62
görməyib. Bir daha həzrətin (ə) diqqətini ona yönəldir. Həzrət
(ə) buyurur: “Bəli, həmin şəxsi deyirəm. Bu cəngavərliyin onun
üçün heç bir faydası yoxdur. O, camaatın tə’nəsindən
qurtulmaq üçün cəbhəyə gəlib. O, qorxub ki, Mədinə
küçələrindən keçərkən qadınların məzəmmətinə tuş gələ. Bax,
həmin sözlərə görə cəbhəyə gəlib, indi isə məqsədi ad-san
qazanmaqdır. Şöhrət naminə meydana girdiyindən o, heç bir
savab qazanmayacaq.”
Siyasi, iqtisadi, elmi cihadda da eyni şərtlər zəruridir. Moizə
edən şəxs yalnız niyyəti xalis olduqda savab qazanır, amma
moizə edənin məqsədi “əhsən” qazanmaqdırsa, bu şəxs heç bir
savab əldə edə bilmir. Başqaları onun moizəsindən faydalanıb,
elmi məqama çatsalar da, vaizin özü üçün heç bir savab yoxdur.
3. ELMI FƏALIYYƏTLƏRIN EHTIYACLARA UYĞUNLUĞU
Deyilənlərdən əlavə, elm və mədəniyyət mübarizəsində könül
istəyi yox, vəzifəyə əməl etmək lazımdır. Din təhlükədə olduğu
vaxt məscid divarlarının naxışına görə narahat olmamalıyıq.
Dinin sütunları uçulursa, onun zahirinə görə narahat olmağa
dəyməz. Əgər həqiqətən Allaha xatir elm öyrəniriksə, əvvəlcə
cəmiyyətin
hansı
elmə
ehtiyaclı
olduğunu
müəyyənləşdirməliyik. O elmi öyrənmək lazımdır ki, həmin
elm olmasa xalqın imanı üçün təhlükə yaranar. Görən
təhsilimiz və işimiz Allaha görədirmi? Yarımçıq qalmış işləri
tamamlamağın şər’i əsası varmı? Bəli, elm və mədəniyyət
mübarizəsində əvvəlcə ilahilik nəzərdə tutulmalı, sonra işə
başlanılmalıdır. Yə’ni elə iş və elə dərs seçilməlidir ki,
cəmiyyətin ehtiyacları ödənsin.
MƏDƏNIYYƏT CIHADıNıN BƏLALARı
1.DÜŞÜNCƏ XƏTALARı
Elmi və mədəni fəaliyyətlərin böyük bəlalarından biri vəzifə
müəyyən olunduqdan sonra insanın mənfi tə’sir altına düşüb
süstləşməsidir. Məsələn, insan bir qədər yubanıb, öz məqsədini
63
araşdırsa, elə bir nəticəyə gələ bilər ki, bu nəticə onu razı
salmaz. “İnşaəllah, qəbul olar,” deyib, aldığı nəticəyə göz
yumar. Hansı ki, nəticələr göstərmişdi ki, məqsəd düzgün
seçilməmişdir. Bir sözlə, insan həqiqətdən uzaq düşməmək
üçün bütün istəklərini yaxşıca götür-qoy etməlidir.
2. ƏMƏL XƏTALARı
İnsanın seçiminə ictimai rə’y böyük tə’sir göstərir. Onun
qərarında xalqın münasibəti mühüm rol oynayır. Məsələn,
bə’zən insan yalnız başqalarının diqqətini cəlb etmək, “əhsən”
qazanmaq üçün meydana atılır. Afərinlər onun gördüyü işə
daha da həvəsləndirir. Eləcə də, yalnız xalq bəyənmədiyi üçün
müəyyən işlər tərk olunur. Bəs həqiqət haradadır? İnsan hansı
yolu seçməlidir? İnsan vəzifəsini, yoxsa xalqın bəyəndiyi işi
yerinə yetirməlidir? Bə’zən insan agah şəkildə hər hansı bir işi
özü üçün vəzifə seçir. Amma ailə üzvləri bu işi bəyənmir,
müqavimət göstərirlər. Bu halda vəzifə nədir? İnsan hansı
həddə müqavimət göstərməlidir? Qur’ani-kərimdə bu məsələ
ilə bağlı buyurulur: “Ey iman gətirənlər, hər kəs dinindən
dönsə, Allah elə bir tayfa gətirər ki, Allah onları, onlar da
Allahı sevərlər. Onlar mö’minlərlə mülayim, kafirlərlə sərt
olarlar. Allah yolunda vuruşar və heç kəsin tə’nəsindən
qorxmazlar...” Uyğun tə’birlə həzrət Əmirəl-mö’mininin (ə)
vəsiyyətnaməsində də rastlaşırıq: “Allah yolunda lazımınca
cihad et, Allah yolunda ikən kimsənin məzəmmətinə baxma...”
Allah yolunda cihad vəzifəsini kamil şəkildə yerinə yetirin.
Vəzifənizin icrası yolunda malınızı, canınızı, hörmətinizi
əsirgəməyin. İnsan o vaxt vəzifəsinin ardınca gedir ki, yersiz
məzəmmətləri qulaqardına vursun.
Bu böyük bəla həm fərd, həm də cəmiyyətə öz mənfi tə’sirini
göstərir. Bə’zən düşünüb-daşınmış, dəlillərə əsaslanaraq qərara
gəlmiş insan ətrafdakıların mənfi münasibəti səbəbindən
süstləşərək vəzifəsini tərk edir. Bu səbəbdən də
64
Əmirəl-mö’minin (ə) oğlu Həsəni (ə) həmin təhlükədən
xəbərdar edir. Onu yersiz məzəmmətlərə göz yummağa çağırır.
HƏQIQI ŞIƏ
Başqalarının mənfi münasibətinə görə süstləşməmək o qədər
əhəmiyyətlidir ki, mə’sum imamlar (ə) bu xüsusiyyəti şiəlik
me’yarı kimi tanıtdırırlar. İmam Baqir (ə) öz səhabəsi Cabir ibn
Yəzid Cö’fiyə buyurur: “Ey Cabir! Əgər bizim şiələrdən olmaq
istəyirsənsə, elə olmalısan ki, əgər bütün şəhər əhli toplaşıb
“Cabir pis adamdır, kafirdir, ona ölüm olsun” şüarını verərsə,
sənin qəlbinə zərrəcə tə’sir edib, qorxutmasın. Hamı bir
ağızdan “Cabirə əhsən” deyərsə, şad olmamalısan...”. Sözsüz
ki, belə bir ruhiyyə asan əldə olunmur. Əgər bir nəfərin
məzəmməti insanı süstləşdirirsə, təbii ki, xalqın məzəmməti
onun qəddini sındırasıdır.
Əhli-beyt (ə) elə insanlar tərbiyə etmək istəyir ki, bu insanlar
öz ilahi vəzifəsini yerinə yetirmək üçün canını, malını,
hörmətini əsirgəməsin. Əhli-beyt (ə) aşiqləri bu isar (ehtiyacı
olan şeydən keçmək) ruhiyyəsini elm və mədəniyyət
mübarizəsində də qoruyurlar. Onlar bütün ömürlərini İslami
dəyərlərin hifzi yolunda sərf edirlər. Bu işə görə məzəmmət
olunduqları vaxt süstləşmir, peşiman olmurlar. İlahi niyyətlə
dini elmlər öyrənən, ilahi maarifi təbliğ edən şəxs heç vaxt öz
işindən soyumur. Ona deyiləndə ki, başqa işdə qazancın çox
olardı, bu vəziyyətlə din təbliğ edə bilməzsən, əqidəsi qətiyyən
süstləşmir. Bəli, Həzrətin (ə) buyurduğu kimi, Allah yolunda
ikən kimsənin məzəmmətinə baxma. Beləcə, insan özünə nəzər
salmalı, Allahın razılığından kənar işlərini bir daha nəzərdən
keçirməlidir. Vəzifəni müəyyənləşdirdikdən sonra heç bir
tərəddüdə, süstlüyə yol vermək olmaz. Ətrafdakıların
məzəmmətinə görə dini vəzifəsini tərk edən insanın şiəliyi
şübhəlidir. Şiə öz işlərində Allahın nəzərini əsas götürməlidir.
Rəvayətdə buyurulur: “Özünü Qur’anla qiymətləndir. Əgər
yolun Qur’an yolu, zöhdün Qur’anın istədiyidirsə, Qur’anın
Dostları ilə paylaş: |