. Hər iki sahədə süstlükdən çəkinmək lazımdır.
Süstlük məqsədə çatmaq yolunda ciddi maneədir. Məbada,
zahidlik və təqva adı altında insan cəmiyyətdən kənarlaşıb,
özünə qapıla. Süstlük insanın təqvasını onun əlindən almaqla
yanaşı, özünü də azğınlığa düçar edir. Gəlin, özümüzü
aldatmayaq. Allah daha yaxşı bilir ki, bizi guşənişin edən səbəb
təqva, yoxsa süstlükdür. Süstlüklə mübarizə etmək istəyən şəxs
çətinliklərlə
didişməli,
özündə
fədakarlıq
hissini
gücləndirməlidir. Rahatlığa vərdiş vermiş adam üçün belə bir
mübarizə çox çətindir. Belə insanlar kiçik çətinliklər qarşısında
müqavimət göstərə bilmirlər. Onlar çətinlikdən yaxa qurtarmaq
üçün vacib vəzifəni tərk edirlər. Məsələn, daim valideyn
himayəsində rahat yaşamış övlad evdən uzaq düşən kimi
təhsilini yarımçıq qoyub, evə qayıtmağa çalışır. O, ana qayğısı
olmayan tələbə həyatının çətinlikləri qarşısında təslim olur.
Zəif insan kiçik iqtisadi problemlə üzləşən kimi borc alır. Belə
vaxtlarda zəif, naqis otaq yoldaşı, dost işi bir az da çətinləşdirir.
Nəhayət, oxumaq üçün evdən ayrılmış gənc öz şər’i vəzifəsini
tərk edib, rahat şəraitə üz tutur.
Fərdi çətinliyə misal çəkdik. Bə’zən insan vacib vəzifəsini
icra etmək üçün ictimai maneələrlə mübarizə aparmalı olur.
Allah və Onun rəsulunun (ə) istəyincə məntiqi bir həyat
yaşamaq istəyən insan ciddi maneələri adlamalı, mövcud
çətinliklərə dözməlidir. Şübhəsiz ki, rahatlığa vərdiş vermiş
şəxs belə hallarda meydandan qaçır. Ona elə gəlir ki, bir belə
məşəqqətlərə dözməkdənsə, əkin-biçinlə məşğul olub, yavan
çörək yemək yaxşıdır. Düşünürlər ki, pul qazanıb, fəqiri
Dostları ilə paylaş: |