61
qədər qüvvəmiz olmadığından mütəxəssislərin işi çox ağırdır.
Hərbi meydanda istənilən bir şəxs iştirak edə bildiyi halda elmi
mübarizə meydanında yalnız təhsilli müsəlmanlar fəaliyyət
göstərə bilir. Bu cihad ilk öncə dini elmi mərkəz alimlərinin
öhdəsindədir. Bilməliyik ki, mədəni təcavüz Amerikanın bir
ölkəyə atom bombası atmasından daha təhlükəlidir. Çünki
mədəni təcavüz müsəlman gənclərin imanını, mə’nəviyyatını
hədəfə almışdır. Təəssüf ki, bu hücumlar nəticəsində İslami
dəyərlərə bir çox zərbələr yetirilmişdir. Düşmən, xalqın
imanına həmlə edir, onları öz dininə, vətəninə, taleyinə
biganələşdirir. Xalqı bu təhlükələrdən xəbərdar etmək, islami
mədəniyyəti tanıtdırmaq iman keşikçilərinin vəzifəsidir.
2. NIYYƏT VƏ AMIL
Elmi, mədəni cihadın digər bir şərti ilahi niyyətdir. Uyğun
vəzifə bu cəhətdən başqa vəzifələrdən fərqlənmir. İnsanın
mə’rifəti artdıqca niyyəti xalisləşir. İşin nəticəsi iman
mərtəbəsi, mə’rifət və xalis niyyətdən asılıdır. İnsanın cəmiyyət
üçün yerinə yetirdiyi dini vəzifə yalnız o vaxt onun özü üçün
faydalı olur ki, niyyət ilahi, xalis olsun. Bir şəxs var-dövlətini
el yolunda xərcləyərkən niyyəti ilahi olmasa, gördüyü işdən
zərrəcə xeyir götürməz. Məsələn, imkanlı bir adam yalnız
ad-san, “əhsən” xatirinə xəstəxana tikərsə, həmin xəstəxanada
yüzlərlə adam şəfa tapsa da, xəstəxananı tikənə faydası olmaz.
Savaş meydanında böyük şücaətlər göstərib, şəhadətə yetişən
şəxs dininə, vətəninə fayda verdiyi halda, özü öz
fədakarlığından faydalanmaya da bilər. Əgər onun niyyəti
ad-san olmuşsa, savabdan söhbət belə gedə bilməz. Bu barədə
maraqlı bir rəvayət nəql olunmuşdur:
Kafirlərlə döyüşlərdən birində müsəlman döyüşçü böyük
şücaətlər göstərir. Həzrət peyğəmbərin (s) yanında durmuş
səhabələrdən biri soruşur ki, bu döyüşçünün məqamı nədir?
Həzrət (ə) “heç nə” deyə ona cavab verir. Sual verən şəxs elə
düşünür ki, peyğəmbər (ə) həmin döyüşçünün fədakarlığını